223
təyin olunmuş bir mirzə məşğul olurdu. Həmin mirzə divanın üzvlərindən
biri idi (415,452).
İrəvan xanlığında maaflardan təşkil olunmuş qoşunlar da fəaliyyət
göstərirdi. Maaflar hər hansı vergi və mükəlləfiyyətdən azad idilər və
şəxsən hərbi işlə məşğul olurdular. Maaflıq irsən keçirdi. Onlar qoşunun
əsas hissəsini təşkil etməklə bərabər, polis rolunu da yerinə yetirirdilər
(157,470; 147,391; 184, c.1,
səh.85; 231,46). Hüseynqulu xanın dövründə
azarbay
canlı qarapapaq tayfası maaf rolunu oynamışdı. Yuxarıda göstərild-
iyi kimi,
sərdar tərəfindən İrəvan xanlığının müxtəlif sərhəd ərazilərində
y
erləşdirilən və sərhəddi qoruyan bu tayfa heç bir vergi vermirdi (415,450;
174,51-52). Lakin Az
ərbaycanın bəzi xanlıqlarından fərqli olaraq İrəvan
xanlığında nə qədər maaf ailəsinin yaşaması haqqında mənbələrdə məluma-
ta rast
gəlmədik. Bunun səbəbi «İrəvan xanlığı Rusiya dövləti tərəfindən
i
şğal olunarkən aparılan kameral təsvir zamanı maafların vergiverənlər
təbəqəsinə qatılmaları idi» (184, c.1, səh.87).
Qeyri-nizami
qoşun isə müharibələr ərəfəsində xanın əmri ilə mahal
naibləri, elbəyilər və iri bəylərin səfərbərliyə aldıqları yerli əhalidən top-
lanırdı. İrəvan xanlığında qeyri-nizami qoşunun əsas özəyi elatlardan ibarət
idi. 1829-1832-ci
illər kameral təsvirə görə, ayrı-ayrı elatlar Hüseynqulu
xanın dövründə lazım olduqda 3.600 nəfərlik süvari dəstə toplaya bilirdı
(415,457,1130).
Əsasən süvari dəstələrdən ibarət olan bu qüvvələr
mü
haribələr dövründə öz cəsarəti ilə düşmənə böyük zərbələr vururdu.
İrəvan xanlarının müxtəlif dövrlərdə döyüş meydanına çıxardığı
qo
şunun sayını nəzərdən keçirək. XVIII əsrin 80-ci illərin məlumatına görə,
İrəvan xanı döyüş meydanına 5 minə qədər hərbi qüvvə çıxara bilirdi
(82,17). Lakin
İrəvan xanları müharibələr dövründə lazım oluqda yerli
əhalinin və köçəri elatların hesabına qoşunun sayını daha da artırırdılar.
Qeyd
etmək lazımdır ki, İrəvan qalasında saxlanılan qarnizonun tərkibi 2, 3,
bəzən də 5 min nəfərə çatırdı (411,154; 52,21; 185,28). Bundan əlavə, Ağa
Məhəmməd şah Qacarın qoşunlarının İrəvana hücumu zamanı Məhəmməd
xan mövcud
silahlı qüvvələrindən əlavə, yerli əhalidən 7 min nəfərlik qoşun
toplamışdı (67,64-65). Başqa bir məlumata görə, qraf Qudoviçin başçılığı
ilə rus qoşunu İrəvan qalasına hücum edərkən Hüseynqulu xan qardaşı
Həsən xanın komandanlığı altında 2 minə qədər yerli İrəvan qoşun
hissələrini qalada saxlayaraq, özü 5 minə qədər qoşunla Gərni çayı keçərək
keçilməz Vedi dərəsinə çəkilmişdi (105,243-244). İrəvanlılar fövqəladə
hallarda laz
ım gəldikdə döyüş meydanına 14.000-dən çox qoşun toplaya
bilirdi (355,627).
Beləliklə, elatlardan toplanmış əhali ilə birlikdə müharibə
224
dövrü
ndə İrəvan xanları döyüş meydanına 14.000-ə qədər qoşun çıxara
bilirdi.
Xan
hərbi qüvvələrin baş komandanı idi. Lakin qoşuna başçılıq xanın
özü
tərəfindən təyin edilmiş ailə üzvlərindən ən bacarıqlısına həvalə edilirdi.
Məsələn, İrəvanın tanınmış xanlarından biri olan Hüseynəli xan məktubların
birində oğlunun (Qulaməli-E.Q.) İrəvan qoşunlarının sərkərdəsi təyin
edilməsi haqqında yazırdı (39,88-89). Hüseynqulu xanın dövründə isə
qar
daşı Həsən xan İrəvan qoşununa komandanlıq etmişdi (415,451).
Qalalar
İrəvan xanlığının hərbi müdafiəsində qalalar böyük rol oynamışdı.
Xanlığın uzunömürlü olmasının bir səbəbi də onun möhkəm qalalara malik
olması idi. Bu qalalardan ən möhtəşəmi İrəvan qalası idi. Əsrlər böyu
İrəvana gələn səyyahlar, diplomatlar, dövlət adamları və s. İrəvan qalası
haqqında ətraflı məlumatlar vermişlər. Maraqlıdır ki, qala haqqında verimiş
bu ay
rı-ayrı məlumatlar bir-birini tamamlayır. Qeyd etmək lazımdır ki,
İrəvan qalası hərbi məqsədlər üçün tikilmişdi. Düşmənin uzunmüddətli
hücumundan qorunmaq üçün qalada
hər şey nəzərə alınmış, əvvəlcə Çux-
ursəd hakimlərinin və sonra isə İrəvan xanlarının iqamətgahı burada yer-
ləşmişdi. İrəvan qalası uzun illər irəvanlıların qəhrəmanlıq simvoluna
çev
rilmişdi. O, müxtəlif illərdə xanlığa müdaxilənin qarşısını almasında
böyük rol oy
namış və alınmaz qalaya çevrilmişdi. 1813-cü ildə İranda
fəaliyyət göstərən ingilis səfirliyinin katibi Moryer İrəvanda olarkən
Hüseynqulu xan
fəxrlə qala haqqında demişdi: «Əgər Avropanın üç və yax-
ud dörd
ölkəsi birləşərək bu qalanı tutmaq istəsələr, onlar onsuz da heç nəyə
nail olmazlar v
ə əli boş qayıdarlar» (189,274). Deyilmiş bu söz İrəvan qal-
asına verilmiş ən gözəl qiymət idi.
İrəvan qalası 1583-cü ildə osmanlılar tərəfindən tikilmişdi (134,486).
Osmanlı mənbələri bu qalanın tikilmə tarixini ətraflı şərh etmişlər. Qala
Səfəvi hakimi Məhəmməd Toxmaq xan Ustaclının sarayı ətrafında
ucaldılmışdı. Qalanın tikilmə tarixinə toxunan İbrahim Əfəndi Peçevi
yaz
ırdı: «1583-cü ildə osmanlı ordusu dayanacaqdan dayanacağa keçərək
Rəvan dairəsinə gəlib çatır… Ədalətli sərdar (Fərhad paşa-E.Q.) Rəvan
şəhərinə daxil olaraq qala tikməyə başlayır. O, mərkəzdə yerləşən Tokmaq
xanın sarayının ətrafında böyük və möhkəm qala ucaldır. Qalanın tikintisinə
45 gün vaxt
sərf edilir (235,58-59). Məşhur osmanlı səyyahı Ö.Çələbi bu
hadisəni daha ətraflı təsvir edərək qeyd edirdi: «Vəzir Fərhad paşa İrəvana
hücum
edərək onu tutur. Zəngi çayının sahilində 150.000 islam qoşunu
cənubdan şimala uzanan böyük quyu qazaraq 45 günün ərzində qalanın ti-
Dostları ilə paylaş: |