Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə110/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   106   107   108   109   110   111   112   113   ...   164

 
225 
kintisini 
başa  çatdırır,  sonra  isə  40  günün  ərzində  onu  sursat  və  hərbi 
ləvazimatla  doldururlar» (411,150-151).  Daha  sonra  qala  haqqında  fikrini 
davam 
etdirən  səyyah  onun  tutduğu  şəraiti  belə  təsvir  edirdi: «…qala  bir 
cərgə olan divara malik idi… Qala Zəngi çayının sahilində cənubdan şimala 
uz
anırdı.  O  yerdə  ki,  Fərhad  paşa  qala  tikdirmişdi,  onun  divarının  hün-
dürlüyü  40,  Toxmaq 
xanın  tikdiyi  divarın  hündürlüyü  isə  50  və  eni  20 
məkkə  dirsəyinə  bərabər  idi.  Zəngi  çayı  tərəfdən  xəndək  yox  idi,  burada 
çoxlu 
dəlikləri  olan  mazğallar  yerləşirdi.  Qalanın  cənub,  şərq  və  şimal 
hissəsində divar ətrafı xandək vardı. Lakin bu yerlər bataqlıqdan ibarət idi 
v
ə çox da dərin deyildi. Bəzi yerlərdə xəndəyin eni 150 dirsəyə bərabər idi. 
Onun  üç 
dəmir qapısı vardı. «Təbriz» qapısı cənuba, «Meydan» və yaxud 
«Yay
lı» qapısı şimala açılırdı. Bu hissədə oyunlar keçirmək üçün meydan 
y
erləşirdi.  Nəhayət,  üçüncüsü  isə  «Körpü»  qapısı  adlanırdı» (411,155). 
Ö.
Çələbinin verdiyi bu məlumatdan bəlli olur ki, osmanlılar bu qalanı sal-
mamışdan  əvvəl  Toxmaq  xan  sarayı  xarici  hücumlardan  qorumaq  üçün 
onun 
ətrafını  hündür  divarla  əhatəyə  almışdı.  Sonralar  İrəvan  qalasının 
ikiqat  divara  malik 
olduğunu xəbər verən müəlliflər, onun tikdirdiyi divarı 
nəzərdə tutmuşdular. Fransız səyyahı J.Şardənin yazdığına görə, «qala kiçik 
bir 
şəhərdən böyükdür. O, oval formasındadır, dairəsi dörd min addım olub, 
təxminən  800  evdən  ibarətdir.  Qalada  ancaq  təmizqanlı  səfəvilər 
y
aşayırdılar» (52,21). 
Lakin  bu  dey
ilənlərə  bazmayaraq,  İrəvan  qalası  haqqında  ən  ətraflı 
məlumat rus mənbələrində öz əksini tapmışdı. Məsələn, 1808-ci il dekabrın 
11-
də  qraf  Qudoviç  çara  yazdığı  məlumatda  İrəvan  qalasının  2  divara  və 
divar 
ətrafı xəndəyə malik olduğunu qeyd edirdi (106,254). İkinci Rusiya-
İran  müharibəsinin  iştirakçısı  M.Koçebu  qeyd  edirdi  ki, «İrəvan  qalası 
Zəngi  çayının  sıldırımlı  qərb  sahilinə  bitişik  idi.  Həmin  tərəfdə  çayın  sa-
hilində bütün şəhər yerləşirdi. Şimal tərəfdən o, qaladan tüfəng gülləsi, şərq 
tərəfdən kiçik top gülləsi məsafəsində yerləşirdi, cənub tərəfdə isə heç bir 
tikili  yox  idi. 
Qalanın qərb tərəfində 350 sajen aralıda İrakli adlanan dağ, 
şərq tərəfində isə 400 sajen aralıda yerləşən iki kurqan yüksəlirdi. İki cərgəli 
çiy 
kərpicdən tikilmiş qalın divar, dərin və enli xəndək qalanın əsas müda-
fiəsini təşkil edirdi» (185,27). Dişli olan divarların müəyyən məsafədə yer-
ləşən bir neçə qülləsi vardı (129,403). Məlumata görə, qalanın iç divarı 8 

llədən, 5 dəmir  qapıdan,  çöl  divar  isə  43  qüllədən  ibarət  olmuşdu 
(132,75).    
İrəvan  qalasında  xanın  sarayı,  hərbi  xidmətçilərin  evləri,  bir  neçə 
dükan  v
ə  iki  məscid  yerləşirdi.  Qaladan  çaya  bir  neçə  bəndi  olan  gildən 
hörülmü
ş  divarla  əhatə  olunmuş  eniş  tikilmişdi.  Zəngi  çayının  sol  sa-


 
226 
hilindən, Qırxbulaq çayının cənub-şərq tərəfindən qalaya yeraltı su kəməri 
çəkilmişdi (201, c,4,səh.290).          
Qalanın möhtəşəm olmasında İrəvan xanlarının böyük rolu olmuşdu. 
Hüsey
nəli  xan  (1759-1783)  qalanı  daha  möhkəm  və  əzəmətli  etmək  üçün 
xoylu 
Əhməd  xanın  baş  memarı  Mirzə  Cəfəri  Xoydan  çağırıb  İrəvana 
gətirtmişdi (40,13).  
Qalada 
ən möhtəşəm tikililər xan sarayı və məscidlər idi. Möhtəşəm 
«Xan  saray
ı» 1791-ci  ildə  Məhəmməd  xan  tərəfindən  tikilmişdi  (396,7). 
Xan saray
ı qalanın şimal-qərb hissəsində, Zəngi çayına yaxın yerdə tikilmiş 
v
ə  pəncərələri  bu  çayın  daşlı  sahilinə  açılırdı.  Saray  dördkünclü  və  çoxlu 
otaqları olan bir bina idi. Sarayda xanın arvadları üçün geniş hərəm otaqları, 
qəbul  otağı,  qulluqçular  üçün  yerlər  və  qarnizon  anbarları  yerləşirdi 
(189,28; 172,444; 122,230). Sonuncu 
İrəvan  xanı  Hüseynqulu  xan 
tərəfindən tikilmiş, xan sarayını daha da gözəlləşdirən «Şüşəbənd» adlanan 
güzgülü  zal  daha 
məşhur idi və gözləmə zalı hesab olunurdu. Zal həcmcə 
böyük  olmaqla 
bərabər,  ona  bitişik  otaqlar  vardı.  Onun  döşəməsi 
mərmərdən, tavanı və karnizi isə işıqları əks etdirən müxtəlif rəngli şüşələr 
ilə  naxışlanmışdı.  Zalın  döşəməsi  bahalı  xalçalarla,  tavanı  isə  gözoxşayan 
naxışlarla bəzədilmişdi. Onun iki buxarısı varda. Buxarının biri girişin əks 
tərəfində, digəri isə sağ tərəfdəki divarda  yerləşirdi. Bu buxarı yarımdairəvi 
oyuq 
formasında  idi.  Zalın  divarları  başdan-başa  Fətəli  şahın,  onun  oğlu 
Abbas  Mirz
ənin,  Hüseynqulu  xanın,  onun  qardaşı  Həsən  xanın,  əfsanəvi 
qəhrəmanlar  Rüstəmin,  Zöhrabın  və  digərlərinin  şəkilləri  ilə  bəzədilmişdi 
(129,43; 172,444; 122,230-231).  
Saray
ın çox gözəl həyəti, bağı, fəvvarəsi və süni gölü vardı. Həyətdə 
üç 
fəvvarəli çarhovuz və hərəmxananı əhatə edən bir neçə ağac yerləşmişdi 
(122,230-231).  Lakin  rus 
işğalından sonra xan sarayı baxımsızlıq üzündən 
dağıntıya  məruz  qalmışdı.  Sarayın  hərəmxanası  isə  hərbi  xəstəxanaya 
çev
rilmişdi (122,230).      
İrəvan qalasında iki məscid vardı. Məscidlərdən biri 1725-ci ildə os-
manlı sərkərdəsi Rəcəb paşa tərəfindən tikilmişdi. Lakin Rusiya işğalından 
sonra  o,  rus  pravoslav 
kilsəsinə çevrilmişdi. İkinci məscid isə Hüseynqulu 
xanın  dövründə  tikilmiş  və  şahzadənin  şərəfinə  Abbas  Mirzə  məscidi 
ad
landırılmışdı. İşğaldan sonra həmin məscid də silah anbarına çevrilmişdi 
(396,8; 122,230).  
Qeyd 
etmək  lazımdır  ki,  İrəvan  qalası  işğal  olunarkən  güclü  bom-
bardman  edildiy
indən evlərin çoxu dağıdılmış və rus idarəçiliyi altında öz 
əhəmiyyətini tamamilə itirmişdi. Ruslar belə möhtəşəm abidəni məhv etmək 
istəyirdilər.  Rusiya  işğalından  bir  neçə  il  keçdikdən  sonra  İrəvanda  olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə