Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   90   91   92   93   94   95   96   97   ...   164

 
192 
baca
rığını etiraf etmişdilər. Hüseynqulu xan savadsız olmasına baxmayaraq, 
ağıllı, idarəçilik bacarığı olan, hiyləgər, işgüzar bir şəxs olmuşdu (415,450; 
177,448).  Bu  keyfiyy
ətlərinə görə, tez bir zamanda şahın rəğbətini qazana 
bilmişdi.  İ.Şopen  yazır  ki, «nəhayət  şah  sarayı  İrəvana  sərhəd  qoşun 
başçılarından  biri  Hüseynqulu  xan  Qacarı  ildə  600  tümən,  eyni  zamanda 
xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar 
təyin etdi. Hüseynqulu xan  özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən 
bu  v
əzifəyə yüksəlmişdi. Oxuya və yaza bilməyən bu şəxs şahın ona olan 
inamını qazana bilmiş və az bir vaxtda ona həvalə edilmiş əyaləti (xanlığı-
E.Q.) 
çiçəkləndirmişdi (415,167).  
Hüseynqulu  xan 
şah  tərəfindən  bu  vəzifəyə  təyin  olunmasına  bax-
mayaraq,  özünün 
bacarıqlı  siyasəti  ilə  xanlığın  müstəqilliyinə  nail  ola 
bilmişdi. «Sərdar Hüseynqulu xan (indi şahlıq edən Qacarlar nəslindəndir) 
bu 
xanlıqda (İrəvan-E.Q.) birinci, (İranda-E.Q.) isə üçüncü adamdır. Onun 
hakimiyy
əti  türk  paşasının  hakimiyyətindən  daha  möhkəmdir.  O,  çoxdan 
hakimiyy
ətdədir.  Hər  il  bir  neçə  min  çervon  təşkil  edən  dövlət  gəlirindən 
deyil, mü
xtəlif miqdarda hədiyyə formasında (şah xəzinəsinə-E.Q.) bayram-
lıq  verirdi.  Torpağın  yetişdirdiyi  hər  şeyin 
1
/
3
-ni,  zarafat 
etsə  hər  uçünü 
almaq  ixtiy
arına malik idi… Nəinki daxili, eyni zamanda xarici ticarət də 
onun 
əlində  idi…  Məhkəmə  işlərində  əgər  iddiaçı  və  cavabdehin  şikayəti 
pey
ğənbərin hədisləri ilə əlaqələndirilmirdisə onun şifahi əmrləri qanun idi» 
(129,42).  
Şah tərəfindən İrəvan xanlığına hakim təyin olunmasına baxmayaraq, 
tez
liklə, Hüseynqulu xan müstəqil daxili və xarici siyasət yeritməyə başladı. 
Digər  tərəfdən,  şah  hökuməti  İrəvan  xanlığının  geo-siyasi  əhəmiyyətini 
göz
əl anladığından onun daxili işinə qarışmırdı. Bunu təsdiq edən İ.Şopen 
yaz
ır  ki, «Şah  hökuməti  İrəvana  İranı  Rusiyadan  ayıran  həmsərhəd  əyalət 
kimi 
baxdığına və müharibə olacağı təqdirdə ilk hücumun qarşısını almağı 
özü
nə  borclu  bildiyinə  görə,  bu  əyana  (Hüseynqulu  xan-E.Q.)  tamamilə 
in
anırdı və onun heç bir işinə qarışmırdı» (415,449). Hüseynqulu xan dövlət 
idarəçiliyində  mütləq  hakim  idi.  Bütün  feodal  dövlətlərində  olduğu  kimi, 

stəqil qanun- qrarlar verirdi və bütün hakimiyyət onun iradəsindən asılı 
idi. 
İstər  dünyəvi,  istərsə  də  dini  hakimiyyətə  nəzarət  edir  və  bütün  ha-
kiml
əri  özü  təyin  edirdi.  O,  siyasətində  imtiyazlı  təbəqənin  mənafeyini 
qorusa da, 
xanlığın vəziyyətini nəzərə alaraq, onlarla aşağı təbəqnin arasın-
da taraz
lıq yarada bilmişdi. O, hesabat vermədən vergi toplayır, pul kəsir, öz 
qərarı ilə cinayətkarları gözündən, digər bədən üzvündən məhrum etməklə 
v
ə  öldürməklə  cəzalandırır,  bir  sözlə  mütləq  hakim  kimi  hərəkət  edirdi 
(415,449). 


 
193 
Hakimiyy
ətdə olduğu illərdə İrəvan xanlığı tez-tez müdaxiləyə məruz 
qaldığından Hüseynqulu xan xanlığın müdafiə sistemini gücləndirmək üçün 
güclü 
qoşun saxlayırdı. Bunun üçün çoxlu xərc tələb olunurdu. Bu xərcin 
bir 
hissəsi  daxili  imkanlar  hesabına  olsa  da,  hərbi  əməliyyatlar  zamanı 
xərcin  bir  hissəsini  şah  sarayından  alırdı.  Bu  məqama  toxunan 
A.S.Qriboyedov yaz
ırdı ki, «O, öz hesabına qoşun saxlayır, lakin müharibə 
dövrü
ndə şah sarayından pul tələb edirdi» (129,403). Eyni fikiri İ.Şopen də 
təsdiq  edərək  yazırdı: «şah  sarayı  nəinki  sərdardan  vergi  tələb  etmirdi, 
sərhəd qoşunlarını, artilleriyanı, qalanı, azuqə və hərbi sursat saxlamaq üçün 
ona tez-tez pul 
buraxırdı» (415,449).  

haribə  dövründə  Hüseynqulu  xan  sərkərdəlik  qabliyyətinə  görə 

susilə  seçilmişdi.  Onun  uzaqgörənliyi  və  tədbirliyi  uzun  müddət  İrəvan 
xanlığını  rus  qoşunlarının  işğalından  qoruya  bilmişdi.  Onun  hərbi 
əməliyyatlar  zamanı  «yandırılmış  torpaq»  taktikasından  istifadə  etməsi, 
ay
rı-ayrı çevik dəstələr təşkil etməsi, bu dəstələrin müxtəlif istiqamətlərdən 
qəflətən  döyüşə  atılması  və  meydanı  tərk  etməsi  rus  qoşununda  həmişə 
qarışıqlığa  səbəb  olmuşdu.  Xan  dinclik  dövründə  isə  İrəvan  sərhədlərinin 
təhlükəsizliyindən arxayın olmaq üçün müdafiə tədbirləri görmüşdü. O, bu 
məqsədlə ayrı-ayrı tayfaları səhədə yaxın ərazilərə köçürərək burada hərbi 
məskənlər  yaratmışdı.  Məsələn,  Hüseynqulu  xan  Qars  paşalığı  tərəfdən 
Şuragöl sərhəddində Qafar xanın başçılığı ilə ayrumları və taşanlıları yer-
ləşdirmiş,  Abaran  sərhədini  isə  İsmayıl  xanın  başçılığı  ilə  seyidli  və 
a
ğsaqqallılara tapşırmışdı. Pəmbək əyaləti və Qazax distansiyası ilə sərhəd 
xəttini  İsmayıl  xan  və  Mərdan  xanın  başçılığı  ilə  qarapapaq  tayfası, 
Şəmşəddil distansiyası, Gəncə xanlığı və Qarabağ xanlıqları tərəfdən Göyçə 
mahalını Nağı xanın başçılığı ilə digər qarapapaqlılar qoruyurdu (415,449-
450). 
Hətta Hüseynqulu xan xüsusi təliqə verməklə mübahisəli ərazilər olan 
Gildən  Satanağaca  qədər  ərazini  Nağı  xana,  Eşşəkmeydandan  Balıqçay 
çay
ına qədər ərazini İsmayıl ağaya bağışlamışdı (174,52). Bu tədbirləri ilə 
Hüseynqulu  xan 
sərhəd  xəttində  hərbi  məskənlər  yaratmış  və  bu 
məskənlərin rus qoşununa qarşı mübarizədə böyük köməyi olmuşdu.  
İrəvan xanlığı ilə bağlı məsələlərdə Hüseynqulu xan şah sarayına da 
təsir  göstərə  bilirdi.  İrəvan  xanı  Gülüstan  sülh  müqaviləsindən  sonra 

bahisəli  ərazilər  məsələsində  prinsipiallığı  ilə  fərqlənmişdi.  Rusiyanın 
İrəvana  məxsus  Göyçə  gölünün  şimal-şərq  torpaqlarını  qeyri-qanuni  işğal 
altında  saxlamasına  qarşı  amansız  mübarizsi,  onun  vətənpərvər  şəxs  ol-
ma
sını bir daha sübut edir. O, İrəvan torpaqlarının bir qarışının da güzəştə 
getmək fikirində olmadığını 1825-ci il martın 28-də general leytenant Vel-
yaminovla 
Fətəli  xan  arasında  sərhəd  məsələlərinə  dair  bağladıqları  akta 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə