Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   92   93   94   95   96   97   98   99   ...   164

 
196 
adlandırırdılar. (Rusiya  idarə  orqanları-E.Q.)  iran  (İrəvan  xanının-E.Q.) 
idarəçilik sisteminə nifrət etməyi öyrədir, 50 il keçməsinə baxmayaraq bu 
sistemlə tanış olmamış, həmçinin xalqın ehtiyacı üçün öz xüsusi sistemlərini 
y
aratmamışdılar» (177,448). Bu  müəlliflərin  verdiyi  qiymət  Hüseynqulu 
xanın şəxsiyyətinə və fəaliyyətinə verilən ən dəyərli qiymətdir. 
İrəvan xanlığı işğal olunduqdan sonra şah sarayına qaçan Hüseynqulu 
xanın sonrakı taleyi də müəmmalı qalır. İ.Şopen bu böyük şəxsiyyətin 1834-
cü 
ildə İranda yoxsulluq içərisində vəfat etdiyini qeyd edir (415,170). Lakin 
A.Qriboyedovun  1828-cu  il  senty
abrın  23-də  qraf  Paskeviçə  yazdığı 
məktubu  bunun  belə  olmadığını  göstərməyə  əsas  verir.  Məktubun 
məzmunundan görünür ki, həmin ildə Xorasanda hakimlik edən şahın oğlu 
Həsənəli Mirzəyə qarşı Rzaqulu xanın başçılığı ilə üsyan qalmışdı. Bu üs-
y
anın qarşısını almaq üçün keçmiş İrəvan xanı Hüseynqulu xan Xorasanın 
hakimi 
təyin  olunmuşdu.  Məktubda  göstərilirdi: «İrəvanın  keçmiş  sərdarı 
Xorasanın  hakimi  təyin  olunub,  bu  zərərli  adamın  bizim  sərhəddən  uzaq-
laşmasına yetərincə sevinməmək mümkün deyil. Ümumiyyətlə, yazırlar ki, 
üsyan 
şahın oğlu Həsənəli Mirzənin zülümünə qarşı olmuşdu. Ümid edirlər 
ki, 
sərdarın (Hüseynqulu-E.Q.) gəlməsilə tezliklə sakitlik bərpa olunacaq» 
(129,609-619). 
Məktubdan  görünür  ki,  İrəvandan  getdikdən  sonra  da 
Hüseynqulu  xan  yü
ksək  vəzifələrdə  işləmişdi.  Digər  tərəfdən,  İrəvandan 
əlavə,  Qəzvin  ətrafında  da  Hüseynqulu  xana  məxsus  kəndlər  olmuşdu 
(129,50). Bu faktlara 
görə, onun yoxsulluq içərisində vəfat etməsi fikiri ilə 
raz
ılaşmaq olmaz. 
Bütün  bu 
faktları nəzərə alaraq qeyd etmək lazımdır ki, Hüseynqulu 
xan 
görkəmli,  bacarıqlı,  işgüzar,  tədbirli  və  uzaqgörən  dövlət  xadimi 
ol
muşdu. Çox mürəkkəb və müharibələrlə zəngin bir dövürdə hakimiyyətə 
gəlməsinə baxmayaraq, bütün fəaliyyəti boyu İrəvan xanlığının müstəqilli-
y
inə  və  onun  çiçəklənməsinə  çalışmışdı.  Buna  da  nail  olmuşdu.  Qaldı  ki, 
İrəvan xanlığının işğalına bu dövrün faciəsi idi. Obyektiv səbəbləri nəzərə 
alsaq, 
başdan- ayağa ən mükəmməl və müasir hərbi texnika ilə silahlanmış 
Rusiya  döv
lətinin  qarşısında  xırda  xanlıqlara  bölünmüş  Azərbaycan  aciz 
qalmışdı. İrəvan xanlığının işğalı ərəfəsində Cənubi Qafqazda Naxçıvandan 
başqa  bütün  xanlıqlar  ləğv  olunmuşdu.  Artıq  bu  iki  xanlıq  meydanda  tək 
qalmışdı.  Şah  sarayı  isə  sona  qədər  onlara  kömək  edə  bilmədi.  Nəticədə, 
nəhəng dövlətlə üz-üzə qalan İrəvan xanlığı işğal olundu.              
 
 
 
 


 
197 
 
 
 
 
 
 
 


 
198 
III 
FƏSİL 
İRƏVAN XANLIĞININ TARİXİ COĞRAFİYASI 
3.1. 
Ərazisi və sərhədləri 
 
   
İrəvan xanlığının siyasi sərhədləri haqqında mənbələrin azlığı və bu 
qay
naqların  qənaətbəxş  olmaması  problemin  həllinə  əngəl  yaradır.  Lakin 
bəzi mənbələrdə və işğaldan sonra tərtib edidmiş rusdilli toplularda və rus 
qafqaz
şünaslarının  əsərlərində  bu  məsələ  ilə  bağlı  müəyyən  məlumatlara 
rast 
gəlmək olar. İrəvan xanlığının ərazisinin ümumi təsviri haqqında ilkin 
məlumat 1783-1787-ci illərdə Rusiya dövlətinin Kartli-Kaxetiya sarayındakı 
səlahiyyətli  nümayəndəsi  S.D.Burnaşova  və  Qafqazdakı  rus  qoşunlarının 
baş komandanı R.İ.Kovalenskiyə məxsusdur. Lakin hər iki müəllifin məlu-
matı natamamdır və xanlığın sərhdlərinin tam mənzərəsini yaratmağa imkan 
vermir. S.D.
Burnaşov İrəvan xanlığının ərazisinə və onunla həmsərhəd olan 
döv
lətlərə toxunaraq qeyd edirdi ki, «İrəvan adlandırılan bu xanlığın Arazın 
sol 
sahilində  yerləşən  geniş  ərazisi  vardır.  Bu  ərazi  şimaldan  və  şimali-
qərbdən  Gürcüstan  (Kartli-Kaxetiya-E.Q.),  cənubdan  Naxçıvan  xanlığı, 
qərbdən isə Türkiyə ilə həmsərhəddir (82,17).  P.İ.Kovalenski isə 1800-ci 
ildə yazdığı gündəliyində İrəvan xanlığının ərazisini daha kiçildir. O yazır: 
«Onun  (
Məhəmməd  xanın-E.Q.)  dövləti  Araz  sayının  sahili  boyunca  dar 
sərhəddə yerləşirdi» (156,118).  
İrəvan xanlığının ərazisi və siyasi sərhədləri haqqında bir qədər ətraflı 
məlumata  işğaldan  sonra  tərtib  olunmuş  toplu  və  rus  qafqazşünaslarının 
əsərlərində rast gəlmək mümkündür. XIX əsrin 30-cu illərində tərtib edilmiş 
«Rusiya 
işğallarının  icmalı» toplusunda  İrəvan  xanlığının  sərhədləri təsvir 
edilmiş və hətta onun ərazisinin sahəsi göstərilmişdir. Topluda qeyd olunur 
ki, «
İrəvan  xanlığı  61
0
  v
ə  64
0
 
şərq  uzunluq  dairəsiilə, 41
0
  39
0
 
şimal  en 
dairəsi  arasında  yerləşir.  Şimaldan  Yelizavetopol  (keçmiş  Gəncə  xanlığı-
E.Q.), 
Şəmşəddil, Qazax, Pəmbək və Şuragöl distansiyaları, cənubdan Xoy 
xanlığı,  Maku  mahalı  və  Bəyazid  paşalığı,  qərbdən  Kağızman  və  Qars 
paşalıqları ilə həmsərhəd idi. Ümumilikdə İrəvan xanlığının ərazisi 11 min 
kv.v
erstə bərabərdir (201, c.4, səh.253). Rus qafqazşünaslarından olan hərb 
tarixçisi  N.Dubrovin 
İrəvan  xanlığından  bəhs  edərkən  onun  «şimaldan 
Gəncə  xanlığı,  Şəmşəddil,  Qazax,  Pəmbək  və  Şuragöl  distansiyaları, 
şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənub və qərbdən isə İran və Os-
manlı ərazilərilə» həmsərhəd olduğunu qeyd edir (147,327).   
Qeyd 
etmək  lazımdır  ki,  İrəvan  xanlığının  mənbə  və  toplularda 
göstərilən sərhədləri obyektivliyi əks etdirmir. Çünki bu məlumatlarda onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə