Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   93   94   95   96   97   98   99   100   ...   164

 
199 
tərkibinə  daxil  olan  bəzi  ərazilər  onunla  həmsərhəd  olduğu  göstərilmişdi. 
Digər tərəfdən məlum mənbələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, 
Az
ərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığının ərazisi də 
siyasi 
hadisələrlə əlaqədar olaraq daim dəyişikliyə uğramışdı. S.D.Burnaşov 
bununla 
bağlı  yazırdı  ki, «Xanlıqların  vəziyyəti,  sərhədləri,  aralarındakı 

nasibətlər, ittifaq və müharibələr, qonşularına nisbətən yerləşməsi sabit 
deyildi. 
Sərhədlər fasiləsiz müharibələr nəticəsində daim dəyişirdi» (82,25-
26). Bunu 
İrəvan xanlığının ərazisinə dair konkret misalla davam etdirmək 
olar. 
Məsələn,  müstəqil  İrəvan  xanlığı  yaranarkən  onun  Göyçə  gölündən 
şərqdə  yerləşən  torpaqlarının  bir  hissəsi  Qarabağ  xanlığı  tərəfindən  işğal 
olunmuşdu. Bu Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) dö-
vrü
ndə  baş  vermişdi.  Qarabağnamə  müəllifləri  Pənahəli  xanın  Qarabağ 
xanlığına  birləşdirdiyi  ərazilərdən  bəhs  edərkən  qeyd  edirlər  ki, «O 
(
Pənahəli  xan-E.Q.),  kolanıların  məskəni  olan,  Uşacıq  kəndindən  Göyçə 
sərhəddinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən 
aldı» (41,36; 38,17; 32,116). A.Bakıxanov da  Qarabağ xanı Pənahəli xanın 
İrəvana  aid  Tərtər  Kolanını  işğal  etdiyini  yazırdı  (76,155). 1823-cü  ildə 
keçmiş  Qarabağ  xanlığında  aparılan  kameral  təsvirdə  bu  ərazidə  9  kənd 
qeyd 
olunmuşdu (202,236-240).  Bu hadisə Azad xanın İrəvana təyin etdiyi 
Xəlil xanın (1752-1754) dövrünə təsadüf edir. Bununla bağlı Gülüstan sülh 
müqav
iləsində  nəzərdə  tutulan  sərhəd  məsələləri  ilə  əlaqədar  yaradılan 
komissiy
anın  tərkibinə  daxil  olan  Rusiya  nümayəndələri  1823-cü  ildə  
A.P.Yermolova 
göndərdikləri məlumatda yazırdı: «İranlıların (Hüseünqulu 
xan-E.Q.)  Göy
çə gölünün şimal və şimal-şərq torpaqları olan Gil düzənli-
yini  inadla 
tələb etmələrinə gəldikdə, ədalət naminə yada salmaq lazımdır 
ki, 70 il 
əvvəl  kifayət  qədər  əhali  ilə  məskunlaşmış  olan  Gil  düzənliyi 
Göy
çə mahalı tərkibində həqiqətən də İrəvan xanlığına məxsus olmuşdur» 
(176,15).  
Bu 
ərazilər Qarabağ xanlığına birləşdirilsə də, İrəvan xanları bununla 
barışmamışdı. Heç də təsadüfü deyildir ki, Qarabağ xanlığı işğal edildikdən 
sonra bu 
ərazilər Rusiyanın əlinə keçdiyindən, İrəvan xanı Hüseynqulu xan 
Göy
çə gölünün şimal və şərqində yerləşən torpaqların  İrəvana məxsus ol-
ması  haqqında  rus  komandanlığına  məlumat  vermişdi.  Lakin  1825-ci  il 
mar
tın  28-də  Fətəli  xanla  general  leytenant  Velyaminov  arasında  akt 
bağlanmış,  akta  əsasən  Göyçə  gölünün  şimal  və  şərq  hissələri  Rusiyaya 
güz
əşt  edilmişdi  (63,53-56).  Bu  hadisədən  bərk  qəzəblənən  İrəvan  xanı 
həmin ərazilərin İrəvan xanlığına məxsus olması haqqında baş komandana 
xüsusi 
məktubla  müraciət  edərək  narazılığını  bildirmişdi.  Məktubun 
məzmunu  belə  idi: «Hər  şeydən  əvvəl,  Rusiya  hökumətinin  mühəndisləri 


 
200 
göstərirlər  ki,  guya  Göyçə  gölünün  şərq  sahilləri  Gəncə  və  Qarabağ 
xanlıqlarının  sərhəddindədir.  Bilməlisiniz  ki,  Dərələyəzdən  Eşşəkmeydana 
qədər  ərazi,  həmçinin  İrəvan  sərhəddi  sülh  müqaviləsində  Gəncə  və 
Qarabağ  xanlıqları  ilə  qarışdırılıb.  Lakin  əldə  olunan  kağızlarda  (qəbalə), 
həmçinin  əvvəlki  şahların  fərman  və  əmrlərinə  görə,  Göyçənin  ətrafında 
y
erləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb satılırdı. Vəziyyət belədir 
v
ə siz göstərirsiniz ki, guya Göyçə və Avaran sərhəddinə heç bir iddianız 
yoxdur,  Mehri  v
ə  Qapanı  əldə  etmək  istəyirsiniz.  Bu  məqsədlə  siz 
bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas Mirzə Göyçənin şərq 
tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik». 
Bu 
məsələ həll edilməmiş qalır. Fətəli xan ikinci dəfə sizin yanınızda olan-
da, siz 
Satanağacdan Gedukbarata qədər ərazini tələb etməklə Gill ərazisinin 
bir 
hissəsini  güzəştə  gedərək  burada  məntəqə  yaratmaq  istəyirsiniz 
(294,891).  Bu 
sənədə  əsasən,  Göyçə  gölünün  şərq  sərhədlərinin  İrəvan 
xanlığına məxsusluğunun bir daha şahidi oluruq.   
İrəvan xanlığının ərazisi yalnız şərq tərəfdən deyil, eyni zamanda şi-
mal  v
ə  cənub  tərəfdən  də  dəyişikliyə  məruz  qalmışdı.  Şimal  istiqamətdə 
v
axtilə İrəvan xanlığının mahallarından olan  Şuragöl və Pəmbək əraziləri 
ondan 
qoparılaraq  sultanlığa  çevrilmiş  və  sonradan  Kartli-Kaxetiya 
tor
paqları  tərkibində  Rusiyaya  birləşdirilmişdi.  Məlumata  görə,  Şuragölün 
sahəsi 1.290 kv. verst, Pəmbəyin sahəsi isə 2.150 kv. verst idi (201, c.1, səh. 
294). 
Hər  iki  sultanlığın  birlikdə  ümumi  ərazisi  3.440  kv.  verstə  bərabər 
olmuşdu.  
Cənub  tərəfdən  isə  Maku  mahalı  Türkmənçay  sülh  müqaviləsindən 
sonra  Qacar 
İranının tərkibində qalmışdı. Adətən tarixi ədəbiyyatda Maku 

stəqil  xanlıq  kimi  qeyd  olunur.  Lakin  arxiv  sənədlərində  Makunun  da 

əyyən dövrlərdə İrəvan xanlığına məxsus olması haqqında məlumatlara 
rast 
gəlmək  mümkündür.  Belə  ki,  Maku  uzun  illər  mərkəzi  İrəvan  şəhəri 
olan 
Çuxursəd bəylərbəyliyinin tərkibində olmuşdur (338,88). 1728-ci ildə 
tərtib  olunmuş  «Müfəssəl  dəftər»də  də  Maku  İrəvan  əyalətinin  tərkibində 
olması göstərilir (33,9). Onu qeyd etmək yerinə düşərdi ki, Maku hakimləri 
v
axtilə İrəvan ərazisində yaşamış bayat tayfasından idilər. Belə ki, şah Sul-
tan  Hüseyn  (1694-1722)  Makunu 
Səfəvilərin  düşməni  olan  mahmudi 

rdlərindən  qorumaq  üçün  1706-cı  ildə  İrəvan  ətrafında  yaşayan  300-ə 
y
axın bayat ailəsini buraya köçürmüşdü. Sonralar İbrahim bəyin başçılığı ilə 
bayat 
ailələri Makunun siyasi-iqtisadi həyatında böyük rol oynamışlar. Na-
dir 
şah Əfşarın ölümündən sonra isə  İbrahim Mirzənin oğlu Əhməd Sultan 
Maku 
xanlığının əsasını qoymuşdu (24,25).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə