211
dan» v
ə yaxud «Yaylı» adlanan qapı isə şimala açılırdı. Bu hissədə cürbəcür
oyunlar
ın keçirildiyi meydan yerləşirdi. Nəhayət, üçüncü «Körpü» qapı
adlan
ırdı… Burada xanlar xanı (Bəylərbəyi-E.Q.) otururdu. Həmçinin bu-
rada qaz
ı, molla, şeyxi-şərif, kələntər, darğa, münşi, yasavul ağa,
qoruqçuba
şı, eşik ağası, diz çökən ağa, mehmandar və şexbəndar yerləşirdi.
Şəhərdə 2060 ev vardı. Ən gözəl bina Əmirgünə xan tərəfindən tikilmiş xan
saray
ı idi… «Yaylı» qapısının qarşısında böyük qəsəbə yerləşirdi. Buranı
köhn
ə şəhər adlandırırdılar. Bu qəsəbədə karvansaralar, məscid və bazar
yerl
əşirdi. «Körpü» qapısı yaxınlığında xan üçün üzümlük salınmışdı. Bura-
da h
əmçinin çoxlu məscid, xan üçün hamam, bazar vardı. İrəvan müasir
şəhərdir» (411,154-155).
Müst
əqil xanlığın mərkəzi olduqdan sonra İrəvan şəhəri böyük ticarət
v
ə sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhər haqqında ətraflı məlumatı
rusdilli m
ənbələrdən əldə edə bilmişik. Mənbələrdə şəhərin coğrafi vəziy-
y
əti, sahəsi, quruluşu, evlərinin, əhalinin sayı, tərkibi və s. haqqında daha
ətraflı məlumatlar toplanmişdı. 1829-1832-ci illərdə keçirilən kameral
t
əsvirə görə, İrəvan şəhəri şimaldan Qırxbulaq mahalı, cənubdan və
q
ərbdən Zəngibasar mahalı, şərqdən isə onu Gərnibasar mahalından ayıran
Oxçaberd da
ğının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri geniş
ba
ğları ilə birlikdə kifayət qədər geniş ərazini tuturdu. Onun sahəsi 28 kv
verst
ə bərabər idi (415,464). Başqa bir məlumatda deyilirdi ki, «İrəvan
şəhəri demək olar ki, düzənlikdə yerləşirdi, lakin bəzi evlər şəhəri iki
t
ərəfdən əhatə edən təpəliklər üzərində ucalirdi. Ümumiyyətlə, şəhərin əsas
hiss
əsi Ağrı dağına və bütün Araz vadisinə açılan oval formasında idi. Zəngi
çay
ı şəhəri çayın sağ sahilində yerləşən bağlardan ayırırdı… Bazar və kar-
vansaradan ba
şqa şəhərin bütün evləri bağlarla əhatə olunmuşdu. Şəhərin
ona m
əxsus olan bağlarla, taxıl zəmiləri ilə birlikdə sahəsi 50 verstə
b
ərabərdir (172,456).
İrəvan şəhəri «Şəhər», «Təpəbaşı» və «Dəmirbulaq» olmaqla üç
m
əhəlləyə bölünürdü. Şəhərdə 1736 ev vardı. Evlərin əksəriyyəti gil
pal
çıqdan tikilmişdi (415,468; 201, c.4, səh.291). Bu evlərdən 792-i
«
Şəhər» məhəlləsində, 622-i «Təpəbaşı»da, 322-i isə «Dəmirbulaq»da
yerl
əşirdi (415,468). 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə
gör
ə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq»,
«D
ərəkənd», «Təpəbaşı») ibarət olmuşdu (33,20). Qeyd etmək lazımdır ki,
İrəvan şəhəri müstəqil xanlığın mərkəzi olduqdan sonra «Köhnə şəhər»
m
əhəlləsi «Şəhər» məhəlləsi adlandırılmış, «Dərəkənd» isə «Təpəbaşı»
m
əhəlləsinə birləşdirilmişdi. Çünki İ.Şopen «Şəhər» məhəlləsini köhnə
şəhər adlandırmış və qeyd etmişdir ki, bu məhəllələrdə əhalinin
212
m
əskunlaşdığı yerlərdən əlavə, boş qalmış sahələr də vardı. Məsələn,
İrəvanın «Şəhər» məhəlləsində boş qalmış yerlər bunlar idi: Abbas dərə və
K
öşəhli, «Təpəbaşı» məhəlləsində Abuhəyat, Zəngi çayının sahilində
Q
ızılqala, Dərəbağ, Dərəkənd, Dəlmə, Yenikənd, «Dəmirbulaq»da isə Xo-
srovabad v
ə Səbziyeri (415,464-465). İrəvan şəhərində evlrin sayının azal-
mas
ı yuxarıda göstərilən yaşayış yerlərinin boşalması ilə bağlı idi. Bu yer-
l
ərin boş qalması şübhəsiz ki, müharibələr dövründə əhalinin bir hissəsinin
q
ırılması, digərlərinin isə qonşu ölkələrə köçüb getməsi ilə bağlı olmuşdur.
Bütün Az
ərbaycan şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez
basq
ınlara məruz qaldığından istər küçələr, istərsə də evlər müdafiəyə
uy
ğun tikilirdi. Onun küçələri dar və əyri idi. Küçələr çiy kərpicdən,
çayda
şından və bəzən də palçıqdan hazırlanmış iki cərgəli divarlarla əhatə
olunmu
şdu. Bu divarlar hərdən kip örtülmüş həyət qapıları ilə kəsilirdi. Baş
kü
çənin ortasından çay axırdı, bu çayın suyu köndələn çəkilmiş kəmərlərlə
ba
ğlara paylanırdı (415,466).
Şəhərdə evlər elə tikilirdi ki, onun zahiri görünüşü yaxşı təsir
ba
ğışlamırdı. Lakin daxildən daha zəngin və səliqəli idi. Hər bir evin
ətrafında bağ, evlərin arasında isə təmiz daşdan döşənmiş, qədim tut və
yaxud qoz a
ğacları ilə kölgələnən səliqəli həyət vardı. Həyətin ortasında isə
f
əvvarəli olan daş hovuz yerləşirdi. Evlər elə tikilirdi ki, bayırdan nəzərə
çarpmas
ın. (Qeyd etmək lazımdır ki, Azərbaycanın iri şəhərlərində olduğu
kimi,
İrəvan şəhəri də tez-tez müdaxiləyə, quldur basqınlarına məruz qal-
d
ığına görə, yerli əhali evləri elə tikirdi ki, həm zahiri eybəcər görünsün,
h
əm də nəzərə çarpmasın-E.Q.). Evlərin otaqları adətən tamamilə bayır di-
var
ı əhatə edən iri pəncərələrlə işıqlandırılırdı. Pəncərələr aşağı-yuxarı
örtülüb ba
ğlanırdı. Bu şüşə pəncərələr gözəl və müxtəlif naxışlı cürbəcür
r
ənglərdən ibarət idi (415,466-467).
Lakin adi
şəhər sakinlərindən fərqli olaraq, imkanlı və nüfuzlu
şəxslərin evləri daha geniş və səliqəli idi. Bu evlərin divarları ağ suvaqla
hamar
şəkildə suvanmış və süni yapma naxışlarla bəzədilmişdi. İ.Şopen bu
b
əzəkləri Avropanın mərkəzi saraylarının bəzəklərindən daha yaxşı hesab
edirdi (415,467). Evl
ərin qızdırılması üçün onun içərisində soba yer-
l
əşdirilmişdı. İ.Şopen belə sobaları otaq qızdırıcısından çox bəzəyə
ox
şadırdı. Belə ki, sıravi şəhər əhalisi qızdırıcı kimi kürəyə üstünlük verirdi
(415,467).
İrəvanlıların evləri bəzəməsi adəti də, Azərbaycanın digər
ərazilərində olduğu kimi idi. Evlərin mebeli yox idi, döşəməsi bahalı
xalçalarla b
əzənirdi. Divarlarda bəzək əşyaları, saxsı qabları və digər lazımlı
şeyləri yığmaq üçün taxçalar var idi. Aşağı taxcaya mücrü və sandıq, yux-
Dostları ilə paylaş: |