199
tərkibinə daxil olan bəzi ərazilər onunla həmsərhəd olduğu göstərilmişdi.
Digər tərəfdən məlum mənbələrin təhlilindən belə nəticəyə gəlmək olar ki,
Az
ərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığının ərazisi də
siyasi
hadisələrlə əlaqədar olaraq daim dəyişikliyə uğramışdı. S.D.Burnaşov
bununla
bağlı yazırdı ki, «Xanlıqların vəziyyəti, sərhədləri, aralarındakı
mü
nasibətlər, ittifaq və müharibələr, qonşularına nisbətən yerləşməsi sabit
deyildi.
Sərhədlər fasiləsiz müharibələr nəticəsində daim dəyişirdi» (82,25-
26). Bunu
İrəvan xanlığının ərazisinə dair konkret misalla davam etdirmək
olar.
Məsələn, müstəqil İrəvan xanlığı yaranarkən onun Göyçə gölündən
şərqdə yerləşən torpaqlarının bir hissəsi Qarabağ xanlığı tərəfindən işğal
olunmuşdu. Bu Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) dö-
vrü
ndə baş vermişdi. Qarabağnamə müəllifləri Pənahəli xanın Qarabağ
xanlığına birləşdirdiyi ərazilərdən bəhs edərkən qeyd edirlər ki, «O
(
Pənahəli xan-E.Q.), kolanıların məskəni olan, Uşacıq kəndindən Göyçə
sərhəddinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən
aldı» (41,36; 38,17; 32,116). A.Bakıxanov da Qarabağ xanı Pənahəli xanın
İrəvana aid Tərtər Kolanını işğal etdiyini yazırdı (76,155). 1823-cü ildə
keçmiş Qarabağ xanlığında aparılan kameral təsvirdə bu ərazidə 9 kənd
qeyd
olunmuşdu (202,236-240). Bu hadisə Azad xanın İrəvana təyin etdiyi
Xəlil xanın (1752-1754) dövrünə təsadüf edir. Bununla bağlı Gülüstan sülh
müqav
iləsində nəzərdə tutulan sərhəd məsələləri ilə əlaqədar yaradılan
komissiy
anın tərkibinə daxil olan Rusiya nümayəndələri 1823-cü ildə
A.P.Yermolova
göndərdikləri məlumatda yazırdı: «İranlıların (Hüseünqulu
xan-E.Q.) Göy
çə gölünün şimal və şimal-şərq torpaqları olan Gil düzənli-
yini inadla
tələb etmələrinə gəldikdə, ədalət naminə yada salmaq lazımdır
ki, 70 il
əvvəl kifayət qədər əhali ilə məskunlaşmış olan Gil düzənliyi
Göy
çə mahalı tərkibində həqiqətən də İrəvan xanlığına məxsus olmuşdur»
(176,15).
Bu
ərazilər Qarabağ xanlığına birləşdirilsə də, İrəvan xanları bununla
barışmamışdı. Heç də təsadüfü deyildir ki, Qarabağ xanlığı işğal edildikdən
sonra bu
ərazilər Rusiyanın əlinə keçdiyindən, İrəvan xanı Hüseynqulu xan
Göy
çə gölünün şimal və şərqində yerləşən torpaqların İrəvana məxsus ol-
ması haqqında rus komandanlığına məlumat vermişdi. Lakin 1825-ci il
mar
tın 28-də Fətəli xanla general leytenant Velyaminov arasında akt
bağlanmış, akta əsasən Göyçə gölünün şimal və şərq hissələri Rusiyaya
güz
əşt edilmişdi (63,53-56). Bu hadisədən bərk qəzəblənən İrəvan xanı
həmin ərazilərin İrəvan xanlığına məxsus olması haqqında baş komandana
xüsusi
məktubla müraciət edərək narazılığını bildirmişdi. Məktubun
məzmunu belə idi: «Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri
200
göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ
xanlıqlarının sərhəddindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana
qədər ərazi, həmçinin İrəvan sərhəddi sülh müqaviləsində Gəncə və
Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan kağızlarda (qəbalə),
həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında
y
erləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb satılırdı. Vəziyyət belədir
v
ə siz göstərirsiniz ki, guya Göyçə və Avaran sərhəddinə heç bir iddianız
yoxdur, Mehri v
ə Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz
bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas Mirzə Göyçənin şərq
tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik».
Bu
məsələ həll edilməmiş qalır. Fətəli xan ikinci dəfə sizin yanınızda olan-
da, siz
Satanağacdan Gedukbarata qədər ərazini tələb etməklə Gill ərazisinin
bir
hissəsini güzəştə gedərək burada məntəqə yaratmaq istəyirsiniz
(294,891). Bu
sənədə əsasən, Göyçə gölünün şərq sərhədlərinin İrəvan
xanlığına məxsusluğunun bir daha şahidi oluruq.
İrəvan xanlığının ərazisi yalnız şərq tərəfdən deyil, eyni zamanda şi-
mal v
ə cənub tərəfdən də dəyişikliyə məruz qalmışdı. Şimal istiqamətdə
v
axtilə İrəvan xanlığının mahallarından olan Şuragöl və Pəmbək əraziləri
ondan
qoparılaraq sultanlığa çevrilmiş və sonradan Kartli-Kaxetiya
tor
paqları tərkibində Rusiyaya birləşdirilmişdi. Məlumata görə, Şuragölün
sahəsi 1.290 kv. verst, Pəmbəyin sahəsi isə 2.150 kv. verst idi (201, c.1, səh.
294).
Hər iki sultanlığın birlikdə ümumi ərazisi 3.440 kv. verstə bərabər
olmuşdu.
Cənub tərəfdən isə Maku mahalı Türkmənçay sülh müqaviləsindən
sonra Qacar
İranının tərkibində qalmışdı. Adətən tarixi ədəbiyyatda Maku
mü
stəqil xanlıq kimi qeyd olunur. Lakin arxiv sənədlərində Makunun da
mü
əyyən dövrlərdə İrəvan xanlığına məxsus olması haqqında məlumatlara
rast
gəlmək mümkündür. Belə ki, Maku uzun illər mərkəzi İrəvan şəhəri
olan
Çuxursəd bəylərbəyliyinin tərkibində olmuşdur (338,88). 1728-ci ildə
tərtib olunmuş «Müfəssəl dəftər»də də Maku İrəvan əyalətinin tərkibində
olması göstərilir (33,9). Onu qeyd etmək yerinə düşərdi ki, Maku hakimləri
v
axtilə İrəvan ərazisində yaşamış bayat tayfasından idilər. Belə ki, şah Sul-
tan Hüseyn (1694-1722) Makunu
Səfəvilərin düşməni olan mahmudi
kü
rdlərindən qorumaq üçün 1706-cı ildə İrəvan ətrafında yaşayan 300-ə
y
axın bayat ailəsini buraya köçürmüşdü. Sonralar İbrahim bəyin başçılığı ilə
bayat
ailələri Makunun siyasi-iqtisadi həyatında böyük rol oynamışlar. Na-
dir
şah Əfşarın ölümündən sonra isə İbrahim Mirzənin oğlu Əhməd Sultan
Maku
xanlığının əsasını qoymuşdu (24,25).
Dostları ilə paylaş: |