Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə112/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   108   109   110   111   112   113   114   115   ...   164

 
229 
təsərrüfatına  böyük  təsir  göstərmişdi.  Xanlığın  bir  hissəsi  dağlıq  olsa  da, 
onun  böyük 
ərazisi geniş düzənlikdən ibarət idi. Burada torpaq məhsuldar-
lığı ilə də fərqlənirdi. İrəvan şəhəri ilə Göyçə gölü arasındakı, həmçinin bu 
gölün 
şimal hissəsindəki ərazilər qaratorpaq, cənub və şimali Qarasu çayının 
mənsəbinə  yaxın  torpaqlar  bataqlıq,  Araz  çayı  ilə  Ağrıdağ  dağı  arasında 
olan, xü
susən də, Gərnibasar, Vedibasar və Sürməli mahallarında torpaqlar 
şoran, cənub tərəfdən dağlara meyilli ərazilər isə qumluq və daşlıqdan ibarət 
idi. 
İrəvan xanlığında ən münbüt torpaqlar Zəngibasar, Körpübasar, Sərdar-
abad 
mahallarını,  Sürməli və  Gərnibasar  mahallarının  bir  hissəsini,  habelə 
xanlığın Rusiya imperiyası tərəfindən işğal edilən Şuragöl və Pəmbək ma-
hallarını əhatə edirdi (201, c.4, səh.255; 175,19-21).  
İrəvan xanlığının iqtisadi həyatında kənd təsərrüfatı əsas yeri tuturdu. 
Kənd təsərrüfatında isə buğda və arpa istehsalı başlıca sahələr idi (415,740; 
175,21; 147,327; 120,615). 
Buğda və arpa xanlığın əksəriyyət ərazilərində 
əkilirdi. XVIII əsrin əvvəllərində Azərbaycanda olmuş rus səfiri və səyyahı 
A.P.
Volınski  osmanlı  sərhəddindən  başlayaraq  Səfəvi  dövlətində  ən  bol 
məhsullu  yerin  İrəvan  və  Təbriz  əyalətlərinin  olduğunu  yazırdı  (89,11). 
Xanlığın İrəvan şəhəri ətrafı kəndlərində, Qırxbulaq, Sərdarabad, Şuragöl və 
Pəmbəkdə daha çox taxıl istehsal olunurdu (415,739; 175,19-21). 
İrəvan  xanlığında  həm  yazlıq,  həm  də  payızlıq  buğda  və  arpa 
becərilirdi.  Belə  ki,  dağlıq  yerlərdə  əsasən,  taxıl  məhsulları  payızda,  aran 
y
erlərdə  isə  yazda  əkilirdi  (415,739; 201,c.4,  səh.278).  Aran  yerlərinə 
nisbətən  dağlıq  ərazidə  məhsul daha  bol  olurdu. Məlumata  görə,  müstəqil 
xanlıq dövründə yerli əhali hər il 34.185 xalvar  buğda, 11.500 xalvar arpa 
istehsal edirdi (201, c.4, 
səh.280). İşğaldan sonra xanlıqda taxıl istehsalında 
geriləmə baş vermişdi. 1832-ci ildə «Erməni vilayəti»ndə hər il orta hesabla 
75.000  xalvar 
buğda, 10.000 xalvar arpa istehsal edilmişdi (415,738-739). 
Əgər  «Erməni  vilayəti»nə  daxil  olan  Naxçıvan  və  Ordubad  ərazilərini 
çıxmaqla, müqayisə etdikdə görərik ki, xanlıq dövründə daha çox buğda və 
arpa istehsal 
olunmuşdu. 
İrəvan  xanlığında  çəltik  istehsalı  da  əsas  yerlərdən  birini  tuturdu. 
Yeməklərində düyüdən çox istifadə etdiyindən yerli əhali onun istehsalına 
xüsusi fikir verirdi. 
Çəltik əsasən, aran və bataqlıq yerlərdə əkilirdi. Çəltiyin 
becərilməsi  üçün  çox  su  tələb  olunduğundan  onun  əkilməsi  çətin  başa 
gəlirdi. Xüsusilə, bataqlıq yerlərdə çəltiyin daha məhsuldar olduğunu qeyd 
edən İ.Şopen yazırdı: «əhali oraya onlarla camış və kəl qovaraq, heyvanları 
bataqlığı taptalamağa məcbur edirdilər. Heyvanlar oranı o qədər taptalayırdı 
ki, 
bataqlıq duru palçığa çevrilirdi. Sonra ora toxum səpirdilər» (415,741). 
Saatlı,  Körpübasar,  Zəngibasar,  Gərnibasar  mahallarının  aran  yerləri  bu 


 
230 
bitkinin 
istehsalında xüsusilə seçilirdi. Digər aran yerlərdə isə onun əkilməsi 
qadağan olunmuşdu (415,740).  
Çəltiyin əkilməsi aprel ayının ortalarından başlayıb mayın ortalarına 
qədər  davam  edirdi.  Sentyabrın  ortalarında  isə  məhsul  yığılırdı  (415,740-
741; 201, c.4, 
səh.278).  İrəvan  xanlığı  orta  hesabla  18.400  xalvar  çəltik 
istehsal  edirdi  (201,  c.4, 
səh.280).  Ən  keyfiyyətli  çəltik  Zəngibasar  və 
Körpübasar 
mahallarında istehsal olunurdu (415,741; 201, c.4, səh.278). 
Yerli 
əhali  texniki  bitkilərdən  olan  pambıq  istehsalı  ilə  də  məşğul 
olurdu. 
Pambıq  aran  yerlərdə  aprel-may  aylarında  əkilir,  oktyabrın  axırı-
noy
abrın  əvvəllərində  yığılırdı.  Zəngibasar,  Sərdarabad  və  Sürməli  ma-
hal
ları  pambıq  istehsalında  əsas  yeri  tuturdu  (415,743; 201, c.4,  səh.278-
279). 
Pambıq qiymətli bitki hesab olunurdu və İrəvan xanları onun satışın-
dan  gülli  miqdarda 
gəlir  əldə  edirdi. 1783-cü  ildə  Rusiya  dövlətinin 
nümay
əndəsi doktor Reyneqs İrəvanda olarkən buranın kənd təsərrüfatından 
ətraflı bəhs etmişdi. Onun yazdığına görə, burada bol pambıq, ipək, çəltik, 
üzüm  y
etişdirilirdi.  Pambığın 
7
/
10
 
hissəsi,  yəni  68.000  batman  və  yaxud 
13.600  pudu  xana 
çatırdı.  Hüseynəli  xan  pambığın  hər  pudunu  5  rubla 
sat
dırırdı. Nəticədə İrəvan xanının tək bu bitkidən gələn gəliri 476.000 rubla 
çatırdı (71,215-216).  
Sonuncu 
İrəvan xanı Hüseyinqulu xan isə pambığı tamamilə inhisara 
almışdı. Onun fərmanına əsasən, pambıqçılıqla məşğul olan sadə kəndlilər, 
bəylər  və  mülkədarlar  məhsulu  yalnız  xana  satmalı  idi.  Xan  pambığı  on-
lardan 
hər  xalvarını  1  rubla  alırdı  (201,c.4,  səh.280).  O,  əhalidən  ucuz 
qiy
mətə satın aldığı pambığın  bir xalvarını 120 rubla sataraq küllü miqdar-
da 
gəlir əldə edirdi (415,744). Bu dövrdə əhali hər il orta hesabla 2100 xal-
var (57.000 pud) 
pambıq istehsal etmişdi (201, c.1, səh.51, c.4, səh.280).  
Lakin  Rusiya 
işğalından  sonra  bu  bitkiyə  maraq  müəyyən  qədər 
az
almışdı. Belə ki, «Erməni əyaləti»ndə 1832-ci ildə 3.000 xalvar pambıq 
əkildiyi  məlumdur  (415,743).  Əgər  bu  vilayətin  tərkibinə  daxil  olan 
Naxçıvan  və  Ordubadı  çıxsaq,  müqayisədə  görmək  olar  ki,  pambığın 
istehsalı xeyli aşağı düşmüşdü. 
İrəvan  xanlığında  ipəkçilik  də  geniş  yayılmış  sahələrdən  biri 
ol
muşdu.  XVIII  əsrin  80-ci  illərin  əvvəllərində  Reyneqs  İrəvanda  olarkən 
burada bol xam 
ipəyin olması haqqında məlumat vermişdi (71,215). İstehsal 
edilən  xam  ipəyin  miqdarı  haqqında  məlumata  rast  gəlməsək  də, «əyaləti 
əhatə edən bütün bağlarda tut ağaclarının çoxluğuna görə etimal etmək olar 
ki, 
ipəkçilik  vaxtilə  İrəvan  xanlığının  kənd  təsərrüfatında  böyük  rol 
oyna
mışdı» (415,753). Lakin  işğaldan  sonra  bu  sahəyə  maraq  azalmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə