Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   71   72   73   74   75   76   77   78   ...   164

 
154 
«
əgər  Abbas  Mirzə  Göyçənin  şərq  tərəfini  bizə  güzəştə  gedərsə,  biz  də 
Mehri  v
ə  Qapandan  imtina  edəcəyik».  Bu  məsələ  həll  edilməmiş  qaldı. 
Fətəli  xan  ikinci  dəfə  sizin  yanınızda  olanda,  danışıqlarda  Şeytanağacdan 
Gədikbarata qədər ərazini tələb etməklə, Gil ərazisinin bir hissəsini güzəşt 
edərək burada siz məntəqə yaratmaq istəyirsiniz (294,891). Hüseynqulu xan 
nəinki, rus komandanlığına etiraz etmiş, eyni zamanda bu ərazilərin İrəvana 
məxsusluğu  barədə  şah  hökumətini  inandıra  bilmişdi.  Rus  sərhəd  qoşun-
larının başçısı knyaz Sevarsamidze 1825-ci il avqustun 26-da general ley-
tenant Velyaminova 
göndərdiyi raportda yazırdı ki, «Sərdar İrəvana gedib, 
şahın razılığı ilə Abbas Mirzədən Göyçənin şimal şərq sahillərinin Gildən 
Meydana 
qədər onlara qalması haqqında raqam alıb və yazır ki, sərdar bura-
da 
əhalini məskunlaşdırmağa tələssin. Sərdar oraya köçkünlər göndərməyi 
əmr etmişdi. Gildən Şeytanağaca qədər olan ərazini Nağı xana, Meydandan 
Balıqçaya  qədər  ərazini  isə  İsmayıl  ağaya  vermişdi» (383,51-52).  Hətta 
knyaz Sevarsamidze xana 
məktub göndərərək öz narazılığını bildirmişdi. 
Əslində xanı bu işə məcbur edən rusların öz hərəkəti idi. Çünki ruslar 
onlara 
məxsus  olmayan  ərazilərdə  qeyri-qanuni  tikintilər  aparırdılar.  Bu 
Hüseynqulu 
xanın  knyaz  Sevarsamidzeyə  göndərdiyi  məktubun 
məzmunundan  aydın  olur.  O,  yazırdı: «Sizin  məktubunuzu  aldım  və 
məzmunu  ilə  tanış  oldum.  Yazırsınız  ki,  mənim  əmrimlə  bizim  gözətçi 
dəstəmiz sizin gözətçi dəstənizi Gildən qovub. Sizin kimi yüksək alinin belə 
yaz
ması  məni  təəccübləndirdi.  Çünki  Rusiya  dövlətinin  səlahiyyətli 
nümay
əndələri  tərəfindən  təsdiqlənib  ki,  Göyçənin  şərq  hissəsi  İrəvana 
məxsusdur  və  siz  ali  məqam  bir  neçə  dəfə  mənə  yazmısınız  ki,  sizin 
göz
ətçilər  Poluxludan  balıq  tutduqlarına  görə,  bizim  məmurlar  onlardan 
vergi 
almasınlar.  Sizə  hörmətimə  görə,  güzəştə  getdim.  İndi  hansı  səbəbə 
görə, siz Gilə və Poluxluya adam göndərərək tikinti işləri aparırsıniz?. Əgər 
həmin yerlərdə sizin gözətçi dəstəniz yerləşərsə bizim tərəfimizdən heç bir 
təzyiq ola bilməz. Lakin sərhəddən hər hansı bir səbəbə keçməyə icazə verə 
bilmərəm  (298,52).  İrəvan  xanının  bu  hərəkətləri  rus  komandanlığını  bir 
qədər güzəştə getməyə məcbur etmişdi. Çünki xanın məktubundan sonra rus 
komandanlığı irəvanlılara Göyçə ətrafında mal-qara otarmaq üçün icazə ver-
ilmişdi.  Fürsətdən  istifadə  edən  Hüseynqulu  xan  bu  ərazilərdə 
möhkəmlənməyə  qərara  aldı.  Burada  yaşayış  üçün  yeni-yeni  məskənlər 
saldırdı,  Qarapapaq  tayfasını  bura  köçürərək,  onlara  əkin  əkmələri  barədə 
göstəriş  verdi.  Nəticədə,  rus  gözətçi  məntəqələri  buradan  sıxışdırılmağa 
ba
şlandı (151,558). 
Hüseynqulu  xan 
nəinki  sərhəd  məntəqələrində  əhalini  məskun-
laşdırmış,  eyni  zamanda  rus  qoşunları  tərəfindən  ola  biləcək  hücumun 


 
155 
qarşısını almaq üçün hərbi dəstələr də yaratmışdı. Verilən məlumata görə, 
Göy
çə  ətrafına  gələn  İrəvan  xanı  qoşunun  təşkili  ilə  məşğul  olmuşdu.  O, 
darbaxt, sultan, yüz
başılar təyin edir və onlara hədiyyələr verməklə silah və 
miniklərinin  qayğısına  qalmasını  tapşırırdı.  Nəticədə,  sərhəd  xəttində  200 
nizami piyadadan v
ə 800-dən çox süvari dəstədən ibarət qoşun təşkil edildi. 
Hər  gün  bu  qoşun  yeni-yeni  adamlar hesabına  daha da  artırılırdı  (382,45-
46).  
Onun  bu 
hərəkəti  şah  hökuməti  tərəfindən  razılıqla  qarşılandı. 
Həqiqətən  də,  Hüseynqulu  xan  rus  gözətçi  dəstələrini  Gildən,  Göyçə 
gölünün 
ətrafından  və  Seytanağacdan  sıxışdıraraq,  bu  ərazilərdə  yaşayış 
məskənləri yaratmışdı. General Velyaminovun 1825-ci il sentyabrın 25-də 
Abbas  Mirz
əyə  yazdığı  məktubda  xanın  bu  hərəkətlərini  qeyd  edərək  öz 
naraz
ılığını bildirməklə yanaşı, guya bu torpaqların Gülüstan müqaviləsinə 
əsasən  ruslara  məxsusluğunu  bir  daha  iddia  etmişdi  (299,60-61).  Abbas 
Mirz
ə  isə  general  Velyaminova  yazdığı  məktubda  onun  iradının  əsassız 
olduğunu,  əksinə  bu  torpaqların  müqaviləyə  əsasən  şah  hökumətinə 
məxsusluğunu  bildirmişdi.  O,  yazırdı: «Rusiya  dövlətinin  sərhəd  rəisləri 
İran hökuməti sarayında saxlanılan general Yermolovun məktubuna və rus 
komisarlarının tərtib etdiyi xəritələrə əsasən bəzi əraziləri istəyirlər. Əgər ali 
İran  dövləti  tərəfindən  sizin  dövlətə  ərazi  güzəşt  edilsə  onda  gözətçi 
məntəqəsi  yaratmalısınız.  Lakin  o  dövlət  tərəfindən  sizə  bu  icazə  ver-
ilməyib,  öz-özünə  gözətçi  məntəqəsi  yaratmaq  sülh  müqaviləsinə  ziddir. 
Mən təəccüb edirəm ki, Rusiya hökumətinin məmurları sülh müqaviləsinin 
əksinə  olaraq  belə  hərəkətə  cəsarət  edirlər…» (174,62-63).  Sənədlərdən 
göründüyü  kimi, 
hər  iki  tərəf  yazdıqları  məktublarda  bir-birini  günah-
landıraraq  mübahisəli  ərazilərin  onlara  məxsus  olduğunu  sübut  etməyə 
çal
ışırdılar.  
Lakin rus 
komandanlığının, sərhəd qoşunları rəislərinin məktubların-
da bu 
ərazilərin rus qoşunu tərəfindən qeyri-qanuni zəbt edilməsi, hadisələri 
bilə-bilə  qızışdırmaları  açıq  bildirilmişdi. 1823-cü  ilin  dekabrında  birinci 
sərhəd xəttinin təyin edilməsilə bağlı keçirilən əməliyyatda general-mayor 
Yermolov  v
ə polkovnik Ağabəy Sadığovun baş komandan A.P.Yermolova 
yaz
dıqları hesabatda etiraf edirdilər ki, «o ki, qaldı iranlıların (Hüseynqulu 
xan-E.Q.)  Göy
çə  gölünün  şimal  və  şimal-şərq  sahilləri  ilə  birlikdə  Gil 
düz
ənliyini  inadla  tələb  etmələri,  ədalətlə  yada  salmaq  lazımdır  ki,  şah 
hökum
əti bu tələbdə haqlıdır. Kifayət qədər əhalisi olan Gil düzənliyi 70 il 
bundan 
əvvəl İrəvan xanlığına məxsus olmuşdu» (176,15). Baş komandan 
A.P.Yermolovun 1825-ci il senty
abrın 13-də general leytenant Velyaminova 
göndərdiyi  məktubda  da  bu  məsələ  ətraflı  təsvir  edilmişdi.  O,  yazırdı  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə