Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə123/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   119   120   121   122   123   124   125   126   ...   164

 
253 
isə nisbətən qısa və ilin əksəriyyət günlərində istifadə etmək olardı. Onun 
uzunluğu  110  verstə  bərabər  idi.  Bütün  bu  yollar  birləşmiş  halda  vadi 
boyunca 
istiqamət  götürərək  enişi  düz  və  yoxuşu  çətin  olan  iri  Bozabdal 
dağından  keçməklə  davam  edirdi.  Axırıncı  yol  Qışlaq  kəndindən  Pəmbək 
dərəsinə dönərək dağlar arası ilə, böyük hissəsi Abaran çayı boyunca keçir. 
Əştərək  kəndindən  daşlı,  düz  vadi  ilə  istiqamət  götürərək  Eçmiədzindən 
keçməklə  İrəvan  şəhərinə  gedir.  İrəvana  yol  isə  Zəngi  çayı  üzərindəki 
körpüdən keçirdi (159,135-136). Daha sonra müəllif İrəvandan Naxçıvana 
gedən  yol  haqqında  məlumat  vermişdi.  Onun  yazdığına  görə,  İrəvan 
şəhərindən Naxçıvana 132 verstdir. Bu yol İrəvan şəhərindən Arazın şimal 
sahili  böyunca 
istiqamət götürərək Naxçıvana gedir. Dəvəli kəndinə qədər 
yol  vadi  boyunca 
istiqamət  götürərək  Araz  çayının  sol  sahilinə  tökülən 
çoxlu 
xırda  çaylardan  keçirdi.  Dəvəli  kəndindən  Naxçıvana  qədər  yol 
Qafqaz 
sıra  dağlarının  cənub  ətəklərini  təşkil  edən  dağlardan,  Naxçıvan 
xanlığının  sərhəddində  isə  Arpa  çayını  və  ona  tökülən  xırda  çaylardan 
keçirdi (159,136).  
İrəvan  xanlığından  Osmanlı  dövlətinə  və  Azərbaycanın  şimal 
xanlıqlarına  istiqamətlənmiş  karvan  yolları  haqqında  1829-1832-ci  illərdə 
keçirilən  kameral  təsvirdə  ətraflı  məlumat  verilmişdi.  Kameral  təsvirdə 
göstərilən yollar aşağıdakılardır: 1.Gümrü-Məsdərə-Sərdarabad-Eçmiədzin-
İrəvan-Naxçıvan-Ordubad; 2. Sərdarabad-Cəfərağa  kənd-Bəyayazid 
paşalığı; 3. Sərdarabad-Qulp  –Araz  sahili  ilə  Kağızman  –Ərzurum; 3. 
İrəvan-  keçmiş  Qarabağ  xanlığının  sərhəddinə  qədər.  Bu  yolun  uzunluğu 
161  verstdir; 4.
İrəvan-Eçmiədzin-Qars.  Bu  yol  Qızılkilsə  və  Qoşavəng 
kəndlərindən keçirdi (415,718-721).  
Ticarət  dövlətin  xəzinəsinə  böyük  gəlir  gətirdiyindən  İrəvan  xanları 
bu 
sahəni əllərində cəmləşdirmişdi. Xanlar ticarətə böyük sərmayə yatırırdı. 
Ticarətdən  gələn  gəlir  hesabına  hərəmxana,  saray  xidmətçiləri  və  qoşun 
saxlanılırdı. İrəvan xanları daha varlı tacirlərin şəriki idilər (415,873; 201, 
c.4, 
səh.284). XVIII əsrin 80-ci illərin əvvəllərində İrəvan xanı Hüseynəli 
xanın  (1759-1783)  Xoy  xanı  Əhməd  xan  Dünbülüyə  göndərdiyi  məktubu 
buna  misal 
göstərmək  olar.  Xan  məktubunda  şəriki  tacir  Hacı  Hadinin 
Bağdad şəhərindən mal gətirdiyini, malın xeyli hissəsinin satıldığını, qalan 
hissəsinin-  nil  (çay?)  və  qəhvənin  isə  Xoya  göndərildiyini  və  onun 
satılmasında  Hacı  Hadinin  adamlarına  köməklik  göstərilməsini  Əhməd 
xandan 
xahiş edirdi (39,33). Həmçinin xanlığın xan titulu daşıyan nüfuzlu 
adamları da ticarətlə maraqlanırdı. Onlar «sərdardan ibrət götürərək tacirləri 
pulla 
təmin edir, onları himayəyə alırdılar» (415,873). İrəvanda ona qədər 
belələri yaşayırdı və onlar hər il ticarətə 3 min tümən pul sərf edirdi. Mirzə, 


 
254 
bəy  və  digər  məmurlar  da  gəlirlərini  artırmaq  məqsədilə  İrəvan  bazarında 
pul 
xərcləyir və xeyli qazac götürürdülər (415,873).   
İrəvan  xanlığında  başlıca  ticarət  mərkəzi  İrəvan  şəhəri  idi.  Burada 
həm  daxili,  həm  də  xarici  ticarət  güclü  inkişaf  etmişdi.  Şəhərin  əlverişli  
mövqedə yerləşməsi ticarətin inkişafına lazımi şəraət yaratmışdı. 1827-ci il 
oktyabrın  3-də  general  Paskeviç  knyaz  Mixail  Pavloviçə  ünvanladığı 
məktubunda  İrəvan  şəhərinin  regionun  ticarət  münasibətlərində  böyük 
rolundan  
bəhs  edərək  yazırdı: «İrəvan  alındıqdan  sonra  şəhər  tamamilə 
dağıdılmışdır.  Lakin  evlərin  dağılması  vacib  deyil.  İmperatorumuzun 
idarəçiliyi  sayəsində  əhali  tezliklə  varlanacaq  və  yeni  binalar  tikiləcəkdir. 
İrəvanın  ən  böyük  əhəmiyyəti  onun  üç  dövlətin  əhatəsində  yerləşməsidir. 
Onun 
İran və Osmanlı dövlətləri ilə çevik ticarəti bizə görünməmiş qazanc 
gətirəcəkdir» (296,567).  
İrəvan  şəhəri  müxtəlif  ölkə  və  xanlıqlardan  gəlmiş  tacirlərlə  dolu 
olardı.  Şəhər  anbarlarında  müxtəlif  ölkələrdən  gətirilmiş  çoxlu  ticarət 
malları  toplanmışdı.  Burada  İrandan  və  digər  xanlıqlardan  İrəvana  xalça, 
şal,  şəkər,  qəhvə,  nabat,  şəkər  tozu,  xına,  müxtəlif  mis  əşyalar,  badam, 
albuxarı,  mismar,  yağ,  bal,  xurma,  ipək,  dəri,  tünd  boyaq,  pambıq  parça, 
kişmiş, noxud, nar və üzüm şirəsi, Kartli-Kaxetiyadan alma, armud, xurma, 
əncir, kişmiş, qoz,  zoğal, badam  və başqa meyvələr, Osmanlı dövlətindən 
isə müxtəlif növ parça, yağ, yun, zəy, marena, xarici çaxır, araq, yerli çaxır, 
bal, mum, qoz 
və müxtəlif meyvələr, tir, taxta və taxta piyalə və s. gətirilmiş 
mallar var idi (415,883-884). 
İrəvan xanlığından da bir sıra ölkələrə müxtəlif çeşiddə ticarət malları 
ixrac edilirdi. 
Məsələn,  İrəvandan Osmanlı dövlətinə duz, qənd, ipək, yun, 
pambıq parçalar, düyü, tütün, xam pambıq, koşenil, cürbəcür meyvə, Kartli-
Kaxetiyaya  duz, 
kişmiş,  boyaq  bitkisi  koşenil,  ipək,  pambıq  ixrac  edilirdi 
(173,184; 415,884). 
Xanlığın Kartli-Kaxetiya çarlığı ilə ticarət dövriyyəsi daha geniş idi. 
İrəvan tacirləri böyük kapitala malik olduğundan, onlar İstambuldan, İran və 
Azərbaycan  şəhərlərindən  ticarət  malları  alaraq  Tiflis  bazarlarında  nəğd 
pula 
satır və əvəzində alman və rus mallarını alırdılar. İrəvan şəhəri İran və 
Azərbaycandan Tiflisə və əksinə göndərilən ticarət mallarının anbarı hesab 
olunurdu (415,872-873; 201, c.4, 
səh.285). Hətta, müharibələr belə ticarətə 
mane  ola 
bilməmişdi.  Birinci  Rusiya-İran  müharibəsi  dövründə  iki  ölkə 
arasında  ticarət  əlaqələrinin  davam  etdirilməsi  haqqındakı  sənədlərdə  bir 
sıra  faktlara  rast  gəlmək  mümkündür. 1808-ci  ilin  fevralın  8-də  rus 
qoşunlarının  baş  komandanı  qraf  Qudoviç  çara  yazdığı  məlumatında 
göstərirdi ki, «Hətta İrəvan tacirlərinin Tiflislə ticarət əlaqələri əvvəlki illərə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə