182
yarma
səhifəsi ilə dəyişik salan adyutantın səhvi idi. Yalnız mühasirə topları
ilə Bozabdalı keçən 300 nəfər əsgərə malik kabardin alayını iki gün
göz
ləmək və Krasovskinin dəstəsilə birləşmək lazım idi» (173,29-31).
Uşaqan döyüşündə rus qoşunu 1166 əsgər və zabit itirmişdi. Onlardan
685
nəfəri öldürülmüş, 347 nəfəri yaralanmış, 134 nəfəri isə əsir düşmüşdü
(125,145).
Başqa bir məlumata görə isə, bu döyüşdə rus qoşunu bütün ərzaq
arabaları ilə birlikdə 24 zabit və 1130 əsgər itirmişdi (304,478). Şerbatov isə
qeyd edir ki, bu döy
üşdə rus qoşunundan 700 əsgər ölmüş, 300 isə yara-
lan
mışdı (416,303). General Krasovski isə öz gündəliyində rus qoşunundan
1131
nəfər öldüyünü, yaralandığını və itkin düşdüyünü yazırdı (137,25).
Rus
qoşunu Eçmiədzinə sığınsa da, vəziyyəti çox ağır idi. Buna ba-
zmayaraq, Abbas Mirz
ə yeni bir səhvə yol verdi. Əgər o, ikinci dəfə rus
qoşununa hücum etsəydi onu tamamilə məğlub edə bilərdi. Krasovski bunu
etiraf
edərək yazır ki, «…hücum etsəydi məni dəhşətli məğlubiyyətə uğra-
dardı (137,27). Kifayət qədər gücə malik olsa da, o bunu etmədi. Avqustun
19-da
gecə Abbas Mirzə qoşunu ilə Uşaqanı tərk edərək İrəvandan 20 verst
aralı, Zəngi çayının sağ sahilində düşərgə saldı. Həmin vaxt rusların
göz
lədiyi mühasirə topları Cəngiyə gəlib çatmışdı. Avqustun 19-u axşamı
general mayor Laptev Krasovskinin
dəstəsi ilə birləşmək üçün kabardin
alay
ı və 4 topla Eçmiədzinə hərəkət edərək Uşaqana gəldi. Artıq Abbas
Mirz
ə qoşunu ilə buranı tərk etmişdi. Avqustun 20-si səhər Krasovski
Eçmiədzindən çıxaraq burada mayorun dəstəsilə birləşdi. (137,26-28).
Abbas Mirz
ənin mühasirəni götürüb geri çəkilməsinin səbəbi
Paskeviçin
başçılığı ilə əsas qüvvələrin Krasovskinin dəstəsinə köməyə
gəlməsi ilə bağlı idi. Çünki Eçmiədzin kilsəsi mühasirədə olarkən avqustun
18-
də general Krasovski Uşaqan döyüşü haqqında məlumat verərək vəziy-
y
ətin qorxulu olduğunu, sursat və ərzaq çatışmazlığını, qat-qat üstün olan
şah qoşunlarının onun dəstəsini sıxışdırdığını, kömək olmadan düşərgəyə
qay
ıda bilməyəcəyini ermənilər vasitəsilə Paskeviçə rəsmi məktub
göndərmişdi (5,645; 137,48-49). Digər tərəfdən yerli əhalidən xəyanət edən-
lar
də olmuşdu. Bu xəyanətin İrəvanda olan rus qoşununun vəziyyətinin
Paskev
içə çatdırılmasında böyük rol oynamışdı. Belə ki, şah qoşunu geri
çəkildikdən sonra İsmayıl xan Ayrumlının qardaşı oğlu və kürəkəni olan
Səlim xan Ayrumlı bir dəstə ilə Əştərək kəndində saxlanılmışdı. Xanın rus
qoşununa rəğbət bəslədiyini arxiyepiskop Nersesdən öyrənən general Kra-
sovski onunla
əlaqə yaratmaq qərarına gəldi. O, gizli surətdə Səlim xana
məktub göndərərək şirnikləndirici vədlər vermiş və kömək etməsini, şah
qoşununun vəziyyəti haqqında məlumatlandırmasını xahiş etmişdi. Gen-
eralın məktubunu alan Səlim xan öz yaxın adamı ilə rus düşərgəsinə gəlmiş
183
v
ə onunla danışıqlar aparmışdı. Danışıqlar nəticəsində xan generalın bütün
göstərişlərini yerinə yetirməyə söz vermişdi. Bundan sonra o, Paskeviçə
məktub göndərərək vəziyyət haqqında ona məlumat verilmişdi. Hətta Səlim
xan senty
abrın 2-si gecə rus düşərgəsinə gələrək Paskeviçin gizli məktubu-
nu özü
ilə gətirmişdi. Məktubda Qarababada yerləşən rus qoşuşunun
köməyə tələsdiyi bildirilmişdi (3,52).
İrəvanda rus dəstəsinin məğlubiyyət xəbərini eşidən general-adyutant
Paskeviç knyaz Eristovun
başçılığı ilə Qarababada bir dəstə qoyaraq, 1827-
ci il avqustun 20-
də İrəvana doğru hərəkət etdi. Sentyabrın 3-də rus qoşunu
Gərni çaya gəlib çatarkən Abbas Mirzə Sərdarabaddan 15 verst aralıda yer-
ləşən Qaraqala qalasına, sonra isə Makuya çəkildi. Rus qoşununun əsas
qüvv
ələri sentyabrın 5-də Eçmiədzinə gəlib çatdı (5,645; 200,561; 78,227;
304,491-494; 416,309).
Sərdarabad qalasının işğalı
General- adyutant Paskeviç
əsas qüvvələri ilə Eçmiədzinə gələn günü
çoxdan göz
lənilən mühasirə topları da gəlib çatdı. O, məlumat alır ki,
Sərdərabad qalasında çoxlu ərzaq ehtiyatı toplanmışdı. Baş komandan
gələcək yürüşünü təmin etmək üçün ilk zərbəni bu qalaya vurmağa qərara
aldı (177,138). Onun bu planı çox gizli saxlanılırdı. Hətta Paskeviç Abbas
Mirz
ənin sülh danışıqları üçün göndərdiyi çaparına inanmamış və onu
cav
absız qoymuşdu (304,493). 1827-ci il sentyabrın 11-də general Paskeviç
əsas qüvvələri ilə Sərdərabad qalasına doğru hərəkət edərək, səhəri günü
bura
gəlib çatdı. Bu xəbəri eşidən Abbas Mirzə Makuya çəkilir. Hüseynqulu
xan v
ə qardaşı Həsən xan öz qüvvələri ilə yenə də rus qoşunu ilə təkbətək
qaldı (5,645-646; 200,561).
Sərdarabad qalası rus qoşunu tərəfindən sentyabrın 14-də güclü
mühasirəyə alındı. Mühasirə qoşunlarının başçısı general-leytenant Krasov-
ski
təyin edildi (137,31). Qalanı tezliklə ələ keçirmək üçün rus koman-
danlığı hücum planını hazırlamışdı. Hücumu müvəffəqiyyətlə həyata
keçirmək üçün qala güclü top atəşinə tutulmalı idi. Bombardıman qalanın
cənub hissəsində yerləşən sərdar bağları tərəfindən nəzərdə tutulmuşdu
(177,115-139).
Sərdarabad qalasına hücumdan əvvəl Paskeviç, qraf Suxtelenin
başçılığı ilə bir dəstə əsgəri Osmanlı sərhəddi yaxınlığında yerləşən Qulp
duz
mədənini tutmağa göndərmişdi. Rus komandanlığı burada kifayət qədər
ərzaq ehtiyatının olması haqqında məlumat almışdı. Qraf Suxtelenin dəstəsi
tapşırığın öhdəsindən bacarıqla gəldi. Sentyabrın 12-də bu dəstə özü ilə 400
çetvert
taxıl və 500 baş iribuynuzlu mal-qara ilə geri qayıtdı (5,646:
416,312-313).
Dostları ilə paylaş: |