Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   91   92   93   94   95   96   97   98   ...   164

 
194 

nasibətində  görmək  olar  (175,53-56).  Hüseynqulu  xan  bu  akta  qarşı 
çıxmış  və  rus  komandanlığına  məktub  göndərərək  bu  ərazilərin  İrəvan 
tor
paqları olduğunu bildirmişdi (294,891). Xan nəinki məktub göndərmiş və 
hətta bu əraziləri rus qoşunundan təmizləmək üçün tədbirlərə əl atmışdı.  
Bundan 
əlavə,  Hüseynqulu  xan  şah  yanında  fəaliyyət  göstərən 

şavirələrdə  həlledici  səsə  malik  idi.  O,  qardaşı  ilə  birlikdə  sülh 
müqav
iləsinin əleyhinə çıxmış, ruslara qarşı mübarizənin tərəfdarı olmuşdu 
(129,562).   
Hüseynqulu 
xanın  İrəvan  xanlığının  iqtisadiyyatının  inkişafında  da 
böyük 
xidmətləri  olmuşdu.  Rusiya-İran  müharibələri  dövründə  hərbi 
əməliyyatların qızışdığı bir ərazi olduğundan xanlığın iqtisadi həyatı güclü 
dağıntıya məruz qalmışdı. Döyüşlər nəticəsində kəndlər dağıdılmış, əhalinin 
bir 
hissəsi  qonşu  ölkələrə qaçdığından,  digər  hissəsi döyüşlərə  cəlb  edild-
iy
indən  əkin  sahələri  boş  qalmışdı.  Lakin  dinclik  dövründə  Hüseynqulu 
xanın  gördüyü  tədbirlər  xanlığın  iqtisadi  həyatının  dirçəlməsinə  səbəb 
ol
muşdu. O, kənd təsərrüfatının inkişafı üçün boş yerlərə əhalini köçürmüş, 
bağlar,  meşələr  saldırmış,  süni  suvarma  kanalları  çəkdirmiş  və  müxtəlif 
xanlıqlardan əhalini öz xanlığına cəlb etmişdi. Bundan əlavə, xan müstəqil 
torpağı  əkmək  qabliyyətinə  malik  olmayan  yerli  əhalini,  xanlıqda  məskən 
salmış qaçqın və köçkünləri, tüfeyli adamları əkinçiliyə cəlb edərək, onlara 
torpaq 
sahəsi  paylamış,  qoşqu  heyvanları,  əmək  aləti  və  toxumla  təchiz 
et
mişdi  (415, 450). Hətta  o,  xanlıqda  meyvəçiliyin  inkişafına  da  diqqət 
ye
tirmişdi.  Bu  məqsədlə  İrandan  və  Hindistandan  müxtəlif  növ  meyvə 
ağacları  gətizdirmişdi  (415,950).  Hüseynqulu  xanın  hakimiyyəti  dövründə 
v
ergilər  də  ədalətlə  toplanırdı.  O,  ilk  növbədə  torpağın  əkilməsinə  böyük 
diqqət  yetirərək,  vergini  əkin  sahəsinə,  əkinçinin  kotanının  sayına  görə 
deyil, 
əldə  edilmiş  məhsulun  keyfiyyətinə  və  vergi  verənin  vəziyyətinə 
uy
ğun tələb edirdi (388,501). Onun bu siyasəti şəxsi mənafe güdsə də, kənd 
təsərrüfatının inkişafına və xalqın güzaranına müsbət təsir göstərmişdi.  
İrəvan şəhərinin ticarət və sənətkarlıq mərkəzi kimi məşhurlaşmasın-
da onun  rolu 
əvəzedilməzdir. Məhz onun dövründə İrəvan şəhəri beynəlx-
alq 
ticarət  mərkəzinə  çevrilmişdi.  Bu  şəhərdə  müxtəlif  ölkələrdən  və 
xanlıqlardan  gələn  mallar  toplanmışdı.  Onun  İrəvan  şəhəri  üçün  gördüyü 
işlərdən  biri  şəhəri  su  kəməri  ilə  təchiz  etməsi  idi.  Bir  məlumatda  qeyd 
edilir  ki, «
Keçmiş  İrəvan  xanlığının  bütün  ən  vacib  suvarma  qurğuları 
sonuncu 
sərdar Hüseynqulu xanın dövründə tikilmişdi. Onun savadsızlığına 
baxmayaraq, 
görkəmli  hakimlər  cərgəsinə  qoymaq  olar.  İrəvan  özünün  su 
kəməri  kanallarına  görə  ona  borcludur  (172,457).  Arxitektura  baxımından 
İrəvan  şəhərinin  məşhurlaşmasında  da  onun  böyük  xidməti  vardı.  Xan 


 
195 
saray
ında  «Güzgülü  zal»  dövrün  ən  məşhur  abidələrindən  biri  hesab  olu-
nurdu. 
Digər  tərəfdən,  Zəngi  çayının  sağ  sahilində  Hüseynqulu  xan 
tərəfindən  salınmış  istirahət  yeri  olan  Sərdar  bağı  şəhərə  xüsusi  gözəllik 
v
ermişdi (172,444-445).   
Beləliklə,  Hüseynqulu  xan  bacarıqlı  idarəçiliyi  ilə  İrəvan  xanlığının 

ksək səviyyəyə qaldırmış və onu çiçəkləndirmişdi. Bu keyfiyyətinə görə, 
Hüseynqulu xan  uzun 
illər xalqın yaddaşında yaşamışdı. Onun şəxsiyyət və 
fəaliyyətinə ən dəyərli qiyməti müxtəlif illərdə İrəvan şəhərində olmuş səy-
yah  A.Qakstqauzen  v
ə  rus  hərbiçisi,  knyaz  Amilaxvari  vermişdi. 1843-cü 
ilin  avqustunda 
İrəvana  gəlmiş  A.Qakstqauzen  gündəliyində  Hüseynqulu 
xanı  əxlaqlı,  ədalətli,  mərd  adlandırmış,  ölkənin  rifahını  düşünən,  xalqın 
sav
adlanmasına  fikir  verən  bir  şəxs  kimi  onu  özündən  əvvəlki  xanlarla 
müqay
isə etmişdi. O, yazırdı: «Ümumiyyətlə, İrəvan xanları qəddar olublar, 
lakin 
axırıncı  xan  (Hüseynqulu  xan-E.Q.)  özündə  əxlaqi  keyfiyyətləri 
birləşdirən …, ədalətli, güzəştə gedən mərd kişi olub. O, indi də bütün er-
məni və azərbaycanlıların dilində və yaddaşında yaşayır. O, hədsiz güc sərf 
edirdi ki, 
təhsili genişləndirsin və ölkənin rifahını yüksəltsin. Dağıdılmış və 
məhv edilmiş köhnə kanalların yerində müqayisəyəgəlməz gözəl halda ye-
nisini  tikdirirdi,  onun 
köməyi  ilə  İrəvan  yaxınlığında  yerləşən  çoxsaylı 
bağlar  suvarılaraq  daha  da  gözəlləşmişdi.  Onlar  sonradan  əhaliyə 
pay
lanmışdı.  Bundan  əlavə,  onun  Avropa  iqtisadiyyatına  böyük  marağı 
v
ardı, əhalinin sayını çoxaltmaqla ölkənin rifahının yüksəldiləcəyinə güman 
edirdi  v
ə buna çatmaq üçün qeyri-adi vasitələrə əl atırdı» (122,232). Daha 
sonra  mü
əllif  gündəlikdə  Hüseynqulu  xanın  əxlaqi  keyfiyyətinə,  onun 
qadınlara olan münasibətinə görə qiymət vermişdi. A.Qakstqauzen yazırdı 
ki, «
Əvvəlki  İrəvan  xanları  və  yüksək  rütbəli  şəxslər  yerli  qız  və  qadın-
larıları görəndə o saat zorla ələ keçirərək öz hərəmxanalarına qatırdılar. O, 
(Hüseynqulu  xan-E.Q.) 
belələrindən  ibrət  götürmürdü  və  başqaları  belə 
hərəkət  edəndə  dözmürdü,  qorxudaraq  …  kəbin  kəsməyə  məcbur  edirdi» 
(122,232). 
İşğaldan  50  il  sonra-  1876-cı  ildə  İrəvanda  olan  rus  hərbiçisi 
knyaz Amilaxvari 
də Hüseynqulu xanın şəxsiyyətinə yüksək qiymət verərək 
onun 
idarəçilik bacarığını Rusiya idarəçilik sistemi ilə müqayisə etmişdi. O, 
yaz
ırdı: «…Məsələn,  onlar  (rus  məmurları-E.Q.)  qəbul  etmək  istəmirdilər 
ki, bu 
möhtəşəm sarayın və bağın axırıncı sahibi İrəvan hakimlərindən olan 
Hüseynqulu xan 
ağıllı, istedadlı və məşhur olmuşdu. Onun müdrik rəhbərli-
yi 
altında  qeyri-adi  inkişaf  nəticəsində  firavan  həyatlarına  borclu  oldu-
qlarına  görə,  onun  haqqında  xatirələr  bu  illər  ərzində  xalqın  hafizəsində 
y
aşayır. Bizim indiki məmurlar Hüseynqulu xanın idarəçilik fəaliyyətindən 
heç 
nə öyrənmək istəmirlər və bütün keçmişi laqeyd surətdə vəhşilik dövrü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə