Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   102   103   104   105   106   107   108   109   ...   164

 
217 
eşikağası  başçılıq  edirdi  (197,41).  Eşikağası  türk  sözü  olub  sarayın  ağası 
deməkdir  (75,140).  Eşikağası  vəzifəsi  irsi  idi.  Bu  vəzifəni  icra  edən  ailə 
xüsusi  imtiazlara  v
ə  üstünlüklərə  malik  idi.  Hüseynəli  xanın  dövründə 
eşikağası vəzifəsi Hacı Məcnun bəy Qacara həvalə olunmuşdu. O, öldükdən 
sonra 
eşikağası vəzifəsinə oğlu Hacı İbrahim bəy təyin olunmuşdu (39,100-
101; 415,451; 197,41).  
İkincisi hərbi sahə idi. Bu haqda aşağıda bəhs ediləcəkdir.  
Üçüncü 
sahə maliyyə bölməsi idi (415,452). İrəvan xanları maliyyə 
işinə  böyük  diqqət  yetirirdilər.  Onların  zərbxanaları  vardı  və  burada  pul 
kəsilirdi. Bu sahə vergilərin təyin olunması və yığılması ilə məşğul olurdu. 
Maliyy
ə işinə vəzir başda olmaqla xan tərəfindən təyin olunmuş sərkər-ali 
baxırdı (415,452; 397,2; 197,41).  
Nəhayət,  dördüncü  sahə  icraedici  və  yaxud  polis  idi.  Bu  sahə 
maliyy
ə  ilə  sıx  bağlı  idi. Əsasən,  vergilərin  yığılması,  asayişin  qorunması 
polisə həvalə olunmuşdu. Bu orqan şəriət məhkəmələrinin çıxardığı hökümü 
də icra edirdi (415,452). 
Bundan 
əlavə,  sarayda  müxtəlif  vəzifələri  yerinə  yetirən  məmurlar 
ordusu  da  v
ardı.  Bunlardan  vəzirdən  sonra  əsas  vəzifə  sayılan,  xəzinəyə 
başçılıq  edən  xəzinədarı,  pul  paylayan,  xəzinənin  mədaxil  və  məxaricinə 
nəzarət  edən  sandıqdar-ağasını,  məhsul  yığılan  ambarlara  nəzarət  edən 
ambardar-
ağasını,  saray  mühafizəçisinin  başçısı  qoruqbaşını,  xanın  baş 
mehtəri  əmiraxuru  və  s.  qeyd  etmək  olar  (201,  c.2,  səh.353; 187,48-49; 
197,41).  Mülki 
işlərdə  dəftərxanalardan  tutmuş  divana  qədər  kargüzarlıq, 
əmlakın  siyahıyaalınması,  dəftər  tərtib  edilməsi  məsələlrinə  mirzələr  or-
dusu 
baxırdı (415,458).    
İrəvan  xanlığı  inzibati  cəhətdən  şəhər  və  mahallara bölündüyündən, 
onların  idarəçiliyində  xana  tabe  olan  müxtəlif  funksiyaları  yerinə  yetirən 
idarə  orqanları  da  fəaliyyət  göstərirdi.  İlk  növbədə  şəhər  idarəçiliyində 
böyük rol oynayan naib, 
qalabəyi, darğa, yüzbaşı, onbaşı və s. məmurlardan 
bəhs  edəcəyik.  Şəhər  idarəçiliyində  naib  böyük  səlahiyyətlərə  malik  idi. 
«Naib 
əsas  etibarilə  təsərrüfat  və  inzibati  məsələlərlə  məşğul  olurdu,  ver-
gilərin  vaxtlı-vaxtında  toplanması  işi  də  ona  tapşırılırdı.  Sənətkarların 
üz
ərinə  vergi  qoyulması,  vergilərin  qaydaya  salınması  da  naibin  öhdəsinə 

şürdü.  Lakin  onun  fəaliyyəti  təkcə  bununla  məhdudlaşmırdı.  Xan 
müv
əqqti olaraq şəhərdən çıxdıqda (müharibəyə, səyahətə, ova və s. getdik-
də) bütün şəhər idarəsi naibin əlində cəmləşirdi» (27,56). 
İrəvan şəhər–qala olduğundan, qalaya qalabəyi başçılıq edirdi. Qal-
abəyinin  əsas  vəzifəsi  qala  daxilində  əmin-amanlığı  bərpa  etmək,  qalanın 

dafiəsinə nəzarət etməkdən ibarət idi. Onun tabeçiliyində silahlı dəstələr 


 
218 
olurdu  (157,476).  Xanlar  bu  v
əzifəni yaxın adamlarına və nüfuzlu bəylərə 
tapşırırdı. Lakin bu vəzifə irsi olmurdu (75,138). Hüseynqulu xanın (1806-
1827)  dövrü
ndə İrəvan qalasının qalabəyisi onun qardaşı oğlu və kürəkəni 
Sübhanqulu xan 
olmuşdu (17,2).  
Şəhərdə  ən  mühüm  orqanlardan  biri  darğa  idi.  Darğa  fars  dilində 
qayda-qanun 
nəzarətçisi  deməkdir  (75,139).  Onun  vəzifəsi  şəhər  və  ba-
zarlarda  qayda  qanuna 
nəzarət  etmək  idi.  XVIII  əsrin  birinci  yarısına  aid 
mənbələrdən olan «Təzkirətül-mülük» əsərində darğanın vəzifəsi belə şərh 
edilmişdi: «Darğa  əsasən  şəhəri  içəridən  və  bayırdan  qoruyur  ki,  heç  kəs 
qanundan 
kənar iş görüb, dava-dalaş salmasın, şərə xilaf olan işləri (şərab 
içmək,  qumarbazlıq  və  s.)  qadağan  etsin  ki,  heç  kəs  xilaf  işlər  görməsin, 
şəriət qaydalarına zidd iş görənləri cəzalandırsın, müqəssirlərdən törətdikləri 
cinay
ət  işlərinə  müvafiq  cərimə  alsın, …» (422,48). Darğa  şəhərin  polisi 
say
ılırdı. Onun tabeçiliyində yüzbaşı və çavuş (onbaşı) kimi asayiş qorucu-
ları  vardı.  Darğa  şəhər  asayişinin,  təhlükəsizliyinin  qoruyucusu  idi  və 
şəxsən  xana  tabe  idi  (415,457-458). «Bazar  darğasının  hüququ  geniş  idi. 
Onlar, «bazar 
darğası»  adlanmasına  baxmayaraq,  bazar  meydanından 
k
ənarda  da  fəaliyyət  göstərirdilər.  Şəriət  qanunlarını  müdafiə  etmək  üçün 
darğaya  böyük  ixtiyar  verilmişdi» (27,58). İrəvan  xanları  onların  xeyrinə 
«
darğalıq» adı ilə əhalidən xüsusi vergi alırdı. Bu verginin miqdarı ildə 347 

mən təşkil edirdi (415,985-986). Darğanın səlahiyyəti tək şəhərlə məhdud-
laşmırdı. O, kəndin təsərrüfat hissəsini də idarə edirdi (75,139).  
Şəhər  asayişinin  qorunmasında  gecə  keşikçilərinin  də  böyük  rolu 
v
ardı.  İrəvan  əhalisi  qədimdən  şəhər  və  bazarlarda  gecə  asayişi  qorumaq 
üçün  öz
lərindən keşikçilər tuturdular. Sərdar isə bu vəzifəni öz adamlarına 
tapşıraraq  əhalidən  pul  vergisi  alırdı  (415,978).  Gecə  keşikçiləri-  «əsəs», 
keşik  başçıları  isə  «əsəsbaşı»  adlanırdı.  Əsəsbaşının  darğadan  da  artıq 
səlahiyyəti  vardı  (152,257; 27,59). Gecə  keşikçiləri  müxtəlif  dəstələrə 
bölü
nərək  onlara  həvalə  olunmuş  məhəllənin  keşiyini  çəkirdilər.  Həmin 
dəstələr  bilavasitə  əsəsbaşının  qarşısında  məsuliyyət  daşıyırdı.  Bazar  və 
sənətkar  dükanlarının  öz  əsəsləri  var  idi.  Həmin  əsəslər  üçün  məvacib 
sənətkar və tacirlərdən toplanırdı (152,261; 27,59-60). İrəvan şəhərində bu 
verginin 
miqdarı ildə 72 tümən təşkil edirdi (27,978). 
Dini 
işlərin qoruyucusu əmir-maruf adlanırdı. Ərəb sözü olan maruf 
dinə  məxsus  iş  adlanırdı.  Əmir–maruf  xalq  arasında  din  və  ədəb  qayda-
larına nəzarət edən polis rolunu oynayırdı (75,140).        
Mahalların idarəçiliyində də idarə aparatı fəaliyyət göstərirdi. İrəvan 
xanlığında  mahalları  mirbölük  idarə  edirdi  (415,457; 397,2; 417,616). 
Mirbölük  iki  söz
dən  -  mir  ərəb  dilində  əmr  edən,  bölük  isə  türk  dilində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə