Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   101   102   103   104   105   106   107   108   ...   164

 
215 
etdirirdi.  Bir  söz
lə xan mütləq hakim idi» (415,450). Bu faktı təsdiqləyən 
İ.Berezinin  fikrincə, «xan  tam  müstəqil  şəxs  idi…  O,  heç  kimdən 
soruşmadan,  heç  kimə  hesabat  vermədən,  dərəcəsindən  asılı  olmayaraq, 
kimi 
istəsə edam edə, bağışlaya, qova və cəzalandıra bilərdi. Xan bütün icra 
v
ə  məhkəmə  hakimiyyətini,  hətta  şəriət-dini  qanın  işlərini  də  öz  əllərində 
cəmləşdirmişdi» (79, 45). İ.Dubrovin  isə  xan  hakimiyyətini  dinlə,  xalqın 
adət-ənənəsi  ilə  hesablaşmayan  qatı  despotik  rejimi  kimi  dəyərləndirərək 
yaz
ırdı ki, «Müsəlman əyalətinin bütün silkləri xanın vahid iradəsinə tabe 
idi. 
Zorakarlıq və özbaşnalıq xan hakimiyyətinin əsasını təşkil edirdi. Xan 
bütün 
qanunları, qul vəziyyətində olan əhalinin bütün hüquqlarını öz əlində 
cəmləşdirən nadir şəxs idi. Xan üçün təbəələri arasında silk fərqi yox idi. 
Xanın arzusundan asılı olaraq, bu günkü qul  sabah bəy ola bilərdi, və ya 
əksinə.  Hətta  xana  ən  yaxın  adam  günahı  üzündən  ölənəcən  döyülürdü… 
Heç  bir  xan  hakim  kimi 
xalqın yaxşı yaşayışı üçün vəzifə borcunu yerinə 
yetirmirdi.  Heç  bir  xan  bütün  v
asitələrlə  xalqdan  var-dövlət  yığmaqdan 

ksək  heç  nə  tanımırdı» (147,398). Daha  sonra  o,  qeyd  edir  ki, «hamı 
üz
ərində bütün hakimiyyəti ələ alan xan dinə əsaslanmır və hesablaşmırdı» 
(147,399).  Lakin  orta 
əsirlərdə dinin güclü olduğu zamanda xanların dinlə 
hesablaşmaması fikri tam yanlışdır. Digər tərəfdən əhali arasında nüfuz sa-
hibi  olan  din 
xadimləri  hakimiyyətin  əsas  dayaqlarından  biri  idi.  Xanlar 
nəinki  dinlə,  yeri  gəldikcə  adət-ənənə  ilə  də  hesablaşırdı.  Ona  görə  də, 
A.
Bakıxanov  haqlı  olaraq  yazırdı  ki, «Xanlar  şəriətin  əsas  qanunlarını  və 
xalqın adət-ənənəsini pozmaq hüququna malik deyildi» (75,142-143). 
Hakimi-mü
tləq  olmasına  baxmayaraq,  xanlar  lazım  gəldikdə  adət 
ənənəyə  tabe  olmalı  idi.  Əks  halda  onların  həyatı faciyə  ilə  nəticələnərdi.  
Bu 
barədə  səyyah  M.Biberşteyn  haqlı  olaraq  yazırdı: «Əgər  xan  sonsuz 
səlahiyyət  sahibi  kimi  birinə  cəza  verirdisə,  bu  hal  bəd  əməl  kimi 
qiy
mətləndirilirdi və əgər o, adət-ənənənin əleyhinə olaraq öz hökmünü bu 
şəkildə  göstərməkdə  davam  edərdisə,  həmin  yerdə  Məhəmməd  şəriəti 
qanunlarından başqa bir qanun qüvvədə deyildisə, bu hərəkət xan üçün faciə 
ilə nəticələnə bilərdi» (80,52-53). Bundan əlavə, xan mütləq hakim olsa da, 
hakimiyy
ətini  möhkəmləndirmək  və  var-dövlətinin  qayğısına  qaldığı  üçün 
yeri 
gəldikcə  xalqla  hesablaşmalı  olurdu.  Bunu  biz  İrəvan  xanlarının 
xəzinəni  doldurmaq  üçün kəndlilərə torpaq  paylamasında,  boş  torpaqlarda 
y
erləşdirməsində, onları kotanla, toxumla təchiz etməsində, ticarətə sərmayə 
qoy
masında görürük. Xüsusilə, sonuncu sərdar Hüseynqulu xanın idarəçiliyi 
nəticəsində İrəvan xanlığında kənd təssərüfatı, sənətkarlıq və ticarət güclü 
inkişaf  etmişdi.  Məhz  bu  baxımdan  rus  qafqazşünalardan  fərqli  olaraq 
İ.P.Petruşevski xan hakimiyyətini belə təsvir edirdi: «Azərbaycanda hökm 


 
216 

rən  siyasi  pərakəndəlik  və  xanların  bir-biri  ilə  arasıkəsilməyən 

haribələri  şəraitində,  onlar  kəndli  kütlələrini  hədsiz  dərəcədə 
qıcıqlandırmamaq üçün feodal istismarını müəyyən həddə saxlamağa çalışır, 
hətta  ona  bəzi  hallarda  patriarxal  adət-ənənə  donu  geydirməyə  cəhd 
göstərirdilər.  Onlar  kənd  icmalarının  hüquqları,  adət-ənənəsi  ilə...  hesa-
bla
şmalı olurdular» (184,12).  
Qeyri-
məhdud  hakimiyyətə  baxmayaraq,  xanın  yanında  xüsusi 
məsləhətçi şura «Divan» da fəaliyyət göstərirdi. Divan xan başda olmaqla 

ksək  vəzifəli  şəxslərdən  ibarət  idi.  Divanda  mühüm,  dövlət  əhəmiyyətli 
məsələlər  müzakirə  olunurdu.  Burada  müharibə,  sülh,  vergi  yığılması  və 
qatı  cinayətlər  kimi  bu  və  ya  digər  məsələlər  həll  edilirdi  (80,52).  İrəvan 
xanının yanında fəaliyyət göstərən divanda ən yüksək vəzifəni vəzir, xanın 
y
axın adamları və hər birinin müəyyən fəaliyyət sahəsi olan bir neçə mirzə 
v
ə din xadimlərindən şeyx-ül-islam  tuturdu (415,451). Divanın başçısı di-
v
anbəyi hesab olunurdu. O, xanın ən yaxın adamlarından və yaxud nüfuzlu 
ruhanilərdən təyin olunurdu. Divanbəyilərin müəyyən məsələlərin həllində 
böyük rolu olurdu.  
Xandan sonra ikinci 
ən mühüm şəxs vəzir sayılırdı. Vəzir mülki apa-
ratın başçısı və xanan ən yaxın məsləhətçisi idi. Bu vəzifəyə xana sədaqətli, 
sav
adlı, bacarıqlı və dövlət işlərindən başı çıxan şəxslər təyin edilirdi. Vəzir 

ksək  məvacib  alırdı  və  bu  məvacib  xəzinədən  ödənilirdi.  Məsələn, 
Hüsey
nəli xan (1759-1783) elm adamlarından olan Mirzə Məhəmmədəliyə 
v
əzirlik vəzifəsinə təyin edərkən verdiyi təliqədə deyilirdi: «…həmin təriflər 
ali 
şöhrətli,  böyük  mərtəbəli,  alimlərin  fəxri,  yüksək  nəslə  mənsub,  iş 
bilməkdə,  ağılda,  rütbədə,  nöqsanları  görməkdə  başqalarından  fərqlənən 
Mirz
ə Məhəmmədəliyə də aiddir. Həmin üstün cəhətləri nəzərə alaraq Di-
v
anın əzəmətli vəzirlik vəzifəsini ona tapşırırıq. Mirzə Məhəmmədəliyə ildə 
Təbriz  pulu  ilə  qırx  tümən  məbləğində  məvacib  təyin  olunur.  Həmin 
məvacib  ona  İrəvan  ölkəsinin  maliyyəsindən  ödənilməlidir» (39,49). Bun-
dan 
əlavə,  xanlıqda  bu  vəzifəni  tutan  daha  iki  məşhur  vəzirin  adı  bizə 
məlumdur.  Bunlardan  Məhəmməd  xanın  vəziri  Məhəmməd  Müslümü 
(Qüdsi)  v
ə Hüseynqulu xanın maliyyə işlərinə baxan vəziri Mirzə İsmayılı 
qeyd 
etmək  olar.  Mirzə  İsmayıl  işğaldan  sonra  xanlığın  maliyyə  sistemi 
haqqında  İ.Şopenə  çox  qiymətli  məlumat  vermişdi  (39,1-3,49; 415,991-
992).  
İrəvan xanlığında dövlət  idarəçiliyi bir neçə sahəyə bölünürdü və bu 
sahələrə  xanın  rəhbərliyi  altında  ayrı-ayrı  şəxslər  başçılıq  edirdi.  Birinci 
sərdarın saray təsərrüfatı, xüsusilə şəxsi hərəmxanası idi (415,452).  Bu 
sahəyə  adətən  xanın  özü  və  yaxud  ən  sevimli  adamlarından  biri  olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə