259
qəpik; 1 batman yun, noxud, mərci, paxla, meyvə, badam, qoz-1 gümüş
qəpik (415,886-887).
İrəvanda xan arşını, xalvar, somar, taçkir, batman və ağac kimi uzun-
luq
vahidləri vardı (415, 887-888; 201, c.4, səh.286-287). Xalvar, somar və
batman
əsasən əkin sahələrinin, arşın müxtəlif parçaların, ağac isə uzaq
məsafələrin ölçüsündə istifadə edilirdi (415,888). (Bax, səh.328)
Bütün bu
deyilənlərə baxmayaraq, sonuncu Rusiya-İran müharibəsi
dövründə və işğaldan bir müddət sonra nəinki kəndlərdə, hətta İrəvan
şəhərində də ticarət tamamilə tənəzzülə uğramışdı. Amansız hərbi
əməliyyatlar ilk növbədə İrəvanın Kartli-Kaxetiya çarılğı ilə ticarət münasi-
bətlərini tamamilə pozdu. Müxtəlif ölkələrdən ticarət məqsədilə İrəvana
gələn karvanların ardı kəsildi. 1827-ci ildə rus qoşunları xanlıq ərazisinə
hücum
edərkən əhalinin əksəriyyəti əmlakları ilə birlikdə İrəvan qalasına
sığınmış, digər hissəsi isə qonşu ölkələrə pənah aparmışdı. Sonuncu
mühasirə zamanı İrəvan şəhəri və qalası böyük dağıntılara məruz qaldı.
İrəvanlıların bir hissəsi döyüşdə həlak oldu. İ.Şopen qeyd edir ki, təhlukə
sovuşduqdan sonra 1828-ci ildə irəvanlılar dağıdılmış evlərinin və
bağlarının bərpası ilə məşğul olduğundan ticarəti sonrakı ilə saxlamışdılar.
Lakin 1829-cu ilin
yazında başlayan kütləvi taun xəstəliyi xanlıqda yaşayan
əhalinin onda birini məhv etdi. Dükanlar bağlandı, karvansaralar boşaldı,
bütün
ticarət və sənətkarlıq dayandırıldı. Bu təhlükə yenicə sovuşmuşdu ki,
1830-cu
ildə vəba xəstəliyi başladı (415,874).
4.5.Vergi
və mükəlləfiyyətlər
İrəvan xanlığında qanunla müəyyən edilmiş vergi sistemi yox idi. Bu
xanın və yaxud sərdarın iradəsindən asılı olurdu. Dövlət gəlirlərinı və şəxsi
maraqlarını təmin etmək üçün xanlar daim vergilərə diqqət yetirirdilər.
Məhz onların fərmanlarına əsasən, kənd təsərrüfatı və sənayenin bütün sa-
hələrini əhatə edən vergilər hər il həcm və sayca dəyişirdi.
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da
vergilər əhalidən həm pulla, həm də məhsulla alınırdı (223,516; 415,967).
Pulla
alınan vergi də öz növbəsində iki qrupa bölünürdü: vasitəsiz və va-
sitəli. Bu vergi həm şəhər, həm də kənd əhalisinə aid idi. Vasitəsiz vergilər
ildə bir dəfə taxılçılardan, şəhər əhalisindən, elatlardan və Eçmiədzin (Üç
kilsə- E.Q.) kilsəsindən yığılırdı. Vasitəsiz (birbaşa xəzinəyə ödənilən ver-
gilər-E.Q.) vergilər cəmiyyətlər (sosial qruplar-E.Q.) üzrə alınırdı. Bu
vergini
verən yerli əhali müxtəlif sosial təbəqələri əhatə edir və səkkiz
cəmiyyətdə birləşirdi:
260
Birinci
cəmiyyətə, İrəvan şəhər əhalisinin ödədiyi vergi daxil idi. Bu
cəmiyyət də özlüyündə beş müxtəlif qollara ayrılırdı: a) Müsəlman cəmiy-
yəti-1200 tümən; Qızılqala əhalisi- 54 tümən, 5 minaltun; b) Erməni cəmiy-
yəti- Məlik Saakın tabeçiliyində olan cəmiyyət- 400 tümən; yüzbaşı Parseq
Keqamovun
tabeçiliyində olan cəmiyyət isə 40 tümən; c) Qaraçılar (Boş-
E.Q.)- 30
tümən. Bu cəmiyyətə daxil olanlar xəzinəyə ildə 1.724 tümən, 5
minaltun vergi
ödəyirdi. İldə dörd dəfə yığılan bu vergi pulu əhalinin özü
tərəfindən icra edilirdi və ümumi yığıncaqda toplanırdı. İkinci cəmiyyətə,
Eçmiədzin kilsəsinin ödədiyi vergi aid idi. İrəvan xanları müəyyən vaxtlarda
bu
kilsəyə güzəştə gedərək, erməni din xadimlərindən vergi almırdılar.
Lakin
xanlıqda böhran yarandıqda, erməni keşişləri xanlara xəyanət etdikdə
bu vergi
yenidən bərpa olunurdu. Erməni din xadimləri yerli əhaliyə
xəyanət edərək Kartli-Kaxetiya çarlarına və rus qoşununa rəğbət bəslədiyinə
görə xanlar tərəfindən böyük təzyiqlərə məruz qalırdılar. Məlumata görə,
Hüseynqulu
xanın dövründə kilsə xəzinəyə ildə 400 tümən pul verirdi.
Üçüncü
cəmiyyətə, makulu Əli xandan alınan vergi daxil idi. O, Şərur ma-
halının Ərəbli, Qarahəsən və Diadin kəndlərini Hüseynqulu xan tərəfindən
verilmiş tiyul hüququ əsasında idarə etdiyindən hər il xəzinəyə 300 tümən
ödəyirdi. Onu da qeyd etmək yerinə düşərdi ki, «İrəvan xanlığı» əsərində bu
vergi
səhvən Maku xanlığından toplanılan vergi kimi göstərilmişdi (30,34).
Dördüncü
cəmiyyətə, köçəri həyatı keçirən elatlardan alınan vergi aid idi.
Bu elatlar da öz
növbəsində üç qola ayrılırdı: birinci qola daxil olan Azəri
türkləri- Böyük Çoban Qara elatı 350 tümən, Saraclılar 150 tümən,
Dəmirçili 50 tümən, Kərimbəyli 150 tümən, Qafarlı 200 tümən, Şıxlar 100
tümən, Milli, Qaraçarlı və Əlikəndlilər birlikdə 300 tümən, Seyidli 200 tü-
mən, Ağsaqqallı 240 tümən, Dərəkənd-Parçenis ayrumları 800 tümən, Talın
ayrumları isə 240 tümən ödəyirdi. İkinci qola kürd elatları daxil idi. On-
lardan
zilanilər 4000 tümən, Çal Əli ailəsi 267 tümən, 7 minaltun və 5 şahı,
Sakenlilər 219 tümən, 6 minaltun, Tuşmal ağanın idarəçiliyində olan 102
ailədən ibarət Bilxixanlılar 210 tümən, İsa ağanın tabeliyində olan 82 ailə
174
tümən, 5 minaltun, Xali xanlı ailəsi 280 tümən, Qızılbaş uşağı 127 tü-
mən, Misir kəndli kürdləri 151 tümən; Üçüncü qola Şərur qaraçıları daxild-
ir ki, onlar da 10
tümən məbləğində vergi ödəyirdilər. Ümumilikdə elatlar
hər il xəzinəyə 8.219 tümən, 8 minaltun və 5 şahı pul ödəyirdilər. Beşinci
cəmiyyətə əhalinin binaçı vergisi ödəyən hissəsi daxil idi (binaçı-bina
sözündən olub bünövrəsi olan deməkdir-E.Q.). Bu vergi yalnız hərtərəfli
imkanı olan əhalinin müəyyən hissəsindən alınırdı. Binaçı vergisini təyin
etmək üçün xan ilk növbədə təbəələrinin işlərinə və gəlirinə diqqət yetirirdi.
Belə ki, xan şəxsən hər bir kəndin vəziyyətini, gəlirlərinin fərqini, torpağın
Dostları ilə paylaş: |