Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə122/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   118   119   120   121   122   123   124   125   ...   164

 
251 
Xanlıqda yağ hazırlayan xüsusi sənətkarlar dəstəsi də vardı. İşğaldan 
əvvəl bütün mahalların əksəriyyətində yağ istehsal edən müəssələr fəaliyyət 
göstərmişdi.  İ.Şopen  siyahıyaalınma  aparılarkən  mahalların  xaraba  qalmış 
kəndlərində  çoxlu  dağıdılmış  yağ  hazırlayan  müəssələrə  rast  gəlmişdi. 
Mahallar 
üzrə qeydə aldığı yağ hazırlayan müssələrin sayı aşağıdakılardır: 
 
Mahallarda 
Təmir 
edilmiş 
Təmir 
edilməmiş 
Yekun 
K
ırxbulaq 

15 
17 
Gərnibasar 



Vedibasar 



Sürməli 



Dərəkənd-Parçenis 



Talın 


10 
Seyidli-
Ağsaqqallı 



Sərdarabad 



Körpübasar 


14 
Abaran 

24 
27 
Dərəçiçək 

30 
35 
Göyçə 

95 
95 
Yekun 
30 
189 
219 
    
 
          
İ.Şopen,860-861. 
 
Yağı əldə etmək üçün xüsusi qurğudan istifadə edilirdi. Bu qurğunun 
quruluşu çox sadə idi. Bozalt və yaxud qumdan olan dəyirman daşı bir cüt 
kəl  və  camış  vasitəsilə  şaquli  vəziyyətdə  hərəkətə  gətirilərək  məhsul 
üyüdülür, 
ağac  pərin  köməyi  ilə  yağ  pres  halında  sıxışdırılıb  çıxarılırdı 
(415,861). 
Yağ müəssisələrində həm  kətan, həm də küncüt yağları istehsal 
olunurdu.  Burada 
kətan  yağına  daha  çox  üstünlük  verilirdi.  Ona  görə  də, 
kətan  bitkisi  əsasən  yağ  əldə  etmək  üçün  əkilirdi.  Küncüt  ancaq  bəzi 
kəndlərdə  əkilirdi.  Küncüt  yağının  istehsalı  az  olsa  da,  bu  yağın  zeytun 
yağından heç də geri qalmayan xoş ətirli iyi var idi (415,861). Bir batman 
yağ 4 batman kətan  buğdasından alınırdı. Yağ hazırlayan müəssisələr ildə 
1.500  batman 
yağ  istehsal  edirdi.  Müsəlmanlar  kətan  yağından  çıraqların 
yandırılmasında, ermənilər isə yeməklərin bişirilməsində istifadə edirdilər. 
Küncüt 
yağının  bir  batmanı  8-dən  12  abbasıya,  kətan  yağı  isə  4-dən  6 
abbasıya satılırdı (415,861-862).  
Adı  çəkilən  yağlardan  başqa  yerli  əhali  gənəgərçək  yağından  da 
istifadə  edirdi.  Gənəgərçək  yağı  ev  şəraitində  hazırlanırdı.  Bu  yağ  qatı, 
rəngi isə qara olurdu və çox pis qoxusu vardı. Gənəgərçək yağından evləri 
işıqlandırmaq  üçün  çıraqlarda  istifadə  edilirdi.  Onun  bir  batmanı  4-dən  6 
abba
sıya satılırdı (415,862).    


 
252 
İrəvan  xanlığının  iqtisadiyyatında  inkişaf  etmiş  əsas  sahələrdən  biri 
də  ticarət  idi.  Xanlığın  yaxın-uzaq  ölkələrə  gedən  karvan  yollarının 
qovuşduğu  yerdə  yerləşməsi  ticarətin  inkişafına  öz  təsirini  göstərmişdi. 
Ticarətdən bəhs etməzdən əvvəl bu ticarət yolları haqqında məlumat vermək 
yerinə düşərdi. Belə ki, İrəvan xanlığında müxtəlif istiqamətlərə gedən və 
gələn karvan yolları mövcud olmuşdu. Mənbələr bu yollar haqqında maraqlı 
məlumatlar verir. Əsas karvan yolları bunlardır: 1. Tiflisdən İrəvan şəhərinə 
gələn yol idi ki, bu yol iki hissədən ibarətdir: a) Tiflis-Şulaver-Cəlaloğlu-
Hamamlı-Abaran-Eçmiədzin-İrəvan;  b)  Hamamlı-Gümrü-Talın-Eçmiədzin-
İrəvan. Talına qədər gələn yol düz və açıq, Talından Eçmiədzinə uzanan yol 
isə daşlı və susuz idi. Ona görə də, may ayında İrəvana qədər gələn yolda 
otlar 
artıq  yanmışdı; 2.Tiflis-Qalagir-Başkeçid-Cəlaloğlu-Gümrü-Abaran-
Mirək-Sudakənd- Eçmiədzin- İrəvan. Bu yol Mələkə kəndinə qədər hərəkəti 
çətinləşdirməyən  xırda  açıq  təpəliklərlə  əhatə  olunmuşdu.  Lakin  yaşıl 
otluqlarla 
və  su  ilə  bol  idi. 3. Tiflis-Bozqala-Böyük  Qarakilsə-Hamamlı-
Pəmbək-Abaran-Mirək-Sudakənd-Çaləli-İrəvan-Eçmiədzin.  Bu  yolun  iki 
çətinliyi  vardı.  Birincisi,  Əştərək  kəndinə  10  verst  qalmış  bu  yol 
daşlıqlardan  ibarət  idi.  Çünki  üç  verst  uzunluğunda  olan  Pəmbək  dağını 
keçmək lazım idi. Buradan İrəvana qədər yollar susuz və boş çollərlə əhatə 
olunmuşdu. Əvəzində Hamamlıdan Eqvard kəndinə qədər yol yaşıl otluq və 
su 
ilə  bol  idi. 4. Böyük  Qarakilsə-Qəmzəçəmən-Eşşəkmeydan-İrəvan.  Bu 
yol 
əsasən  Gəncə  yolundan  başlayaraq  Akstafa  çayının  sahili  ilə  hərəkət 
edərək  Dilican  dərəsindən  keçməklə  Eşşəkmeydana,  buradan  Göyçə 
gölünün 
yaxınlığından, Zəngi çayının mənbələrindən dönərək İrəvana doğru 
yönəlirdi.  Yol  iri  aşırımlardan  və  sıx  meşəlikdən  keçirdi; 5. İrəvan-
Naxçıvan-Təbriz-Tehran; 6. İrəvan-Sərdarabad-Arazın  sağ  sahili-Maku-
Xoy-
Təbriz  (185,23-24,57-58).  Qeyd  edilən  karvan  yollarından  başqa 
xanlıqda  müxtəlif  istiqamətlərə  hərəkət  edən  yollar  da  mövcud  olmuşdu. 
Məsələn,  təkcə  Şuragöldən  beş  əsas  yol  keçirdi  ki,  bu  yollar  Gümrüdə 
birləşirdi. Buradan isə Talın-Baş Avaran-Mirək; Pəmbəyə doğru Bəykənd-
Hamamlı-Böyük  Qarakilsə;  Osmanlı  sərhəddi  boyu  Arpa  çayını  keçərək 
Qars-
Ərzurum istiqamətində ayrılırdı (185,20).  P.Zubov da əsərində Kartli-
Kaxetiyadan 
İrəvan xanlığına gələn və Naxçıvan xanlığına gedən bəzi yollar 
və onların yararlı olması və məsafəsi haqqında maraqlı məlumat vermişdi. 
Onun  verdiyi 
məlumata  görə,  rusların  əlində  olan  Cəlaloğlu  qalasından 
İrəvana üç yol vardı. Onlardan biri Gümrüdən, ikincisi Dilican dərəsindən, 
üçüncüsü 
isə  Abaran  çayının  sahili  boyunca  keçməklə  İrəvan  şəhərinə 
istiqamət  götürmüşdü.  Birinci  yol  daha  rahat  idi  və  uzunluğu  200  verstə 
bərabər idi. İkinci yol yay fəslində istifadəyə daha yararlı idi. Üçüncü yol 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə