Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   83   84   85   86   87   88   89   90   ...   164

 
178 
Qarasu çay
ını keçərək Alagöz dağının ətəyində yerləşən Əştərək kəndindən 
5  verst 
aralıda  yerləşən  Əkərək  kəndində  düşərgə  saldı  (137,8-9; 78,225; 
304,457).  
Şah  qoşununun  bu  yürüşü  gizli  həyata  keçirilsə  də,  ermənilərin 
xəbərçiliyi  nəticəsində  Krasovski  şahzadənin  hücumundan  vaxtında  xəbər 
tuta  bildi.  Bu 
xəbəri  Krasovskiyə  avqustun  6-da  arxiyepiskop  Nersesin 
qohumu 
əştərəkli Bedros Markaros vasitəsilə çatdırılmışdı. O isə şah qoşunu 
ilə birlikdə İrəvana gələn gürcü şahzadəsi Aleksandrın qaynatası İshak Məl-
ikovdan 
eşitmişdi.  İshak  Məlikov  şahzadənin  düşərgəsində  olmuş  və 
kürəkəni Aleksandrla görüşmüşdü. Bu məlumatı şah qoşununun hərəkətini 
iz
ləmək üçün  göndərilmiş casuslar da təsdiq etmişdi (137,8-9).  
Abbas Mirz
ə güclü qoşunla İrəvan xanlığına gəlsə də, bu qüvvələrdən 
laz
ımınca  istifadə  edə  bilmədi.  Şahzadə  qoşunu  cəmləşdirib  hücum 
etməkdənsə, bu qüvvələri ayrı-ayrı dəstələrə bölməklə ciddi səhvə yol verdi. 
Bu da sayca az olan rus 
qoşununa imkan verirdi ki, rəqibinin hücumuna da-
vam 
gətirsin. Həmin vaxt general Krasovskinin başçılığı altında 6 minlik rus 
qoşunu Abaran çayının hər iki sahilində düşərgə salmışdı (416,302).  
İrəvanlıların  köməyi  ilə  Abbas  Mirzənin  qoşununun  Eçmiədzini 
mühasirəyə  alması  general-leytenant  Krasovskini  təşvişə  salmışdı.  O, 
Eçmiədzin  kilsəsində  mövqe  tutmuş  rus  dəstəsinə  kömək  etməyə  tələsdı. 
Lakin  onun  qüvv
əsi  az  olduğundan  və  müdafiə  toplarını  gözlədiyindən 
çətinliklə üzləşmişdi. Şah və İrəvan qoşunları kilsəni günü-gündən daha sıx 
mühasirəyə  alırdı.  Digər  tərəfdən,  Cəngi  kəndində  yerləşən  Krasovskinin 
dəstəsi də hücuma məruz qalmışdı. Avqustun 10-da səhər saat 10-da 2 min-
lik  süvari 
dəstəsi  Abaran çayının  sahilində  mövqe  tutmuş  rus  düşərgəsinə 
y
axınlaşdı. Gözətçilər bu hücumu dəf edənə qədər Krasovski 2 piyada ba-
talyonu, 1 kazak alay
ı və 2 topla köməyə tələsdi. Onun yaxınlaşdığını görən 
şah süvariləri geri çəkilməyə başladı. Rus qoşunu onları Əkərək kəndində 
y
erləşən düşərgəyə qədər təqib etdi (137,10 ). 
Lakin rus 
qoşunu şah  və İrəvan qoşunlarının yeni-yeni hücumlarına 
məruz  qalırdı.  Avqustun  13-də  süvari  dəstəsi  gecə  gizli  surətdə  müxtəlif 
istiqamətlərdən  dərəyə  sığınaraq,  səhər  tezdən  rusların  gözətci 
məntəqələrinə  qəflətən  hücum  etdi.  Rus  qoşunları  üçün  əsl  təhlükə 
yaran
mışdı.  Qəflətən  hücuma  məruz  qalan iki  gözətçi  dəstəsi  geri  çəkildi. 
Lakin 
digər dəstələr möhkəm dayanaraq şah süvarilərini irəliləməyə imkan 
v
ermədilər.  Bu  döyüşdə  general-leytenant  Krasovski  az  qalmışdı  ki,  əsir 
düşsün. O,  general Turuzsonla birlikdə  Eçmiədzinə gedən  yolda  kəşfiyyat 
işi həyata keçirərkən, onun keçəcəyi yolda pusqu qurulmuşdu. İrəlidə gedən 
zabit v
ə 5 kazak vaxtında pusqudan duyuq düşərək geri qayıtmışdılar. Kra-


 
179 
sovskinin  geri  qay
ıtdığını görən 500 süvari dəstəsi onu təqibə başladı. Bir 
piyada  batalyonu  v
axtında köməyə gəldiyindən Krasovski təhlükədən qur-
tarmışdı. Yerli süvari dəstəsi irəli getməyə cəsarət etməyərək 5 verst aralıda 
dayand
ı (137,6; 304,459-460).  
Lakin buna baxmayaraq, 
irəvanlılar şah qoşununun köməyi ilə ruslara 
yeni-yeni hücumlar 
təşkil edirdi. Bir neçə min şah qoşunu Alagöz dağından 
Sudakəndə hərəkətə başladı. General Krasovski həmin istiqamətdə Paskeviç 
tərəfindən  general  adyutant  Sipyaqinin  başçılığı  ilə  göndərilən  əlavə 
köməyi gözləyirdi. Güclü süvari dəstəsinin o istiqamətdə hərəkətini görən 
general 2 batalyon v
ə 4 topla onların ardınca hərəkət edir. Lakin Sipyaqinin 
dəstəsi yolda şah qoşununu məğlub edərək geri qayıtmağa məcbur etmişdi. 
Düşərgəyə gəlib çatan Sipyaqin müdafiə toplarının beş gündən sonra buraya 
gəlib çatacağını bildirmişdi (137,11; 304,460-461).  
Bu  vaxt  Alagöz 
dağı ilə rus düşərgəsi arasında 4 min süvari dəstəsi 
day
anmışdı.  Onlar rus düşərgəsini  güclü  atəşə  tuturdular. Krasovski  2  ba-
talyon, 1 alay kazak 
dəstəsi və 50-ə qədər borçalılardan ibarət dəstə ilə on-
lara hücum etdi (137,11-12). X. 
İbrahimbəyli bu döyüşdə guya 5000-ə qədər 
borçalı süvarisinin iştirak etdiyini yazırdı (161,203). Lakin hadisənin canlı 
şahidi  olan  general  Krasovski  döyüşdə  50-ə  qədər  borçalı  süvarisinin 
olduğunu bildirmişdi (137,12). 
Uşaqan döyüşü. Rus qoşununun dağlara sığınaraq əlverişli müdafiə 
mövqeyini 
tutduğunu  görən  Abbas  Mirzə  zərbəni  birbaşa  Eçmiədzin 
kilsəsinə  vurmağa  qərara  aldı.  O,  bununla rus  qoşununu  açıq  döyüşə  cəlb 
etmək istəyirdi. Abbas Mirzə kilsəyə yaxın olmaq üçün oraya gedən yoldan 
y
arım  vers  aralıda  yerləşən  Uşaqan  kəndində  qoşunla  düşərgə  salmışdı. 
Onun 
göstərişi  ilə  sərkərdə  Yusif  xanın  başçılığı  ilə  böyük  bir  dəstə 
Eçmiədzinə göndərildi. Kilsə ətrafında 4 min nəfərdən ibarət mühasirə zo-
lağı yaradıldı və artilleriya quraşdırıldı. Kilsə ilə əlaqəsi olan yollar nəzarətə 
götürüldü. 
Şah  qoşunu  və  İrəvan  xanının  dəstələri  bütün  şübhəli  adamları 
tutaraq,  rus 
qoşunun kilsə ilə əlaqəsini tamam kəsmişdi (137,12; 304,463-
464).  Bu 
hadisədə  Hüseynqulu  xan  və  ona  yaxın  olan  adamlar  daha  fəal 
iştirak edirdi. Xan Abbas Mirzəyə Eçmiədzin kilsəsinin açarlarını iki gün-
dən sonra təqdim edəcəyini, Abbas Mirzə isə əvəzində ona ruslardan alına-
caq 
müdafiə toplarını söz vermişdi (137,13; 304,464).  
Vəziyyətin  qorxulu  olduğunu  görən  ermənilər  yenə  də  yalan  məlu-
matla  general  Krasovskini  qeyri-
bərabər  döyüşə  cəlb  edə  bildi.  Şah 
qoşununun sayıqlığına baxmayaraq, arxiyepiskop Nerses bir neçə ermənini 
Krasovskinin y
anına göndərərək onu köməyə çağırdı. O, generalı inandırırdı 
ki, guya 
rusların mövqe tutduğu kilsədə çox az ərzaq ehtiyatı var və Abbas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə