Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   97   98   99   100   101   102   103   104   ...   164

 
207 
Seyid-A
ğsaqqallı  mahalı  iki  tayfanın  mahalı  sayılırdı.  Mahal  şimal-
dan  Abaran,  c
ənubdan və şərqdən Körpübasar, cənubi qərbdən Sərdarabad 
mahallar
ı ilə həmsərhəd idi. Seyidli-Ağsaqqallı mahalı 20 kəndə malik idi. 
Onlardan 11 k
ənd Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi 
(415,575-579).  Müharib
ə  nəticəsində  bu  mahalın  kəndlərinə  ziyan 
d
əyməmişdi. Çox güman ki, buna səbəb bu mahalın əhalisinin peyğənbərin 
n
əsilindən hesab olunan seyidlərdən olması idi.    
S
ərdarabad  mahalı  Araz  çayının  şimal  tərəfində,  Sürməli  mahalının 
əks istiqamətində yerləşirdi. Bu mahal şimaldan Talın, cənubda onu Sürməli 
mahal
ından ayıran Araz çayı, qərbdən Saatlı mahalı, şərqdən isə Körpübasar 
v
ə  Zəngibasar  mahalları  ilə  həmsərhəd  idi.  Sərdarabad  mahalı  axırıncı 
İrəvan xanı Hüseynəli xan tərəfindən yaradılmışdı. Bu mahalın adı 1810-cu 
ild
ə Hüseynqulu xanın göstərişi ilə tikilməyə başlamış Sərdarabad qalasının 
ad
ından götürülmüşdü (415,255). Digər məlumata görə isə qala 1815-ci ildə 
sal
ınmışdı (171,106). Çox güman ki, Sərdarabad qalasının tikintisi 1810-cu 
ild
ə başlamış, 1815-ci ildə başa çatmışdı. Sərdarabad qalası salındıqdan son-
ra xan
ın fərmanına əsasən burada əhali məskunlaşdırılmış və nəticədə yeni 
mahal  yaranm
ışdı.  Mahal  30  kənddən  ibarət  olmuşdu.  Bunun  8-i 
müharib
ələr nəticəsində dağıdılmışdı (415,514,579-583). 
Körpübasar  mahal
ı  xanlığın  ən  zəngin  mahallarından  biri  idi.  O, 
şimaldan  Seyidli-Ağsaqqallı,  cənubdan  Zəngibasar,  qərbdən  Sərdarabad, 
şərqdən  onu  Qırxbulaq  mahalından  ayıran  Zəngi  çayı,  şimali-şərqdən  isə 
D
ərəçiçək mahalı ilə həmsərhəd idi. Bu mahalın kəndləri Gərni çayı ilə su-
var
ılırdı.  Mahalın  kəndlərinin  sayı  49-a  çatırdı.  Onlardan  9  kənd 
müharib
ələr nəticəsində dağıdılmışdı (415, 514, 583-587) 
Abaran  mahal
ı  xanlığın  şimal  qurtaracağında  yerləşən  mahallardan 
biridir.  O,  Alagöz  da
ğının şimal və şimal-şərq hissəsi ilə Pəmbək sıldırım 
da
ğları arasında uzanırdı. Abaran mahalı şimaldan Pəmbək, şimal-qərbdən 
Şuragöl sultanlıqları, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə 
D
ərəçiçək mahalları ilə həmsərhəd idi. Mahal üç dərədən ibarət idi. Birinci 
ən  yüksək  Cəngi  dərəsidir  ki,  bura  Şuragöl  sultanlığına  yaxın  idi.  Cəngi 
d
ərəsinə  Gərni  çayının  yuxarı  mənsəbi  daxil  idi.  Dərə  Cəngi  kəndinin 
yax
ınlığından başlayaraq Mirək kəndinə yaxın yerdə qurtarırdı. İkinci dərə 
Mir
əkdan  başlayırdı  və  bura  Abaran  çayı  adlanan  Gərni  çayı  boyunca 
uzanan,  h
əmçinin  bu  çayın  sol  tərəfindəki  Gülabad  kəndinə  qədər  bütün 
k
əndlər məxsus idi. Üçüncü dərə Abaran adlanırdı. Bu dərə Gərni çayının 
sa
ğ  sahilində  yerləşən,  Gərnəvit  çayının  suyu  ilə  təchiz  olunan  bütün 
k
əndləri  özündə  birləşdirirdi.  Bundan  başqa  mahal  Seyidli-Ağsaqqallı 
mahal
ına məxsus bir neçə kəndi də özündə birləşdirirdi. Abaran mahalının 


 
208 
61 k
əndi olmuş və bu kəndlərdən 22-i müharibələr nəticəində dağıdılmışdı 
(415,514-515, 587-592). 
D
ərəçiçək mahalı havasına görə xanlıqda ən səfalı mahal hesab olu-
nurdu. Mahal
ın ərazisi Göyçə gölündən başlayaraq Zəngi çayı və Misxana-
çay
ı mənsəbindən Alapars kəndinə qədər uzanan dərədən ibarət idi. Zəngi 
çay  v
ə Misxanaçay çayı Gərniköyün yaxınlığında birləşərək cənuba doğru 
ax
ırdı.  Dərəçiçək  mahalı  şimaldan  Pəmbək  vilayəti,  cənubdan  Qırxbulaq 
mahal
ı, qərbdən Abaran mahalı və şərqdən Göyçə gölü arasında yerləşirdi. 
Mahal  37  k
ənddən ibarət idi. Bu kəndlərdən 16-sı müharibələr nəticəsində 
da
ğıdılmışdı (415,515, 591-596). 
Göy
çə  mahalı  xanlığın  şimal-şərq  hissəsində  yerləşən  və  qərb 
hiss
əsindən başqa Göyçə gölünün bütün ətraf ərazilərini əhatə edən ən geniş 
mahal  idi.  Bu  mahal 
şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimal-
q
ərbdən  Dərəçiçək  mahalı,  cənubdan  Naxçıvan  xanlığı,  şərqdən  Qarabağ 
xanl
ığı,  qərbdən  Qırxbulaq,  Gərnibasar  və  Vedibasar  mahalları  ilə 
h
əmsərhəd idi. Göyçə gölünə öz suyunu axıdan bütün dağlar və dərələr ona 
m
əxsus idi. Göyçə mahalı 126 kənddən ibarət olmuşdu. Lakin müharibələr 
n
əticəsində  67  kənd  tamamilə  dağıdılmışdı.  Hətta  bu  kəndlərdən  37-nin 
ad
ının  unudulduğu  qeyd  olunmuşdu.  Mahalın  yalnız  59  kəndində  əhali 
qeyd
ə alınmışdı (415,515-517, 596-600). 
İrəvan  xanlığının  mahalları  coğrafi  mövqeyinə  görə  də  bir-birindən 
f
ərqlənirdi.  Mahallar  dağlıq,  düzən  və  orta  olmaqla  üç  zolağa  bölünürdü. 
Bunlardan Abaran, D
ərəçiçək və Göyçə mahalları dağlıq, Zəngibasar, Şərur, 
Saatl
ı,  Sərdarabad  mahalları  düzən,  Qırxbulaq,  Talin,  Seyidli-Ağsaqqallı 
mahallar
ı isə orta zolağa daxil idi. Hər üç zolağı özündə birləşdirən mahallar 
G
ərnibasar,  Vedibasar,  Sürməli,  Dərəkənd-Parçenis  mahalları  idi. 
Körpübasar  mahal
ı  isə  aran  və  bəzi  yerlərdə  orta  zolağı  əhatə  edirdi 
(415,346-347). 
İrəvan xanlığının inzibati-ərazi bölgüsü təhlil edilərkən bu xanlıqdan 
qopar
ılmış  Şuragöl,  Pəmbək  və  Maku  mahalları  haqqında  da  bəhs  etmək 
laz
ım gəlir. Şuragöl İrəvan xanlığının şimali qərbində yerləşirdi. Onun əra-
zisi t
əpəlikləri olan düzənlikdən ibarət idi. Mahal şimaldan Kartli-Kaxetiya 
çarl
ığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək 
v
ə Abaran mahallarını ayıran  dağlarla əhatə olunmuşdu. Qərb tərəfdən isə 
Arpaçay
ı  vasitəsilə  ayrılan  Qars  paşalığı  ilə  həmsərhəd  idi. (201, c.1, 
s
əh.294).  Şuragölün  mərkəzi  Gümrü  idi.  Nadir  şahın  dövründə  İrəvan 
mahal
ı kimi göstərilən Şuragöldə keçirilən siyahıyaalınmaya görə, onun 109 
k
əndi  olmuşdu  (405,42-43).  P.  Butkova  görə  isə,  XVIII  əsrin  sonlarında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə