Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə114/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   110   111   112   113   114   115   116   117   ...   164

 
233 
Cədvəldən  göründüyü  kimi, 1829-1832-ci  illərdə  həyata  keçirilən 
siyahıyaalınmada  Göyçə,  Dərəçiçək  və  Abaran  mahallarında  meyvə  və 
üzüm 
bağlarının  sayı  göstərilməmişdi.  Bu  mahallar  müharibələr  dövründə 
ən  çox  dağıntıya  məruz  qaldığından  burada  meyvə  bağları  qeydə 
alınmamışdı.  Lakin  xanlıq  ərazisində  dağıdılmış  meyvə  bağlarına  da  rast 
gəlinirdi.  Bununla  əlaqədar  olaraq  İ.Şopen  yazır  ki, «Dağılmış  kəndlərin 
yaxınlığında,  xüsusilə  də  dərələrin  orta  hissəsində  çoxlu  pis  və  baxımsız 
vəziyyətdə  qalan  meyvə  bağlırı  var  idi» (415,746). Onu  da  qeyd  etmək 
yerinə  düşərdi  ki,  İrəvan  xanlığı  işğal  olunduqdan  sonra  otuz  beş  meyvə 
bağı xəzinənin ixtiyarına keçmişdi (415,951-958).        
Bostançılıq  da,  İrəvan  əhalisinin  əsas  kənd  təsərrüfatı  məşğuliyyəti 
sahələrindən  biri  idi.  Burada  müxtəlif  növdə  tərəvəz  məhsulları 
yetişdirilirdi. Bostanlarda müxtəlif göyərtilər, soğan, çuğundur, lobya, xiyar, 
kələm,  noxud,  yer  kökü,  xardal,  badımcan,  qarğıdalı,  qarpız,  yemiş  və  s. 
tərəvəz  bitkiləri  əkilirdi  (415,745-746; 395,28). İrəvan  qarpızı  və  yemişi 
daha 
məşhur idi. Qarpız qışda və yayda əkilirdi. Bu bostan bitkisinin xuni, 
ağabəy,  qurbanağası,  həsənbəy  və  digər  növləri  vardı.  Yemiş  isə  dörd- 
şallax, dostucan, carcar və tutma növü ilə məşhur idi. (395,28). 
Yerli 
əhali əkinçilikdə müxtəlif kənd təsərrüfatı alətlərindən istifadə 
edirdi. 
Mənbələrdə  kənd  təsərrüfatı  alətləri  haqqında  ətraflı  məlumat 
veril
mişdi.  İrəvan  xanlığında  torpaq  kotan  və  xışla  şumlanırdı.  Şumlama 
əsasən,  payızda  və  yazda  həyata  keçirilirdi.  Kotan  çox  ağır  olduğundan 
onunla 
torpağı şumlamaq çətinliklə başa gəlirdi. Bu işdə beş adamın iştirakı 
vacib idi. Dördü 
qoşqu heyvanlarını dartır, beşincisi isə kotanı idarə edirdi. 
Maraqlıdır  ki,  ağır  kotanı  dartmaq  üçün  on  dörd  cüt  kəl  və  camış  lazım 
gəlirdi.  Xışla  torpağı  şumlamaq  isə  asan  idi.  Ondan  yazlıq  əkin  zamanı 
istifadə  edilirdi.  Xışı  bir  və  ya  iki  kəl  dartırdı.  Şumlanmış  torpaq  qollu 
budaqlı ağacla malalanırdı. Aran yerlərində isə malalamaq əsasən, səliqə ilə 
sarınmış çubuqlarla həyata keçirilirdi. Taxıl biçilərkən isə oraqdan istifadə 
edilirdi (415,737-738). 
Məhsul  yığıldıqdan  sonra  onu  xüsusi  qayda  ilə  döyür  və  emal 
edirdilər.  Belə  ki, «xırmanda  məhsulu  açıb  və  dağıdaraq  döymək  üçün 
hazırlayırdılar.  Aşağı  hissəsinə  böyük  olmayan  qırıq  çay  daşları 
yerləşdirilmiş ağır taxtaya (vəl-E.Q.) bir neçə cüt öküz bağlayırdılar. Sonra 
taxtanın  üstünə  uşaqları  oturdurdular,  onlar  dairəvi  öküzləri  dərz  üzrə  o 
vaxta 
qədər  qovurdular  ki,  nəhayət,  iti  daş  dərzi  samana  çevirirdi.  Sonra 
küləkli gündə samanı havaya atırdılar, külək yüngül, doğranmış samanı bir 
neçə addım kənara sovurur, bununla bərabər ağır olduğundan buğda toplu 
halında ayaq altına düşürdü» (415,739-740). 


 
234 
İrəvan  xanlığının  kənd  təsərrüfatında  sünü  suvarma  sistemindən 
geniş istifadə edilirdi. Bol sulu çayların olması xanlıqda kənd təsərrüfatının 
inkişafına təsir göstərən əsas amillərdən biri idi. Dağlıq ərazilərdə əsasən, 
dəmiyə  üsulundan  istifadə  edilsə  də,  aran  yerlərində  süni  suvarma  geniş 
yayılmışdı.  İrəvanlıların  əkin  sahələrini  suvarmaq  üçün  göstərdikləri 
əziyyətlərə toxunan İ.Şopen yazırdı: «Belə ki, təlabat hünər yaradırdı. Yerli 
əhali  həm  geodezi  (yerin  forma  və  ölçüsünü  öyrənən  elm-(E.Q.),  həm  də 
hidravlik  (suyun 
müvazinət və hərəkəti şəraiti və qanunlarından və onların 
praktik 
tətbiqindən  bəhs  edən  elm-E.T.)  nəzəri  məlumat  olmadan,  bəzən 
vaterpasın  (səthin  üfqi  vəziyyətini  yoxlamaq  üçün  cihaz-E.Q.),  bəzən  də 
gözəyarı  çox  çətinliklə,  lakin  sadə  üsulla  müvəffəqiyyətlə  süni  arxlar 
çəkirdilər» (415,388).  
İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra burada həyata 
keçirilən kameral siyahıyaalınmada iri çaylardan ayrı-ayrı mahallara çəkilən 
müxtəlif arx və kanalların adları qeyd olunmuşdu. Siyahıyaalınmada Araz 
çayı  İrəvan  xanlığının  kənd  təsərrüfatının  inkişafında  böyük  rol  oynayan 
əsas  su  mənbəyi  kimi  göstərilir.  İrəvanlılar  Araz  çayından  Sürməli  və 
Sərdarabad  mahallarını  başdan  başa  su  ilə  təmin  edən  onlarla  arx 
çəkmişdilər.  Bu  arxların  bəziləri  birbaşa  Arazdan,  digərləri  isə  ondan 
çəkilmiş kanallardən götürülmüşdü. Qeyd etmək lazımdır ki, Araz sahilləri 
daşlı  və  hündür  olduğundan  arxların  çəkilişi  çətinliklə  başa  gəlirdi. 
Beləliklə, İrəvan xanlığında çaylardan çəkilən arx və kanallar bunlardır: 1. 
Araz 
çayından  Sürməli  mahalına  çəkilən  arxlar  belə  adlanırdı:  Qul-Yusif, 
Sərbaz  arxı,  Zülfüqar  arxı,  Evçilər  arxı,  Ağ  arx,  Məmiş  gön  arxı,  Molla 
Məhəmməd arxı, Yayçı arxı, Əli Qəmərli arxı, Xan xəbər arxı, Xəlfəli arxı, 
İğdır arxı, Anac arxı, Qızıl arx, Daş arxı, Bəhərli arxı, Arhacı arxı, Dilənçi 
arxı, Ağ çalı arxı. Bu arxlar içində ən böyüyü Qul Yusif arxı idi. Sərdarabad 
mahalına  çəkilən  arxlar  isə  bunlardır:  Zor  arxı,  Molla  Bəyazid  arxı,  Şitli 
arxı,  Mənzərə  arxı,  Çaş  arxı,  Kərim  arxı.  Araz  çayı  həmçinin  Saatlı 
mahalının Söyüdlü, Hüseynkənd və Çıraxlı kəndlərini də su ilə təchiz edirdi. 
2.
Qərbi Arpa çayı isə Saatlı mahalının kəndlərini su ilə təchiz edirdi. Onun 
Araz 
çayına  töküldüyü  mənsəbindən  üç  arx  çəkilmişdi.  Onlardan  Hacı 
Bay
ramlı və Ərmən arxı bir qədər böyük idi. 3.Hacıçaydan çəkilən suvarma 
arxları Dərəkənd-Parçenis mahalını suvarırdı. Bu çaydan Parçeniyə çəkilən 
arxlar Yal 
arxı, Əkərək arxı, Yüzbaşı arxı, Dərə arxı, Kyəqin arxı adlanırdı. 
Bundan 
əlavə bu mahalı süni göl olan Abbasgöldən çəkilmiş Gödək arxı da 
suvarırdı. Dərəkəndə isə Pirli çayından Kobak, Pyütkan arxları çəkilmişdi. 
4.
Şimali  Qarasu  çayından  çəkilən  Üç-Türkmənli,  Qarxun  və  Şərifabad 
arxları Sərdarabad mahalını su ilə təchiz edirdi. 5.Körpü çayından çəkilən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə