Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   94   95   96   97   98   99   100   101   ...   164

 
201 
Mar
aqlıdır  ki,  müstəqil  xanlıq  kimi  göstərilən  Maku  xanlığının  ha-
kimləri arxiv materiallarına görə hələ XVIII əsrin 80-ci illərin əvvəllərində 
İrəvan taxt-tacı uğrunda gedən hədisələrdə fəal iştirak etmiş və xan olmaq 
iddiasına  düşmüşdülər.  Sənədlərdə  Maku  hakimi  Əhməd  Sultan  İrəvanın 
nüfuzlu 
əyanlarından olduğu göstərilmiş və xan kimi deyil, sultan kimi qeyd 
olunmuşdu  (3,16-17; 6,961-962).  Bunu  təsdiq  edən  faktlardan  biri  də 
S.D.
Burnaşovun  əsərində  Azərbaycanın  ayrı-ayrı  xanlıqları  haqqında 
məlumat  verilərkən  Maku  müstəqil  xanlıq  kimi  deyil,  İrəvan  xanlığının 
tərkibinə daxil olan bir ərazi kimi göstərilmişdi. O, yazırdı ki,  «Əli Sultanın 
(
Əhməd Sultan-E.Q.) rəhbərliyi altında olan Maku qalası 600 həyətə malik 
kiçik 
ərazisi ilə İrəvan xanlığına məxsus idi (82,17-18).  
XIX 
əsrin  əvvəllərinə  aid  arxiv  materialları  Makunun  İrəvana 
məxsusluğunu  qəti  şəkildə  təsdiqləməyə  xeyli  faktlar  verir.  Bir  arxiv 
sənədində  1801-ci  ildə  «Baba  xana  tabe  olmaqdan  boyun  qaçıran  Xoylu 
Cəfərqulu  xanın  İrəvan  xanına  məxsus  olan  Maku  adlı  yerdə  yaşadığı» 
göstərilmişdi (3,28). Sonuncu xan Hüseynqulu xanın (1806-1827) dövründə 
də  Makunun  İrəvandan  asılı  olmasını  arxiv  sənədləri  təsdiq  edir.  General 
Krasovskinin  1827-ci  il 
dekabrın  24-də  Paskeviçə  yazdığı  məktubunda 
göstərilirdi: «İrandan alınan məlumata görə, Maku mahalı İrəvan xanlığına 
məxsusdur,  sülh  müqaviləsi  bağlandıqdan  sonra  iranlılara  güzəşt 
edilmişdi… Sartip Məhəmməd xan və sərhəng Əhməd xan mənə dedilər ki, 
Maku  hakimi 
Əli  xanın  inadlı  cəhdinə  baxmayaraq,  bu  ərazi  sülh 
müqav
iləsindən  sonra  iranlılara  güzəştə  gedilmişdi.  Mən  bu  xəbəri  təsdiq 
etməyə səbəb tapmasam da, Maku dairəsinin  İrəvan xanlığının bir hissəsi 
olmasını  sizə  bildirməyi  özümə  borc  bilirəm.  Bu  ölkə  31  kənddən 
ibarətdir…  Maku  ölkəsi  həqiqətən  həmişə  İrəvan  xanının  təsiri  altında 
ol
muşdu. İrəvan xanı onun hakimi ilə iltifatlı davranmışdı. Çünki bilirdi ki, 
heç  bir  qüvv
ə  onların  arasını  vura  bilməz… 1824-cü  ildə  Abbas  Mirzə 
qo
şunla  Maku  dairəsini  ələ  kesirmək  üçün  hərəkət  edəndə,  onun  hakimi 
şahzadəyə  müqavimət  göstərərək  onu  yaxın  buraxmamışdı.  Yalnız  Abbas 
Mirz
ənin  hüzuruna  gələn  İrəvan  sərdarının  qardaşı  Həsən  xanın  inandır-
masından  və  ondan  qiymətli  hədiyyələr  aldıqdan  sonra  Makunu  tərk 
et
mişdi. Əgər bu ərazi İranda qalarsa, İrəvan xanlığının Arazın hər iki sa-
hilin
də  yerləşən  torpaqlarının  bir  hissəsini  hədələyən  bədxah  adamların 
təhlükəsiz  yuvası  olacaqdır.  Əgər  əvvəlki  kimi  bu  ərazi  İrəvan  hakimiy-
y
ətinə tabe olarsa, onda iran və türklərin hərəkətinin qarşısını almaq üçün 
maneə olacaq» (137,49-51). Makunun İrəvanla sıx bağlılığı və ondan asılı 
olmasını  İ.Şopen  də  qeyd  edirdi. «Maku  hakimi  Əli  xan  Şərur  mahalına 
məxsus  olan  Ərəbyenicə,  Qarahəsənli  və  Diadin  kəndlərini  Hüseynqulu 


 
202 
xandan 
hədiyyə olaraq tiyul almışdı. Bunun müqabilində o, bu kəndlərdən 
topladığı  gəlirdən  300  tümən  İrəvan  xəzinəsinə  vergi  ödəyirdi.  Bundan 
əlavə, Əli xan hər il xana 200 tümən miqdarında peşkəş vergisi də verirdi» 
(415, 968- 974). Dövrün  
məlumatına görə, Maku İrəvanı taxılla və müxtəlif 
şeylərlə təchiz edirdi (125,57-58). Didər tərəfdən, heç də təsadüfu deyildi ki, 
rus 
qoşunları  tərəfindən  İrəvan  qalasının  sonuncu  mühasirəsi  zamanı 
Hüseynqulu  xan  bütün  var-döv
ləti  və  ailəsi  ilə  birlikdə  Maku  qalasına 
sığınmışdı  (177,68).  Göstərilən  arxiv  sənədləri  və  mənbələrə  əsasən  belə 
qənaətə  gəlmək  olar  ki,  Maku  xanlığı  Hüseynəli  xanın  dövründə  (1759-
1783) 
İrəvana  tabe  olmuş  və  İrəvan  xanlığı  işğal  olununa  qədər  onun 
tərkibində qalmışdı. 
Əldə etdiyimiz mənbələr və digər mənbə səciyyəli sənədlər əsasında 
İrəvan xanlığının sərhədlərini belə bərpa edə bilərik: Xanlıq qərb və cənub– 
qərb  tərəfdən  Osmanlı  dövləti  ilə  həmsərhəddir.  Onun  qərb  tərəfdən 
sərhəddi  Qars  paşalığını  Şuragöl  və  Talın  mahallarından  ayıran  Arpa 
çay
ıdır. Arpa çayının Araza töküldüyü yerə qədər İrəvanın Qars paşalığı ilə 
sərhəddi  50  verstə qədərdir.  Buradan sərhəd xətti  Arazı  keçməklə,  Kağız-
man 
sancağını  Dərəkənd-Parçenis  mahalından  ayıran  Qəbir  dağ  sıldırım 
dağları boyunca cənub-qərb istiqamətində Arazdan Koroğlu dağına qədər 30 
verst, buradan 
cənub-şərqə dönərək Balıq gölünə qədər 50 verst, sonra düz 
şərqə  Sürməli  mahalını  Bəyazid  paşalığından  ayıran kiçik  Alagöz  dağının 

ksəklikləri istiqamətində uzanır. Cənubdan İrəvan xanlığı onun tərkibinə 
daxil olan  Maku 
tərəfdən Xoy xanlığı ilə, cənub-şərq istiqaməində isə Araz 
çay
ına  doğru  seyrələn  daşlıq  qayalardan  onu  ayıran  Naxçıvan  xanlığının 
Xok 
mahalı  ilə  həmsərhəddir.  Şərq  tərəfdən  sərhəddi  onu  Qarabağ 
xanlığından ayıran Tərtər çayıdır. Şimaldan Somsixetiya və Borçalı, şimal-
şərqdən  xanlığı  Qazax,  Şəmşəddil  sultanlıqlarından  və  Gəncə  xanlığından 
ay
ıran  Eşşəkmeydandan  (Eşşəkmeydan  Dərəçiçək  mahalını  Qazax  sultan-
lığından  ayıran  dağlarla  əhatə  olunan  təpəli  düzənlikdir-E.Q.),  Gil,  Şat-
anağac  və  Gədikbarat  yüksəkliyinə,  şimal-qərbdən  Pəmbək  vasitəsilə  Ax-
al
sıx paşalığına qədər uzanırdı. 
 
3.2. Xan
lığın inzibati-ərazi bölgüsü 
 Az
ərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da in-
zibati-
ərazi  quruluşu  baxımından  mahallara,  mahallar  isə  kəndlərə 
bölünürdü. (197,44; 187,48). 
Mahalları adətən xan tərəfindən təyin olunmuş 
mahal 
naibləri  idarə  edirdi.  Naiblər  isə  iri  feodallar  arasından  seçilirdi 
(162,137). Az
ərbaycanın digər xanlıqlarından fərqli olaraq İrəvan xanlığın-
da  mahal 
rəisləri  mirbölük  adlanırdı  (415,448).  Kəndləri  isə  naib  yaxud 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə