219
torpaq
sahəsi adlanır (75,140). Mahallarda bütün idarə aparatı- polis,
məhkəmə və maliyyə sahələri mirbölüyün tam nəzarətində idi (157,471).
Kəndlərdə hakimiyyət isə ağsaqqal funksiyasını yerinə yetirən
kəndxuda və məlikin əlində idi. Kəndxuda fars sözü olub yerin sahibi
deməkdir (75,140). Kəndxuda Azəri türklərin olduğu kəndlərə, məlik isə
erməni kəndlərinə başçılıq edirdi. Kənxuda və məliklər xanlıqda ən aşağı
idarə orqanı sayılsa da, xanın yanında böyük nüfuzu vardı. Kənd ağsaqqal-
ları bir tərəfdən müxtəlif icma, digər tərəfdən xan idarə mexanizmi arasında
v
asitə rolunu oynayırdı. Onlar xanın əmr və tələblərinə tabe olurdular
(397,2).
Ümumiyy
ətlə, mahal naiblərindən tutmuş sərkərə qədər mövqe
fərqinə baxmayaraq, bu vəzifələr sırf qulluq xarakteri daşıdığından atadan
oğula keçə bilməzdi. Onların vəzifədə qalması xanın iradəsindən asılı idi.
Bu v
əzifə sahibləri xana sədaqətlə və namusla qulluq etdikləri təqdirdə
v
əzifədə qalırdılar (397,2).
Elatlar
arasında hakimiyyət elbəyilərin əlində idi. Elbəyilər xan
tərəfindən təyin edildiyindən, elatlar arasında sərdarın əmrlərinin icraçıları
idi. Onlar
hərbi xidmətdən başqa bütün mükəlləfiyyət və vergilərdən azad
idilər. Elatlara rəhbər xan tərəfindən təyin edilirdi. Hüseynəli xanın əmri ilə
sepgi v
ə Məhəmməd xanın əmri ilə isə zilani kürd tayfalarına başçılıq etmək
üçün xüsusi
təliqələr vermişdi. Təliqələrdən birində yazılırdı: «…ali
mərtəbəli sepgi Mirzəağanı bütün kürd tayfasının Ağası vəzifəsinə təyin
etdik. Mirz
əağa bütün bacarıq, istedadı ilə həmin köçərilərin işlərini nizama
salmalı, onların idarə edilməsi işində çalışmalı və bir dəqiqə də olsa bu
məqsədə qəflət səhlənkarlıq etməməlidir». Məhəmməd xan da eyni
məzmunda təliqə ilə zilani kürdlərinə başçı təyin etmişdi (39,55,111-112;
415,457).
X
anlığın idarə olunmasında məhkəmələr mühüm yer tuturdu. İrəvan
xanlığında məhkəmə sistemi iki qismə bölünürdü: şəriət və mülki
məhkəmələr. Mülki məhkəmə özü məhkəmeyi-ali və əsnaf
məhkəmələrindən ibarət idi. Bu məhkəmələr içərisində şəriət məhkəmələri
əsas yeri tuturdu. Şəriət məhkəmələrində müxtəlif mübahisəli məsələlərə-
ev
lənmə və boşanma, qəyyumluq, vərəsələr arasında mülkiyyəti bölmək,
müqav
ilə bağlanması, pozulması və s. işlərə baxılırdı (415,454-455). Bu
məhkəmələr dini qaydalar əsasında həyata keçirildiyindən bu bölməyə qazı
nəzarət edirdi. Məhkəmələrdə din xadimlərinin nüfuzu böyük idi. Ona görə
də məhkəmələr dünyəvi əyanların idarə etdiyi hökuməti-cəbri və din
xadimlərinin nəzarətində olan hökuməti-ədliyyə olmaqla iki hissəyə
bölünürdü (415,453).
220
Şəriət məhkəmələrində baxılan işlərin icrası quran və tarixdə baş
v
ermiş hadisələr toplusu əsasında həll edilirdi. İ.Şopen yazırdı: «Hakimiy-
y
ətin xəlifənin əlində cəmləşdiyi islamın ilk dövrlərində Quranın mətninin
say
sız şərhi çətin deyildi. Bu ibtidai dövrün patriarxal həyatında mülki
hissəyə aid bütün azsaylı iddialar rahat və asanlıqla Quranın qaydaları
əsasında həll edilirdi. Lakin əhalinin artması, insanlar arasında münasi-
bətlərin tədricən mürəkkəbləşməsi nəticəsində Quran baş verən hadisələrin
həlli üçün kifayət etmirdi. Onda hörmətli imamlar, müctəhidlər və s.
tərəfindən təfsir, şərh və söylənilmiş hadisələrin toplanmış çoxcildli müsəl-
man qay
dalarının ikinci hissəsi yarandı. Belə olduqda Roma qaydaları kimi
mü
səlmanların elmi cəhətdən toplanmış, xüsusi öyrənilməsi tələb olunan
hüquqi
hissəsi hazırlanırdı, icraedici idarə qayğısı ilə yüklənmiş dünyəvi
hakimiyy
ət ədliyyənin, ədalət məhkəməsinin bir hissəsini bütünlüklə
həyatlarını bu işə həsr etmiş ruhanilərə verməyə məcbur idilər» (415,453).
Şəriət məhkəmələrinə Şeyx-ül-islam, qazi və bir neçə axund və molla
başçılıq edirdi. Məhkəmələrdə müxtəlif mübahisələrə-qatı cinayət işinə,
oğurluq mülki iddialara, kəbin kəsmə və boşanmaya, mübahisə edən
qohumları barışdırmaq, qəyyumluq işinə, hər hansı əmlakı varislər arasında
bölü
şdürmək, müqavilələrin bağlanması, icra edilməsi və pozulması və s.
məsələlərə baxılırdı (415,454; 201, c.3, səh.24). Şəriət məhkəmələrinin
əhəmiyyətini başa düşən xanlar qazilik vəzifəsinə savadlı və qayda-
qanunları yaxşı bilən şəxsləri dəvət edirdi. 1783-cü ildə Hüseynəli xan xalq
arasında alim kimi tanınmış Seyid Məhəmmədi baş qazi təyin etmişdi.
Sənəddə qeyd edilir ki, «O, müstəqil əzəmətli qazilik taxtına oturaraq
mü
naqişələri mübarək şəriət qanunları əsasında həll etsin» (39,75-76).
Məhkəmə işi tələsik, sadə qaydada icra edilirdı. İstintaq məhkəmənin
mü
bahisə edən tərəflərin dindirilməsi əsasında aparılırdı. Məhkəmə üzvləri
əvvəlcə iddiaçının, sonra cavabdehin və sonra isə hər iki tərəfin qarşılıqlı
mü
bahisələrinə qulaq asırdı. Bunun ardınca əvvəlcə cavabdehin, sonra isə
iddiaçının şahidləri dindirilirdi. Əgər gətirilən dəlillər lazımi səviyyədə
ol
madıqda, hər iki tərəfin şahidlərinə and içdirirdilər. İş aydınlaşdıqda
mü
bahisə edənlər buradan kənar edilir, məhkəmə üzvləri isə qanun əsasında
öz
aralarında məsləhətləşmə keçirirdi (359,454). Məhkəmədə bəzi
məsələlərin həllinin müxtəlif yolları vardı. Əgər işin araşdırılması Quranla
ay
dınlaşırdısa, onda məsələ çətinlik çəkmədən həll olunurdu. Yox əgər bu
məsələni Quran həll edə bilmirdisə, onda məhkəmə üzvləri toplanmış tarixi
rəvayətlər toplusuna müraciət edirdilər. Bunlardan «Cəmi Abbasi», «Ağıl
Yəqin» və s. qeyd etmək olar. Lakin bunlar da mübahisəli məsələnin həllinə
Dostları ilə paylaş: |