184
Sərdərabad qalasının güclü və ərzaqla bol olması haqqında yuxarıda
bəhs edilmişdi. Bu dövrdə qalanın qarnizonu 14 topa malik 1500 dəstədən
ibarət idi (177,112). Həmin vaxt qalaya Həsən xanın nəvəsi Fətəli xan
başçılıq edirdi. Lakin qalanın mühasirəyə alındığını eşidən Həsən xan gecə
qalaya daxil ola
bilmişdi. Həsən xan qala müdafiəçilərini sayıqlığını
itirməmək üçün 1808-ci ildə İrəvanda rus qoşununa qarşı mübarizədən
danışaraq onları ruhlandırırdı (200,561). Onun səyi nəticəsində qala müda-
fiəçiləri güclü müdafiə olunurdu. Sentyabrın 15-də müdafiəçilər qala
ətrafında topları yerləşdirmək üçün iş görən rusları atəşə tutdular. Bu atəş
nəticəsində bir nəfər öldü. Lakin sentyabrın 16-da dövrün güclü silahların-
dan olan
mühasirə topları Sərdərabada gətirildikdən sonra vəziyyət dəyişdi.
Qalanın cənub qərb hissəsində 300 sajen aralıda 6 belə top quraşdırıldı.
Senty
abrın 18-də toplar qalanı bombardıman etməyə başladı. Həmin gün
qalaya 500
mərmi atıldı. Bombardıman nəticəsində qalanın dördkünc qülləsi
dağıdıldı. Səhəri günü davam edən bombardıman nəticəsində qalanın divar-
larına və evlərə böyük ziyan dəydi. Qalanın aramsız atəşə məruz qaldığını
görən müdafiəçilər sentyabrın 19-u saat 5-də ağ bayraq qaldırmağa məcbur
oldu.
Həsən xan tərəfindən göndərilmiş elçi Paskeviçin yanına gələrək xanın
məktubunu ona təqdim edir. Məktubda xan 3 gün müvəqqəti barışıq xahiş
edərək, qarnizonun geri çəkilməsinə icazə istəyirdi. Lakin Paskeviç xanın
bu
xahişinə qəti etiraz edərək, ona təslim olmaq üçün 24 saat vaxt verdi.
Eyni zamanda
qalanın bombardımanı daha da gücləndirildi. Vəziyyətin
çıxılmaz olduğunu görən Həsən xan sentyabrın 19-u axşam qaranlıqdan isti-
fadə edərək iki yaxın adamı ilə qaladan qaçdı. Onun ardınca 1.500 nəfərdən
ibarət olan qarnizon qaladan çıxaraq müxtəlif istiqamətlərə-İrəvan, Alagöz
v
ə Osmanlı sərhəddinə qaçmağa başladı. Rus süvari dəstələri qaçanları təqib
edərək xeyli irəvanlı qırdı. Təqib nəticəsində 500 nəfər öldürülmüş və 200
nəfər isə əsir götürülmüşdü (5,646-647; 200,561; 115,563-564; 177,138-
140; 304,498).
Dörd günlük
mühasirədən sonra sentyabrın 20-də rus qoşunu Sərdər-
abad
qalasına daxil oldu. Qalanı işğal edən rus qoşunu 13 top, 14 min
çetvert
buğdası olan anbar, çoxlu pambıq parça, barıt və sursat qənimət ələ
keçirdi (5,647; 200,561-562; 115,563-564; 177,138-140).
Qalanı qorumaq
üçün Paskeviç polkovnik Xamutovun
başçılığı ilə bir piyada batalyonu, er-
məni və kazaklardan ibarət bir dəstə qoyaraq Eçmiədzinə qayıdır (115,564).
Sərdarabad qalasının beş günlük mühasirəsi zamanı 8 rus əsgəri ölmüş, 3
zabit v
ə 15 əsgər isə yaralanmışdı (177,132; 125,146).
Sərdərabad kimi güclü qalanın alınması şahı dəhşətə gətirmişdi. O,
İrəvan və Naxçıvan xanlıqlarının güzəştə getmək şərti ilə sülh danışıqlarına
185
başlamağı tələb etdi. Lakin şahzadə atasının bu haqda göndərdiyi fərmanı
icra
etməyərək, onu bir müddət özündə saxladı. Abbas Mirzə İrəvan qal-
as
ının rus qoşununa güclü müqavimət göstərməsinə ümid edərək, rus ko-
man
danlığından daha sərfəli şərtlərlə danışıq aparmaq istəyirdi. Lakin
İrəvan qalasının süqutu onun bütün ümidlərini puç etdi (117,569). Başqa bir
məlumata görə, şah Sərdarabadın işğalından sonra özünə yaxın olan xan-
lardan birini ingilis
məmurları ilə birlikdə Paskeviçin yanına göndərmişdi.
Lakin onlar
gələnə qədər artıq İrəvan qalası da süqut etmişdi. General
Paskeviç onlarla
sərt danışmış və qeyd etmişdi ki, İrəvandan birbaşa Təbrizə
y
ürüş edəcəkdir (5,649).
İrəvan qalasının süqutu. Sərdarabad qalasında qarnizon yerləşdirən
general adyutant Paskeviç
əsas qüvvələrlə geri qayıdaraq, sentyabrın 22-də
Eçmiədzinə gəlib çatdı. Sentyabrın 23-də isə bütün qoşun İrəvana doğru
hərəkət etdi. Rus qoşunu qaladan 2 verst aralı Zəngi çayının sahilində
mövqe tutaraq,
qalanın mühasirəsinə başlayır (116,565; 304,505). Rus ko-
mandanlığı İrəvan qalasının işğalını tez bir zamanda başa çatdırmaq
niyy
ətində idi. Çar da Paskeviçdən Təbrizə yürüşdən qabaq İrəvanın işğalını
tələb etmişdi. Digər tərəfdən, həmin vaxt Rusiyanın beynəlxalq vəziyyəti
mürəkkəbləşmiş, Osmanlı dövləti ilə münasibətləri müharibə həddinə
çat
mışdı. Müharibə olacağı təqdirdə İrəvan qalası rus qoşunu üçün hərbi və
ərzaq bazası rolunu oynamalı idi. V. Potto yazır ki, «Bu zaman İrəvanı
mühasirədə saxlayaraq Təbrizə hərəkət etməklə əməliyyat meydanının
böyük
məsafədə uzanması və Təbrizdə əsas qüvvələrin müvəffəqiyyətsizli-
y
ə uğrayacağı təqdirdə mühasirə dəstəsinin vəziyyəti çətinə düşə, yaxud
qorxulu ola
bilərdi. Düşmən Təbrizlə İrəvan arasında dolaşmaqla əlaqəni
kəsə bilərdi, bu da rus qoşununu əməliyyat xətti ilə deyil, Qarabağ tərəfdən-
Mehri, Aslandüz, yaxud
Xüdafərin körpüsündən geri çəkilməyə məcbur
edərdi. Onda Naxçıvan asanlıqla düşmənin əlinə keçə bilərdi və bütün
əməliyyatın nəticəsi itirilərdi» (304,504). Məhz bu səbəblərdən rus koman-
danlığı qalanın tez bir zamanda işğalı üçün gərgin işə başladı. Qala ətrafında
mühasirə xətti yaradıldı. Mühasirə qoşunlarının başçısı general-leytenant
Krasovski
təyin olunmuşdu (137,31). Hücumdan qabaq qalanın ətrafını
göz
dən keçirən general-adyutant Paskeviç sentyabrın 24-də şura çağırdı.
Şurada qalaya hücum planı müzakirə olundu (304,506).
Qeyd
etmək lazımdır ki, hələ rus qoşunu iyunun 22-də mühasirəni
götürdükdən sonra qalada xeyli dəyişiklik baş vermişdi. İrəvanlılar qalanı
möhkəmləndirmək və rus qoşununu asanlıqla qalaya yaxınlaşmaq imkanın-
dan
məhrum etmək üçün bir neçə tədbirə əl atmışdı. Hər şeydən əvvəl, qal-
anın şərq hissəsinin əks tərəfində yerləşən xəndək yaxınlıqda yerləşən ba-
Dostları ilə paylaş: |