Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə111/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   107   108   109   110   111   112   113   114   ...   164

 
227 
səyyah  A.Qakstqauzen  yazırdı  ki, «..mən  xan  sarayının  yerləşdiyi  qalaya 
baş çəkdim. Qala böyük tənəzzülə uğramışdı. Xan sarayı bərbad halda idi… 
Rus 
məmurlarının  toxunulmaz  tarixi  binalara  və  abidələrə  nadir  hallarda 
canı  yanırdı (122,230-231).  Məmurların  bu cür abidələrə  düşmən  münasi-
bətini bir rus məmuru da etiraf edirdi: «Bizim hakimlər heç nəyə baxmadan 
be
lə  abidələri  köhnəlmiş  və  yararsız  hesab  edərək  yer  üzündən  silməyə 
çalışırdılar» (177,448). 
İrəvan  xanlığında  ikinci  ən  böyük  qala  Sərdərabad  qalası  idi.  Qala 
1810-cu 
ildə Hüseynqulu xan tərəfindən əsası qoyulmuş (415,255), 1815-si 
ildə  tikilib  başa  çatdırılmışdı  (171,106).  İrəvan  qalası  kimi  bu  qala  da 

şmən  hücumlarından  qorunmaq  üçün  hərbi  məqsədlə  tikilmişdi.  Qala 
böyük  strateji 
əhəmiyyətə  malik  idi.  Bu  haqda  1826-1827-ci  illər 

haribəsinin iştirakçısı M.E.Koçebu yazırdı: «Sərdarabad qalası İrəvandan 
50  verst 
qərbdə,  Talından  Eçmiədzinə  və  Araz  çayı  sahili  boyunca  keçən 
əsas  yolun  bir  neçə  verstliyində  yerləşirdi.  Deyirlər  ki,  İrəvan  sərdarı  bir 
neçə  il  əvvəl  ətrafda  yerləşən  kəndləri  qorumaq  üçün  bu  qalanı  tikdirib. 
Lakin qala bir çox 
cəhətdən əhəmiyyətlidir. Təcili yardım üçün İrəvan qal-
ası  uzaqda  yerləşdiyindən,  o  (qala-E.T.)  İrəvan  xanlığının  bizimlə  və  tü-
rklərlə  həmsərhəd  olan  hissəsini,  habelə  Araz  çayından  keçən  ən  yaxşı 
bərəni, Maku və Xoya gedən əsas yolu qoruyurdu. Sərdərabad qalası dairəvi 

lləsi  olan,  çiy  kərpicdən  tikilmiş  divarlarla  əhatə  olunmuşdu.  Onun 
ətrafında  xəndək  qazılmışdı.  Qala  düz  yerdə  yerləşirdi.  O,  bulaq  suyu  ilə 
təmin  olunurdu,  çünki  Arazdan  bura  az  sayda  arx  və  kanal  çəkilmişdi. 
Keçmiş Sərdərabad kəndinin əhalisi qalaya köçürülmüşdü. Burada 22 top və 
3 min 
nəfərlik qarnizon saxlanılırdı. Qalanın rəisi Həsən xan və nəvəsi idi» 
(185,28).  
Sərdarabad  qalası  haqqında  verilən  digər  məlumatlar  da  maraqlıdır. 
Bu 
məlumatlar M.E.Koçebunun məlumatını təsdiqləyir və bir qədər ətraflı 
təsvir  edilir.  Göstərilir  ki,  Sərdərabad  qalası  Arazın  sol  sahilində,  demək 
olar ki, 
dördbucaqlı formada düzən yerdə tikilmiş və dairəsi 4 verst olan və 
üç 
tərəfdən qüllələrə malik hündür və qalın ikiqat divarla əhatə olunmuşdu. 
Çöl div
arı daha qalın və hündür idi. Qüllələrdən 6-ı çöl, 4-ü isə iç divarda 
y
erləşirdi. Qalanın cənub tərəfi birqat divara malik idi. Bu tərəfdə salınmış 
bağ geniş və sıx olduğundan qalaya yaxınlaşmaq çətin olurdu. Bütün hərbi 
qalalarda 
olduğu kimi, Sərdərabad qalasının ətrafı da xəndəklə əhatə olun-
muşdu  (201,  c.4 ,səh.292; 177,113; 115,564; 417,314-315).  Qalada  xan 
saray
ı və 700 ev vardı (201, c.4, səh.292). Qalaya Araz çayından çəkilmiş 
su 
kanalı həm suvarma, həm də əhalini içməli su ilə təchiz edirdi. Bundan 
əlavə, mühasirə dövründə bu kanalın qarşısını kəsmək və yönünü dəyişmək 


 
228 
mümkün 
olduğundan, hər etimala qarşı bir neçə quyu və çarhovuz kanalın 
suyu 
ilə doldurularaq hazır saxlanılırdı (177,113-114). 
İrəvan xanlığında adı çəkilən möhtəşəm qalalarla bərabər, kiçik qala-
lar  da  mövcud 
olmuşdu.  Bu  qalacıqlardan  «Keşikçi  və  yaxud  Gözətçi 
qala»
sını, «Qara  qala»  və  «İmamverdi»  qalalarını  göstərmək  lazımdır 
(208,862; 326,453). Lakin bu qalalar 
haqqıda məlumat əldə etmək mümkün  
olmadı.  Görünür  bu  qalalar  çox  kiçik  olduğundan  bir  o  qədər  də  nəzərə 
çarpmamışdı. Yalnız «Keşikçi qala»sı haqqında haqqında az da olsa məlu-
mat 
əldə  etmək  mümkün  olmuşdur.  Bu  qala  da  osmanlılar  tərəfindən  ti-
kilmişdi. Zəngi çayının sağ sahilində yerləşən bu qalanın tikilməsi haqqında 
A.
Təbrizli  maraqlı  məlumat  verərək  yazır  ki, 1603-cü  ildə  I  Şah  Abbas 
Təbrizi  geri  aldıqdan  sonra  osmanlılar  şah  qoşununun  təzyiqləri  altında 
Naxçıvana  və  oradan  da  İrəvana  geri  çəkilmişdi.  İrəvana  gələn  osmanlı 
qoşunu  İrəvan  qalasının  cənub  hissəsində,  ona  yaxın  yerdə  daha  bir  qala 
tik
ərək  ətrafına  hasar  çəkmişdi  (134,50).  Qala  sonradan  «Keşikçi  qalası» 
adını almışdı. Lakin qala haqqında bir qədər ətraflı məlumat verən fransız 
səyyahı J.Şardən olmuşdu. O, qeyd edir ki, «İrəvan qalasının şimal tərəfində 
(
cənub-şərqdə-E.Q.)  yerləşən  təpədə  kiçik  bir  qala  da  vardı.  Aralarındakı 
məsafə  min  addım  olardı.  O,  ikiqat  divarla  və  artilleriya  ilə 
möhkəmləşdirilmişdir.  Orada  200  adam  yerləşə  bilərdi.  Onun  adı  «Keçi 
qala»
sıdır» (52,21). (Qeyd  etmək  lazımdır  ki,  J.Şardənin  səyahəinaməsini 
az
ərbaycan  dilinə  tərcümə  edən  müəllif  «Keşikçi  qalası»nı  «Keçi  qala»sı 
kimi 
tərcümə etmişdir- E.Q.).  
Beləliklə,  İrəvan  xanlığının  hərbi-müdafiə  işində  qalalar  misilsiz 
əhəmiyyətə malik olmuşdur. Xüsusilə, İrəvan və eləcə də Sərdərabad qala-
ları  düşmən  müdaxiləsinin  qarşısını  almasında,  uzunmüddətli  mühasirəyə 
davam 
gətirməsində və düşməni acınacaqlı vəziyyətə salmasında böyük rol 
oy
namışdı.  Xanlığın  davamlı  və  uzunömürlü  olmasının  bir  səbəbi  də, 
möhtəşəm qalalara malik olmasında idi.             
 
 
IV 
FƏSİL 
İRƏVAN XANLIĞININ İQTİSADİ VƏZİYYƏTİ 
4.1. 
Kənd təsərrüfatı 
 
Əlverişli  təbii-coğrafi  şəraiti,  müxtəlif  iqlimin  və  bol  sulu  çayların 
olması  İrəvan  xanlığında  iqtisadiyyatın  təməlini  təşkil  edən  kənd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə