Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   79   80   81   82   83   84   85   86   ...   164

 
170 
belə  tapmadı.  Müdafiəçilərin  əzimkarlığını  görən  rus  komandanlığı  səhəri 
günü aprelin 17-
də Eçmiədzinə qayıtmağa məcbur oldu (416,244; 304,305). 
Ümid  ancaq  Qars 
paşalığına  göndərilmiş  rus  dəstəsinə  qalırdı.  Belə 
ki,  general  Benkendorf 
Sərdərabada  yürüş  qabağı  knyaz  Sevarsamidzenin 
başçılığı altında bir batalyon Şirvan alayını, 3 topa malik 2 tiflis bölüyünü 
v
ə  1  kazak  alayını  ərzaq  almaq  üçün  Osmanlı  sərhəddinə  göndərmişdi. 
Arpaçay  çay
ı  sahilində  dayanan  Sevarsamidze  Qars  paşasından  ərzaq  və 
mal-qara  almaq  üçün  icaz
ə  istəmişdi.  Lakin  paşa  Ərzurum  sərəsgəri  ilə 
məsləhətləşdikdən sonra knyaza cavab verir ki, o, sultanla əlaqə saxlamadan 
onlara  icaz
ə  verməyə  və  hər  hansı  döyüşən  tərəfə  kömək  etməyə  hüququ 
yoxdur  (416,244-245). 
Əslində  rusların  bu  planını  Hüseynqulu  xan 
poz
muşdu.  Belə  ki,  knyaz  Sevarsamidzenin  Arpaçay  çayı  istiqamətində 
y
ürüşünün  məqsədindən  xəbərdar  olan  İrəvan  xanı  Qars  və  Bəyazid 
paşalarına nümayəndə göndərərək onlara bildirmişdi ki, əgər rus qoşununu 
ərzaqla  təmin  etsələr  İrəvan  xanlığını  təhlükədə  qoyacaqlar  (177,68). 
Hüseynqulu 
xanın vaxtında gördüyü bu tədbir öz bəhrəsini verdi. Beləliklə, 
Osmanlı paşalıqlarından ərzaq almaq ümidini itirən Sevarsamidze dəstəsi ilə 
əliboş geri qayıtdı.   
Acınacaqlı  vəziyyətdə  qalan  Benkendorfun  dəstəsi  rus  koman-
danlığının  səyi  nəticəsində  tezliklə,  ərzaq  köməyi  ala  bildi.  Aprelin  23-də 
Tiflisdən  göndərilmiş  ərzaqla  dolu  araba  karvanı  düşərgəyə  gəlib  çatdı. 
Lakin bu 
ərzaq rus qoşununu yalnız on gün təmin edə bilərdi  (416,307).  
Beləliklə,  müvəqqəti  aclıq  problemini  həll  edən  general  Benken-
dorfun 
dəstəsi İrəvan qalasına hücum etməyi qərara aldı. Qalanı mühasirə 
etmək niyyətində olan rus qoşunu müxtəlif dəstələrə bölünüb, aprelin 24-də 
Zəngi  çayını  keçərək  cənub  şərq  istiqamətində  yürüşə  başladı.  Bu  xəbəri 
eşidən irəvanlılar rus qoşununun hücumunun qarşısını yolda ikən kəsməyi 
qərara  aldı.  Aprelin  24-də  qaladan  çıxan  500  nəfərlik  süvari  dəstə  rus 
qo
şununa doğru hərəkətə başlayır. Tərəflər İrəvana yaxın kəndlərdə üz-üzə 
gəldi. İrəvan süvarilərinin inadla döyüşməsinə baxmayaraq, daha yaxşı si-
lahlanmış  iki  gürcü  qrenader  alayı  onları  geri  çəkilməyə  məcbur  etdi.  
Qalaya y
axınlaşan bu alay onun cənub şərqində yerləşən «Müxənnət təpə» 
adlanan 
kurqanı  ələ  keçirdi.  Lakin  qala  müdafiəçiləri  onları  güclü  top 
atəşinə tutmaqda davam edirdi.  
Hüseynqulu  xan  rus 
qoşunlarının irəlilədiyini görərək qalanın cənub 
v
ə  şərq  qapıları  tərəfində  yerləşən  bağları  əldə  saxlamaq  üçün  piyada  və 
süv
arilərdən  ibarət  iki  sərbaz  bataliyonunu  oraya  göndərdi.  Əhalinin  mül-
kləri  burada  yerləşdiyindən  bu  bağları  əldə  saxlamaq  İrəvan  qoşunu  üçün 
çox  vacib  idi.  Lakin  rus 
qoşunu  irəvanlıları  buradan  sıxışdırıb  çıxarmaq 


 
171 
üçün hücuma keçdi. Döy
üş nəticəsində bağlar İrəvan qoşunundan təmizlən-
di. 
Məğlub olmuş piyada qoşun yenidən İrəvan qalasına sığınır, süvarilər isə 
Naxçıvan  yolu  ilə  geri  çəkildi.  General  Benkendorf  iki  karabiner  alayını 
«
Müxənnət təpə»sində, gürcü alayını isə bağlarda yerləşdirərək, özü digər 
dəstələrlə qalanın cənub hissəsində düşərgə saldı (416,256; 304,308). 
1827-ci il aprelin 25-
də podpolkovnik Aristovun başçılığı ilə «Şirvan 
batalyonu» 
qalanın  qərb  tərəfində  yerləşən  «İrakli  təpəsini»  ələ  keçirərək 
burada  artilleriya 
quraşdırdı.  Yerləşdirilmiş  toplardan  qala  güclü  atəşə  tu-
tulmağa başladı. Bombardıman nəticəsində qala divarına və xanın sarayına 
z
ədə  dəydi.  Lakin  top  gülləsindən  zədələnmiş  qala  divarı  vaxtında  müda-
fiəçilər  tərəfindən  hörüldü  (416,256-257; 304,309). Eyni  zamanda  qala 
müdafiəçiləri  rus  qoşununa  dinclik  vermirdi.  Onlar  da  qaladan  rus 
dəstələrini  güclü  atəşə  tuturdu.  Günortaya  yaxın  atəş  səngidi, «Şirvan  ba-
talyonu» 
düşərgəyə qayıdır, mayor Xamutskinin başçılığı altında iki karabi-
ner alay
ı 4 topla «İrakli təpəsi»ndə saxlanıldı (304,309). 
İrəvanlılar  müdafiyə  olunmaqla  bərabər,  imkan  düşən  kimi  hücuma 
da keçirdi. Aprelin 25-
də saat 4-də qala rəisi Cübhanqulu xanın başçılığı ilə 
piyada  v
ə  süvarilərdən  təşkil  olunmuş  qoşun  şəhər  bağlarında  yerləşən 
gürcü  alay
ına  hücum  etdi.  Qəflətən  yaxalanmış  alay  geri  çəkilməli  oldu. 
Lakin tez
liklə, onlara əlavə kömək gəldi və döyüş yenidən qızışdı. Nəticədə, 
qala müdafiy
əçiləri güclü itki verərək geri çəkildi (416,257; 304,309).  
İrəvanın şərq tərəfdən şəhər ətrafı hissəsi açıq qalırdı. Burada bazar, 
məscid  və  Zəngi  çayına  doğru  uzanan  mülklər  yerləşirdi.  Aprelin  27-də 
şəhərin  bu  hissəsi  də  rus qoşunu tərəfindən  ələ  keçirildi. Beləliklə,  həmin 
gün 
qalanın mühasirəsi başa çatdırıldı (416,258; 304,310). 
İrəvan  qalası  hər  tərəfdən  mühasirəyə  alınmasına  baxmayaraq, 
irəvanlılar  güclü  müdafiə  olunurdu.  Onların  inadkarlığını  görən  general 
Benkendorf  Hüseynqulu  xanla  v
ə  qala  rəisi  Cübhanqulu  xanla  danışıqlara 
girməyə  məcbur  oldu.  V.  Umudlu  əsərində  danışıqların  Həsən  xanla 
getdiyini  qeyd  edir  (53,166).  Lakin  bu  vaxt 
Həsən  xan  qalada  deyildi  və 
qalanın rəisi  Hüseynqulu xanın  qardaşı  oğlu  və  kürəkəni  Cübhanqulu  xan 
idi  (17,2; 304,309). 
Əvvəlcə  general  Benkendorf  xanı  pulla  ələ  almaq 
niyy
ətində idi. Lakin bunun mənasız olduğunu başa düşən general ona şir-
nikləndirici  təklif  etdi.  O,  rus  komandanlığı  adından  söz  verirdi  ki,  əgər 
Hüseynqulu  xan 
qalanı  könüllü  təslim  etsə,  Rusiya  hökuməti  onu 
v
əzifəsində  saxlayacaq  və  əvvəlki  gəliri  özündə  qalacaqdır.  Lakin  İrəvan 
xanı  rus  qoşununu  ağır  vəziyyətdən  çıxarmaq  üçün  generalın  danışıqlar 
aparmaqla  vaxt  qazanmaq  niyy
ətində  olduğunu  başa  düşürdü.  Xan  qalanı 
mühasirəyə alan rus qoşununun aclıqdan əziyyət çəkdiyindən xəbərdar idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə