Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   109   110   111   112   113   114   115   116   ...   164

 
231 
Belə ki, 1829-1832-ci illər kameral siyahıyaalınma həyata keçirilən zaman 
y
alnız İrəvan şəhərində 10 funt xam ipək istehsal olunmuşdu (415,753).    
Xanlığın  əhalisi  tütün  istehsalı  ilə  də  məşğul  olurdu.  Yerli  əhali 
adətən tütündən özləri istifadə edirdi, çox az qismi isə satışa çıxarılırdı. Bu 
bitkinin 
becərilməsi ilə Sürməli mahalının Arhacı kəndinin əhalisi daha çox 
məşğul  olurdu.  Xanlıq  dövründə  təkcə  bu  kənd  40  xalvardan  daha  çox 
məhsul əldə etmişdi (415,745). Məlumata görə, xanlıqda hər il orta hesabla 
60 xalvar tütün istehsal edilirdi (201, c.4, 
səh.280). 
Yerli 
əhali küncüt və kətan əkini ilə də məşğul olurdu. Küncüt aran 
y
erlərdə,  kətan  isə  həm  aran,  həm  də  dağlıq  yerlərdə  əkilirdi.  Küncüt  və 
kətandan əsasən yağ əldə edilirdi. Bu yağlardan yeməklərin bişirilməsində 
v
ə çıraqların yandırılmasında istifadə olunurdu (415,741-742). Xanlıqda hər 
il orta hesabla 24 xalvar küncüt, 12 xalvar 
kətan istehsal edilirdi (201, c.4, 
səh.280). 
Kənd təsərrüfatının daha inkişaf etmiş sahələrindən biri də bağçılıq və 
bostançılıq idi. Əlverişli iqlim şəraiti burada meyvəçiliyin inkişafına lazımi 
şərait yaratmışdı. Bütün xanlıq meyvə bağları ilə zəngin idi. Bu bağlar üç 
qrupa  bölünürdü.  Birincisi, 
həyətyanı  bağ,  yaxud  bağça  adlanırdı. Adətən 
sahəsi az olan, meyvə bağı adlandırılan bağçalar hər bir evin ətrafında yer-
l
əşirdi. İkincisi, şəhərətrafı iri bağlar idi ki, əhalinin məskunlaşmadığı yerdə 
y
erləşirdi  (395,  c.1,  səh.24; 415,749). Bu  meyvə  bağlarında  alma,  şaftalı, 
ərik,  gavalı,  alça,  gilas,  xurma,  heyva,  əncir,  qoz,  nar,  tut  və  digər  yerli 
meyv
ələr  yetişdirilirdi.  (201,  c.4,  səh.281; 415,749). Bəzi  meyvələrin 

xtəlif  növləri  vardı.  Məsələn,  şaftalının  kərdi  və  yarma,  almanın 
kərbəlayı,  cəfər,  vahab,  cənnət,  hacı  hüseynəli,  akska  və  il,  armudun 
hac
ımehdi,  malaça,  qışarmudu  və  sini  növləri  el  arasında  daha  məşhur 
ol
muşdu  (395,26-27).  Nəhayət,  üçüncüsü  üzüm  bağları  idi.  İrəvanda 

xtəlif  növ  üzüm  yetişdirilirdi.  Bunlara  qaraşanı,  ağsabi,  əsgəri,  kişmiş-
badana, 
qırmızı-qulami,  xallı,  misqali,  qırmızı-kişmiş,  zeyni,  kişmiş  və  s. 

rbəcür üzüm növləri daxil idi (415,750-751). Üzümdən yüksək keyfiyyətli 
şərab  və  sirkə  hazırlanırdı.  Sirkəni  əsasən,  azəri  türkləri  emal  edirdi 
(415,751-752). 
Meyv
ə bağlarının inkişafına xüsusi fikir verən İrəvan xanları bağ sa-
hələrinin artırılmısına və bu sahələri müxtəlif ölkələrdən gətirilmiş meyvə 
ağacları  ilə  zənginləşdirməyə  çalışırdılar.  Sonuncu  İrəvan  hakimi 
Hüseynqulu  xan 
İrandan  və  Hindistandan  meyvə  ağacları  gətizdirmişdi 
(415,950). 
Xan 
bağlarına  bağbanbaşı  nəzarət  edirdi.  Xəzinəyə  məxsus  bütün 
meyv
ə  bağları  mart  ayından  başlayaraq  icarəyə  verilirdi.  İcarədarlar 


 
232 
bağların otunu təmizləyir və meyvəsini yığırdılar. Lakin bununla belə, mey-
v
ə  dərilərkən  oğurluğun  qarşısını  almaq  üçün  icarədarların  işinə  xanın 
bağbançıları  nəzarət  etməli  idi.  Payızda  yığım  qurtardıqdan  sonra  bütün 
bağlar  bağbanbaşına  təhvil  verilirdi  (415,959).  Bağlar  təhvil  verildikdən 
sonra 
onları qaydaya salmaq məqsədilə yerli kəndlilər bu işə cəlb edilirdi. 
Bu 
iş oktyabr ayında icra olunurdu  (415,959-960).   
Təəssüf  ki,  İrəvan  xanlığı  dövründə  bağ  sahələri  və  onların  sayı 
haqqında heç bir statistik məlumat əldə etmək mümkün olmadı. Əldə olunan 
məlumatlar yalnız işğaldan sonrakı dövrə aiddir. 1829-1832-ci illərdə Rusi-
y
anın  xanlıq  ərazisində  həyata  keçirdiyi  kameral  siyahıyaalınmada  İrəvan 
şəhərində və onun 12 mahalında yerləşən bağların sayı, onların tutduğu sahə 
v
ə gəlirləri haqqında xeyli dəyərli məlumat verilmişdir. Həmin kameral si-
y
ahıyaalınmaya əsasən aşağıda tərtib etdiyimiz 4.1 cədvəli bağlar haqqında 

əyyən təsəvvür yaradır:  
 
cədvəd 4.1. 
Şəhər və 
mahalların adı 
Ba
ğla-
rın sayı 
Tutduq-
ları  sahə, 
xalvar 
Gəlir 
Üzüm 
Meyv
ə 
xalvar 
Batman 
xalvar 
Batman 
İrəvan şəhəri 
1,473 
1,233 
2.608 
34 
2,982 

Qırxbulaq  
259 
172 
390 

150 

Zəngibasar  
199 
38 
80 

115 

Gərnibasar  
54 
36 


68 
50 
Vedibasar 
76 
15 


19 
50 
Şərur 
248 
78 


320 


rməli 
375 
110 
95 

279 

Dərəkənd-
Parçenis 
96 
21 
10 

76 
20 
Saatlı 
80 
16
 

50 
72 
60 
Talın 






Seyidli-
Ağsaqqallı 


1
/
4
 




Sərdarabad 
62 
34 
160 

245 

Körpübasar 
395 
225 
1.806 

799 

Yekun 
3,330 
1,975 
1
/

5,161 
84 
5,129 
83 
 
İ.Şopen.  Rusiya  imperiyasına  birləşdirilmə  dövründə  «Erməni 
vilay
əti»nin tarixi abidəsinin vəziyyəti. SPb, 1852, s.747 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə