Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   100   101   102   103   104   105   106   107   ...   164

 
213 
ar
ısına  isə  içərisində  şərabla  və  meyvələrlə  dolu  müxtəlif  formalı  qablar, 
h
əmçinin billur və çini qablar qoyulurdu (415,467). 
İrəvan şəhərində yaşayış evlərindən başqa ictimai binalar, məscidlər 
d
ə vardı. İrəvan şəhərində 2-i qalada, qalanları isə şəhərdə olmaqla 8 məscid 
vard
ı. Bunlar  Zalı xan məscidi, Novruzəli bəy məscidi, Sartip xan məscidi, 
Hüseyn
əli xan məscidi,  Hacı İmamverdi məscidi, Hacı Cəfər bəy məscidi 
adlan
ırdı.  Şəhərdə  həmçinin  xeyli  dağıdılmış  kiçik  məscidlər  də  nəzərə 
çarp
ırdı (415,468). 1834-cü il kameral təsvirə görə, İrəvan şəhərində 8 məs-
cid qeyd
ə alınmışdı (201, c.4, səh.291). Şəhərin baş məscidinin 1764-cü ildə 
(201,  c.1,  s
əh7),  bəzi  məlumata  görə  isə  1770-ci  ildə  Hüseynəli  xan 
t
ərəfindən tikildiyi güman edilir (172,444). Bu məscid İrəvan şəhərinin qərb 
hiss
əsində, hər tərəfdən azərbaycanlı türklərinin yaşadığı evlərin əhatəsində 
yerl
əşirdi (189,277).  
İrəvan şəhəri böyük ticarət mərkəzi idi və xanlığın ən iri ticarət bazarı 
burada  yerl
əşirdi.  Şəhərə  çoxlu  tacir,  rəsmi  adamlar  və  səyyahlar 
g
əldiyindən,  onlara  xidmət  göstərən  karvansaralar  fəaliyyət  göstərirdi. 
1829-1832-ci  ill
ər  kameral  təsvirə  görə,  İrəvan  şəhərində  Gürcü,  Culfa, 
Zöhrab xan, Tahir, Sulu, Susuz, Hac
ıəli karvansaraları var idi. Bu karvansa-
ralar möhk
əm bişmiş kərpicdən səliqəli şəkildə tikilmişdi (415,468-469). 
İrəvan şəhərində çoxlu ticarət köşkləri  və xeyli hamam da fəaliyyət 
göst
ərirdi.  Kameral  təsvirə  görə,  şəhərdə  819  ticarət  köşkü  və  8  hamam 
qeyd
ə  alınmışdı  (415,469).  Ticarət  köşklərinin  sayı  ildən  ilə  artırdı. 
M
əsələn, 1834-cü  il  kameral  təsvirə  əsasən,  şəhərdə  onların  sayı  1670-ə 
çatm
ışdı (201, c.4, səh.291).  
Şəhər  hamamları  həm  yerli  əhalinin,  həm  də  şəhərə  gələn  əcnəbi 
qonaqlar
ın  istirahət  yeri  idi.  Hamamlar  ortasında  suölçəni  olan  kürəşəkilli 
qübb
ə və kümbəzlə ortülmüş bir neçə böyük zalı olan dördkünc otaqlardan 
ibar
ət  idi.  Buraya  su  xüsusi  tikilmiş  anbarlardan  çəkilmiş  su  kəməri 
vasit
əsilə  verilirdi.  İsti  su  qıraq  otaqdan  borularla  ötürülürdü.  Su  odun 
əvəzinə xüsusi şəkildə qurudulmuş təzəklə qızdırılırdı (415,865-866).  
H
əftənin  iki  günü  hamamlardan  qadınlar  istifadə  edirdi.  Şəhər 
xan
ımları səhər tezdən təmtəraqla hamama gedirdilər, onun ardınca xalça, 
yast
ıq, yorğan, şərbət, qəlyanaltı, hər cür şirniyyat aparılırdı. Burada tanışlar 
bir-birini  uca  s
əslə salamlayır, yeniliklərdən danışır və bütün şəhərin dedi-
qodusunu toplay
ırdı (415,866).  
Toy 
qabağı hamamlar daha dolu olardı. Bu da azərbaycanlıların toy 
qabağı  bəy  və  gəlinin  yaxın  adamlarının  müşayətilə  təntənəli  surətdə  ha-
mama 
aparması adətləri ilə bağlı idi (415,866).  


 
214 
İrəvan şəhərində olan hamamlar bunlardır: 1. Şəhər məhəlləsində Şe-
yx-ül  islama 
məxsus  hamam; 2.Zalıxan  hamamı; 3.Mehdi  bəy  hamamı; 
4.
Hacıbəyim  hamamı; 5.Təpəbaşı  məhəlləsində  Şeyx-ül  islam  hamamı; 
6.
Hağı  Əli  hamamı; 7.Qafar  və  yaxud  Hacı  Fətəli  hamamı; 8.Kərim  bəy 
hamamı (415,866-867). 
Şəhərdə  əhalinin  müxtəlif  idman  oyunlarının  keçirdiyi  və  bir  yerə 
y
ığılıb söhbət etdiyi 5 meydan vardı. Bunlar aşağıdakılardır: 1.Əsas meydan 
Xanbağı  adlanırdı; 2.Bazarla  qala  arasında  olan  meydan; 3.Zalı  xan  mey-
danı; 4.Fəhlə  bazarı; 5.Hüseynəli  xan  meydanı.  Sonuncu  meydan  ən  çox 
idman  oy
unları  və  digər  tədbirlərin  keçirildiyi  meydan  idi.  O,  dördkünclü 
formaya  malik  olmaqla 
bərabər,  ticarət  köşkləri  ilə  əhatə  olunmuşdu 
(415,469; 201, c.4, 
səh.291). 
İrəvan şəhəri müxtəlif meyvə və üzüm bağları əhatəsində idi. Bağlar 
yaz v
ə yay aylarında şəhərə xüsusi gözəllik verirdi. Bu bağların sayı 1473-ə 
bərabər idi (415,471-472). 
İrəvan sırf Azərbaycan şəhəri idi. Əvvəla, burada Azərbaycan xanları 
otururdu. 
İkinci bütün yer, çay və məhəllə adları sırf Azəri türk adları idi. 
Şəhərdə əhalinin əksəriyyəti azəri türklərindən ibarət idi.     
Beləliklə,  Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi  İrəvan 
xanlığı inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə kəndlərə 
bölünmü
şdü.  Mövcud  olduğu  müddət  ərzində  xanlığın  mahalları  siyasi 
v
əziyyətlə  əlaqədar  olaraq  daima  dəyişikliyə  uğramışdı.  Mahallar  coğrafi 
v
əziyyətinə, kənd təssərüfatına və s. görə bir-birindən fərqlənirdi. 
    
3.3. 
Xanlıqda idarəçilik sistemi və hərbi müdafiə işi 
Az
ərbaycanın digər xanlıqları kimi, İrəvan xanlığı da tipik feodal dö-
v
ləti idi. Ali hakimiyyət xana yaxud sərdara məxsus idi. Xan yaxud sərdar 

tləq hakim hesab olunurdu. Hakimiyyət irsi idi və atadan-oğula keçirdi. 
Lakin 
İrəvan xanlığında tez-tez hakimiyyət dəyişikliyi olduğundan xanların 
bəzisi  Qacar  İran  şahı  tərəfindən  təyin  olunmuşdu.  Bütün  qanunvericilik, 
icra  hakimiyy
əti və məhkəmə sistemi bilavasitə sərdarın əlində cəmləşmiş, 
ölkənin daxili və xarici məsələləri ilə bağlı bütün işlər onun razılığı əsasında 
həyata  keçirilirdi.  Ümumiyyətlə,  xanlıqda  bütün  işlərin  icrası  onun  ira-
dəsindən asılı idi.  
Az
ərbaycanın bütün xanlıqlarına xas olan xan hakimiyyətinin mahiy-
y
əti  haqqında  istər  Oktyabr  çevrilişinə  qədərki,  istərsə  də  sovet  tar-
ix
şünaslığında  ətraflı  məlumat  verilmişdir.  İ.Şopen  qeyd  edirdi  ki, «Xan 
hesabat  v
ermədən vergi yığır, pul kəsir, özünün xüsusi əmrinə görə, cina-
y
ətkarları ölümlə, gözlərini çıxarmaqla və bədən üzvlərini kəsməklə edam 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə