Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə125/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   121   122   123   124   125   126   127   128   ...   164

 
257 
inşa olunmuş və görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükan-
lar 
cəmləşmişdi.  Şəhər  karvansaraları  və  onların  ətrafında  olan  dükanlar 
bunlar idi: 1.Gürcü 
karvansarası-78 dükan. Bunlardan 24-ü şəxsi dükan idi; 
2.Culfa 
karvansarası-38; 3.Zöhrab  xan  karvansarası-38; 4.Tahir  karvansa-
rası; 5.Sulu karvansara; 6.Susuz karvansara. Sonuncu hər üç karvansaranın 
ətrafında 74 dükan vardı; 7.Hacı Əli karvansarası-40 dükan.               
 Yol karvansara
ları isə bunlardır: 1.Gümrü və Sərdarabadı birləşdirən 
yolun 
üzərindəki  Talın  karvansarası; 2.Dərəçiçək  mahalında  Tiflis-İrəvan 
yolunda 
yerləşən Gərnigöy kəndindəki karvansara; 3 və 4. Göyçə mahalında 
iki  karvansara 
vardı. Hündür yerdə tikilmiş Qarahasar karvansarası və Çil 
kəndi  yaxınlığındakı  karvansara; 5.Göyçə  mahalı  ilə  Dərələyəz  arasındakı 
Səlim karvansarası (415,468-469,878-880).  
Qeyd 
etmək  lazımdır  ki,  şəhər  ilə  yol  karvansaraları  bir-birindən 
fərqlənirdi.  Şəhərdə  bazar  ətrafında  cəmləşmiş  karvansaralar  tacirlər  üçün 
həm  mehmanxana,  həm  də  mallarını  satmaq  üçün  bazar  hesab  olunurdu. 
Belə  ki,  kavansaraların  ətrafında  çoxlu  dükanlar  vardı.  İrəvana  gələn 
istənilən tacir ilk növbədə karvansara ətrafında yerləşən boş dükan tutaraq 
mallarını  bura  yığırdı.  Yol  karvansaraları  böyük  yolların  üzərində  inşa 
edilirdi. Onlar 
tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri idi 
(415,880-881).   
Karvansaraların bir hissəsi ayrı-ayrı adamlara, bir hissəsi isə xəzinəyə 
məxsus idi. Xəzinə karvansaraları icarəyə verilirdi. İcarədar tacirlərdən iki 
adda  vergi 
alırdı.  Birincisi,  daxildə  və  xaricdə  istehsal  edilən  mallardan 
alınırdı ki, bu verginin özü də iki qismə bölünürdü: a) əgər tacir karvansara-
da 
malını bir yerdən satırdısa, hər tümənə 1 şahı olmaqla «havayı» adlanan 
vergi, yox 
əgər tacir malını satmadan aparırdısa, hər yükünə 4 şahı olmaqla 
«saxlama»  vergisi  adlanan  vergi 
ödəyirdi.  İkincisi,  yolçu  tacirdən  alınan 
vergi idi. 
İcarədar yolçu tacirlərdən gününə 4 şahı, karvansaranın tövləsində 
saxlanılan hər dəvə, at, kəl və eşşəyə görə 1 şahı, hər çəltik və duz yükünə  
görə isə 2 şahı məbləğində pul alırdı (415,880). 
Ticarət  mallarının  daşınmasında  müxtəlif  nəqliyyat  vasitələrindən 
istifadə edilirdi. Belə nəqliyyat vasitələrindən dəvə, at, eşşək və kəl araba-
sını qeyd etmək olar. Bu nəqliyyat vasitələrində daşınan yükün miqdarı bir-
birindən fərqlənirdi. Məsələn, bir dəvə yükü 60 batmana, yaxud 16 pud 27 
funta 
və 84 misqala, at yükü 40 batman, yaxud 11 pud 1 funta və 48 mis-
qala, 
kəl yükü 37 
1
/
2
 batman, yaxud 9 pud 36 funt 
və 34 misqala, eşşək yükü 
isə  25  batman,  yaxud  6  pud  38  funt  və  12  misqala  bərabər  idi  (201,  c.4, 
səh.285-286). 


 
258 
İrəvan xanlığında ticarət əməliyyatlarının gedişində müxtəlif pul, çəki 
və  ölçü  vahidlərindən  istifadə  olunurdu.  Digər  xanlıqlarda  olduğu  kimi, 
İrəvan  xanlığında  da  pul  kəsilməsi  haqqında  mənbələrdə  məlumata  rast 
gəlmək olur. Məşhur osmanlı səyyahı Övliya Çələbi İrəvanda olarkən xan 
sarayının  sol  tərəfində  pul  kəsmək  üçün  xüsusi  tikilinin  olması  haqqında 
məlumat vermişdi. Burada abbasi və bisti kəsilirdi (411,155). İrəvan tüməni 
xanlıq  dövründə  ən  çox  işlədilən  pullardan  hesab olunurdu  (24,97).  Digər 
məlumatda isə, İrəvanda qarapul adlanan mis pulların kəsilməsi qeyd olu-
nur. Dörd qarapul 7 rus mis 
qəpiyinə bərabər idi (201, c.4, səh.288). 
İrəvan  xanları  pul  kəsən  zərbxanaları  icarəyə  verirdilər.  İcarədarlar 
elə  keyfiyyətli  pul  kəsirdilər  ki,  bu  pullar  xarici  pullarıdan  üstün  idi 
(415,888-889). 
Şəhərdə  ticarət  tədavülündə  istifadə  olunan  pulları 
dəyişdirən  20  pulxırdalayan  məntəqə  fəaliyyət  göstərirdi  (415,851).  Ba-
zarlarda yerli pul 
vahidləri ilə yanaşı İran, Osmanlı, Rusiya dövlətlərində və 
Azərbaycan xanlıqlarında kəsilmiş pullara da rast gəlinirdi. Bu pul vahidləri 
qızıl, gümüş və misdən ibarət idi. İrəvan bazarında ticarət əməliyyatlarında 
tümən, sahibqran və yaxud  minaltun, pənahabad, qarapul, şahı, bisti, real, 
rusiya 
imperialı,  hollandiya  çervonu,  osmanlı  darülxliafı  və  mahmudi; 
gümüş pullardan rus rublu, gürcü abbası, üç növdə osmanlı kuruşu, para və 
rus 
qroşu işlədilirdi (415,888-890; 201, c. 4, səh.287-288). (Bax, səh.328) 
İrəvan xanlığında müxtəlif pul vahidi işlədildiyi kimi, müxtəlif çəki 
və  uzunluq  vahidlərindən  də  istifadə  edilirdi.  Çəki  vahidlərindən  xalvar, 
batman, stil, pud, misqal, somar, taçkir, kod 
və s. qeyd etmək olar (415,886; 
201, c.4, 
səh.286-287). (Bax, səh.328)  
Bazarlarda 
hər  hansı  bir  malı  çəkmək  üçün  «əttar»  və  «mizan» 
ad
landırılan  tərəzilərdən  istifadə  olunurdu.  Əttarın  hərfi  mənası  müxtəlif 
kiçik  baqqal 
malları,  ətriyyat  və  dava-dərmanlarla  ticarət  edən  şəxs 
dem
əkdir.  Əttar  kiçik  əl  tərəziləri  idi.  Mizan  ərəb  dilində  çəki,  ağırlıq  
deməkdir (75,140). Mizan tərəzilərini xan tərəfindən təyin olunmuş mizan-
dar 
idarə edirdi. Bu tərəzilərdə ipək və xaricdən gətirilmiş mallar çəkilirdi 
(415,886; 27,123-124). 
Tərəzi  daşları  da  icarəyə  verilirdi.  Bütün  xanlıqda 
eyni 
çəki  ölçüsünü  saxlamaq  üçün  tərəzilər  İrəvan  bazarında  yerləşirdi. 
İ.Şopen yazır ki, yerli əhali ərzaq alarkən, aldanmamaq üçün onun çəkisini 
yoxlamaq 
məqsədilə mizan-əttar tərəzisində çəkdirirdilər. Lakin bu havayı 
başa gəlmirdi. Malın növündən asılı olaraq icarədara müxtəlif miqdarda pul 
ödənməli idi. Verilən pulun miqdarı belədir: 1 batman ipək-45 gümüş qəpik; 
1  batman  indiqo  (tünd 
sürməyi  rəng)-45  gümüş  qəpik;  çəkmək  üçün 
gətirilən  hər  hansı  maldan-2  gümüş  qəpik; 1 batman  pambıq,  yağ,  donuz 
piyi, bal, mum, tütün-1
gümüş qəpik; ölçüsünə baxmayaraq qabdan-1 gümüş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə