Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   105   106   107   108   109   110   111   112   ...   164

 
223 
təyin olunmuş bir mirzə məşğul olurdu. Həmin mirzə divanın üzvlərindən 
biri idi (415,452).  
İrəvan  xanlığında  maaflardan  təşkil  olunmuş  qoşunlar  da  fəaliyyət 
göstərirdi.  Maaflar  hər  hansı  vergi  və  mükəlləfiyyətdən  azad  idilər  və 
şəxsən  hərbi  işlə  məşğul  olurdular.  Maaflıq  irsən  keçirdi.  Onlar  qoşunun 
əsas  hissəsini  təşkil  etməklə  bərabər,  polis  rolunu  da  yerinə  yetirirdilər 
(157,470; 147,391; 184, c.1,
səh.85; 231,46). Hüseynqulu  xanın  dövründə 
azarbay
canlı qarapapaq tayfası maaf rolunu oynamışdı. Yuxarıda göstərild-
iyi  kimi, 
sərdar  tərəfindən  İrəvan  xanlığının  müxtəlif  sərhəd  ərazilərində 
y
erləşdirilən və sərhəddi qoruyan bu tayfa heç bir vergi vermirdi (415,450; 
174,51-52).  Lakin  Az
ərbaycanın  bəzi  xanlıqlarından  fərqli  olaraq  İrəvan 
xanlığında nə qədər maaf ailəsinin yaşaması haqqında mənbələrdə məluma-
ta  rast 
gəlmədik.  Bunun  səbəbi  «İrəvan  xanlığı  Rusiya  dövləti  tərəfindən 
i
şğal  olunarkən  aparılan  kameral  təsvir  zamanı  maafların  vergiverənlər 
təbəqəsinə qatılmaları idi» (184, c.1, səh.87).  
Qeyri-nizami 
qoşun isə müharibələr ərəfəsində xanın əmri ilə mahal 
naibləri,  elbəyilər  və  iri  bəylərin  səfərbərliyə  aldıqları  yerli  əhalidən  top-
lanırdı. İrəvan xanlığında qeyri-nizami qoşunun əsas özəyi elatlardan ibarət 
idi. 1829-1832-ci 
illər  kameral  təsvirə  görə,  ayrı-ayrı  elatlar  Hüseynqulu 
xanın  dövründə  lazım  olduqda  3.600  nəfərlik  süvari  dəstə  toplaya  bilirdı 
(415,457,1130). 
Əsasən  süvari  dəstələrdən  ibarət  olan  bu  qüvvələr 

haribələr dövründə öz cəsarəti ilə düşmənə böyük zərbələr vururdu.   
İrəvan  xanlarının  müxtəlif  dövrlərdə  döyüş  meydanına  çıxardığı 
qo
şunun sayını nəzərdən keçirək. XVIII əsrin 80-ci illərin məlumatına görə, 
İrəvan  xanı  döyüş  meydanına  5  minə  qədər  hərbi  qüvvə  çıxara  bilirdi 
(82,17).  Lakin 
İrəvan  xanları  müharibələr  dövründə  lazım  oluqda  yerli 
əhalinin  və  köçəri  elatların  hesabına  qoşunun  sayını  daha  da  artırırdılar. 
Qeyd 
etmək lazımdır ki, İrəvan qalasında saxlanılan qarnizonun tərkibi 2, 3, 
bəzən də 5 min nəfərə çatırdı (411,154; 52,21; 185,28). Bundan əlavə, Ağa 
Məhəmməd şah Qacarın qoşunlarının İrəvana hücumu zamanı Məhəmməd 
xan mövcud 
silahlı qüvvələrindən əlavə, yerli əhalidən 7 min nəfərlik qoşun 
toplamışdı  (67,64-65).  Başqa  bir  məlumata  görə,  qraf  Qudoviçin  başçılığı 
ilə  rus  qoşunu  İrəvan  qalasına  hücum  edərkən  Hüseynqulu  xan  qardaşı 
Həsən  xanın  komandanlığı  altında  2  minə  qədər  yerli  İrəvan  qoşun 
hissələrini qalada saxlayaraq, özü 5 minə qədər qoşunla Gərni çayı keçərək 
keçilməz  Vedi  dərəsinə  çəkilmişdi  (105,243-244).  İrəvanlılar  fövqəladə 
hallarda  laz
ım  gəldikdə  döyüş  meydanına  14.000-dən  çox  qoşun  toplaya 
bilirdi (355,627). 
Beləliklə, elatlardan toplanmış əhali ilə birlikdə müharibə 


 
224 
dövrü
ndə  İrəvan  xanları  döyüş  meydanına  14.000-ə  qədər  qoşun  çıxara 
bilirdi.      
Xan 
hərbi qüvvələrin baş komandanı idi. Lakin qoşuna başçılıq xanın 
özü 
tərəfindən təyin edilmiş ailə üzvlərindən ən bacarıqlısına həvalə edilirdi. 
Məsələn, İrəvanın tanınmış xanlarından biri olan Hüseynəli xan məktubların 
birində  oğlunun  (Qulaməli-E.Q.)  İrəvan  qoşunlarının  sərkərdəsi  təyin 
edilməsi  haqqında  yazırdı  (39,88-89).  Hüseynqulu  xanın  dövründə  isə 
qar
daşı Həsən xan İrəvan qoşununa komandanlıq etmişdi (415,451).  
 
Qalalar 
İrəvan  xanlığının  hərbi  müdafiəsində  qalalar  böyük  rol  oynamışdı. 
Xanlığın uzunömürlü olmasının bir səbəbi də onun möhkəm qalalara malik 
olması  idi.  Bu  qalalardan  ən  möhtəşəmi  İrəvan  qalası  idi.  Əsrlər  böyu 
İrəvana  gələn  səyyahlar,  diplomatlar,  dövlət  adamları  və  s.  İrəvan  qalası 
haqqında ətraflı məlumatlar vermişlər. Maraqlıdır ki, qala haqqında verimiş 
bu  ay
rı-ayrı  məlumatlar  bir-birini  tamamlayır.  Qeyd  etmək  lazımdır  ki, 
İrəvan  qalası  hərbi  məqsədlər  üçün  tikilmişdi.  Düşmənin  uzunmüddətli 
hücumundan  qorunmaq  üçün  qalada 
hər şey nəzərə alınmış, əvvəlcə Çux-
ursəd  hakimlərinin  və  sonra  isə  İrəvan  xanlarının  iqamətgahı  burada  yer-
ləşmişdi.  İrəvan  qalası  uzun  illər  irəvanlıların  qəhrəmanlıq  simvoluna 
çev
rilmişdi.  O,  müxtəlif  illərdə  xanlığa  müdaxilənin  qarşısını  almasında 
böyük  rol  oy
namış  və  alınmaz  qalaya  çevrilmişdi. 1813-cü  ildə  İranda 
fəaliyyət  göstərən  ingilis  səfirliyinin  katibi  Moryer  İrəvanda  olarkən 
Hüseynqulu xan 
fəxrlə qala haqqında demişdi: «Əgər Avropanın üç və yax-
ud dörd 
ölkəsi birləşərək bu qalanı tutmaq istəsələr, onlar onsuz da heç nəyə 
nail olmazlar v
ə əli boş qayıdarlar» (189,274). Deyilmiş bu söz İrəvan qal-
asına verilmiş ən gözəl qiymət idi.  
İrəvan qalası 1583-cü ildə osmanlılar tərəfindən tikilmişdi (134,486). 
Osmanlı  mənbələri  bu  qalanın  tikilmə  tarixini  ətraflı  şərh  etmişlər.  Qala 
Səfəvi  hakimi  Məhəmməd  Toxmaq  xan  Ustaclının  sarayı  ətrafında 
ucaldılmışdı.  Qalanın  tikilmə  tarixinə  toxunan  İbrahim  Əfəndi  Peçevi 
yaz
ırdı: «1583-cü  ildə  osmanlı  ordusu  dayanacaqdan  dayanacağa  keçərək 
Rəvan  dairəsinə  gəlib  çatır…  Ədalətli  sərdar  (Fərhad  paşa-E.Q.)  Rəvan 
şəhərinə daxil olaraq qala tikməyə başlayır. O, mərkəzdə yerləşən Tokmaq 
xanın sarayının ətrafında böyük və möhkəm qala ucaldır. Qalanın tikintisinə 
45  gün  vaxt 
sərf  edilir  (235,58-59).  Məşhur  osmanlı  səyyahı  Ö.Çələbi  bu 
hadisəni daha ətraflı təsvir edərək qeyd edirdi: «Vəzir Fərhad paşa İrəvana 
hücum 
edərək  onu  tutur.  Zəngi  çayının  sahilində  150.000  islam  qoşunu 
cənubdan şimala uzanan böyük quyu qazaraq 45 günün ərzində qalanın ti-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə