186
taqlıqdan götürülən palçıqla daha da hündürləşmiş, Qırxbulaq çayına qədər
qalaya
bitişik şəhərətrafı dağıdılmışdı. Qalaya paralel daş divar və hətta
ev
lər sökülmüş, bağlarda olan bütün ağaclar qırılmışdı. Qalanın şimal
hissəsində yerləşən gözəl karvansara və bir çox evlər də sökülmüş, yalnız
şəhərətrafında yerləşən məscid qalmışdı. Bundan əlavə qala qarnizonu 2.000
nəfərdən 4.000 nəfərə çatdırılmış, Həsən xan başda olmaqla Sərdarabad qala
qarnizonunun
sağ qalan üzvləri onlara qoşulmuşdu. Sərdarabad qalasından
qaçan
Həsən xan İrəvan qalasına gələrək rəhbərliyi öz üzərinə götürmüşdü
(177,143).
İrəvan xanı Hüseynqulu xan isə şah qoşunu geri çəkildikdən sonra bir
dəstə atlı qoşunla ailəsi ilə birlikdə Araz çayını keçərək Maku qalasına
sığınmışdı. Lakin o, İrəvan qalasının işğalını eşitdikdən sonra Təbrizə
get
mişdi (5,649; 177,68; 396,35).
Sərdarabad kimi qalanın süqutu İrəvan qalası müdafiəçilərinə böyük
təsir göstərmiş və onları ruhdan salmışdı. Lakin xanın qardaşı Həsən xanın
qalaya daxil
olması müəyyən qədər onları ruhlandırmışdı. Hətta onun
göstərişi ilə sentyabrın 24-də qala müdafiəçiləri toplardan rus qoşununa atəş
açmağa başladı. Lakin bu atəşlər rus qoşununa heç bir təsir göstərməmişdi
(116,565; 304,505).
Qalanın ətrafında mühasirə işləri görən rus qoşunu müxtəlif yerlərdə
toplar y
erləşdirməyə başladı. Sentyabrın 25-i şəhərin şərq tərəfində yerləşən
«
Müxənnət təpəsi»ndə top yerləşdirən rus qoşunu qalaya bir neçə bomba
atdı. Beləliklə, qalanın bombardıman edilməsi başladı. Səhəri günü qalanın
şərq hissəsində yerləşən şəhər ətrafında qala divarlarından 300 sajen aralıda
y
erləşən təpədə yeni 6 top və 4 mortir (qısalüləli top-E.Q.) quraşdırıldı
(116,565).
Senty
abrın 26-sı səhər qala həmin toplardan güclü atəşə tutulur. Qala
müdafiəçiləri də toplardan rus qoşununa cavab verirdi. Lakin təcrübəli
topçuların olmaması üzündən onların atdığı mərmilər rus qoşununu bir o
qədər də narahat etmirdi. Digər tərəfdən, topçuların bəzisi ermənilər
olduğundan, onlar xəyanət edərək topu rus qoşununa tərəf deyil, boş yerlərə
atırdılar. Qalaya sığınmış ermənilərin xəyanəti bununla bitmirdi. Ermənilər
gizli
surətdə qalada baş verən hadisələri, qala müdafiəçilərinin sıx yerləşdiyi
y
erləri rus komandanlığına çatdırırdı (396,36). Buna görə də, rusların atdığı
mərmilər hədəfə dəyirdi. Həmin gün atılan mərmilər qala daxilində baş
məscidə, sərdarın sarayını zədələdi. Bütün gecə bombardıman davam
etdirildi (304,506-507).
Qala
müdafiəçilərinin inadkarlığını görən rus qoşunu hər gün qalanın
müxtəlif yerlərində mühasirə toplarının sayını artırırdı. Sentyabrın 27-si
187
gecə birinci batareyaya paralel sağ tərəfdə yeni 12, sol tərəfdə isə 6 top yer-
ləşdirildi. Həmin gün qala 18 topdan güclü atəşə tutuldu. Atılan top
mərmiləri qala divarlarını zədələdi. Lakin irəvanlılar dağılmış yeri vaxtında
hörə bildi. Səhəri günü həmin toplardan qalanın bombardımanı davam
etdirildi. Top
mərmiləri qala daxilində böyük dağıntı törətmişdi. Bom-
bard
ıman nəticəsində qalanın divarına, qüllə və tikililərə böyük ziyan
dəymiş, mazğallar tələf olmuş, ruslara əks cavab verən bir neçə top sıradan
çıxmışdı (116,565; 177,152). Bombardıman qalaya sığınmış dinc əhaliyə elə
təsir göstərdi ki, onlar Həsən xanı və qarnizonu məzəmmət edərək təslim
olmağa tələb etməyə başladılar. Lakin Həsən xan bir bəhanə ilə rus
qoşununun geriyə cəkiləcəyi və Abbas Mirzədən əlavə kömək gələcəyini
bildirərək onları sakitləşdirməyə çalışırdı (116,565; 304,508). Öz
növ
bəsində xanın adamları sentyabrın 28-də gecə və gündüz rus qoşununu
tüfənglərdən güclü atəşə tutmaqda davam edirdi (177,152-153).
Lakin senty
abrın 29-da rus qoşunu qalanın qarşısında yeni toplar
quraşdırdı. Onlardan atılan mərmilər qalanın cənub şərq hissəsindəki
qülləni, ona bitişik səddi və bir neçə mazğalı dağıdır. Həmin gün Paskeviç
qalanı könüllü təslim etmək üçün Həsən xanın yanına elçi göndərdi. O, qal-
anın könüllü təslim olunacağı təqdirdə, qarnizona azad surətdə istədiyi yerə
geri
çəkilməsinə söz verirdi. Düşünmək üçün Həsən xana 6 saat vaxt verildi.
Lakin xandan heç bir cavab
gəlmədi (116,565; 304,509).
Senty
abrın 30-da qalanın bombardımanı davam etdirildi. Əhalinin
təzyiqinə məruz qalan Həsən xan vaxt qazanmaq üçün rus komandanlığı ilə
danışıqlara başlamağa məcbur oldu və həmin günü günorta Paskeviçin
y
anına elçi göndərdi. O, baş komandana xanın adından yazılmış məktub
gətirmişdi. Məktubda Həsən xan Abbas Mirzənin fikirini öyrəndikdən sonra
qalanı təslim edə biləcəyini bildirmişdi. Lakin Paskeviç şahzadənin va-
sitəçiliyi olmadan, şərtsiz tabe olunmasını tələb etdi. Əks təqdirdə o, xanı
rus
qoşununun gücü ilə qorxudurdu. Elçi bu cavabla da geri qayıtdı
(116,566; 177,159).
Lakin
Həsən xan təslim olmaq fikirində deyildi. Onun inadkarlığını
görən bir qrup dəstə qiyam qaldırdı. Qiyam yatırılır və onun bir neçə təşki-
latçısı Həsən xanın əli ilə öldürülür (177,165).
Xandan heç bir cavab almayan rus
qoşunu bombardımanı davam
etdirir. Okty
abrın 1-i bütün gecə 40 topdan qala fasiləsiz olaraq atəşə tu-
tuldu. Qalaya
mindən çox mərmi atıldı. Qala daxilində çoxlu tikinti
dağıntıya məruz qalmışdı (177,566; 304,511).
Güclü
bombardıman axır ki, öz bəhrəsini verdi. Oktyabrın 1-də səhər
saat 8-
də qalanın şərq tərəfində yerləşən qüllədən bir neçə nəfər ağ bayraq
Dostları ilə paylaş: |