Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   117   118   119   120   121   122   123   124   ...   164

 
249 
atxanalar  daxmadan,  iki  gil 
səhəngdən  və  məmulatı  rəngləmək  üçün  iki 
çubuqdan 
ibarət  idi  (415,859).  İrəvan  xanlığının  əksəriyyət  mahallarında 
boyaqxanalar 
fəaliyyət  göstərirdi.  Belə  boyaqxanalar  İrəvan  şəhərində, 
Dərəçiçək,  Göyçə  mahallarında,  Zəngibasar  mahalının  Uluxanlı  kəndində, 
Gərnibasar və Vedibasar mahallarının İmamşahlı, Çikdamlı, Yuva, Artaşat 
(
Qəmərli-E.Q.),  Arxlı,  Vedidərə,  Dəvəli,  Aralıx  kəndlərində,  Şərur  ma-
halının Ərəb Yengicə və Muğanlı kəndlərində, Sürməli mahalının Qırmızı 
və Panik kəndlərində, Dərəkənd-Parçenis mahalının Qulp və Molla Qəmər 
kəndlərində,  Talın  mahalının  Məsdərə  kəndində,  Sərdarabad  mahalının 
Kürdqulu 
kəndində,  Körpübasar  mahalının  isə  Eçmiədzin  və  Əkərək 
kəndlərində yerləşirdi (415,859). 
Boyaqxanaların  fəaliyyəti  əvvəlcədən  müəyyən  olunmuş  qaydalara 
tabe idi. 
Belə ki, sahibkar və yaxud icradar özü üçün yeni emalatxana o hal-
da aça 
bilərdi ki, qonşu mahalda fəaliyyət göstərən boyaqxanaya ziyan ver-
məsin.  Bununla  yanaşı  məhsulların  satışında  da  qaydalara  riayət  olunmalı 
idi. Sahibkar 
məhsulunu müəyyən olunmuş qiymətlə sata bilərdi. Məsələn, 
rənglənmiş, əyrilmiş yun və yun parçanın 1 arşını 4 şahıya (8 gümüş rubl), 
əyrilmiş  pambıq  və  pambıq  parçanın  arşını  isə  2  şahıya  (4  gümüş  qəpik) 
satılırdı (415,860). 
 
Əhalinin məşğuliyyət sahələrindən biri də sabun istehsalı idi. Sabun 
bişirənlər  sabunçu  adlanırdı.  Azad  şəkildə  sabun  istehsalına  qadağalar 
qoyulsa da, bu 
sahədə müəyyən irəliləyiş gözə çarpırdı. Bu sahə icarəyə ver-
ilirdi.  Buna 
görə  də,  İrəvanda  sabun  baha  başa  gəlirdi.  Xanlıqda  sabunun 
bişirilməsində  əsasən,  İrəvan  şəhəri  və  Gərnibasar  mahalının  Şeyxzadəli 
kəndinin  əhalisi  məşğul  olurdu.  Şeyxzadəli  kəndinin  kişi  və  qadınlardan 
ibarət 474 nəfərinin demək olar ki, hamısı sabun bişirirdi. Onlar bişirdikləri 
sabunu 
özləri  satırdılar.  Sabun  istehsalında  Şeyxzadəli  kəndi  ilə  İrəvan 
şəhəri  arasında  xüsusi  rəqabət  gedirdi.  Belə  ki,  şəhərdə  sabun  istehsal 
edənlərin  hüququnu  qorumaq  üçün  sabun  istehsalını  icarəyə  götürmüş 
icarədarın icazəsi olmadan kənddə bişirilən sabun məhsulları burada satıla 
bilməzdi. Digər tərəfdən, istehsal edilən sabun keyfiyyət cəhətdən aşağı idi.   
Xanlıqda bişirilən sabun qara olurdu və  çox pis qoxu verirdi (415,856).         
İrəvanlılar gön-dəri istehsalı ilə də məşğul olurdular. Bu sənətkarlıq 
sahəsi ilə məşğul olanlar Dərəkənd mahalının bir sıra kəndlərində və İrəvan 
şəhərində  Zəngi  çayının  sahilində  yerləşən  32  dükanda  cəmləşmişdi 
(415,858). 
Xanlıqda yüksək keyfiyyətli dəri emal edilirdi. Bacarıqlı ustalar 
dərini  aşılayaraq  onu  lazımi  şəkilə  salırdılar.  Bundan  əlavə,  onlar  xüsusi 
bitki toxumunun 
köməyilə dərini yumuşaldaraq qara, qırmızı və sarıya bo-
yayırdılar.  Burada  ustalar  yerli  dəridən  əlavə,  Bəyazid  və  Makudan 


 
250 
gətirilmiş  dərilərdən  xammal  kimi  istifadə  edirdilər.  İrəvan  ustaları  bir  il 
ərzində irili- xırdalı 29 min dəri emal edirdilər. Böyük dəri 3 rubla, kiçiyi 
isə 80 qəpiyə satılırdı (415,857).  
İrəvan şəhərində dəri emal edən emalatxanalar iltizama verilirdi. Bu-
rada  emal 
edilmiş dərilər xüsusi damğalanırdı. İltizam sahibi belə dəridən 
töycü pulu 
alırdı. Məsələn, üç damğalanmış qoyun və keçi dərisinin hər bi-
rindən iltizam sahibi 1 şahı (2 gümüş qəpik), camış və kəl dərisindən isə 2 
şahı (4 gümüş qəpik) alırdı (415,827). Emal edilmiş dərinin əsas satış yeri 
bazarlar idi. Lakin onu satmaq üçün 
sərt qaydalar mövcud olmuşdu. Belə ki, 
damğalanmamış dəri satışa çıxarıla bilməzdi (415,827). 
Xanlıqda sənətkarlıq sahələrindən biri də şüşə istehsalı idi. Ümumiy-
yətlə, İrəvan xanlığında şüşə çox primitiv şəkildə hazırlanırdı. İ.Şopen şüşə 
istehsal 
edən emalatxanalar, orada tətbiq edilən texnalogiya və əldə edilmiş 
məhsul haqqında çox dəyərli məlumat vermişdi. Onun yazdığına görə, «so-
ba 
yandırılmış sümük ovuntusu, xüsusilə, at dırnaqları ilə qarışdırılmış gil 
boru 
ilə birləşdirilmiş təknə şəklindədir. Məhlul təknədə əridilirdi. Od yux-
arıdan,  məhlul  ilə  tavan  arasından  keçirdi.  Hər  qaynama  adətən  dörd  gün 
davam  edirdi.  Bu  vaxt 
ərzində 25 pud şüşə məhlul əldə olunurdu. Qayna-
maya 
isə  2 
1
/
2
  kub  sajen  odun 
işlədilirdi» (415,858). Beşinci  gün  ustalar 
şüşənin istehsalına başlayırdı. Hazır olmuş məhluldan 100, 150 və 200 ədəd 
şüşə alınırdı (415,858).   
Şüçə üçün lazım olan xammal kvarslı qum, soda və bir qədər marqans 
qarışığından  əldə  edilirdi.  Bacarıqlı  ustalar  şüşəyə  yeddi  cür  rəng-  tünd 
qırmızı, qırmızı, çəhrayı, göy, mavi, yaşıl və narıncı əlavə edə bilirdi. Daha 
şəffaf şüşə əldə etmək üçün potaşdan (qələvi ağ maddə-E.Q.) istifadə olu-
nurdu.  Soda 
isə  şüşəni  göy  rəngə  boyayırdı.  Pəncərə  və  butulka  şüşəsi 
hazırlamaq üçün sodaya üstünlük verilirdi (415,858). Lakin işğaldan sonra 
bu 
sahə ilə məşğul olan emalatxanalar məhv edilmişdi. 
İrəvan  xanlığında  sənətkarlıq  növlərindən  biri  də  dulusçuluq  idi. 
Xanlıqlar  dövründə  saxsı  qablar  istehsalı  ilə  daha  çox  kəndlərdə  məşğul 
olurdular  (43,169). 
İrəvan xanlığında da vəziyyət belə idi. Demək olar ki, 
«
hər bir mahalda dulusçuluq emalatxanaları fəaliyyət göstərirdi» (415,862). 
Emalatxanalarda 
məişətdə  istifadə  olunan  qabları  hazırlamaq  üçün  peçlər 
quraşdırılmışdı.  Bu  peçlərdə  su  və  şərab  saxlamaq  üçün  küplər,  məişətdə 
istifadə  olunan  müxtəlif  gil  qablar,  lazım  gəldikdə  kərpic  də  bişirilirdi. 
Xanlıqda bişirilmiş kərpic baha qiymətə satılırdı. Bir ildə kərpicdən gələn 
gəlir  12-14  min  gümüş  rubl  idi  (415,862).  Təəssüf  ki,  İrəvan  xanlığında 
«
sənətkarlıq istehsalının ən qədim sahələrindən olan» dulusçuluq emalatxa-
nalarının sayı haqqıqda məlumata rast gəlmədik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə