Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   99   100   101   102   103   104   105   106   ...   164

 
211 
dan» v
ə yaxud «Yaylı» adlanan qapı isə şimala açılırdı. Bu hissədə cürbəcür 
oyunlar
ın  keçirildiyi  meydan  yerləşirdi.  Nəhayət,  üçüncü  «Körpü»  qapı 
adlan
ırdı… Burada xanlar xanı  (Bəylərbəyi-E.Q.) otururdu. Həmçinin bu-
rada  qaz
ı,  molla,  şeyxi-şərif,  kələntər,  darğa,  münşi,  yasavul  ağa, 
qoruqçuba
şı, eşik ağası, diz çökən ağa, mehmandar və şexbəndar yerləşirdi. 
Şəhərdə 2060 ev vardı. Ən gözəl bina Əmirgünə xan tərəfindən tikilmiş xan 
saray
ı  idi… «Yaylı»  qapısının  qarşısında  böyük  qəsəbə  yerləşirdi.  Buranı 
köhn
ə  şəhər  adlandırırdılar.  Bu  qəsəbədə  karvansaralar,  məscid  və  bazar 
yerl
əşirdi. «Körpü» qapısı yaxınlığında xan üçün üzümlük salınmışdı. Bura-
da  h
əmçinin  çoxlu  məscid,  xan  üçün  hamam,  bazar  vardı.  İrəvan  müasir 
şəhərdir» (411,154-155). 
Müst
əqil xanlığın mərkəzi olduqdan sonra İrəvan şəhəri böyük ticarət 
v
ə  sənətkarlıq  mərkəzinə  çevrilmişdi.  Şəhər  haqqında  ətraflı  məlumatı 
rusdilli  m
ənbələrdən əldə edə bilmişik. Mənbələrdə şəhərin coğrafi vəziy-
y
əti, sahəsi, quruluşu, evlərinin, əhalinin sayı, tərkibi və s. haqqında daha 
ətraflı  məlumatlar  toplanmişdı. 1829-1832-ci  illərdə  keçirilən  kameral 
t
əsvirə  görə,  İrəvan  şəhəri  şimaldan  Qırxbulaq  mahalı,  cənubdan  və 
q
ərbdən Zəngibasar mahalı, şərqdən isə onu Gərnibasar mahalından ayıran 
Oxçaberd  da
ğının  daşlı  pillələri  ilə  həmsərhəd  idi.  İrəvan  şəhəri  geniş 
ba
ğları ilə birlikdə kifayət qədər geniş ərazini tuturdu. Onun sahəsi 28 kv 
verst
ə  bərabər  idi  (415,464).  Başqa  bir  məlumatda  deyilirdi  ki, «İrəvan 
şəhəri  demək  olar  ki,  düzənlikdə  yerləşirdi,  lakin  bəzi  evlər  şəhəri  iki 
t
ərəfdən əhatə edən təpəliklər üzərində ucalirdi. Ümumiyyətlə, şəhərin əsas 
hiss
əsi Ağrı dağına və bütün Araz vadisinə açılan oval formasında idi. Zəngi 
çay
ı şəhəri çayın sağ sahilində yerləşən bağlardan ayırırdı… Bazar və kar-
vansaradan  ba
şqa  şəhərin  bütün  evləri  bağlarla  əhatə  olunmuşdu.  Şəhərin 
ona  m
əxsus  olan  bağlarla,  taxıl  zəmiləri  ilə  birlikdə  sahəsi  50  verstə 
b
ərabərdir (172,456).   
İrəvan  şəhəri  «Şəhər», «Təpəbaşı»  və  «Dəmirbulaq»  olmaqla  üç 
m
əhəlləyə  bölünürdü.  Şəhərdə  1736  ev  vardı.  Evlərin  əksəriyyəti  gil 
pal
çıqdan  tikilmişdi  (415,468; 201, c.4,  səh.291).  Bu  evlərdən  792-i 
«
Şəhər»  məhəlləsində, 622-i  «Təpəbaşı»da, 322-i  isə  «Dəmirbulaq»da 
yerl
əşirdi (415,468). 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə 
gör
ə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», 
«D
ərəkənd», «Təpəbaşı») ibarət olmuşdu (33,20). Qeyd etmək lazımdır ki, 
İrəvan  şəhəri  müstəqil  xanlığın  mərkəzi  olduqdan  sonra  «Köhnə  şəhər» 
m
əhəlləsi  «Şəhər»  məhəlləsi  adlandırılmış, «Dərəkənd»  isə  «Təpəbaşı» 
m
əhəlləsinə  birləşdirilmişdi.  Çünki  İ.Şopen  «Şəhər»  məhəlləsini  köhnə 
şəhər  adlandırmış  və  qeyd  etmişdir  ki,  bu  məhəllələrdə  əhalinin 


 
212 
m
əskunlaşdığı  yerlərdən  əlavə,  boş  qalmış  sahələr  də  vardı.  Məsələn, 
İrəvanın «Şəhər» məhəlləsində boş qalmış yerlər bunlar idi: Abbas dərə və 
K
öşəhli, «Təpəbaşı»  məhəlləsində  Abuhəyat,  Zəngi  çayının  sahilində 
Q
ızılqala, Dərəbağ, Dərəkənd, Dəlmə, Yenikənd, «Dəmirbulaq»da isə Xo-
srovabad  v
ə Səbziyeri (415,464-465). İrəvan şəhərində evlrin sayının azal-
mas
ı yuxarıda göstərilən yaşayış yerlərinin boşalması ilə bağlı idi. Bu yer-
l
ərin boş qalması şübhəsiz ki, müharibələr dövründə əhalinin bir hissəsinin 
q
ırılması, digərlərinin isə qonşu ölkələrə köçüb getməsi ilə bağlı olmuşdur. 
Bütün Az
ərbaycan şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez 
basq
ınlara  məruz  qaldığından  istər  küçələr,  istərsə  də  evlər  müdafiəyə 
uy
ğun  tikilirdi.  Onun  küçələri  dar  və  əyri  idi.  Küçələr  çiy  kərpicdən, 
çayda
şından və bəzən də palçıqdan hazırlanmış iki cərgəli divarlarla əhatə 
olunmu
şdu. Bu divarlar hərdən kip örtülmüş həyət qapıları ilə kəsilirdi. Baş 

çənin ortasından çay axırdı, bu çayın suyu köndələn çəkilmiş kəmərlərlə 
ba
ğlara paylanırdı (415,466). 
Şəhərdə  evlər  elə  tikilirdi  ki,  onun  zahiri  görünüşü  yaxşı  təsir 
ba
ğışlamırdı.  Lakin  daxildən  daha  zəngin  və  səliqəli  idi.  Hər  bir  evin 
ətrafında  bağ,  evlərin  arasında  isə  təmiz  daşdan  döşənmiş,  qədim  tut  və 
yaxud qoz a
ğacları ilə kölgələnən səliqəli həyət vardı. Həyətin ortasında isə 
f
əvvarəli  olan  daş  hovuz  yerləşirdi.  Evlər  elə  tikilirdi  ki,  bayırdan  nəzərə 
çarpmas
ın. (Qeyd etmək lazımdır ki, Azərbaycanın iri şəhərlərində olduğu 
kimi, 
İrəvan  şəhəri  də tez-tez  müdaxiləyə,  quldur  basqınlarına  məruz  qal-
d
ığına  görə,  yerli  əhali  evləri  elə  tikirdi  ki,  həm  zahiri  eybəcər  görünsün, 
h
əm də nəzərə çarpmasın-E.Q.). Evlərin otaqları adətən tamamilə bayır di-
var
ı  əhatə  edən  iri  pəncərələrlə  işıqlandırılırdı.  Pəncərələr  aşağı-yuxarı 
örtülüb  ba
ğlanırdı.  Bu  şüşə  pəncərələr  gözəl  və  müxtəlif  naxışlı  cürbəcür 
r
ənglərdən ibarət idi (415,466-467).  
Lakin  adi 
şəhər  sakinlərindən  fərqli  olaraq,  imkanlı  və  nüfuzlu 
şəxslərin  evləri  daha  geniş  və  səliqəli  idi.  Bu  evlərin  divarları  ağ  suvaqla 
hamar 
şəkildə suvanmış və süni yapma naxışlarla bəzədilmişdi. İ.Şopen bu 
b
əzəkləri  Avropanın  mərkəzi  saraylarının  bəzəklərindən  daha  yaxşı  hesab 
edirdi  (415,467).  Evl
ərin  qızdırılması  üçün  onun  içərisində  soba  yer-
l
əşdirilmişdı.  İ.Şopen  belə  sobaları  otaq  qızdırıcısından  çox  bəzəyə 
ox
şadırdı. Belə ki, sıravi şəhər əhalisi qızdırıcı kimi kürəyə üstünlük verirdi 
(415,467). 
İrəvanlıların  evləri  bəzəməsi  adəti  də,  Azərbaycanın  digər 
ərazilərində  olduğu  kimi  idi.  Evlərin  mebeli  yox  idi,  döşəməsi  bahalı 
xalçalarla b
əzənirdi. Divarlarda bəzək əşyaları, saxsı qabları və digər lazımlı 
şeyləri yığmaq üçün  taxçalar var idi. Aşağı taxcaya mücrü və sandıq, yux-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə