Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   104   105   106   107   108   109   110   111   ...   164

 
221 
kömək etmirdisə, onda cəza yerli adət- ənənə və məhkəmənin müdrik qərarı 
əsasında icra edilirdi (415,454-455). 
 Mü
bahisəli əmlak məsələlərinin həlli isə məhkəmədə başqa cür icra 
edilirdi. 
Məhkəmədə iddiaçıların iştirakı vacib deyildi. Burada əsasən, mül-
kün sahiblik 
kağızı, müxtəlif  növ istiqraz məktubu, qarşılıqlı öhdəçilik və s. 
sənədləri  nəzərə  alırdılar.  Qərar  yarlıqda  bildirilirdi  və  bu  sənədə 
məhkəmənin bütün üzvləri öz möhürlərini vururdu. Yarlıqda bəraət verilmiş 
şəxsin  mülkün  əsl  sahibi  olması  göstərilirdi.  Əgər  əks  tərəf  bu  qərarla 
raz
ılaşmayaraq  müqavimət  göstərirdisə,  onda  polis  bu  işə  qarışırdı 
(415,455). 
Bəzi hallarda qərarların çıxarılmasında ciddi nöqsanlara yol ver-
ilirdi. 
Belə ki, məhkəmədə yarlıqların qeydiyyatı aparılmırdı və elə olurdu 
ki,  eyni 
məsələ  üzrə  tərəflərə  tamamilə  bir-birinə  zidd  qərarlar  verilməsi 
halları baş verirdi (415,455). 
Məhkəmələrdə insanların hüquqları tez-tez pozulurdu. İrəvan sərdarı, 
onun y
axın adamları və nüfuzlu şəxslər lazım gəldikdə şəriət məhkəmələrin-
in 
işinə  müdaxilə  edirdilər.  Onlar  məhkəmənin  çıxardığı  qərara  məhəl 
qoymayaraq 
açıq  şəkildə  özlərinə  yaxın  və  günahı  olan  şəxsin  tərəfində 
olduqlarını bildirirdi. Belə olduqda şikayət edən tərəf qeyri-şərtsiz günahkar 
elan  olunurdu  (415,455). 
Digər tərəfdən məhkəmələrdə rüşvətxorluq geniş 
yay
ılmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığın-
da  da 
ədalət  məhkəmələri  pulla  ələ  alınırdı.  XVIII  əsrin  70-ci  illərində 
Az
ərbaycanda  olmuş  S.Qimelin  yazırdı  ki, «Hakimlər  pulu  çox  sevdikləri 
üçün heç zaman 
ədalətli hərəkət etmirdilər» (127,24).  
Şəriət  məhkəmələrindən  əlavə,  sərdarın  özü  də  lazım  gəldikdə 
məhkəmələr qururdu. Bu məhkəmeyi-ali adlanırdı. Xanın səlahiyyəti altında 
olan  ali 
məhkəmə  fövqəladə  hadisələr  zamanı  çağrılırdı  və  əsasən  dövlət 
əhəmiyyətli cinayət işinə baxılırdı. Bu iş çox sadə icra olunurdu və heç bir 
yaz
ışma  aparılmırdı.  Sərdar  çıxış  və  şikayətlərə  qulaq  asaraq  vəziyyətlə 
tanış olduqdan sonra, həmin dəqiqə qərar çıxarırdı. Əgər cəza verilirdisə işin 
icrası fərraşlara tapşırılırdı. Sərdarın əmri ilə cinayətkar müxtəlif işgəncələrə 
məruz qalırdı. Məsələn, fərraşlar günahkarın ayağını fəlaqqaya bağlamaqla 
dav
anını şallaqlayır, bəziləri sərdarın əmri ilə sarayın pəncərəsindən Zəngi 
çay
ına  atılır,  digərlərinin  isə  əli,  ayağı,  qulağı,  dili  kəsilir  və  gözləri  çıx-
arılırdı (415,456-457). 
Əsnaf  məhkəmələrinə  gəldikdə  isə,  burada  yalnız  sex  təşkilatlarına 
daxil olan 
sənətkarların məsələsinə baxılırdı. Əsnaf məhkəmələrinin başında 
ustabaşı  dururdu.  Burada  sənətkarlar  arasında  baş  qaldırılan  mübahisələr, 
əsnaf  qayda-qanununun  pozulması,  yerli  əhalinin  ustalardan  şikayətlərinə 
baxılırdı (27,60-61).        


 
222 
Az
ərbaycanın digər xanlıqlarında olduğu kimi,  İrəvan xanlığında da 
istər hərbi, istər mülki və istərsə də dini xidmətdə müəyyən olunmuş fərq 
yox  idi.  Bütün  bu 
idarə orqanları xandan asılı idi. Sərdar hakimiyyəti əldə 
möhkəm saxlamaq üçün tez-tez qayda-qanunu dəyişirdi. Xan məmurlarının 
xəyanətinə  barmaqarası  baxırdı.  O,  təyin  etdiyi  məmurlarını  çox  yaxşı 
tanıyırdı.  Əgər  hər  hansı  bir  məmur  ona  çatacaq  vergini  mənimsəməkdə 
həddini aşsaydı, onda xan onun bütün əmlakını məşimsəyir və mülkünü isə 
xəzinəyə verirdi (415,458). 
Az
ərbaycan  xanlıqlarından  olan  İrəvan  xanlığında  dövlət  dili  Azəri 
türk dili idi. Lakin 
rəsmi yazışmalarda fars dilindən istifadə olunurdu (153; 
415,458). 
Xan  hakimiyy
ətinin  müdafiəsini  ordu  təmin  edirdi.  İrəvan  silahlı 
qüvv
ələri  daimi  və  qeyri-nizami  qoşunu  təşkil  edən  xanın  şəxsi  qvardi-
yas
ından, nizami qoşun hesab olunan sərbazlardan, maaflardan, elbəyilər və 
bəylərin  dəstələrindən  ibarət  idi.  Digər  xanlıqlarda  olduğu  kimi,  İrəvan 
xanlığında da daimi qoşunun əsas hissəsini nökərlər təşkil edirdi. Onlar ən 

kəmməl dəstə və xanın şəxsi mühafizəçiləri idilər. Bu dəstəyə tüfəngçilər 
deyilirdi. 
Nökərlər hər hansı vergi və mükəlləfiyyətdən azad idilər, onların 
məvacibi,  hərbi  sursatı  xan  divanxanaları  tərəfindən  ödənilirdi  və  yaxşı 
qul
luğa görə tez-tez hədiyyələrlə mükafatlandırılırdılar (147,391; 197,43). 
Xanlığın nizami qoşunu sərbaz alayı adlanırdı. Bu alaylar piyada  və 
süv
arilərdən  ibarət  idi.  Hüseynqulu  xanın  dövründə  İrəvan  qoşunu  iki  ni-
zami 
sərbaz  batalyonundan  və  yerli  əhalidən  təşkil  olunmuş  süvari 
qo
şunundan ibarət idi. Qoşunun bir neçə altı funtluq topu, falkoneti (dəvə 
üstü
nə  qoyulmuş  kiçik  top-E.Q.)  və  qalada  yerləşdirilmiş  topları  vardı 
(415,451-452). 
Sərbazlar yalnız yerli əhalinin vergi verməyən təbəqəsindən 
təşkil olunurdu. Onlar da sırf hərbi qulluqda olduqlarından hər cür vergi və 

kəlləfiyyətdən  azad  idilər.  Sərbaz  alayının  başında  hərbi  rəis  olan 
sərhəng dururdu. O, xanın yaxın qohumlarından təyin olunurdu. Sərhəngə 
onun 
köməkçiləri  hesab  olunan  yavər,  sultan,  naib  və  yüzbaşılar  tabe  idi 
(147,392). 1817-ci 
ildə  İrəvanda  sərbaz  alayının  başçısı  Məhəmməd  bəy 
olmuşdu (404,12).  
Sərbaz alayını saxlamaq xanlara baha başa gəlirdi. Ona görə də, din-
clik  dövrü
ndə xan şəxsi mühafizəçilərindən başqa digər qüvvələri evə bu-
raxırdı. Onlar əkinçiliklə və digər kənd təsərrüfatı işləri ilə məşğul olurdu-
lar,  bu  mü
ddət  ərzində  isə  heç  bir  məvacib  almırdılar.  Lakin  bu  qüvvələr 
laz
ım  gəldikdə  hərbi  təlimlər  keçirmək  üçün  yenidən  səfərbər  olunurdu. 
Təlimlər  zamanı  isə  sərbazlar  xandan  məvacib  alırdı  (415,452; 147,392). 
İrəvan  xanları  nizami  qoşununun  siyahısını  tərtib  etdirirdi.  Bu  işlə  xüsusi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə