Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə133/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   129   130   131   132   133   134   135   136   ...   164

 
274 
komandanı Knorrinqə 1801-ci il iyulun 13, 15 və 28-də  göndərdiyi məlu-
matında  göstərirdi  ki,  Rusiya  təsirinin  güclənməsi  və  çar  II  İraklinin 
nümayəndəsinin  yeritdiyi  siyasətdən  narazılıq  edən  Pəmbək  əyalətinin  14 
kəndinin  5-6  min  əhalisi  evlərini  tərk  edərək  İrəvan  xanlığının  mərkəzi 
ərazilərinə sığınmışdılar. İrəvana sığınan əhali etnik baxımdan azəri türkləri 
idi. General-mayor  Lazarevin 
təkidi ilə əhalinin bir hissəsi geri qayıtsa da, 
böyük 
hissəsi bundan imtina etmişdi (336,598-599; 338,599; 339,599-601). 
1804-cü 
ildə  pəmbəklilər  Rusiya  itaətini  qəbul  etmək  istəmədiyindən  ye-
nidən üsyan qaldırdılar. İyulda Pəmbək bəyləri Rəhim bəy və Səid bəy öz 
tərəfdarları  ilə  bölgəni  tərk  edərək  Qars  paşalığına  qaçmışdılar.  Knyaz 
Sisianov 
onları  geri  qaytarmaq  üçün  dəfələrlə  Qars  hakimi  Məhəmməd 
paşaya müraciət etmişdi (257,911; 258,911; 259,911; 261,911-912).  
Rusiya-
İran  müharibələri  dövründə  həm  şimaldan,  həm  də 
cənubdan hücuma məruz qalan İrəvan əhalisi kütləvi surətdə qonşu olkələrə 
qaçırdılar. 1804-cü ilin mayında şah qoşunları İrəvana hücum edərkən azəri 
türklərindən və ermənilərdən ibarət 2000 ailə Qars paşalığına qaçmağa cəhd 
göstərmişdi. Lakin rus komandanlığının gördüyü tədbirlər nəticəsində həmin 
ailələr  Kartli-Kaxetiya  ərazisində  yerləşdirilmişdi.  Birinci  İrəvan  döyüşü 
başa  çatdıqdan  sonra  1000  ailə  geri  qayıtsa  da,  qalanı  orada  həmişəlik 
məskunlaşmışdı (206,614-615).  
Rus 
qoşunlarının  İrəvan  xanlığına  hücumları  zamanı  əhalinin 
əmlakını,  mal-qarasını  çapıb-talaması  kəndlərin  boşalmasına  gətirib  çıx-
arırdı.  Onlar  əhalini  qorxutmaqla  İrəvanı  Rusiyanın  təbəəliyinə  keçməyə 
məcbur  etmək  istəyirdilər.  Belə  hadisələr  istər-istəməz  əhalinin  say 
tərkibinə mənfi təsir göstərirdi. Rus qoşunlarının vəhşi hərəkətləri koman-
danlığın göstərişi ilə həyata keçirilirdi. 1811-ci il oktyabrın 27-də baş ko-
mandan markiz Pauluççi general-mayor 
Lisaneviçə göndərdiyi məktubunda 
yazırdı: «Bununla  belə,  sizə  tapşırıram  ki,  bu  ekspedisiyada  müxtəlif 
dağıntılarla  yerli  əhalini  elə  güclü  qorxuya  salmaq  lazımdır  ki,  bu 
irəvanlıların  yaddaşında  uzun  illər  qalsın…» (321,120; 322,121; 214,121-
122). 
Digər baş komandan A.Yermolov da sərhəd qoşunlarının başçısı təyin 
etdiyi general D.Davudova 
belə məzmunlu göstəriş vermişdi. Onun başçılığı 
ilə  rus  qoşununun  İrəvan  xanlığına  hücumu  zamanı  sərhədə  yaxın  səkkiz 
kənd qarət edilib dağıdılmışdı (114,381).  
İrəvan  əhalisinin  müharibələrdən  bezib  kütləvi  şəkildə  yer-
lərindən  didərgin  düşməsi,  qonşu  ölkələrə  qaçması  o  dövrdə  adi  hala 
çevrilmişdi. Baş komandan A.Paskeviç qraf Neselroda 1827-ci il iyulun 27-
də göndərdiyi məlumatında yazırdı ki, «Mən kilsədə olanda buranın əhalisi 
haqqında məlumat topladım… Araşdırmanın nəticəsi aşağıdakılardır: bizim 


 
275 
gəlişimizə qədər İrəvan xanlığının 16 mahalında maldarlıqla və əkinçiliklə 
məşğul olan 20 Azəri türk tayfası (elat-E.Q.) yaşayırdı. Axırıncı qismə er-
mənilər də daxil idi. Bizim qoşunun ərzaq toplamaq ümüdünü puç etmək, 
taxılı yığmağa imkan verməmək üçün sərdar oturaq əhalini Arazın cənubuna 
köçürmüşdü.  Qorxuya  düşmüş  köçərilər,  digər  xırda tayfalar (elatlar-E.Q.) 
dükanları talan edərək ailələri və sürüləri ilə örüş yerlərini tərk edərək Os-
manlı ərazisinə keçmişdilər. Qarapapaqlardan 100 ailə, ayrumlardan 300 ailə 
Qarsa, güclü 
Uluxanlı tayfasından (elatından-E.Q.) 600 ailə Bəyazidə, Cəlali 
kürd 
tayfasının (elatının-E.Q.) bir hissəsi isə Muşa qaçmışdı. Digər qarapa-
paqlılardan  800  ailə  Həsən  xana  qulluq  edən  Nağı  xan  və  İsmayıl  bəyin 
başçılığı  ilə  Araz  çayından  cənubda  düşərgə  salmışdı.  Cəmadinli 
kürdlərindən  70  ailə,  birunilərdən  400  ailə,  çobanqaralardan  200  ailə, 
Hüseyn 
ağanın  başçılığı  ilə  1000  ailə  zilani  kürdləri  onlarla  birlikdə  idi» 
(218,547). 
Baş  komandanın  məlumatına  görə,  axırıncı  Rusiya-İran 
müharibəsi dövründə azəri türklərindən və kürdlərdən ibarət olan 3470 ailə 
xanlığı tərk edərək qonşu ölkələrə pənah aparmışdı. Rus qoşununun hücu-
mundan qorxub 
qonşu ölkələrə  qaçanlar əsasən müsəlman əhalisi olmuşdu.  
Xanlıqda  baş  verən  kütləvi  epidemiyalar  da  əhalinin  sayına 
mənfi təsirini göstərmişdi. 1806-cı ilin payızında İrəvan xanlığında yayılmış 
qızdırma xəstəliyindən əhalinin çoxu qırılmışdı. Həmin ilin oktyabrın 21-də 
erməni Arşakov general-mayor Nesvetayevə göndərdiyi məktubunda şahın 
İrəvan  xanı  təyin  etdiyi  Əhməd  xanın  xəstəlikdən  öldüyünü  bildirərək 
yazırdı  ki, «orada  (qalada-E.T.)  yerləşən  yerli  əhali  və  qoşun  qızdırma 
xəstəliyinə  tutulmuşdu.  Bu  xəstəlikdən  xeyli  adam  ölmüşdü» (270,421; 
326,380).  Maku 
xanının Xoylu Gəfərqulu xana yazdığı məktubu da həmin 
ildə  xəstəlikdən  İrəvanda  çoxlu  əhalinin  öldüyünü  təsdiq  edirdi.  O, 
Gəfərqulu xana yazırdı ki, «əgər İrəvanda olan vəziyyətlə maraqlanırsızsa, 
irəvanlıların  hamısı  xəstələnərək  ölürlər.  Əhməd  xanın  özü  də  xəstədir» 
(304,429). 
Əhalinin kütləvi surətdə qırılması ilə nəticələnən belə epidemiya 
1829-1832-ci 
illərdə yerli əhalinin siyahıyaalınması zamanı da baş vermişdi. 
1829-cu 
ildə  yayılan  taun  xəstəliyi  bir  sıra  kəndləri  bütövlüklə  məhv 
et
mişdi. Siyahıyaalmanı aparan heyət səhər yuxudan durarkən yerləşdikləri 
düşərgənin  ətrafında  çoxlu  meyidlərin  olduğunu  göstərmişdi. 1830-cu  ildə 
baş qaldırmış vəba xəstəliyi əhalini ölümcül sınağa çəkmişdi (415,1-2).  
 
5.2. 
Əhalinin etnik və say tərkibi 
İrəvan xanlığının əhalisi etnik baxımdan yekcins olmayıb, burada azəri 
türkləri, ermənilər, maldarlıqla  məşğul  olan  kürdlər  və  qaraçılar  yaşayırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə