Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə124/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   120   121   122   123   124   125   126   127   ...   164

 
255 
nisbətən  daha  da  artmış  və  irəvanlılar  mallarla  dolu  karvanlarını  inamla 
buraya yola 
salırdılar» (104,447). General Tormasov və General Rtişşev də 
məktub və məlumatlarında müharibə olmasına baxmayaraq, İrəvanla Tiflis 
arasında ticarət əlaqələrinin davam etdiyini göstərirdilər (288,498; 289,546). 
İrəvan  xanlığı  işğal  edildikdən  sonra  da  İrəvanda  ticarət  işi 
dayanmamışdı. 1837-ci  ildə  İrəvan  şəhərinin  ticarət  anbarlarında  müxtəlif 
ölkələrdən  gətirilmiş  zəngin  ticarət  mallarının  olması  və  onların  dəyəri 
haqqında ətraflı məlumat vardır. Məlumata görə, İrəvan şəhərinə Rusiya və 
alman 
istehsalı  olan  çit  parça,  alman  mahudu,  qənd,  qızıl  boyaq,  meyvə, 
kolenkor  (
pambıq parça növü), indiqo, pambıq parça, ləzgi mahudu, ipək, 
xalça, 
zəfəran  gətirilirdi.  Bütün  bu  malların  ümumi  dəyəri  168.200  rus 
gümüş  rubluna  bərabər  idi.  İrandan  və  Azərbaycanın  ayrı-ayrı 
xanlıqlarından isə maya dəyəri 80 min rus gümüş rublu olan parça, kəşmir 
yaylığı, müxtəlif ipək parçalar, çadra, qadın geyimləri, rəngli keçə, Ost-hind 
kiseyi  (
nəzik  şəffaf  parça),  ingilis  çit  parçası,  ağ  kolenkor,  xorasan  quzu 
dərisi,  qənd,  qəlyan  tütünü,  çubuq  qəlyan  və  digər  mallar  gətirilirdi. 
Osmanlı  dövlətindən  mahud,  kolenkor,  atlas,  Avropa  ipək  parçası  və  çiti, 
koşenil,  rəngli  şüşə,  kətan,  bal,  güzgü,  polad  əşyaları  idxal  edilirdi.  Bu 
malların ümumi dəyəri 10 min gümüş rubul qiymətində dəyərlənirdi (201, 
c.4, 
səh.285).  
İrəvan  şəhərində  xarici  ticarətlə  bərabər  daxili  ticarət  də  inkişaf 
etmişdi.  Daxili  ticarət  əsasən,  çoxunun  eyni  zamanda  sənətkar 
emalatxanaları  kimi  fəaliyyət  göstərdiyi  dükanlarda  aparılırdı.  Bununla 
yanaşı  sırf  ticarət  dükanları  da  var  idi.  Onlar  böyük  sahələri  əhatə  edən 
şəhər  bazarlarında  cəmləşmişdi.  Bazarlardan  əlavə,  karvansaraların 
ətrafında,  qalada  və  şəhərin  müxtəlif  hissələrində  də  dükanlar  olurdu.  
İrəvan  şəhərində  karvansaraların  ətrafında  252,  ayrı-ayrı  cərgələrdə  543, 
qalada 32, 
şəhərin «Təpəbaşı» məhəlləsində 4, «Şəhər» hissəsindəki məscid 
ətrafında 18, «Dəmirbulaq» məhəlləsində isə 2 dükan vardı. Bu dükanların 
ümumi 
sayı  851-ə  çatırdı  (415,469,881).  Dükanlar  müəyyən  olunmuş 
muzdla 
şəhər əhalisinə icarəyə verilirdi (415,882). 
İrəvan  xanlığında  kənd  ticarəti  də  mövcud  olmuşdu.  Lakin  bu  sahə 
zəif inkişaf etmişdi. Bunun əsas səbəbi xanın bir sıra kənd təsərrüfatı mal-
larını inhisara alması ilə bağlı idi. Xanın fərmanına görə, kəndlilərin bazara 
çıxardığı  pambıq  və  çəltiyin  artıq  hissəsi  ona  satılmalı  idi.  Əgər  kimsə 
cəsarət  edib  bu  məhsulları  başqasına  satardısa  amansız  təqib  olunurdu 
(415,874). Xan 
tərəfindən bu məhsullara qiymət də təyin edilmişdi. Belə ki,  
pambığın  bir  xalvarı  80  gümüş  rubla,  çəltiyin  xalvarı  isə  6  gümüş  rubla 
alınırdı. Ucuz satın alınmış mallar tacirlər vasitəsilə Kartli-Kaxetiya, İran və 


 
256 
Osmanlı  dövlətlərində  satdırılaraq  küllü  miqdarda  qazanc  əldə  edilirdi 
(415,874).   
Xarici 
və daxili ticarətin cəmləşdiyi yer bazarlar idi. İrəvan şəhərində 
ən iri bazar «Təpəbaşı» məhəlləsi ilə «Şəhər» məhəlləsi arasında yerləşirdi. 
Bazar 
daş tavanın altında bişmiş kərpicdən tikilmişdi. İ.Şopenin yazdığına 
görə, «əgər bazarın divarları suvansa və rənglənsə Avropa bazarlarından heç 
də geri qalmaz» (415,881). 
İrəvan şəhərində bazarlardan əlavə, meydanlar da vardı. Bu meydan-
lar 
adətən, əhalinin söhbət etmək üçün toplaşdığı yerlər idi. Lakin əhalinin 
burada 
cəmləşməsindən istifadə edərək, meydanlar ticarət məqsədilə də isti-
fadə  olunurdu.  Ona  görə  də,  onlar  bazar  meydanları  adlanırdı.  İrəvan 
şəhərində olan bazar meydanları bunlardır: 1.«Xanbağı» meydanı; 2.Bazarla 
İrəvan  qalası  arasında  yerləşən  meydan.  Adətən  kənd  əhalisi  bu  meydana 
satlıq mal gətirərdi; 3.Hüseynəli xan məscidi qarşısındakı dairəvi meydan. 
Bu 
meydanın ətrafında dükanlar yerləşmişdi; 4.Zalı xan meydanı. Ətrafında 
bir 
neçə dükan və iri çinar ağacları vardı; 5.Fəhlə bazarı. Xanlıq dövründə 
bu  meydana 
hər hansı iş axtaran qara fəhlələr yığışardı. Bazar meydanları 
icarəyə verilirdi. İcarədar ticarət edənlərdən həm pul, həm də natural şəkildə 
vergi 
alırdı (415,877-878).         
İrəvan xanlığında ticarətin inkişafına təkan verən çoxlu karvansaralar 
var idi. 
Onların əksəriyyəti İrəvan şəhərində, qalada, bəziləri isə mahallarda 
yerləşirdi. Məşhur fransız  səyyahı J.Şardən  1673-cü  ildə  İrəvanda  olarkən 
«
şəhər  və  qalada  çoxlu  karvansaraların»  olduğunu  göstərmişdi  (52,22). 
XVIII 
əsrin axırlarında Azərbaycanda olmuş səyyah M.Biberşteyn isə kar-
vansaraların  ümumi  görünüşündən  bəhs  etmişdi.  O,  yazır: «Şəhərlərdəki 
karvansaralar  yerli  qayda 
üzrə otaqlarla əhatə olunmuş geniş və dördkünc 
həyətdən ibarətdir. Burada yol boyunca bir-birindən müəyyən məsafədə yer-
ləşən bir qədər başqa formada olan karvansaralara da rast gəlinirdi. Bu bi-
nalar  böyükdür 
və  iri  yonulmuş  daşlardan  inşa  edilmişdi.  Onların  damları 
yastı,  otaqları  tağlıdır.  Karvansaraların  dörd  tərəfində  qüllələri  vardır  ki, 
bunlar  da 
onları  yalnız  karvanlar  üçün  sığınacaq  deyil,  həmçinin  quldur-
lardan 
müdafiə  olunmaq  üçün  bir  vasitəyə  çevirir» (80,51). Karvansaralar 
tikilərkən burada yük heyvanları üçün otlaq, su quyuları, bulaq və çayların 
olması nəzərdə tutulurdu. Elə bir karvansara tapılmazdı ki, onda heç olmasa 
su quyusu ol
masın (84, c.1,səh.40; 27,91).  
İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvan-
sara  mövcud 
olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən kar-
vansaraların  bəzisi  dağılsa  da,  İrəvan  şəhərində  7  karvansara  salamat  qal-
mışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə