Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   96   97   98   99   100   101   102   103   ...   164

 
205 
Bu  mahallar
ın  sərhədləri  və  onların  tərkibinə  daxil  olan  kəndləri 
n
əzərdən  keçirək.  Qeyd  etmək  lazımdır  ki,  İ.Şopen  bəzi  mahalların  yer-
l
əşdiyi ərazini təsvir edərkən sərhədlərində qeyri dəqiqliyə yol vermiş və biz 
bu s
əhvi düzəltməyə çalışacayıq. İlk növbədə Qırxbulaq mahalını nəzərdən 
keçir
ək. Bu mahal Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. O, 
şərq tərəfdən onu Göyçə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək ma-
hal
ı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub qərbdən Qərnibasar ma-
hal
ı,  qərbdən  isə  Körpübasar  mahalları  ilə  həmsərhəd  idi.  Mahalın 
ərazisindən  axan  Qırxbulaq  çayı  kəndlərin  su  mənbəyi  hesab  olunurdu. 
Q
ırxbulaq mahalı 48 kənddən ibarət idi. Bu kəndlərdən 26-sı  müharibələr 
n
əticəsində dağıdılmışdı (415, 509-510, 544).   
Z
əngibasar  mahalı  İrəvan  qalasının  aşağı  hissəsindən  cənuba  doğru 
uzan
ırdı. Bu mahal şimal və şimali-qərbdən  Körpübasar və Qırxbulaq ma-
hallar
ı,  cənubdan  Araz  çayı,  şərqdən  Gərnibasar,  qərbdən  isə  Sərdarabad 
mahallar
ı  ilə  həmsərhəd  idi.  Mahalın  33  kəndi  var  idi.  Onun  7  kəndi 
müharib
ələr nəticəsində dağıntıya məruz qalmışdı (415,510,547).  
G
ərnibasar mahalı Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan 
Q
ırxbulaq  mahalı,  cənubdan  Vedibasar  mahalı,  şərqdən  Göyçə  mahalını 
ondan  ay
ıran yüksək dağlarla, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə 
h
əmsərhəd  idi.  Araz  çayının  sağ  sahili  ilə  Ağrı  dağı  arasında  yerləşən 
k
əndlər  də  bu  mahala  daxil  idi.  Mahalın  əsas  su  mənbəyi  Gərni  çay  idi. 
G
ərnibasar  mahalı  95  kənddən  ibarət  olmuş  və  bu  kəndlərdən  43-ü 
müharib
ələr nəticəsində dağıdılmışdı (415,510-511, 547-555).   
Vedibasar  mahal
ı  Araz  çayının  sol  sahili  boyunca  yerləşirdi. 
Vedibasar 
şimaldan Qarnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur ma-
hal
ı  və  Naxçıvan  xanlığı,  şərqdən  Göyçə  mahalı,  qərbdən  Araz  çayı  ilə 
h
əmsərhəd idi. Bu mahal Vedi və Qafan çaylarının suyunu götürdüyü dağlar 
v
ə habelə düzənlikdən ibarət idi. Vedibasar mahalı 54 kəndə malik idi və 
müharib
ə nəticəsində bu kəndlərdən 33-ü dağıdılmışdı (415,511-512, 555-
556).  
Şərur mahalı İrəvan xanlığının cənub-şərq hissəsində yerləşən ərazini 
tuturdu. Bu mahal 
şimaldan Vedibasar mahalı, cənubdan Araz çayına doğru 
seyr
ələn  daşlıq  qayalardan  onu  ayıran  Naxçıvan  xanlığının  Xok  mahalı, 
q
ərbdən Araz çayı, şərqdən isə Naxçıvan xanlığı arasında yerləşirdi. Onun 
c
ənub  tərəfdə  Araz  çayına  doğru  eninə  görünüşü  yarımdairə,  Qaratəpə  və 
Qaraqum da
ğları arasında amfiteatr formasında idi. Şərqi Arpaçay çayı ma-
hal
ı iki hissəyə bölmüşdü. Şərur mahalının 61 kəndindən 11-i müharibələr 
zaman
ı tamamilə dağıdılmışdı (415, 512,555-563).  


 
206 
Sürm
əli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının 
sa
ğ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimali şərq və şərqdən Araz 
çay
ı,  cənubdan  onu  Bəyazid  paşalığından  ayıran  Ağrıdağ  dağı  silsiləsi  və 
Maku il
ə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahala 
B
əyazid  sərhədindən  başlayan  Ağrıdağ  dağı  silsiləsinin  bütün  şimal 
yamaclar
ı da daxil idi. Mahalın kəndləri Araz çayından çəkilən arxlar va-
sit
əsilə  suvarılırdı.  Bütün  mahal  78  kənddən  ibarət  idi.  Bunlardan  28-i 
müharib
ələr nəticəsində dağılmışdı (415,512-513, 563-5567). 
D
ərəkənd-Parçenis  mahalı  isə  xanlığın  cənub-qərb  qurtaracağında, 
Araz  çay
ının  sağ  sahilində  yerləşirdi.  Bu  mahal  şimaldan  Saatlı  mahalı, 
c
ənub  və  qərbdən  Osmanlı  dövləti,  şərqdən  isə  Sürməli  mahalı  ilə 
h
əmsərhəd idi. Dərəkənd-Parçenis mahalı Bəyazid sərhədindən Araz çayına 
do
ğru  uzanan  üç dərədən  ibarət  olmuşdu.  Onlardan şərq tərəfdə olan  Par-
çenis d
ərəsi Zor dağının aşağı yamacından, ikinci Dərəkənd dərəsi Pirili və 
T
əkaltı  dağlarının  aşağı  yamaclarından  başlayırdı.  Bu  iki  dərə  Cancavad 
d
ərəsi  ilə  birləşirdi  və  hər  iki  dərənin  bütün  bulaqlarının  töküldüyü  Hacı 
çay
ının  Araz  çayına  birləşdiyi  aşağı  hissələri  Cancavad  dərəsi  adlanırdı. 
Üçüncü  d
ərə  isə  Parnaud  dərəsi  adlanırdı.  Bu  dərə  Koroğlu  dağının  aşağı 
hiss
əsindən başlayaraq Kağızman sancağının, Qars paşalığının yaxınlığında 
Araz  çay
ına  birləşirdi.  Parçenis  dərəsinin  26,  Dərəkənd  dərəsinin  isə  54  
ya
şayış üçün yararlı kəndi vardı. Müharibə dövründə 8 dağıdılmış kəndini 
d
ə əlavə etsək, bu mahalın ümumiyyətlə 88 kəndi olmuşdu (415,513, 567-
571).  
Saatl
ı mahalı İrəvan xanlığının ən kiçik mahal idi və onun qərb qur-
taraca
ğında yerləşirdi. O, Arpaçayın Araza töküldüyü yerdə və bu çayın hər 
iki  sahilind
ə,  Arazdan  Dərəkənd-Parçenis  mahalına  doğru  uzanan  ətraf 
əraziləri özündə birləşdirirdi. Saatlı mahalı şimaldan Talın, şərqdən Sərdar-
abad,  c
ənubdan Dərəkənd-Parçenis mahalları ilə, qərbdən isə Osmanlı dö-
vl
ətilə həmsərhəd idi. Bu mahala məxsus bütün kəndlər çay boyunca yer-
l
əşirdi.  Burada  Araz  çayının  şərq  sahilindən  Talın  və  Sərdarabad  ma-
hallar
ına, qərb sahilindən Qars şəhərinə qədər iri daşların ucaldığı yüksək-
likd
ən başlayaraq uzanan düzənlik vardı. Mahal 14 kənddən ibarət idi. Onun 
5 k
əndi müharibələr nəticəsində dağıdılmışdı (415,513, 575). 
Tal
ın  mahalı  İrəvan  xanlığının  şimal-qərb  qurtaracağında  yerləşirdi. 
O, 
şimal tərəfdən Şuragöl əyaləti, cənubdan Sərdarabad və Saatlı mahalları, 
şərqdən  Seyidli-Ağsaqqallı  mahalı,  qərbdən  onu  Qars  paşalığından  ayıran 
Arpaçayla  h
əmsərhəd idi. Saatlı mahalından onu sahəsi 900 kv
 
verst  olan 
susuz v
ə quru düzənlik ayırırdı. Talın mahalının 47 kəndi vardı. Onun 27-si 
müharibl
ər nəticəsində dağıdılmışdı (415,513-514, 575). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə