Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   72   73   74   75   76   77   78   79   ...   164

 
156 
«…biz
ə  məxsus  olmayan  torpaqlarda  əhalinin  məskunlaşmasını  qadağan 
etməyə  hüququmuz  yoxdur.  Bizə  məlum  deyil  ki,  bu  əmri  Abbas  Mirzə 
verib.  Siz  zat-
aliləri  sərdarın  hərəkətinə  onun  özbaşnalığı  kimi  yanaşsanız 
da, söz
lərinizdə Abbas Mirzəyə hörmətlə yanaşın. Sərhəd məsələsinin qur-
tarmasına  qədər  və  Göyçə  gölünün  ətrafında  yerləşən  torpaqların,  bizə 
məxsus digər torpaqların danışıqlarının getdiyi və dostluq münasibətlərinin 
y
arandığı  vaxt  Böyük  Seytanağac  çayının  mənsəbinə  qədər  yaşayış 
məskənləri  salmaq  lazım  deyil. … Bizim  izah  etməyimizə  baxmayaraq, 
göz
ləmək  olar  ki,  iranlılar  (irəvanlılar-E.Q.)  yaşayış  məskənləri  salmaqda 
inad 
edəcəklər.  Onda  Qazax  pristavına  yazmaq  olar  ki,  Dilican  dərəsində 
göz
ətçilərin sayını artırsın, yaxınlıqda kənd salsın. O vaxta qədər polkovnik 
Sevarsamidze  qar  y
ağanda  Balıqçay  çayının  ətrafında  bir  topa  malik  200 
piyada 
əsgərdən  ibarət  gözətçi  məntəqəsi  yaratsın.  Belə  vəziyyətdə  İrəvan 
kəndlilərinin  hərəkəti  azalacaq,  kəndlilərin  özü  burada  qalmaq 
is
təməyəcəkdir. Əgər sərdar bizə ehtiraz etsə ona cavab vermək olar ki, on-
lar  gölün  sahilini  v
ə  Balıqçay  çayının  mənsəbini  tutduğundan,  sonrakı 
torpaqları tutmağa hüquqları yoxdur. Sərdar səfehliyindən, özünün qaba və 
həyasız hərəkətindən əl çəkməyəcək. Hətta gözləmək olar ki, bizim gözətçi 
məntəqələrinə  silahlı  hücum  əmrini  versin.  Hər  halda  biz  narazılığın 
ba
şlanmasının  səbəbkarı  olmayacağıq.  Belə  halda  ehtiyatla  gözətçi 
məntəqəsini  Tiflis  piyada  alayı  hesabına  gücləndirmək  lazımdır» (174,54-
56). 
Sənəddən  görünür  ki,  ruslar  özləri  hiyləgərcəsinə  vəziyyəti 
gərginləşdirir, İrəvan xanı isə özü də bilmədən bu hiylənin qurbanı olmuşdu.         
Rus 
komandanlığının  Göyçə  ətrafı  torpaqları  əldən  vermək 
istəmədiyini  görən  Hüseynqulu  xan  ruslara  məxsus  gözətçi  məntəqələrini 
zor 
gücünə  dağıtmaq  fikirinə  düşdü. 1825-ci  il  noyabrın  əvvəlində 
irəvanlıların  kiçik  süvari  dəstəsi  Göyçə  ətrafında  yerləşən  rusların  gözətçi 
məntəqəsinə  qəflətən  hücum  edərək,  burada  yerləşən  rus  dəstəsini  geri 
çəkilməyə  məcbur  etdi.  Gözətçi  məntəqəsi  İrəvan  qoşunu  tərəfindən 
y
andırıldı. Lakin A.P.Yermolovun əmrinə əsasən, oraya topla təhciz edilmiş 
piyada alay
ı göndərildi. Bundan sonra rus qoşunu Göyçə sahilindəki gözətçi 
məntəqəsini yenidən geri qaytarmağa nail oldu. Belə olduqda Hüseynqulu 
xan  hiy
ləyə  əl  ataraq  polkovnik  knyaz  Sevarsamidze  ilə  danışığa  girdi  və 
ondan  ancaq  Göy
çə ətrafında süvarilərdən ibarət gözətçilərin saxlanmasını 
xahiş etdi. Polkovnik onunla razılaşaraq piyada alayını oradan çəkib apardı. 
Bundan 
istifadə  edən  dörd  topa  malik  iki  batalyon  nizami  İrəvan  qoşunu 
y
enidən  hücuma  keçdi.  Lakin  bu  xəbəri  eşidən  polkovnik  qoşunla  geri 
qay
ıdır.  Nəticədə  İrəvan  qoşunu  ruslarla  döyüşmək  istəməyərək  geri 
çəkilməyə məcbur oldu (304,18-19).  


 
157 
Rus 
komandanlığı  qeyd  edilən  əraziləri  nəinki  boşaltmadı,  əksinə 
A.P.Yermolovun 
əmrinə əsasən, Qazax pristavı polkovnik Saqinov Dilican 
dərəsində  yerləşən  keşikçi  məntəqəsini  gücləndirərək,  bu  məntəqəni 
irəvanlıların yaşayış məntəqəsinə yaxınlaşdırdı. Balıqçay çayı ətrafında isə 
artilleriy
ası olan bir alay yerləşdirildi (151,576).             
Lakin 
İrəvan  xanı  sərhəd  məntəqələrini  möhkəmləndirmək  üçün 
müəyyən  tədbir  görə  bilmişdi.  İrəvana  məxsus  torpaqların  heç  cür  əldən 
çıxmasını  istəməyən  Hüseynqulu  xan  ayrı-ayrı  tayfaları  sərhəddə  yer-
ləşdirməklə  rus  qoşununa  qarşı  mübarizədə  onlardan  istifadə  etməyə 
çal
ışırdı. Hüseynqulu xan Qars paşalığı tərəfdən Şuragöllə sərhəddə Qafar 
xanın başçılığı ilə ayrumları və talınları, Abaran sərhəddində İsmayıl xanın 
başçılığı  ilə  seyidli  və  axsaqqallı  tayfalarını,  Pəmbək  sultanlığı  və  Qazax 
distansiy
aları  ilə  sərhəd  xətti  boyunca  İsmayıl  xanın  və  Mərdan  xanın 
başçılığı  ilə  qarapapaq  tayfasını,  Göyçə  mahalı  tərəfdən,  Şəmşəddil  dis-
tansiy
ası, Yelizavetepol dairəsi (keçmiş Gəncə xanlığı-E.Q.), və Qarabağla 
sərhəd  boyunca  Nağı  xanın  başçılığı  ilə  digər  qarapapaq  tayfalarını  yer-
ləşdirmişdi (415,450; 174,51-52). 
İrəvan  xanının  bu  hərəkəti  əslində  xanlığın  müdafiə  sistemini 
gücləndirməyə  yönəldilmişdi.  Rus  komandanlığı  isə  Hüseyinqulu  xanının 
bu 
tədbirini  özləri  üçün  təhlükəli  olduğunu  bəhanə  gətirərək  əks  tədbirlər 
görməyə  başladı. 1826-cı  ilin  yazında  iki  alay  piyada  rus  qoşunu  Mirək 
kəndinə  hücum  edərək  onu  işğal  etdi  və  burada  hərbi  istehkam  xətti 
qur
mağa başladı (304,23). Bu hadisə tərəflər arasında münasibətləri daha da 
gərginləşdirdi.  Rus  komandanlığının  qanunsuz  hərəkəti  haqqında  Hüsey-
inqulu xan Abbas Mirz
əyə xəbər verdi. Həmin vaxt hər iki dövlət arasında 
mübahisəli  torpaq  məsələsini  həll  etmək  üçün  Rusiya  şah  sarayına  knyaz 
Menşikovun  başçılığı  ilə  xüsusi  heyət  göndərmişdi.  Ona  verilən  təlimata 
görə, knyaz  bu məsələnin müsbət həlli üçün şahı razı salmalı idi (3,84-85).  
Hey
ət hələ yolda olarkən polkovnik Bortolomey müəyyən məsələ ilə 
əlaqədar olaraq Təbrizə gəlmişdi. Şahzadə onu yanına çağıraraq Mirək had-
isəsi haqqında öz narazılığını bildirmiş və demişdi ki, «ruslar bir tərəfdən 
səfir  göndərir,  digər  tərəfdən  isə  qoşun».  Polkovnik  onun  bu  sorğusuna 
cavab  v
erə bilməmiş və geri qayıtmışdı. O, geri qayıdarkən Araz çayı sa-
hilində knyaz Menşikovla rastlaşaraq vəziyyət haqqında məlumat vermişdi. 
Səfir  isə  Mirək  hadisəsinin  danışıqlara  mənfi  təsir  göstərəcəyini  yəqin 
edərək  Velyaminovdan  istehkamın  tikintisini  dayandırmağı  xahiş  etdi. 
Lakin  tikinti  day
andırılsa  da,  rus  qoşunu  Göyçə  ətrafından  çıxarılmadı 
(11,141-142; 304,23).   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə