Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   112   113   114   115   116   117   118   119   ...   164

 
237 
çətin  yollarla  gündə  30-40  verst  yol  qət  edərək, 6-10  pud  ağırlığında  yük 
daşınırdı (415,784). 
İnək,  qoyun  və  keçilər  isə  əhalini  süd  məhsulları  və  yağa  olan 
təlabatını ödəyirdi. Bundan əlavə, qoyun və keçi yunu toxuculuqda böyük 
əhəmiyyətə malik idi. Qoyun yunundan xalça, kisə, palaz, çul, keçə və ma-
hud 
istehsalında istifadə edilirdi. Keçi yunundan isə əhali iplik, qara çadra 
və çadır toxuyurdu (415,784; 201, c.4, səh.282-283). 
Atlar 
insanların gündəlik həyatında böyük rol oynayırdı. Yerli əhali 
atlardan 
nəqliyyat vasitəsi kimi və təsərrüfat işlərində istifadə edirdi. Eyni 
zamanda  bayram 
və şənliklərdə keçirilən yarışlarda at əyləncə vasitəsi idi. 
Atlar 
müxtəlif qiymətə satılırdı. Yerli cinsdən olan at 15-dən 40 gümüş ru-
bla 
satılırdı. Xüsusi məziyyətlərə malik atlar isə bir qədər baha, 60 gümüş 
rubla 
qiymətləndirilirdi. Xanlıqda Qarabağ, Ərəb və İran cinsindən olan at-
lara daha çox üstünlük verilirdi 
və belə atlar 100 gümüş rubldan 300 gümüş 
rubla 
və daha çox qiymətə satılırdı  (415,795).  
Eşşək  və  qatırın  təsərrüfat  işlərində  rolu  böyük  idi.  Bu  heyvanların 
saxlanması ucuz başa gəldiyindən fasiləsiz ağır işlərdə böyük xeyir verirdi. 
Eşşək və qatırlardan su, odun, ot və ağır yük daşınmasında istifadə edilirdi.  
«
Hərdən  bir  eşşək  elə  ağır  yükü  daşıyırdı  ki,  bununla  bütün  ailəni  yed-
izdirmək  olardı» (415,784). Xanlıqda  eşşəyin  qiyməti  4  gümüş  rubldan  6 
gümüş  rubla  qiymətləndirilirdi.  Lakin  Anadoludan  gətirilmiş  bu  növ  hey-
vanlar 12 
gümüş rubldan 20 gümüş rubla satılırdı (415,795). Nəqliyyat va-
sitəsi kimi qatırın əhəmiyyəti daha böyük idi. Yaxşı qatırın qiyməti 300 ru-
bldan baha idi. Bu 
heyvanın ən ucuzu isə 50 rubl gümüşə satılırdı (415,795). 
Yerli 
əhali  həmçinin  dəvə  və  donuz  da  bəsləyirdı.  Donuzu  xristian 
olan 
ermənilər saxlayırdı. (415,784).  
Təəssüf ki, xanlıq dövründə İrəvan ərazisində əhalinin saxladığı mal-
qaranın sayı haqqında məlumata rast gəlinmir. Lakin işğaldan sonra, 1829-
1832-ci 
illərdə rusların burada apardığı siyahıyaalınmada keçmiş xanlıq əra-
zisində 20.356 camış, 90.616 inək, kəl və buzov, 307 dəvə, 14.146 at, 57 
qatır, 3.999 eşşək, 164.077 qoyun  və  keçi, 320 donuz  hesaba  alınmışdı 
(415,786-790). 
Təbii ki, rusların yerli əhalinin mal-qarasının sayı haqqında 
yazdığı  məlumatı  İrəvanın  müstəqil  xanlığı  dövrü  üçün  qənaətbəxş  hesab 
etmək olmaz. Çünki Rusiya-İran müharibələri dövründə maldarlıqla məşğul 
olan 
minlərlə əhali xanlığı tərk edərək qonşu dövlətlərə köçmüşdü. 
Quşçuluq da İrəvan xanlığının təsərrüfatında böyük rol oynayırdı. Bu-
rada 
müxtəlif  quş  növləri  olan  toyuq,  ördək,  qaz  və  hind  toyuğu  geniş 
yay
ılmışdı. 


 
238 
4.2. Torpaq 
mülkiyyəti formaları 
İrəvan  xanlığında  torpaq  üzərində  müxtəlif  mülkiyyət  formaları 
mövcud 
olmuşdu. Bu mülkiyyət formaları Azərbaycan Səfəvilər dövlətində 
mövcud 
olmuş torpaq mülkiyyət formalarından miras qalmışdı.  
Mənbələrdə İrəvan xanlığının torpaq sahələri müxtəlif formada qeyd 
olunmuşdu. Məsələn İ.Şopen İrəvan xanlığında torpaq üzərində mülkiyyət 
formasını əhali yaşayan mülklər-mülk, tiyul və yaşamayan mülklər kimi 
qeyd  edir  (415,925-941). 
Digər  mənbədə  isə  torpağın  üç  forması 
göstərilmişdi: 1. Xəzinəyə  məxsus. 2.Xüsüsi  şəxslərə  və  yaxud  dini 
idarələrə  məxsus  mülk; 3.Tiyul  (184,  c.1,  səh.100).  Lakin  bu  bölgülərdə 
digər  torpaq  mülkiyyəti  formaları  göstərilmədiyindən  onları  qənaətbəxş 
hesab 
etmək olmaz. İrəvan xanlığında isə digər torpaq mülkiyyət formaları 
da mövcud 
olmuşdu. Bu torpaq mülkiyyət formaları aşağıdakılardır: 
1.Xana 
məxsus  torpaqlar.  Bu  torpaq  mülkiyyəti  xan  və  onun  ailə 
üzvlərinin şəxsi təsərrüfatı hesab olunurdu. İrəvan xanları ən böyük torpaq 
sahibləri idilər. Torpaq böyük gəlir gətirdiyindən xanlar torpaqdan istifadə 
edilməsinə  böyük  diqqət  yetirirdi.  İrəvan  xanları  öz  təsərrüfatlarını  daim 
genişləndirməyə  çalışırdı.  Belə  ki, 1769-cu  ildə  Hüseynəli  xan  İmamarx, 
Qultəpə və ətraf kəndlərin torpaq sahələrini öz torpaqlarına qataraq, həmin 
torpaqlarda 
pambıq əkdirmişdi. Buradan gələn gəlir ona çatırdı (153,185). 
Sonuncu 
İrəvan  xanı  Hüseynqulu  xan  da  öz  şəxsi  mülklərini 
genişləndirmişdi.  O,  mülkədarlara  məxsus  əkinə  yararlı  torpaq  sahələrini 
icarəyə götürərək ondan xeyli gəlir əldə edirdi (415,989-990). Xanlar şəxsi 
torpaqlarından gələn gəlirin bir hissəsini öz ailələrinə və yaxın qohumlarına 
xərcləyir və digər hissəsi isə xəzinəyə daxil olurdu (184, c.1, səh.102). 
2.Divani- 
dövlət  torpaqları.  Qeyd  etmək  lazımdır  ki,  başqa 
xanlıqlarda olduğu kimi,  İrəvan xanlığında da dövlət torpaqlarından gələn 
gəlir xəzinəyə daxil olurdu. Bu gəlirin bir hissəsi bürokratik apparatın, or-
dunun 
saxlanmasına  xərclənirdi.  Xanlar  yaxın  adamlarına  torpaq 
bağışlayarkən  divani  torpaqları  hesabına  paylayırdı.  Bütün  bu  torpaqlar 
xanın mülkiyyəti idi və onlardan gələn gəlir xəzinəyə daxil olurdu.  
3.Tiyul 
torpaqları. «Tiyul»un hərfi mənası türkcə «kimsəyə verilmiş 
bir 
şey», «gəlir verən şey», «gəlir götürmək üçün bağışlanılmış şey», yaxud 
«
gəlir»  deməkdir  (75,139; 233,184). Tiyul  göstərdikləri  dövlət  və  hərbi 
xidmət müqabilində hər hansı şəxsə ömürlük verilən şərti torpaq mülkiyyəti 
idi.  Tiyul  sahibi 
öldükdə  və  yaxud  xidmətini  başa  vurduqda  bağışlanmış 
kəndlər yenidən xəzinəyə qaytarılırdı (415,929; 184, c.1, səh.124; 229,454). 
Tiyul 
xanın verdiyi xüsusi sənəd əsasında bağışlanılırdı. Belə ki, xan yaxın 
adamlarına  tiyul  paylarkən  təliqə  adlanan  vəsiqə  verirdi.  Təliqədə 
göstərilirdi ki, belə torpaqları idarə edən şəxslər onu sata, dəyişə, hədiyyə 
edə  bilməzdi  və  bu  torpaqların  atadan  oğula  keçəsinə  ixtiyar  verilmirdi 
(187,29). 
Təliqə adətən fars dilində yazılırdı və onun axırında xanın möhürü 
olurdu (131,27).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə