Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   89   90   91   92   93   94   95   96   ...   164

 
190 
zamanda  Konstantinopola  (
İstambula-E.T.)  məlumat  üçün  çapar  göndərdi. 
Bundan sonra onlar biz
imlə münasibətdə çox nəzakətlidirlər» (161,206). 
İrəvanda  4  gün  qaldıqdan  sonra  Paskeviç  burada  Krasovskinin 
rəhbərliyi  ilə  Müvəqqəti  hökumət  təşkil  etdi.  Bu  hökumətin  tərkibinə 
az
ərbaycanlıların  qatı  düşməni  olan  arxiyepiskop  Nerses  də  daxil  idi 
(221,259; 126,34-35; 78,231-232).  Müv
əqqəti  hökumətin  tərkibinə  daxil 
olan Nerses rus nümay
əndələrinin inamından istifadə edərək azəri türklərini 
incidir v
ə onlara qarşı ədalətsizlik edirdi (221,259-260).  
İrəvanın  işğalından  sonra  rus  qoşunu  cənub  istiqamətində  yürüşə 
ba
şlayaraq, Xoy, Mərənd, Səlmas, Marağa və digər yerlər də daxil olmaqla 
Təbrizə qədər əraziləri işğal etdi. Rus qoşununu paytaxta yürüş edəcəyindən 
qorxan 
şah hökuməti danışıqlara başlamağa məcbur oldu. Uzun danışıqlar-
dan  sonra  1828-ci  il  fev
ralın  10-da  Təbriz  yaxınlığında  Türkmənçay 
kəndində Rusiya ilə İran arasında 16 maddədən ibarət müqavilə imzalandı. 
Bu müqav
ilənin üçüncü bəndinə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan 
xanlıqları Rusiyanın tərkibinə keçdi (419,252; 126,44-45; 22,277-283). 

rkmənçay  sürh  müqaviləsindən  sonra  Rusiya  yeni  işğal  edilmiş 
xanlıqlarda  inzibati  ərazi  bölgüsü  həyata  keçirdi. 1828-ci  il  martın  21-də 
çarın verdiyi fərmana əsasən, İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və 
əvəzində hər iki xanlığın daxil olduğu ərazidə «Erməni vilayəti» yaradıldı 
(400,278).  
Beləliklə,  Azərbaycanın  ən  uzunömürlü  xanlıqlarından  biri  olan 
İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olundu. Rusiya bu xanlığı 
işğal etmək üçün 23 ildən çox gözləməli olmuşdu. Azərbaycanın ayrı-ayrı 
kiçik  feodal 
qrumlarına  parçalanması,  onların  bir-birinə  olan  torpaq  id-
dia
ları,  baş  verən  ara  müharibələri,  xarici  müdaxilələr  xanlıqların,  o 

mlədən, İrəvan xanlığının zəifləməsinə gətirib çıxarmışdı. İrəvan xanlığı 
uzun  mü
ddət  müstəqilliyini  xarici  müdaxilədən  qoruyub  saxlaya  bilmişdi. 
Lakin 
hərbi  cəhətdən  daha  güclü  olan  və  dövrün  müasir  silahlarına  malik 
Rusiya 
çətinliklə də olsa bu xanlığı işğal edə bildi. İrəvan xanlığı ləğv olun-
du  v
ə  onun  ərazisində  Rusiya  imperiyasının  tərkibinə  daxil  olan  «Erməni 
vilay
əti» yaradıldı. Nəticədə, Osmanlı imperiyası və İranla sərhəddə bufer 
zona  yaradan  Rusiya  Az
ərbaycanın  bu  qədim  ərazisini  «xristian-
laşdırmağa»-erməniləşdirməyə  başladı.  Beləliklə,  ermənilər  çoxdan  arzu 
etdikləri  məqsədə-  Rusiyanın  köməyi  iləAzərbaycan  ərazisində  dövlət 
yaratmaq 
istəyinin birinci mərhələsinə nail oldular.  
 
2.6. 
Görkəmli İrəvan xanı Hüseynqulu xanın (1806-1827) şəxsiy-
y
əti və fəaliyyəti haqqında 


 
191 
 
      Az
ərbaycan xalqı müxtəlif tarixi dövrlərdə ağıllı, igid, vətənpərvər dö-
v
lət xadimləri yetirmişdi. XVIII əsr xanlıqlar dövrü bu baxımdan xüsusilə 
fərqlənir. Azərbaycan xanlarından Şəki xanı Hacı Çələbi, Quba xanı Fətəli 
xan,  Urmiya 
xanı  Fətəli  xan  Əfşar,  Qarabağ  xanları  Pənahəli  xan  və 
İbrahimxəlil  xan,  Xoy  xanı  Əhməd  xan  Dünbülü,  Gəncə  xanı  Cavad  xan 
haqqında məlumatlar tarixi ədəbiyyatda öz əksini tapmış və onların şəxsiy-
y
ətinə  müəyyən  qədər  qiymət  verilmişdir.  Bu  dövrün  görkəmli  şəxsiy-
y
ətlərindən biri də məşhur İrəvan xanı Hüseynqulu xan Qacardır. Fəaliyyət 
v
ə  bacarığına  görə  yuxarıda  adı  çəkilən  xanlardan  heç  də  geri  qalmayan, 
hətta  onların  bəzisindən  yüksəkdə  duran  Hüseynqulu  xan  uzun  illər 
diqqətdən  kənarda  qalmış  və  onun  şəxsiyyətinə  qiymət  verilməmişdir.  İlk 
dəfə  olaraq  bu  monoqrafiyada  onun  şəxsiyyətinə  qiymət  verməyə 
çalışacağıq. 
Hüseünqulu  xan  Qacar  (1806-1827) 21 il 
İrəvan  xanlığını  idarə 
et
mişdi.  Bu  dövr  ərzində  o,  yorulmadan  və  inadla  İrəvanı  zəif  xanlıqdan 
siyasi  v
ə  iqtisadi  cəhətdən  güclü  bir  xanlığa  çevirmişdi.  Hüseynqulu  xan 
kimdir v
ə onun İrəvan xanlığı tarixində nə yeri vardı? Bu suala cavab ver-
mək üçün mənbələrə müraciət edək. İlk növbədə qeyd etmək lazımdır ki, bu 
şəxsiyyətin hansı ildə anadan olması haqqında məlumata rast gəlmədik. O, 
Qəzvində anadan olmuş və burada onun ata-baba mülkləri vardı (129,50). 
Hüseynqulu xan 
gənc yaşlarından özünü bacarıqlı hərbiçi kimi göstərmiş və 
bu  keyfiyy
əti  onun  həyatında  böyük  rol  oynamışdı.  Mənbənin  verdiyi 
məlumata görə, Hüseynqulu xan İəvana gəlməmişdən əvvəl Xorasanda 10 il 
sərhəd qoşunlarının başçısı kimi xidmət etmiş, yalnız Əhməd xan öldükdən 
sonra  1806-
cı  ilin  sonlarında  İrəvana  xan  təyin  olunmuşdu  (293,548; 
415,167).  
Onun  hakimiyy
ətə gəlməsi ilə İrəvan xanlığı tarixində yeni bir dövr 
başlamışdı.  Rusiya-Qacar  İranı  arasında  müharibənin  qızışdığı  bir  dövrdə 
hakimiyy
ətə  gəlməsinə  baxmayaraq,  Hüseynqulu  xan  tez  bir  zamanda 
görkəmli dövlət xadimi kimi özünü göstərə bilmişdi. Onun yeritdiyi daxili 
v
ə xarici siyasət xanlığın möhkəmlənməsinə yönəlmişdi.  
Az
ərbaycanlı  Qacarlar  tayfasından  olan  Hüseynqulu  xan  Fətəli  şah 
Qacarla qohum idi. Heç bir savada malik olmayan Hüseyinqulu xan igid v
ə 
qorxmaz, dü
şmən qarşısında əyilməz bir şəxs kimi özünü göstərmişdi. Onun 
bu 
şəxsi  keyfiyyətinə  toxunan  A.Y.Sokolov  yazırdı  ki, «O,  özünün 
təkəbbürlüyü ilə şahdan aşağı heç kimin qarşısında ayağa durmurdu, ancaq 
salam v
erməklə yaxud baş əyməklə kifayətlənirdi» (403,37; 129,42). Lakin 
rus 
mənbələri  xanı  savadsız  adlandırsalar  da,  onun  dövlət  xadimi  kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə