Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   84   85   86   87   88   89   90   91   ...   164

 
180 
Mirz
ənin  məqsədi  üç  gün  ərzində  Eçmiədzini  ələ  keçirərək  onu  tamamilə 
dağıtmaq və sonra əsas qüvvələrlə Gümrü tərəfdən Tiflisə hərəkət etməkdir 
(137,13; 177,3). Bu 
xəbəri  eşidən  general-leytenant  Eçmiədzinə  hərəkət 
etməyi  qərara  aldı.  Lakin  onun  bu  addımı  ətrafı  tərəfindən  birmənalı 
qarşılanmadı.  Onlar  əks  tərəfin  qüvvəsinin  çoxluğunu,  rus  qoşununun 
v
əziyyətinin  acınacaqlı  olduğunu,  digər  tərəfdən  ərzaq  çatışmazlığını  dəlil 
gətirərək onu bu qorxulu addımdan çəkindirməyə çalışdılar. Lakin general 
Krasovski 
inadından  dönmədi  və  bununla  da  qoşunu  təhlükəyə  saldı 
(304,466).  Sonralar  Paskeviç  rus 
qoşununun biabırçı məğlubiyyətində arx-
iyepiskop  Nersesi 
günahlandırmışdı.  Baş  komandan  yazdığı  məktubda 
Nersesi yalan 
məlumat verməkdə, kilsədə lazımi qədər ərzağın olduğu hal-
da, 
ərzaq çatışmazlığını bəhanə gətirərək Krasovskini qeyri-bərabər döyüşə 
cəlb etdiyini bildirmişdi (221,259). 
İnadından  dönməyən  general  leytenant  Krasovski  3  min  nəfərdən 
ibarət 4 batalyon, 2 kazak alayı, 4 bölükdən ibarət dəstə, 6 kiçik və 2 at üstü 
topla  avqustun  16-da 
gecə  Eçmiədzinə  doğru  hərəkət  etdi.  O,  özü  ilə  10 
günlük 
ərzaq ehtiyatı götürmüşdü. Qoşunun 230 çetvert buğdası, bir qədər 
un v
ə qurudulmuş çörəyi vardı (137,14-15). Bəzi əsərlərdə general-leytenant 
Krasovskinin 
dəstəsinin ümumi sayının 12 topdan ibarət 2500 nəfər olduğu 
göstərilmişdi  (78,226; 304,456). Digər  məlumata  görə  isə  Krasovskinin 
dəstəsinin  2500-3000  arasında  (173,30),  başqa  məlumata  görə  isə  12 topa 
malik 2000 
əsgər olduğu birdirilirdi (416,303).  H. İbrahimbəyli isə əsərində 
rus 
qoşununun daha çox olduğunu qeyd edir. Onun yazdığına görə, Krasov-
skinin 
dəstəsinin ümumi sayı 3 min piyada, 6 min süvari və 12 topdan ibarət 
olmuşdu (161,203). 
Cəngi kəndindən hərəkət edən rus qoşunu Uşaqandan 2 verst aralıda 
y
erləşən  yüksəkliyə  gəlib  çatdı.  Avqustun  17-də  burada  tərəflər  arasında 
Uşaqan döyüşü adlanan döyüş baş verdi. General-leytenant Krasovski şah 
qoşununa qəflətən hücum etməyi qərara almışdı. Lakin Uşaqana yaxınlaşan 
rus 
qoşunu top atəşi ilə üzləşdi. General Krasovskinin məqsədini bilən Ab-
bas  Mirz
ə  qoşunu  ilə  onu  hər  tərəfdən  mühasirəyə  alaraq  hücuma  keçdi. 
Döy
üş 5 saata qədər davam etdi. Hər iki tərəfdən çoxlu ölən və yaralanan 
qey
də  alınmışdı.  Çoxlu  itkilərə  baxmayaraq,  general  Krasovski  öz  dəstəsi 
ilə Eçmiədzinə daxil ola bildi (137,23-24; 304,480).  
Məğlub olmasına baxmayaraq, rus hərb tarixçiləri bu döyüşü Krasov-
skinin 
qələbəsi  kimi  qiymətləndirməyə  çalışırlar.  Lakin  hadisələrin  canlı 
şahidinin  verdiyi  məlumata  görə,  rus  qoşunu  Uşaqan  döyüşündə  biabırçı 
məğlubiyyətə  uğramışdı.  Hadisələrin şahidi  bu  uğursuzluğu  gizlətməyərək 
yaz
ırdı: «İran  müharibəsindən  yazan  hərb  tarixçiləri  bizim  üçün  uğursuz 


 
181 
olan Krasovskinin 
Əştərək (Uşaqan-E.Q.) ətrafındakı döyüşünü qələbə elan 
edirlər. Lakin iran döyüşü bizim üçün elə uğurla aprılmışdı ki, müvəffəqiy-
y
ətsiz hadisələri gizlətmək lazım deyil. Belə hadisə yalnız iki dəfə- Gorus 
v
ə  Əştərəkdə  olmuşdu» (173,28-29).  Daha  sonra  bu  döyüşü  ətraflı  təsvir 
edən hərbiçi yazırdı: «Bir avqust səhəri adyutant Krasovskiyə məlumat verir 
ki, 
Eçmiədzində  az  ərzaq  qalıb.  Ərzaq  cədvəlini  göstərərək,  çoxsaylı 
müxtəlif  ərzaq  anbarlarının  qeyd  edildiyi  səhifədə  Eçmiədzin  anbarında 
avqustun 1-
ə qədər cəmi 40 çertvet ərzaq olduğunu və bu ərzağın artıq tü-
kəndiyını bildirdi. Krasovski arabalara xeyli ərzaq yüklənməsini əmr edir və 
səhəri günü qoşunun bir hissəsini düşərgədə saxlayaraq, ozü 5-ci və yaxud 
6-
cı  batalyonla  ərzaq  arabalarını  müşayət  edir.  Bu  zaman  Pakeviçin 
qoşununun  arxasından  hərəkət  edən  Abbas  Mirzə  15.000  qoşunla  İrəvan 
ətrafına gəlmişdi. Uzanan ərzaq arabalarını müdafiə etmək və yolun hər iki 
tərəfində  daşların  arxasında  əlverişli  mövqedə  dayanan,  top  və  tüfəng 
atəşləri  ilə  bizim  qoşuna  böyük  itki  verən  düşməni  dəf  etmək  lazım  idi. 
Düşməni dəf eimək üçün bizimkilər süngü döyüşünə girən kimi, onlar geri 
çəkilirdilər və yenidən hücum edərək daşların arxasından çoxsaylı atıcıları 
biz
ə dolu atəş yağdırırdılar. Sınmış və yaxud vurulmuş arabalar bir-birinin 
ardınca  dar  cığırları  kəsmişdi.  Qarışıqlıq  gücləndi,  əsgərlər  istidən,  su-
suzluqdan  v
ə  çoxlu  düşmən  gülləsindən  taqətdən  düşmüşdü.  Mərmidən 
çiy
nindən  kontuziya  almasına  baxmayaraq,  general  Krasovski  igidlik 
göstərərək düşməni mövqeyindən vurub çıxarmaq üçün bölüyü şəxsən özü 
hücuma 
apardı. Özünün şəxsi igidliyi ilə əsgərləri ruhlandıran krım alayının 
komandiri polkovnik Qolovin öldü, çoxlu igid zabit 
də bu cür aqibətə düçar 
oldu. 
Hər iki tərəfdən sıxışdırılan dəstə az məsafə qalmış Eçmiədzinə doğru 
hərəkət  edirdi,  artıq  kilsənin  hasarları  görünürdü.  Ondan  2  verst  aralı 
z
əmiləri  sulamaq  üçün  əla  suyu  olan  geniş  arx  axırdı.  Əsgərlər  nizamsız 
halda  su 
içməyə  atıldılar.  Həmin  dəqiqə  şah  qoşunu  isti  və  susuzluqdan 
taqətdən düşmüş əsgərləri doğramağa başladı, birinin başını kəsdilər, onun 
y
anında digər əsgər sərilərək su içir və müdafiə olunmaq fikiri belə yox idi. 
Burada  biz
imkilərin qırılması dəhşətli idi. ..Şah qoşunu zəiflərə aman ver-
məyərək başlarını kəsir, hətta yaralıları əsir götürmürdülər. Topçular dalda-
lanmağa yer tapmayaraq kilsəyə doğru çapdı, daha güclülər nizamsız halda 
onların  ardınca  qaçdılar.  Yalnız  şah  qoşununun  qorxaqlığı  və  hərbi  işdə 
av
amlığı  üzündən  rus  qoşununun  sağ  qalmış  qalıqları  Eçmiədzinə  gəlib 
çatdı. Krasovski  2500  və  yaxud  3000  qoşundan  1000 nəfərdən  çox  əsgər, 
bütün  sursat  v
ə  ərzaq  arabalarını  itirdi.  Bununla  bərabər  məlum  oldu  ki, 
qarnizonu 
ərzaqla  təmin  etmək  üçün  tələsməyə  ehtiyac  yox  idi.  Belə  ki, 
kilsədə bir aylıq ərzaq ehtiyatı vardı. Bu suxari və unla zəngin olan səhifəni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə