225
kintisini
başa çatdırır, sonra isə 40 günün ərzində onu sursat və hərbi
ləvazimatla doldururlar» (411,150-151). Daha sonra qala haqqında fikrini
davam
etdirən səyyah onun tutduğu şəraiti belə təsvir edirdi: «…qala bir
cərgə olan divara malik idi… Qala Zəngi çayının sahilində cənubdan şimala
uz
anırdı. O yerdə ki, Fərhad paşa qala tikdirmişdi, onun divarının hün-
dürlüyü 40, Toxmaq
xanın tikdiyi divarın hündürlüyü isə 50 və eni 20
məkkə dirsəyinə bərabər idi. Zəngi çayı tərəfdən xəndək yox idi, burada
çoxlu
dəlikləri olan mazğallar yerləşirdi. Qalanın cənub, şərq və şimal
hissəsində divar ətrafı xandək vardı. Lakin bu yerlər bataqlıqdan ibarət idi
v
ə çox da dərin deyildi. Bəzi yerlərdə xəndəyin eni 150 dirsəyə bərabər idi.
Onun üç
dəmir qapısı vardı. «Təbriz» qapısı cənuba, «Meydan» və yaxud
«Yay
lı» qapısı şimala açılırdı. Bu hissədə oyunlar keçirmək üçün meydan
y
erləşirdi. Nəhayət, üçüncüsü isə «Körpü» qapısı adlanırdı» (411,155).
Ö.
Çələbinin verdiyi bu məlumatdan bəlli olur ki, osmanlılar bu qalanı sal-
mamışdan əvvəl Toxmaq xan sarayı xarici hücumlardan qorumaq üçün
onun
ətrafını hündür divarla əhatəyə almışdı. Sonralar İrəvan qalasının
ikiqat divara malik
olduğunu xəbər verən müəlliflər, onun tikdirdiyi divarı
nəzərdə tutmuşdular. Fransız səyyahı J.Şardənin yazdığına görə, «qala kiçik
bir
şəhərdən böyükdür. O, oval formasındadır, dairəsi dörd min addım olub,
təxminən 800 evdən ibarətdir. Qalada ancaq təmizqanlı səfəvilər
y
aşayırdılar» (52,21).
Lakin bu dey
ilənlərə bazmayaraq, İrəvan qalası haqqında ən ətraflı
məlumat rus mənbələrində öz əksini tapmışdı. Məsələn, 1808-ci il dekabrın
11-
də qraf Qudoviç çara yazdığı məlumatda İrəvan qalasının 2 divara və
divar
ətrafı xəndəyə malik olduğunu qeyd edirdi (106,254). İkinci Rusiya-
İran müharibəsinin iştirakçısı M.Koçebu qeyd edirdi ki, «İrəvan qalası
Zəngi çayının sıldırımlı qərb sahilinə bitişik idi. Həmin tərəfdə çayın sa-
hilində bütün şəhər yerləşirdi. Şimal tərəfdən o, qaladan tüfəng gülləsi, şərq
tərəfdən kiçik top gülləsi məsafəsində yerləşirdi, cənub tərəfdə isə heç bir
tikili yox idi.
Qalanın qərb tərəfində 350 sajen aralıda İrakli adlanan dağ,
şərq tərəfində isə 400 sajen aralıda yerləşən iki kurqan yüksəlirdi. İki cərgəli
çiy
kərpicdən tikilmiş qalın divar, dərin və enli xəndək qalanın əsas müda-
fiəsini təşkil edirdi» (185,27). Dişli olan divarların müəyyən məsafədə yer-
ləşən bir neçə qülləsi vardı (129,403). Məlumata görə, qalanın iç divarı 8
qü
llədən, 5 dəmir qapıdan, çöl divar isə 43 qüllədən ibarət olmuşdu
(132,75).
İrəvan qalasında xanın sarayı, hərbi xidmətçilərin evləri, bir neçə
dükan v
ə iki məscid yerləşirdi. Qaladan çaya bir neçə bəndi olan gildən
hörülmü
ş divarla əhatə olunmuş eniş tikilmişdi. Zəngi çayının sol sa-
226
hilindən, Qırxbulaq çayının cənub-şərq tərəfindən qalaya yeraltı su kəməri
çəkilmişdi (201, c,4,səh.290).
Qalanın möhtəşəm olmasında İrəvan xanlarının böyük rolu olmuşdu.
Hüsey
nəli xan (1759-1783) qalanı daha möhkəm və əzəmətli etmək üçün
xoylu
Əhməd xanın baş memarı Mirzə Cəfəri Xoydan çağırıb İrəvana
gətirtmişdi (40,13).
Qalada
ən möhtəşəm tikililər xan sarayı və məscidlər idi. Möhtəşəm
«Xan saray
ı» 1791-ci ildə Məhəmməd xan tərəfindən tikilmişdi (396,7).
Xan saray
ı qalanın şimal-qərb hissəsində, Zəngi çayına yaxın yerdə tikilmiş
v
ə pəncərələri bu çayın daşlı sahilinə açılırdı. Saray dördkünclü və çoxlu
otaqları olan bir bina idi. Sarayda xanın arvadları üçün geniş hərəm otaqları,
qəbul otağı, qulluqçular üçün yerlər və qarnizon anbarları yerləşirdi
(189,28; 172,444; 122,230). Sonuncu
İrəvan xanı Hüseynqulu xan
tərəfindən tikilmiş, xan sarayını daha da gözəlləşdirən «Şüşəbənd» adlanan
güzgülü zal daha
məşhur idi və gözləmə zalı hesab olunurdu. Zal həcmcə
böyük olmaqla
bərabər, ona bitişik otaqlar vardı. Onun döşəməsi
mərmərdən, tavanı və karnizi isə işıqları əks etdirən müxtəlif rəngli şüşələr
ilə naxışlanmışdı. Zalın döşəməsi bahalı xalçalarla, tavanı isə gözoxşayan
naxışlarla bəzədilmişdi. Onun iki buxarısı varda. Buxarının biri girişin əks
tərəfində, digəri isə sağ tərəfdəki divarda yerləşirdi. Bu buxarı yarımdairəvi
oyuq
formasında idi. Zalın divarları başdan-başa Fətəli şahın, onun oğlu
Abbas Mirz
ənin, Hüseynqulu xanın, onun qardaşı Həsən xanın, əfsanəvi
qəhrəmanlar Rüstəmin, Zöhrabın və digərlərinin şəkilləri ilə bəzədilmişdi
(129,43; 172,444; 122,230-231).
Saray
ın çox gözəl həyəti, bağı, fəvvarəsi və süni gölü vardı. Həyətdə
üç
fəvvarəli çarhovuz və hərəmxananı əhatə edən bir neçə ağac yerləşmişdi
(122,230-231). Lakin rus
işğalından sonra xan sarayı baxımsızlıq üzündən
dağıntıya məruz qalmışdı. Sarayın hərəmxanası isə hərbi xəstəxanaya
çev
rilmişdi (122,230).
İrəvan qalasında iki məscid vardı. Məscidlərdən biri 1725-ci ildə os-
manlı sərkərdəsi Rəcəb paşa tərəfindən tikilmişdi. Lakin Rusiya işğalından
sonra o, rus pravoslav
kilsəsinə çevrilmişdi. İkinci məscid isə Hüseynqulu
xanın dövründə tikilmiş və şahzadənin şərəfinə Abbas Mirzə məscidi
ad
landırılmışdı. İşğaldan sonra həmin məscid də silah anbarına çevrilmişdi
(396,8; 122,230).
Qeyd
etmək lazımdır ki, İrəvan qalası işğal olunarkən güclü bom-
bardman edildiy
indən evlərin çoxu dağıdılmış və rus idarəçiliyi altında öz
əhəmiyyətini tamamilə itirmişdi. Ruslar belə möhtəşəm abidəni məhv etmək
istəyirdilər. Rusiya işğalından bir neçə il keçdikdən sonra İrəvanda olan
Dostları ilə paylaş: |