Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə130/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   126   127   128   129   130   131   132   133   ...   164

 
267 
kəndlərinə  görə  10  xalvar  buğda,  Yeqvard  kəndi  üçün  isə  Eçmiədzin 
kilsəsinə 3 xalvar buğda  icarə haqqı ödəyirdi (415,988-989). 
Bununla 
bərabər,  İrəvan  xanı  coğrafi  vəziyyətinə,  keyfiyyətsiz 
tor
pağına görə bəzi bəhrəkər kəndlərinə və elatlara güzəştə gedərək ancaq 
xəzinə torpaqlarından yığılan məhsulun 
7
/
30
–ni almaqla 
kifayətlənirdi. Aba-
randa 
və Alagöz dağının yüksək yerlərində yerləşən Axsaqqallılara güzəştə 
gedərək vergiyığanların xeyrinə vergi alınmırdı və əvəzində onlar məhsulun 
6
/
30
 
hissəsini vergi ödəyirdilər. Belə vəziyyətdə olan mülkədar kəndlərinə də 
güzəşt  edilirdi.  Onlardan  ümumi  məhsulun 
4
/
30 
və 
3
/
30 
hissəsi
  
miqdarında 
vergi 
alınırdı.  Bəzi  kəndlər  vergi  ilə  bərabər  hərbiyə  dəstə  də  verirdi. 
Məsələn,  Dərəkənd-Parçenis  mahalının  əhalisi  ildə  800  tümən  vergi 
ödəməklə  bərabər,  ordu  üçün  200  süvari  dəstəsi  də  toplayırdı.  Sərhəd 
yax
ınlığında, dağlıq yerlərdə yaşayan ayrumlardan heç bir vergi alınmırdı. 
Lakin onlar 
başçıları üçün müəyyən vergi - hər ev 1 batman yağ, 1 yük sa-
man 
və 1 yük odun verməli idilər (415,990-991).  
Xanlıq  dövründə  müxtəlif  kənd  təsərrüfatı  məhsullarından  dövlət 
xəzinəsinə  gələn  gəlirin  miqdarı  Hüseynqulu  xanın  vəziri  Mirzə  İsmayıl 
tərəfindən rus məmurlarına verdiyi vergi siyahısı üzrə müəyyən edilmişdi. 
Lakin  bu 
məlumatın dəqiqliyinə şübhə edildiyindən, 1829-cu ildə yenidən 
ümumi 
gəlir  haqqında  yoxlama  keçirilmişdi.  Nəticədə,  vəzir  Mirzə  İs-
may
ılın  vergi  cədvəlinə  əsasən  dövlət  xəzinəsinə  hər  il  gələn  kənd 
təsərrüfatı məhsullarının ümumi dəyəri 305.218 rubl, 51 qəpik, 1829-cu il 
vergi 
cədvəlinə  görə  isə  314.027  rubl  4  qəpik  miqdarında  olmuşdu 
(415,1119-1120). 
İrəvan  xanlığında  qeyd  olunan  vergidən  əlavə,  parakər  adlanan 
mükəlləfiyyətdən də gəlir əldə edilirdi. Belə ki, məhsuldar torpağı və suyu 
bol  olan 
kəndlərin  əhalisi  sərdar  üçün  müəyyən  miqdarda  müxtəlif  növ 
məhsul əkməyə borclu idilər və yığımdan sonra məhsulun müəyyən hissəsi-
ni  ona 
ödəyirdilər.  Yığılan  buğda  və  arpanın  beş  hissəsi,  çəltiyin  yeddi 
hissəsi  və  pambığın  hər  xalvar  toxumundan  əmələ  gələn  məhsulun 
təmizlənmiş  60  batmanı  sərdara  çatırdı.  Parakər  mükəlləfiyyətindən  xanın 
xeyrinə gələn verginin ümumi dəyəri 84.435 tümən, 4 minaltun, 12 şahı və 
yaxud  337.745  rubl  84 
qəpik  təşkil  edirdi.  Bu  vergi  ödəməsində  ayrı-ayrı 
mahalların  bəzi  kəndləri  iştirak  edirdi. Mahallar  üzrə  kəndlərin  və  evlərin 
sayı aşağıdakılardır: 
          
Qırxbulaq mahalı-11 kənd - (343 həyət)  
          
Zəngibasar mahalı-21 kənd- (1.043 həyət)  
          Qarnibasar 
mahalı-38 kənd- (787 həyət)  
          Vedibasar 
mahalı-12 kənd- (576 həyət)  
          
Şərur mahalı- 41 kənd- (1.035 həyət)  


 
268 
          
Sürməli mahalı- 44 kənd- (1.644 həyət)  
          
Saatlı mahalı-5 kənd- (160 həyət)  
          Seyidli-
Axsaqqallı-14 kənd- (311 həyət)  
          
Sərdarabad mahalı- 19 kənd- (745 həyət)  
          Körpübasar 
mahalı- 28 kənd- (1.297 həyət).  
Ymumiyyətlə,  xanlıqda  parakər  mükəlləfiyyətini  yerinə  yetirməklə 
vergi 
verən  10  mahalın  233  kəndində  8.211  həyət  qeydə  alınmışdı 
(415,1125).   
Adları  çəkilən  vergilərdən  əlavə,  ildə  xəzinəyə  müxtəlif  adda  digər 
vergilər də daxil olurdu. Bu əsasən elatlardan alınan vergilər idi. İ.Şopenin 
tərtib etdiyi kameral siyahıyaalınmada köçəri və köçmə maldarlıqla məşğul 
olan 
elatların  vergi  və  mükəlləfiyyətindən  ətraflı  bəhs  edilmişdir. 
İ.P.Petruşevski elatların yerinə yetirdiyi vergi və mükəlləfiyyəti beş qismə 
bölür: 1) Xana 
və tayfa rəislərinə məxsus örüş yerlərindən istifadəyə görə 
mal-qaradan, 
yağdan, pendirdən və yundan alınan vergi; 2) bir hissəsi natu-
ral, 
digər  hissəsi  pul  şəklində  sürüdən  alınan  vergi; 3) Müxtəlif  şərtlərlə 
xana 
məxsus  sürünün  qorunması  və  otarılması; 4) Köçmə  zamanı  ağır 
yükləri daşımaq üçün xana və tayfa rəislərinə yük heyvanlarının verilməsi; 
5) feodal 
yığma qoşununda hərbi xidmət (çərik) (233,315).  
1829-1832-ci 
illərdə tərtib edilmiş kameral təsvirdə göstərilir ki, sər-
dar 
adətən  vəziyyətə  görə  bütün  elatlardan  hər  yüz  qoyun  və  keçidən  bir 
böyük 
və bir xırda olmaqla heyvan alırdı (415,1126-1127). Zilani kürdləri 
100  minlik 
sürüdən  500  tümən  dəyərində  qoyun  verirdi  (415, 1127). Hər 
1000  qoyundan  5 
1
/
2
 
tümən  hesab  etməklə  digər  kürd  cəmiyyətlərinin 
ödədikləri vergilər isə  bunlardır: Sakentlilər- 8,500 baş qoyun və keçidən 
48 
tümən 1 minaltun 5 şahı; Bilxixanlılar və Tuşmal ağanın heyvanlarının 
bir 
hissəsi- 11.000 baş  qoyundan 60 tümən 5 minaltun; İsa ağaya məxsus 
5.750 
ədəd qoyuna görə 31 tümən 3 minaltun, 10 şahı; Xəlilxanlılar 15.250 
qoyuna  83 
tümən  3  minaltun;  Qızılbaşuşağı  3.500  qoyuna  19  tümən  2 
minaltun 10 
şahı; Misirkəndlilər 7.700 qoyuna 40 tümən 1 minaltun 10 şahı. 
Yekunda bu kürd 
cəmiyyətləri 51.700 baş qoyuna 282 tümən 6 minaltun 15 
şahı dəyərində xəzinəyə vergi ödəyirdilər (415,1127). 
Kürd 
elatlarından əlavə, Azəri türk elatları da vergi verirdilər. Həmin 
elatlara 
məxsus  100  minlik  sürüdən  500  tümən  dəyərində  xəzinəyə  vergi 
ödənilirdi. Beləliklə, bütün elatlara məxsus  251,700 xırdabuynuzlu sürüdən 
xəzinəyə ildə 1.282 tümən 6 minaltun 15 şahı vergi daxil olurdu (415,1127).  
İ.Şopenin  tərtib  etdiyi  siyahı  elatların  yerinə  yetirdiyi  yeni 
mükəlləfiyyət növü ilə bizi tanış edir. Bu mükəlləfiyyət – dişbədiş və ama-
ni (amanat) 
adlanır. Dişbədiş o mükəlləfiyyətə deyilirdi ki, sərdar müəyyən 
miqdarda öz sürüsünü elatlara otarmaq üçün verirdi. Elatlar 
isə xanın tələbi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə