Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   88   89   90   91   92   93   94   95   ...   164

 
188 
qaldıraraq  təslim  olmaq  istədiklərini  bildirdi.  Lakin  təslim  məsələsində 
qalada iki 
qruplaşma var idi. Qala müdafiəçilərinin bir hissəsi təslim olmaq 
istəsə  də,  digər  hissəsi  Həsən  xanın  başçılığı  ilə  müqavimət  göstərmək 
fikirində  idi.  Çünki  ağ  bayraq  qaldırılsa  da,  qalanın  bəzi  yerlərində 
müqav
imət  davam  edirdi.  Xüsusilə,  qalanın  cənub  tərəfində irəvanlılar  si-
lahlardan  rus 
qoşununu  güclü  atəşə  tutmuşdu  (116,566).  Hətta  Həsən  xan 
qarnizonu düz
ərək şəxsən özü ruslara qarşı döyüşə aparmaq istəyirdi. Lakin 
y
axın adamları onu bu fikirndən döndərə bildi (396,36). 
Vəziyyətin çıxılmaz olduğunu görən piyada və süvarilərdən ibarət bir 
dəstə  qalanın  şimal  tərəfindən  çıxaraq  Zəngi  çayını  keçməyə  cəhd  etdi. 
Lakin  rus 
qoşunu  onları  geri  qaytarmağa  müəffəq  oldu.  Şəhər  ağsaqqal-
larının  təslim  tələbi  ilə  təzyiqə  məruz  qalan  Həsən  xan  yüksək  rütbəli  60 
nəfər  məmurlarla  birlikdə  qaladan  qaçmaq  istəsə  də,  kazakların  atəşi 
nəticəsində geri qayıtmağa məcbur oldu (137,32).  
Qaladan 
hər cür qaçışın qarşısını almaq üçün rus komandanlığı butün 
çıxışları  nəzarətə  götürməyi  qərara  almışdı.  Qalanın  şimal  qapısı  tərəfdə 
Zəngi çayı üzərində bir ulan (nizəli süvari əsgər-E.Q.) diviziya və 100 kazak 
dəstəsi  yerləşdirilmişdi.  İki  bölük  yeqer  dəstəsi  isə  qərb  tərəfdə  qaladan 
çıxışı nəzarətə götürmüşdü. Bundan əlavə, rus qoşunu qalanın çöl qapısının 
qarşısında olan xəndəyi təmizləyərək içəridə olan qapıya yaxınlaşmışdı. Bu-
rada 
irəvanlıları təslim olmağa çağıran Belov şəxsən Həsən xan tərəfindən 

llələnmişdi (3,23; 177,165). 
 
İrəvanlıların  təslim  olmayacağını  yəqin  edən  rus  qoşunu  qalanın 
bombardımanını  daha  da  gücləndirdi.  Bombardıman  nəticəsində  qalanın 
qapısı  sıradan  çıxır  və  rus  qoşunu  qalaya  daxil  ola  bilir.  İrəvan  qalasının 
alınması ilə bağlı general adyutant Paskeviçin oktyabrın 3-də general adyu-
tant  Sipy
aqinə  yazdığı  məktubda  hadisəni  belə  təsvir  edirdi: «Mühasirə 
işləri zamanı divarın altına qədər lağım atılmış, artilleriya son dərəcə gözəl 
müv
əffəqiyyətlə  dağıdıcı  hərəkət  edirdi.  İrəvanı  işğal  etməkdən  əvvəl 
axırıncı gecə düşmən qalanın tutulacağından qorxaraq güclü top atəşi açır, 
lakin  bizim  artilleriy
anın  müvəffəqiyyətli  atəşi  qalanın  divarını  dağıdır, 
qarnizon xeyli itki verdi. O biri günü 
şəhərdə qarışıqlıq başlayır, səhər çağı 
div
arın üstündə təslim olmaq üçün papaqla əl edən adamlar göründü. Bunu 
görən bizim qoşun dağılmış divardan qalaya daxil oldu. Xilas olmaq yolunu 
görməyən qarnizonun bir hissəsi silahlarını ataraq aman istəyir, digər hissəsi 
isə müdafiə olunmaq istəyirdi. Lakin bir neçə dəqiqədən sonra qala qapısı 
dağıdılraraq  müqavimətsiz ələ keçirildi» (17,1).  
Qalaya  daxil  olan  rus 
qoşunu  qırğına  başlayır.  Azğınlaşmış  rus 
qo
şunu  hətta  xanın  hərəmlərinə  belə  aman  vermədi.  Hərəmxananın 


 
189 
pəncərəsindən saraya daxil olan ruslar xanın hərəmlərini süngülərin ucunda 
bir 
neçə sajen hündürlükdən Zəngi çayının daşlı sahilinə ataraq öldürdü. Bu 
qırğında onlara qoşulan ermənilər daha fəal idi. Ermənilər xan sarayına dax-
il  olaraq  burada  olan  qiy
mətli  əşyaları  çapıb  talamışdılar  (396,37).  Lakin 
Paskeviçin 
səyi  nəticəsində  qarət  dayandırıldı.  Qalanın  lazımi  yerlərində 
keşikçi  dəstələri  yerləşdirildi.  Üç  minlik  qarnizon  təslim  oldu.  Lakin  xan 
saray
ının yaxınlığında yerləşən məsciddə 200 nəfərlə gizlənmiş Həsən xan 
müqav
imət göstərmək qərarına gəlmişdi. Qraf Suxtelenin başçılığı ilə məs-
cidi  mü
hasirəyə  almış  bir  dəstə  onun  qapısını  sındırmağa  müəffəq  oldu. 
Məcburiyyət  qarşısında  qalan  xan  təslim  olmağa  qərara  aldı.  Həsən  xanla 
bərabər digər 6 nəfər xan da əsir götürüldü. Bunlar qala rəisi, xanın kürəkəni 
Sübhanqulu xan, Abbas Mirz
ənin ən yaxşı qvardiyasının başçısı Qasım xan, 
Mərəndli  Cəfərqulu  xan,  Əlmərdan  xan  Təbrizli,  Aslan  xan  və  Fətəli  xan 
idi. Rus 
qoşunu İrəvan qalasında 4 bayraq, 37 top, 2 qaubiç, 9 mortir, 50-ə 
qədər falkonet, çoxlu top mərmisi, 14.000 çetvert buğda və beş aylıq ərzaq 
ehtiy
atı  qənimət  ələ  keçimiş, 3000-dən  çox  adam  əsir  götürmüşdü  (17,2; 
116,564-567; 78,231; 126,33-34; 304,514-517). 
İrəvanın mühasirəsi zamanı 
rus 
qoşunlarından  1  zabit, 8 əsgər  ölmüş, 2 zabit  və  44  əsgər  isə  yara-
lan
mışdı (177,165-166; 125,146). 
İrəvan  qalasının  süqutunun  siyasi  cəhətdən  Rusiya  üçün  böyük 
əhəmiyyəti  vardı.  Paskeviç  oktyabrın  3-də  çara  yazdığı  məlumatda  İrəvan 
qalasının  bölgə  üçün  əhəmiyyətini  belə  qiymətləndirmişdi: «İndi  ləzgilər, 
dağıstanlılar və Qafqaz dağlarının bütün qiyamçıları daimi sığındığı, pulla, 
silahla  v
ə bütün məkirlikləri ilə İran siyasətinə kömək etdikləri bu şəhərin 
(
qalanın-E.Q.)  süqutuna  dözməlidirlər.  Onun  şöhrəti  Türkiyə  və  İranda 
hədsizdir…» (116,567). İrəvan  kimi  möhtəşəm  qalanın  işğalının  Rusiya 
üçün 
əhəmiyyətini sübut edən hadisələrdən biri, çar I Nikolayın bu hadisə 
ilə bağlı Sankt-Peterburqda təntənəli mərasim keçirməsidir. Çar bu münasi-
bətlə  Qış  Sarayının  kilsəsində  ibadət  etmiş,  İrəvan  qalasının  açarları  və 
qənimət götürülmüş 4 bayraq təntənəli surətdə xalqın alqışları altında pay-
taxt  kü
çələrində  gəzdirilmişdi  (304,518).  Bu  qələbə  münasibətilə  bir  çox 
zabit  hey
əti çar tərəfindən  medallarla təltif edilmişdi. Baş komandan  gen-
eral-adyutant Paskeviç okty
abrın 29-da 1 mln. rubl pul mükafatına, qraf titu-
lu  v
ə  2-ci  dərəcəli  Müqəddəs  Yenilməz  Georgi  xaçına  layiq  görülmüşdü 
(78,231; 304,519).  
İrəvanın  işğalı  Rusiyanın  bölgədə  nüfuzunu  daha  da  gücləndirdi. 
Noy
abrın 23-də Paskeviç yazdığı məlumatda işğaldan sonrakı vəziyyəti belə 
təsvir  edirdi: «iranlılara  qarşı  bizim  silahımızın  müvəffəqiyyəti  türklərə 
böyük 
təsir göstərmişdi, İrəvanın alınmasını eşidən Ərzurum hakimi tez bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə