269
nəticəsində verilmiş miqdarda sürünü geri qaytarmalı və eyni zamanda hər
sağılan qoyundan xana ildə yarım batman yağ, bir stil yun ödəməli idi. Yeni
döğulmuş bala isə saxlanılmağa verilirdi. Hətta kameral təsvirdə xana
məxsus ayrı-ayrı elatlara verilmiş sürülərin sayı da qeyd olunmuşdu.
Göstərilən sürülərin sayı bunlardır: Böyük Çobanqaralarda 2.484; Kərim-
bəylərdə 519; Şeyxlərdə 500; Saraşlılarda 1.000; Biryükilərdə 5.000; Əli
Şərurluda 200; Qafarlıda 1.138. Sərdar bu sürülərdən ildə 5.420
1
/
2
batman
yağ və 504 batman yun alırdı (415,1127).
Amani
mükəlləfiyyətinə görə, iri buynuzlu heyvanların balası və
xırdabuynuzlu heyvanların yunu sərdara məxsus idi. Bundan əlavə, xan hər
sağılan qoyundan 7
1
/
2
stil
yağ, hər camışdan 6 batman və hər inəkdən isə 4
batman
ildə vergi alırdı. Elatlarda amani mükəlləfiyyətində olan
xırdabuynuzlu heyvanların sayı Çobanqaralarda 4.219 baş, Qafarlılarda isə
4.206
baş olmaqla 8.425 başdan ibarət idi. (415,1128).
Xanın mal-qarasına məvacib alan çobanlar baxırdı. Məvacib natural
və yaxud xüsusi qaydada verilirdi. Belə ki, 500 baş naxırı otaran iki çoban
ildə 20 quzu və 120 batman buğda alırdılar. Çobanbaşıya isə min və yaxud
beş min baş sürüyə görə xüsusi məvacib təyin edilmişdi (415,1128).
Vergilərdən əlavə, elatlar xana yük heyvanları da verməli idi. Zilani
kürdləri hər il xana 1000 baş öküz və 50 baş dəvə, digər elatlar isə 6000 baş
yük
heyvanı verirdilər. Xan yük heyvanlarından Qarsa, Bəyazidə, Xoya,
Naxçıvana və Tiflisə pambıq, çəltik, və digər yüklər göndərmək üçün isti-
fadə edirdi. İrəvan xanı hər il yük heyvanlarından 4.782 tümən, 6 minaltun
və 10 şahı gəlir əldə edirdi (415,1128).
Hər il elatlar yun və yun məmulatından xana 925 tümən, 2 minaltun,
10
şahı dəyərində 3.701 batman yun, 62 tümən 5 minaltun dəyərində isə
yundan
toxunmuş 250 cüt kisə vergi verirdilər (415,1129).
Mal-qaradan
hər il sərdara Zilani kürdləri 500 batman, Sakenlilər 102
batman,
Bilxanlılar 192 batman, Xəlilxanlı 183 batman, Qızılbaş uşağı 42
batman, Misir
kəndli 87 batman, Ayrumlar 200 batman yağ verirdilər. Bun-
dan
əlavə, sərdarın özünə məxsus mal-qaradan da yağ əldə olunurdu.
Dişbədiş mükəlləfiyyətində olan qoyunlardan ildə 5.420
1
/
2
batman,
əmanidən isə 3.154 batman yağ xana çatırdı. Bu yağın ümumi dəyəri 2.985
tümən 1 minaltun 5 şahı idi.
İrəvan xanlarının əmrinə əsasən, elatlardan lazım gəldikdə qoşun
üçün
silahlı süvari dəstələri də yığılırdı. Bu dəstələr müharibələrdə ən çevik
dəstələr sayılırdı. Belə ki, Zilani kürdləri-1.000 atlı, Cəmadinlər-250 atlı,
Böyük Çoban Qara,
Saraşlı, Dəmirçili, Kərimbəyli, Qafarlı və Şeyxlər
birlikdə 300 atlı, Qarapapaqlılardan Göycə mahalında (Nağı xanın başçısı
270
olduğu qarpapaqlar) 1000 atlı, Dərəçiçək mahalı (Mərdan xanın başçısı
olduğu qarapapaqlılar) 600 atlı, Ayrumlar 200 atlı, Ağsaqqallılar 90 atlı,
Seyidli
və Taşanlılar 160 atlı olmaqla elatların xan qoşunu üçün verdiyi
süvarilərin sayı 3.600 nəfərə bərabər idi. Hər bir atlını saxlamaq üçün
təxminən 24 gümüş rubl tələb olunurdu. Ümumilikdə elatların verdiyi
süvaril
ərə 86,400 gümüş rubl lazım gəlirdi (415,1130). Burada qeyd etmək
yerinə düşərdi ki, vergi və mükəlləfiyyətin bütün ağırlığı sadə elatların
üzərinə düşürdü. Elat əyanları (sultan, bəy, ağa və s.) hərbi xidmət istisna
olmaqla bütün vergi
və mükəlləfiyyətlərdən azad edilmişdilər (233,315).
Qeyd
edilən vergilərdən əlavə, irəvanlılar odun və kömür vergisi də
ödəyirdilər. Kəndlilərin vəziyyətinə görə bu vergilərin miqdarı müxtəlif cür
olurdu.
Belə ki, binaçı vergisi ödəyən hər bir bəhrəkər sərdara ildə 3,
yarıkərlər isə 1
1
/
2
yük odun
verməli idi. Beləliklə, 539 bəhrəkərdən 1.617
yük, 300
yarıkərdən 450 yük, Ağsaqqallılardan 200 yük, 125 nəfər binaçı
vergisi
verən Seyidlilərdən 375 yük, Misxanlı cəmiyyətindən 150 yük odun,
bundan
əlavə, xan ildə Ağsaqqallılardan 200 yük, Misxanlılardan isə 100
yük kömür
alırdı. Ümumilikdə odun və kömürün dəyəri 639 tümən 8 minal-
tun 12
1
/
2
şahıya bərabər idi;
İrəvan xanı ayrı-ayrı mahallardan 9.822 toyuq, 19.644 yumurta
vergisi
alırdı. Bu verginin ümumi dəyəri 147 tümən 2 minaltun idi. Lakin
Şərur mahalında bu vergi çəltik həvəngi ilə əvəz edilmişdi. Bu mahalın
əhalisi hər çəltik həvənginə görə ildə 55 tümən vergi ödəyirdi. Nəticədə,
toyuq, yumurta
və çəltik həvəngindən alınan verginin ümumi dəyəri 202
tümən 2 minaltun edirdi.
Natural
şəkildə alınan vergi kəndlərin və rəiyyətlərin güzaranından
asılı olaraq toplanılırdı. Mənbənin verdiyi məlumata görə, «… sərdar
vergini
əkin sahəsinə, kotanlarının sayına görə deyil, əldə edilmiş məhsulun
keyfiyyətinə və vergi verənin vəziyyətinə uyğun tələb edirdi. İrəvan
xanlığında belə sistemin (vergi-E.Q.) əsas qaydaları aşağıdakılardır:
a)
Zəngin və əlverişli ərazidə yerləşən kəndlər, əhalinin yaşayışına
görə, həyətlərə bölünürdü. Bu həyətlər 1-dən 6-ya qədər olurdu. Bunlar
bi
naçı adlanırdı və ildə 10 tümən və yığılan məhsulun 3 hissəsini verməli
idilər. Belə kəndlilər bəhrəkərlər adlanırdı.
b)
əhalisi olan və bir qədər əlverişsiz ərazidə yerləşən kəndlərin əhali-
si, toxumu borc
verdiyinə görə sərdara yığdıqları məhsulun yarısını
ödəyirdi. Bunlara yarıkərlər deyirdilər. Lakin Zəngibasar mahalında bu cür
kəndlər 3 tümən binəçı vergisi ödəyirdilər.
c)
Sərdar sahəsi daşlı və tamamilə əlverişsiz ərazidə yerləşən
kəndlərin əhalisindən və köçmə maldarlıqla məşğul olan elatların əkinçiliklə
Dostları ilə paylaş: |