Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   86   87   88   89   90   91   92   93   ...   164

 
184 
Sərdərabad qalasının güclü və ərzaqla bol olması haqqında yuxarıda 
bəhs edilmişdi. Bu dövrdə qalanın qarnizonu 14 topa malik 1500 dəstədən 
ibarət  idi  (177,112).  Həmin  vaxt  qalaya  Həsən  xanın  nəvəsi  Fətəli  xan 
başçılıq edirdi. Lakin qalanın mühasirəyə alındığını eşidən Həsən xan gecə 
qalaya  daxil  ola 
bilmişdi.  Həsən  xan  qala  müdafiəçilərini  sayıqlığını 
itirməmək  üçün  1808-ci  ildə  İrəvanda  rus  qoşununa  qarşı  mübarizədən 
danışaraq onları ruhlandırırdı (200,561). Onun səyi nəticəsində qala müda-
fiəçiləri  güclü  müdafiə  olunurdu.  Sentyabrın  15-də  müdafiəçilər  qala 
ətrafında topları yerləşdirmək üçün iş görən rusları atəşə tutdular. Bu atəş 
nəticəsində bir nəfər öldü. Lakin sentyabrın 16-da dövrün güclü silahların-
dan olan 
mühasirə topları Sərdərabada gətirildikdən sonra vəziyyət dəyişdi. 
Qalanın  cənub  qərb  hissəsində  300  sajen  aralıda  6  belə  top  quraşdırıldı. 
Senty
abrın  18-də  toplar  qalanı  bombardıman  etməyə  başladı.  Həmin  gün 
qalaya 500 
mərmi atıldı. Bombardıman nəticəsində qalanın dördkünc qülləsi 
dağıdıldı. Səhəri günü davam edən bombardıman nəticəsində qalanın divar-
larına və evlərə böyük ziyan dəydi. Qalanın aramsız atəşə məruz qaldığını 
görən müdafiəçilər  sentyabrın 19-u saat 5-də ağ bayraq qaldırmağa məcbur 
oldu. 
Həsən xan tərəfindən göndərilmiş elçi Paskeviçin yanına gələrək xanın 
məktubunu ona təqdim edir. Məktubda xan 3 gün müvəqqəti barışıq xahiş 
edərək,  qarnizonun  geri  çəkilməsinə  icazə  istəyirdi.  Lakin  Paskeviç  xanın 
bu 
xahişinə  qəti  etiraz  edərək,  ona  təslim  olmaq  üçün  24  saat  vaxt  verdi. 
Eyni  zamanda 
qalanın  bombardımanı  daha  da  gücləndirildi.  Vəziyyətin 
çıxılmaz olduğunu görən Həsən xan sentyabrın 19-u axşam qaranlıqdan isti-
fadə edərək iki yaxın adamı ilə qaladan qaçdı. Onun ardınca 1.500 nəfərdən 
ibarət olan  qarnizon qaladan çıxaraq müxtəlif istiqamətlərə-İrəvan, Alagöz  
v
ə Osmanlı sərhəddinə qaçmağa başladı. Rus süvari dəstələri qaçanları təqib 
edərək  xeyli irəvanlı qırdı. Təqib nəticəsində 500 nəfər öldürülmüş və 200 
nəfər  isə  əsir  götürülmüşdü  (5,646-647; 200,561; 115,563-564; 177,138-
140; 304,498).  
Dörd günlük 
mühasirədən sonra sentyabrın 20-də rus qoşunu Sərdər-
abad 
qalasına  daxil  oldu.  Qalanı  işğal  edən  rus  qoşunu  13  top, 14 min 
çetvert 
buğdası olan anbar, çoxlu pambıq parça, barıt və sursat qənimət ələ 
keçirdi  (5,647; 200,561-562; 115,563-564; 177,138-140). 
Qalanı  qorumaq 
üçün Paskeviç polkovnik Xamutovun 
başçılığı ilə bir piyada batalyonu, er-
məni və kazaklardan ibarət bir dəstə qoyaraq Eçmiədzinə qayıdır  (115,564). 
Sərdarabad  qalasının  beş  günlük  mühasirəsi  zamanı  8  rus  əsgəri  ölmüş, 3 
zabit v
ə 15 əsgər isə yaralanmışdı (177,132; 125,146). 
Sərdərabad  kimi  güclü  qalanın  alınması  şahı  dəhşətə  gətirmişdi.  O, 
İrəvan və Naxçıvan xanlıqlarının güzəştə getmək şərti ilə sülh danışıqlarına 


 
185 
başlamağı tələb etdi. Lakin şahzadə atasının bu haqda göndərdiyi fərmanı 
icra 
etməyərək,  onu  bir  müddət  özündə  saxladı.  Abbas  Mirzə  İrəvan  qal-
as
ının  rus  qoşununa  güclü  müqavimət  göstərməsinə  ümid  edərək,  rus  ko-
man
danlığından  daha  sərfəli  şərtlərlə  danışıq  aparmaq  istəyirdi.  Lakin 
İrəvan qalasının süqutu onun bütün ümidlərini puç etdi (117,569). Başqa bir 
məlumata  görə,  şah  Sərdarabadın  işğalından  sonra  özünə  yaxın  olan  xan-
lardan  birini  ingilis 
məmurları ilə birlikdə Paskeviçin yanına göndərmişdi. 
Lakin  onlar 
gələnə  qədər  artıq  İrəvan  qalası  da  süqut  etmişdi.  General 
Paskeviç onlarla 
sərt danışmış və qeyd etmişdi ki, İrəvandan birbaşa Təbrizə 
y
ürüş edəcəkdir (5,649). 
İrəvan qalasının süqutu. Sərdarabad qalasında qarnizon yerləşdirən 
general adyutant Paskeviç 
əsas qüvvələrlə geri qayıdaraq, sentyabrın 22-də 
Eçmiədzinə  gəlib  çatdı.  Sentyabrın  23-də  isə  bütün  qoşun  İrəvana  doğru 
hərəkət  etdi.  Rus  qoşunu  qaladan  2  verst  aralı  Zəngi  çayının  sahilində 
mövqe  tutaraq, 
qalanın mühasirəsinə başlayır (116,565; 304,505). Rus ko-
mandanlığı  İrəvan  qalasının  işğalını  tez  bir  zamanda  başa  çatdırmaq 
niyy
ətində idi. Çar da Paskeviçdən Təbrizə yürüşdən qabaq İrəvanın işğalını 
tələb  etmişdi.  Digər  tərəfdən,  həmin  vaxt  Rusiyanın  beynəlxalq  vəziyyəti 
mürəkkəbləşmiş,  Osmanlı  dövləti  ilə  münasibətləri  müharibə  həddinə 
çat
mışdı. Müharibə olacağı təqdirdə İrəvan qalası rus qoşunu üçün hərbi və 
ərzaq  bazası  rolunu  oynamalı  idi.  V.  Potto  yazır  ki, «Bu  zaman  İrəvanı 
mühasirədə  saxlayaraq  Təbrizə  hərəkət  etməklə  əməliyyat  meydanının 
böyük 
məsafədə uzanması və Təbrizdə əsas qüvvələrin müvəffəqiyyətsizli-
y
ə  uğrayacağı  təqdirdə  mühasirə  dəstəsinin  vəziyyəti  çətinə  düşə,  yaxud 
qorxulu  ola 
bilərdi.  Düşmən  Təbrizlə  İrəvan  arasında  dolaşmaqla  əlaqəni 
kəsə bilərdi, bu da rus qoşununu əməliyyat xətti ilə deyil, Qarabağ tərəfdən- 
Mehri,  Aslandüz,  yaxud 
Xüdafərin  körpüsündən  geri  çəkilməyə  məcbur 
edərdi.  Onda  Naxçıvan  asanlıqla  düşmənin  əlinə  keçə  bilərdi  və  bütün 
əməliyyatın nəticəsi itirilərdi» (304,504). Məhz bu səbəblərdən rus koman-
danlığı qalanın tez bir zamanda işğalı üçün gərgin işə başladı. Qala ətrafında 
mühasirə  xətti  yaradıldı.  Mühasirə  qoşunlarının  başçısı  general-leytenant 
Krasovski 
təyin  olunmuşdu  (137,31).  Hücumdan  qabaq  qalanın  ətrafını 
göz
dən  keçirən  general-adyutant  Paskeviç  sentyabrın  24-də  şura  çağırdı. 
Şurada qalaya hücum planı müzakirə olundu (304,506). 
Qeyd 
etmək  lazımdır  ki,  hələ  rus  qoşunu  iyunun  22-də  mühasirəni 
götürdükdən  sonra  qalada  xeyli  dəyişiklik  baş  vermişdi.  İrəvanlılar  qalanı 
möhkəmləndirmək və rus qoşununu asanlıqla qalaya yaxınlaşmaq imkanın-
dan 
məhrum etmək üçün bir neçə tədbirə əl atmışdı. Hər şeydən əvvəl, qal-
anın şərq hissəsinin əks tərəfində yerləşən xəndək yaxınlıqda yerləşən ba-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə