265
yerli
tacirlərə güzəşt edilirdi. İrəvanın yerli tacirlərinin gətirdikləri hər cür
parçanın bir arşınına 50 qəpik, əcnəbi tacirlərdən isə ikiqat vergi alınırdı.
Azərbaycanın digər xanlıqlarından və İrandan gətirilən müxtəlif yük mal-
larından- xalça, şal və digərlərindən, eyni zamanda şəkər, qəhvə, nabat,
şəkər tozu, xına, müxtəlif mis əşyalar, badam, albuxarı, mismar, yağ, bal,
xurmadan 1 rubl 60
qəpik, hər yük ipək və dəridən 4 rubl, tünd boyaqdan 3
rubl 20
qəpik, pambıq parçadan 60 qəpik, kişmiş, noxud, nar və üzüm
şirəsindən isə 54 qəpik vergi alınırdı (415,883).
Kartli-Kaxetiyadan
gətirilən mallardan- alma, armud, xurma, əncir,
kişmiş, qoz, zoğal, badam və s. meyvələrdən olan yükdən 54 qəpik, taxta
yükündən isə 20 qəpik vergi alınırdı (415,883).
Osmanlı dövlətindən gətirilən mallardan: müxtəlif növ parça, yağ,
yun,
zəy, marena, araq, çaxır, bal, mum və s. malların yükündən 1 rubl 60
qəpik, qoz və digər meyvə yükündən 80 qəpik, tir, taxta və taxta piyalə
yükündən 20 qəpik, qalın tir yükündən isə 2 qəpik vergi alınırdı (415,883-
884).
Xanlıqda gətirilən mallardan əlavə, aparılan mallardan da vergi
alınırdı. Aparılan hər cür növ parça, yun, zəy, marena yükündən 1 rubl 60
qəpik və gözətçilərin xeyrinə isə 1 rubl 12 qəpik, çəltik yükündən 40 qəpik,
gözətçilərin xeyrinə 40 qəpik, İrəvan şəhərindən Kartli-Kaxetiyaya aparılan
duz
yükündən 32 qəpik, kişmiş yükündən 80 qəpik, gözətçilərin xeyrinə isə
1 rubl 20
qəpik, boyaq bitkisinin hər yükündən 3 rubl 20 qəpik, gözətçilərin
xeyrinə 1 rubl 12 qəpik, ipək yükündən 4 rubl, gözətçilər üçün 1 rubl 12
qəpik, pambıq yükündən 80 qəpik və gözətçilərin xeyrinə isə 1 rubl 92
qəpik, mahallardan xaricə aparılan bütün malların yükündən isə 2 qəpik
vergi
alınırdı (415,884).
İrəvan xanlığında şəhər və mahallar üzrə rəhdar vergisindən gələn
gəlir müxtəlif idi. Məsələn, «rəhdar» vergisi İrəvan şəhərində 2.500 tümən,
Gərnibasar və Vedibasar mahallarında 90 tümən, Şərur mahalında 110 tü-
mən, Sürməli mahalında 300 tümən, Sərdarabad mahalında 20 tümən və
Körpübasar
mahalında isə 374 tümən təşkil edirdi. Rəhdar gömrük vergisi
xəzinəyə ildə 3.394 tümən gəlir gətirirdi (415,980).
Beləliklə, İrəvan xanlığında vasitəli və vasitəsiz pul vergisindən
xəzinəyə ildə 39.709 tümən 2 minaltun, 12
1
/
2
şahı və yaxud 158.837
gümüş rubl 5 qəpik ümumi gəlir gəlirdi (415,967-986).
Pul vergisi
ildə iki dəfə- payızda məhsul yığımından sonra və fevralda
pambıq təmizləndikdən sonra yığılırdı. Verginin toplanmasının öz qaydası
vardı. Belə ki, vaxtın tamamında xanın yasavulları mahal naiblərinin mir-
zələri ilə birlikdə kəndləri gəzərək vergi toplamaq üçün ağsaqqallardan ilti-
266
zamnamə alırdılar. Bundan sonra kəndin böyükləri yarımillik vergini yığar-
aq onu
xəzinəyə təhvil verir və əvəzində qəbz alırdı. Mahal naibləri əhalidən
toplanan
qəbzləri xəzinəyə təhvil verərək, ümumi qəbz alırdılar. Elatlardan
da bu qayda
ilə pul vergisi toplanırdı (415,986-987).
İrəvan xanlığında əhalidən pulla alınan vergidən başqa natural şəkildə
də vergi alınırdı. Bu vergi əkilən məhsuldan, müxtəlif növ mal-qaradan,
yundan,
yağdan, odundan, kömürdən, toyuq və yumurtadan ibarət idi.
Xanlıqda məhsulla alınan əsas vergi «malcəhət» vergisi idi. Digər
xanlıqlardan fərqli olaraq İrəvan xanlığında bu vergi növü «bəhrə»
ad
lanırdı. Bəhrə məhsulun
1
/
5
-
dən
1
/
3
qədərində idi. Bəhrə iki qismə-
«
bəhrəçeyi-divani» və «bəhrəçeyi-malikanəyə» bölünürdü. Kəndlilərin dö-
vlət xəzinəsinə ödədiyi bəhrə «bəhrəçeyi-divani», mülkədarlara ödənilən isə
«
bəhrəçeyi-malikanə» adlanırdı. (233,266-267; 229,439). Bütün taxılçılıqla
məşğul olan kəndlilər bu vergini məcburi verməli idi. Bəhrə vergisini
yarıkər və bəhrəkər torpaqlarından alınırdı. Bu torpaqlar həm xəzinəyə, həm
də mülkədarlara məxsus idi. Xəzinəyə məxsus yarıkər torpaqlarında işləyən
kəndlilər xan tərəfindən toxumla, kotanla və digər lazımi vasitələrlə təmin
olunduğundan məhsulun 1/2 hissəsi ona çatırdı. Ümumilikdə, İrəvan
xanlığında xəzinə və mülkədara məxsus kəndlər dörd qrupa- bəhrəkər,
yarıkər, rəncbər və icarəyə götürülmüş kəndlərə bölünürdü. Hər kəndin
özünəməxsus vergi miqdarı vardı (415,988-990). Bəhrəkər kəndlərindən
toplanmış məhsulun
1
/
3
hissəsi sərdara çatmalı idi. Mülkədarlara məxsus
yarıkər kəndlərindən yığılan məhsulun
1
/
2
hissəsi mülkədara, bəhrəkər
tor
paqlarından yığılan məhsul isə sərdarla mülkədar arasında bölünürdü. Bu
məhsulun
6
/
30
sərdara,
4
/
30
hissəsi isə mülkədara çatırdı (223,516; 415,987-
990).
Rəncbər kəndlərindən alınan vergilərin miqdarı ayrı-ayrı mahallar
üzrə müxtəlif idi. Məsələn, Zəngibasar mahalının Çarbağ kəndinin əhalisi
çəltik və pambığın
2
/
3
hissəsini, digər məhsulların isə üç hissəsini, Şərur
mahalının Çamaxtir kəndinin əhalisi çəltiyin
2
/
3
hissəsini, digər məhsulların
yarısını, Körpübasar mahalının Muğancıq kəndinin əhalisi isə bütün
məhsulun
4
/
5
hissəsini vergi ödəyirdilər (415,988-989).
Xanlıqda icarəyə verilmiş kəndlər də mövcud idi. Adətən sərdarın özü
mülkədarlardan icarəyə kəndlər götürürdü. Əvəzində mülkədarın icarə
haqqını ödəyirdi. Məsələn, o icarə etdiyi Uluxanlı, Behbudabad, Əbülkənd
və Seyidkənd kəndlərinin gəlirindən istifadə edir və əvəzində hər il mül-
kədarlara 7
1
/
2
xalvar
buğda, 7
1
/
2
xalvar arpa, 12 batman
pambıq və 30 bat-
man
soğan, Vedibasar mahalının dağılmış Qarabağlar kəndinə görə 10 xal-
var
buğda, Gərnibasar mahalında Sirboğan, Abbasabad, Köşəkli və Purço
Dostları ilə paylaş: |