194
mü
nasibətində görmək olar (175,53-56). Hüseynqulu xan bu akta qarşı
çıxmış və rus komandanlığına məktub göndərərək bu ərazilərin İrəvan
tor
paqları olduğunu bildirmişdi (294,891). Xan nəinki məktub göndərmiş və
hətta bu əraziləri rus qoşunundan təmizləmək üçün tədbirlərə əl atmışdı.
Bundan
əlavə, Hüseynqulu xan şah yanında fəaliyyət göstərən
mü
şavirələrdə həlledici səsə malik idi. O, qardaşı ilə birlikdə sülh
müqav
iləsinin əleyhinə çıxmış, ruslara qarşı mübarizənin tərəfdarı olmuşdu
(129,562).
Hüseynqulu
xanın İrəvan xanlığının iqtisadiyyatının inkişafında da
böyük
xidmətləri olmuşdu. Rusiya-İran müharibələri dövründə hərbi
əməliyyatların qızışdığı bir ərazi olduğundan xanlığın iqtisadi həyatı güclü
dağıntıya məruz qalmışdı. Döyüşlər nəticəsində kəndlər dağıdılmış, əhalinin
bir
hissəsi qonşu ölkələrə qaçdığından, digər hissəsi döyüşlərə cəlb edild-
iy
indən əkin sahələri boş qalmışdı. Lakin dinclik dövründə Hüseynqulu
xanın gördüyü tədbirlər xanlığın iqtisadi həyatının dirçəlməsinə səbəb
ol
muşdu. O, kənd təsərrüfatının inkişafı üçün boş yerlərə əhalini köçürmüş,
bağlar, meşələr saldırmış, süni suvarma kanalları çəkdirmiş və müxtəlif
xanlıqlardan əhalini öz xanlığına cəlb etmişdi. Bundan əlavə, xan müstəqil
torpağı əkmək qabliyyətinə malik olmayan yerli əhalini, xanlıqda məskən
salmış qaçqın və köçkünləri, tüfeyli adamları əkinçiliyə cəlb edərək, onlara
torpaq
sahəsi paylamış, qoşqu heyvanları, əmək aləti və toxumla təchiz
et
mişdi (415, 450). Hətta o, xanlıqda meyvəçiliyin inkişafına da diqqət
ye
tirmişdi. Bu məqsədlə İrandan və Hindistandan müxtəlif növ meyvə
ağacları gətizdirmişdi (415,950). Hüseynqulu xanın hakimiyyəti dövründə
v
ergilər də ədalətlə toplanırdı. O, ilk növbədə torpağın əkilməsinə böyük
diqqət yetirərək, vergini əkin sahəsinə, əkinçinin kotanının sayına görə
deyil,
əldə edilmiş məhsulun keyfiyyətinə və vergi verənin vəziyyətinə
uy
ğun tələb edirdi (388,501). Onun bu siyasəti şəxsi mənafe güdsə də, kənd
təsərrüfatının inkişafına və xalqın güzaranına müsbət təsir göstərmişdi.
İrəvan şəhərinin ticarət və sənətkarlıq mərkəzi kimi məşhurlaşmasın-
da onun rolu
əvəzedilməzdir. Məhz onun dövründə İrəvan şəhəri beynəlx-
alq
ticarət mərkəzinə çevrilmişdi. Bu şəhərdə müxtəlif ölkələrdən və
xanlıqlardan gələn mallar toplanmışdı. Onun İrəvan şəhəri üçün gördüyü
işlərdən biri şəhəri su kəməri ilə təchiz etməsi idi. Bir məlumatda qeyd
edilir ki, «
Keçmiş İrəvan xanlığının bütün ən vacib suvarma qurğuları
sonuncu
sərdar Hüseynqulu xanın dövründə tikilmişdi. Onun savadsızlığına
baxmayaraq,
görkəmli hakimlər cərgəsinə qoymaq olar. İrəvan özünün su
kəməri kanallarına görə ona borcludur (172,457). Arxitektura baxımından
İrəvan şəhərinin məşhurlaşmasında da onun böyük xidməti vardı. Xan
195
saray
ında «Güzgülü zal» dövrün ən məşhur abidələrindən biri hesab olu-
nurdu.
Digər tərəfdən, Zəngi çayının sağ sahilində Hüseynqulu xan
tərəfindən salınmış istirahət yeri olan Sərdar bağı şəhərə xüsusi gözəllik
v
ermişdi (172,444-445).
Beləliklə, Hüseynqulu xan bacarıqlı idarəçiliyi ilə İrəvan xanlığının
yü
ksək səviyyəyə qaldırmış və onu çiçəkləndirmişdi. Bu keyfiyyətinə görə,
Hüseynqulu xan uzun
illər xalqın yaddaşında yaşamışdı. Onun şəxsiyyət və
fəaliyyətinə ən dəyərli qiyməti müxtəlif illərdə İrəvan şəhərində olmuş səy-
yah A.Qakstqauzen v
ə rus hərbiçisi, knyaz Amilaxvari vermişdi. 1843-cü
ilin avqustunda
İrəvana gəlmiş A.Qakstqauzen gündəliyində Hüseynqulu
xanı əxlaqlı, ədalətli, mərd adlandırmış, ölkənin rifahını düşünən, xalqın
sav
adlanmasına fikir verən bir şəxs kimi onu özündən əvvəlki xanlarla
müqay
isə etmişdi. O, yazırdı: «Ümumiyyətlə, İrəvan xanları qəddar olublar,
lakin
axırıncı xan (Hüseynqulu xan-E.Q.) özündə əxlaqi keyfiyyətləri
birləşdirən …, ədalətli, güzəştə gedən mərd kişi olub. O, indi də bütün er-
məni və azərbaycanlıların dilində və yaddaşında yaşayır. O, hədsiz güc sərf
edirdi ki,
təhsili genişləndirsin və ölkənin rifahını yüksəltsin. Dağıdılmış və
məhv edilmiş köhnə kanalların yerində müqayisəyəgəlməz gözəl halda ye-
nisini tikdirirdi, onun
köməyi ilə İrəvan yaxınlığında yerləşən çoxsaylı
bağlar suvarılaraq daha da gözəlləşmişdi. Onlar sonradan əhaliyə
pay
lanmışdı. Bundan əlavə, onun Avropa iqtisadiyyatına böyük marağı
v
ardı, əhalinin sayını çoxaltmaqla ölkənin rifahının yüksəldiləcəyinə güman
edirdi v
ə buna çatmaq üçün qeyri-adi vasitələrə əl atırdı» (122,232). Daha
sonra mü
əllif gündəlikdə Hüseynqulu xanın əxlaqi keyfiyyətinə, onun
qadınlara olan münasibətinə görə qiymət vermişdi. A.Qakstqauzen yazırdı
ki, «
Əvvəlki İrəvan xanları və yüksək rütbəli şəxslər yerli qız və qadın-
larıları görəndə o saat zorla ələ keçirərək öz hərəmxanalarına qatırdılar. O,
(Hüseynqulu xan-E.Q.)
belələrindən ibrət götürmürdü və başqaları belə
hərəkət edəndə dözmürdü, qorxudaraq … kəbin kəsməyə məcbur edirdi»
(122,232).
İşğaldan 50 il sonra- 1876-cı ildə İrəvanda olan rus hərbiçisi
knyaz Amilaxvari
də Hüseynqulu xanın şəxsiyyətinə yüksək qiymət verərək
onun
idarəçilik bacarığını Rusiya idarəçilik sistemi ilə müqayisə etmişdi. O,
yaz
ırdı: «…Məsələn, onlar (rus məmurları-E.Q.) qəbul etmək istəmirdilər
ki, bu
möhtəşəm sarayın və bağın axırıncı sahibi İrəvan hakimlərindən olan
Hüseynqulu xan
ağıllı, istedadlı və məşhur olmuşdu. Onun müdrik rəhbərli-
yi
altında qeyri-adi inkişaf nəticəsində firavan həyatlarına borclu oldu-
qlarına görə, onun haqqında xatirələr bu illər ərzində xalqın hafizəsində
y
aşayır. Bizim indiki məmurlar Hüseynqulu xanın idarəçilik fəaliyyətindən
heç
nə öyrənmək istəmirlər və bütün keçmişi laqeyd surətdə vəhşilik dövrü
Dostları ilə paylaş: |