Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   98   99   100   101   102   103   104   105   ...   164

 
209 
Şuragöl 1000 evdən ibarət olmuş və burada yaşayanların əksəriyyəti azəri 
türkl
əri idilər (84, c.2, səh.448).  
P
əmbək  sultanlığı  isə  Şuragölün  şərqində  çox  da  hündür  olmayan 
da
ğlar  arasında  qalan  vadidə  yerləşirdi.  Vadi  sıra  dağlarla  iki  yerə  
bölünürdü.  Bunun 
şərq  hissəsi  çox  ensiz,  qərb  hissəsi  isə  7  verstə  çatırdı 
(201,  c.1,  s
əh.293).  Pəmbək  şimaldan  Kartli-Kaxetiya  çarlığı,  cənubdan 
Abaran v
ə Dərəçiçək mahalları, şərqdən Şuragöl, qərbdən isə Qazax sultan-
l
ıqları ilə həmsərhəd idi. 1801-ci ilin məlumatına görə, Pəmbəkdə 30 Azəri 
türk  k
əndi olmuşdu (238,601). 1826-cı ildə müharibə nəticəsində kəndlərin 
say
ı 22-ə qədər azalmışdı (185,21). 
İrəvan xanlığının mahallarından olan Maku isə şimaldan Sürməli ma-
hal
ı,  cənubdan  Xoy  xanlığı,  qərbdən  Bəyazid  paşalığı  və  şimal-şərqdən 
Şərur  mahalı,  cənub-şərqdən  isə  Naxçıvan  xanlığı  ilə  həmsərhəd  idi.  Bu 
mahal  Araz  çay
ının  sağ  sahilində,  Ağrı  dağının  cənub-şərq  yamacında 
yerl
əşirdi. Maku mahalı 31 kənddən ibarət olmuş və bu kəndlərdə 600 həyət 
qeyd
ə alınmışdı. 
Lakin  siyasi  v
əziyyətlə  əlaqədar  olaraq  bu  mahalların  bəzisi  İrəvan 
xanl
ığından  alınaraq  digər  dövlətlərin  tərkibinə  qatılmışdı.  Məsələn, 
P
əmbək  1802-ci  ildə,  Şuragöl  isə  1805-ci  ildə  Rusiya  tərəfindən  işğal 
edilmi
şdi. Maku mahalı isə Türkmənçay sülh müqaviləsindən sonra Qacar 
İranının tərkibinə qatılmışdı.   
Oeyd  etm
ək lazımdır ki, İ.Şopenin mahallar haqqında verdiyi məlu-
mat  1810-cu  ild
ən  (Sərdarabad  qalası  salındıqdan  və  eyniadlı  mahalın 
yaranmas
ınqdan sonrakı dövrdən-E.Q.) sonrakı dövrə aiddir. Onun verdiyi 
m
əlumata  görə,  Sərdarabad  mahalı  yaranana  qədər  onun  ərazisi  Saatlı 
mahal
ı ilə birlikdə Gərnibasar mahalının tərkibində olmuşdu. İrəvan sərdarı 
Hüseynqulu  xan  S
ərdarabad qalasını tikdirdikdən sonra həmin qalanın adı 
il
ə  yeni  mahal  yaratmışdı  (415,255).  Əgər  İ.Şopenin  verdiyi  məlumata 
inansaq,  t
əqribən həmin vaxtı ikinci bir mahal- Saatlı mahalı yaradılmışdı. 
Bel
əliklə,  mənbələrin  təhlilindən  belə  nəticəyə  gəlmək  olar  ki,  xanlıq  ya-
ranan vaxt
ı İrəvan xanlığının 9 mahalı, XVIII əsrin 60-cı illərindən 1802-ci 
il
ə qədər 16, 1802-1805-ci illərdə 15, 1805-1810-cu illər arasında 14, 1810-
1827-ci ill
ərdə isə 16 mahalı olmuşdu.      
Şəhər-qala  İrəvan.  Xanlığın  inzibati-ərazi  bölgüsünə  İrəvan  şəhəri 
d
ə daxil idi. Bütün xanlıqda yeganə şəhər olan İrəvan heç bir mahala tabe 
olmayaraq  müst
əqil  inzibati  ərazi  hesab  olunurdu.  İrəvan  şəhəri  Osmanlı 
imperiyas
ı,  Kartli-Kaxetiya  çarlığı,  İrana  və  Azərbaycanın  müxtəlif 
xanl
ıqlarına  gedən  karvan  yollarının  qovşağında  yerləşdiyindən  böyük 
ticar
ət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdi. XVI əsrin Osmanlı 


 
210 
salnam
əçisi  İbarhim  Rəhimzadə  İrəvan  şəhərini  «İran  və  Turanın  gözəl 
şəhəri və Naxçıvan və Şirvanın qapısı» adlandırmışdı (132,75).  
XVI 
əsrin  axırlarından  başlayaraq  İrəvan  şəhəri  iki  hisəyə 
bölünmü
şdü:  şəhər  və  qala.  Bu  şəhəri  məşhur  edən  onun  iri  və  möhkəm 
qalaya  malik  olmas
ı idi. Müxtəlif illərdə İrəvanda olmuş səyyahlar, dövlət 
xadiml
əri,  diplomatlar,  kəşfiyyatçılar,  hərbiçilər  öz  xatirələrində  İrəvan 
şəhərindən  daha  çox  bu  qalanın  təsvirinə  böyük  diqqət  yetirmişdilər.  Bu 
haqda a
şağıda bəhs ediləcəkdir.   
İrəvan  şəhəri  Azərbaycanın  qədim  və  böyük  şəhərlərindən  biridir. 
Erm
ənilər  bu şəhəri özlərininki saysalar da faktlar bunun tam əksini sübut 
edir.  XIX 
əsrin  20-ci  illərində  İrəvanda  olmuş  Azərbaycan  səyyah  və 
co
ğrafiyaşünası  Z.Şirvani  səyahətnaməsində  yazır  ki, «O, (İrəvan)  Arran 
mülkünd
ədir. Azərbaycana məxsusdur. Oraya həm də Çuxursəd deyirlər…» 
(420,124).  Rus  mü
əlliflərindən biri İrəvan şəhərini «görünüşünə görə tatar 
(Az
əri  türk-E.Q.)  şəhəri»  adlandırmışdı  (154,42).  İrəvan  əsrlər  boyu 
Az
ərbaycan  Səfəvilər  dövlətinin  bəylərbəyliklərindən  biri  olan  Çuxursəd 
b
əylərbəyliyinin  mərkəzi  olmuşdu.  Burada  Səfəvi  şahları  tərəfindən  təyin 
olunan  xanlar
ın  iqamətgahı  yerləşirdi  (421,101; 52,23; 233,117; 391,88). 
Lakin  bu 
şəhər  dəfələrlə  hərbi  əməliyyatlar  və  təbii  fəlakətlər  zamanı 
da
ğıntıya  məruz  qalmışdı.  Belə  ki,  XVI  əsrdən  başlayan  Səfəvi-Osmanlı 
müharib
ələri  dövründə  bu  şəhər  dəfələrlə  əldən–ələ  keçərək  dağıdılmışdı. 
1679-cu  il  iyunun  4-d
ə  isə  baş  vermiş  zəlzələ  nəticəsində  şəhər  tamamilə 
xarabal
ığa çevrilmişdi. Bu şəhəri yenidən bərpa etmək üçün İrəvan xanı Zal 
xan 
şaha  müraciət  etmişdi.  Nəticədə  Azərbaycanın  müxtəlif  yerlərindən 
ir
əvanlılara  kömək  gəlmiş  və  tezliklə  dağılmış  şəhər  bərpa  edilmişdi 
(171,109).  XVIII 
əsrin  20-ci  illərin  əvvəllərində  isə  Osmanlı  müdaxiləsi 
zaman
ı şəhər müqavimət göstərdiyinə görə yenidən güclü dağıntıya məruz 
qalm
ışdı (68,11-17). 
Bu 
şəhər haqqında müxtəlif illərdə burada olan səyyahlar çox maraqlı 
m
əlumatlar vermişlər. Bu məlumatlar şəhərin coğrafi mövqeyi, evləri, əhali-
si  v
ə  s.  əhatə  edirdi.  XVII  əsrin  70-ci  illərin  əvvəllərində  İrəvanda  olmuş 
frans
ız  səyyahı  J.  Şardən  yazırdı: «İrəvan  böyük,  lakin  eybəcər  və  çirkin 
şəhərdir. Onun böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Heç bir 
göz
əl  binası  yoxdur.  O,  hər  tərəfdən  dağlarla  əhatə  edilmiş  düzənlikdə 
yerl
əşir.  Şimal-qərb  tərəfdən  Zəngi,  cənub-qərb  tərəfdən  isə  Qırxbulaq 
çaylar
ı axırdı…Şəhərdə … çoxlu hamam və karvansara vardır» (52,21-22).  
Burada  olmu
ş  osmanlı  səyyahı  Ö.Çələbi  şəhərin  daxili  quruluşunu 
daha 
ətraflı təsvir etmişdi. Onun verdiyi məlumata görə, «Şəhərin müxtəlif 
istiqam
ətlərinə açılan üç dəmir qapısı vardı. «Təbriz» qapısı cənuba, «Mey-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə