Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   70   71   72   73   74   75   76   77   ...   164

 
152 
əlavə,  A.P.Yermolov  İrəvan  xanlığı  tərəfindən  sərhəd  xəttinin  təyin 
edilməsinə razılıq verdi. Bu məqsədlə danışıqlar aparmaq üçün Təbriz ha-
kimi 
Fətəli xan şah tərəfindən Tiflisə göndərildi. Danışıqlar zamanı Rusiya 
tərəfi  bəzi  ərazilərə  iddiasından  əl  çəkməli  olmuşdu.  Belə  ki,  rus  koman-
danlığı nəinki Göyçə ətrafını, həmçinin Arpa çayı tərəfdən Abarana məxsus 
Karvansara 
kəndindən Şuragölə uzanan əraziləri də tələb edirdi. Fətəli xanın 
birinci 
misiyyası zamanı ruslar ikinci tələbdən əl çəkməyə məcbur olmuşdu 
(297,41-42).  
1823-cü 
ildə  hər  iki  dövlətin  nümayəndələridən  ibarət  komissiya 
təşkil edildi. Rusiya tərəfindən bu komissiyaya general-mayor Yermolov və 
polkovnik 
Ağabəy Sadıqov, İran tərəfindən isə Mirzə Məhəmmədəli Musta-
fa,  Hüseynqulu  xan  daxil  idi. (176,1). 
Sərhəd  xəttinin  təyin  edilməsində 
Hüseynqulu  xan,  onun 
qardaşı  oğlu  və  kürəkəni  Sübhanqulu  xan  xüsusilə 
fəallıq göstərmişdi. Bu  məsələni həll etmək üçün nümayəndələr Qarakilsə 
kəndində və Göyçə ətrafında görüşmüşdülər. Lakin beş ay davam edən bu 
əməliyyat müvəffəqiyyətsizliklə başa çatdı. Rusiyanın Göyçə gölünün şimal 
və şimal-şərq hissələrini güzəştə getməməsi üzündən sərhəd xəttinin təyin 
olunması yarımçıq qaldı. ( 176,7-46; 304,14-16; 151,557).  
Lakin 1825-ci ilin ma
rtında danışıqlar yenidən bərpa olunndu. Fətəli 
xan 
martın  əvvəllərində  ikinci  dəfə  şahzadə  tərəfindən  Tiflisə  göndərildi. 
Danışıqlar zamanı A.P.Yermolov bir daha Qarabağ xanlığına məxsus Mehri 
və  Qapan  ərazilərini  güzəştə  getməklə  Göyçə  gölü  ətrafındakı  əraziləri 
Rusiyaya 
verilməsini  tələb  edir.  Beləliklə,  tərəflər  razılığa  gələ  bilir  və 
1825-ci il 
martın 28-də Fətəli xanla general-leytenant Velyaminov arasında 
akt 
tərtib  edildi.  Akta  görə,  tərəflər  arasında  sərhədd  xətti  belə  müəyyən 
olun
muşdu: «Rusiya  imperiyasını  İran  dövlətindən  ayıran  sərhədd  xətti, 
Qars 
çayının  mənsəbinin  əks  tərəfində  yerləşən  Arpaçay  çayının  sol  sa-
hilindən  başlayaraq,  dağıdılmış  Daşqala  qalasından  və  oradan  düz 
dağıdılmış Söyütlü kəndi istiqamətində Balıqçay çayını düz xəttlə kəsərək, 
bu 
nöqtədən  Balıqçay  çayının  sağ  sahili  boyunca  Alagöz  dağının 
zirvəsinədək uzanır; 
Balıqçay çayı özünün kifayət qədər böyük məsafəli axını və oradan 
çəkilən Adyaman arxı ilə İranla sərhəd olacaqdır. Lakin Şuragöl dairəsinin 
tarlaları  Balıqçay  çayı  ilə  suvarılanda,  onun  qarşısı  alınmamalı,  əvvəlki 
v
əziyyətində qalmalıdır. Cünki İrəvan xanlığı ərazisində yerləşən kənd üçün 
Adyaman 
arxı kifayətdir; 
Sonra 
sərhəd  xətti  Alagöz  dağının  zirvəsindən sıra  dağlarla  Calagöl 
gölü
nə, sonra gölün yaxınlığından keçərək dağıdılmış Mirək kəndinə, ora-
dan 
Qaraboğaz dağının Dəvəboynu  yüksəkliyinə doğru, Qaraboğaz dağın-


 
153 
dan 
Pəmbək  sıra  dağlarında  Dəvədaş,  Maymak,  Altındaz,  Arxaşan  və 
Qumurlu  yü
ksəkliklərini  keçməklə,  oradan  həmçinin  Sülumbulak  və 
Ağrıdağ yüksəkliyi ilə Atmeydan və Eşşəkmeydanın yanından keçərək Bar-
atgədik yüksəkliyinə doğru uzanır; 
Sonra 
Baratgədik yüksəkliyinin Göyçə gölünə bitişik yerindən, gölün 
şimal,  şimal-şərq  sahillərindən  Böyük  Şeytanağac  çayının  mənsəbinə  və 
üzüy
uxarı Şişqaya, Göyçə, Ağcaqum və Urumbasar kimi yüksəklikləri olan 
sıra dağlardan keçərək çayın sağ sahili ilə onun mənbəyinə qədər;  
Bu y
üksəklikdən düz xəttlə dağıdılmış Zod kəndinə, oradan Gil, Surfa 
say
larını  düz  kəsən  və  Başkənd  çayının  sağ  sahili  ilə  dağıdılmış  Başkənd 
kəndinə və yaxud Çınqılkənd kəndinə doğru, Allahverər dağından keçərək 
düz 
Bağlamış gölünə gedən yolla, bu kənddən dağılmış Daşkənd kəndinə, 
oradan 
gölə  tökülən  çayın  sağ  sahili  ilə  Qaraqaş  çayının  zirvəsinə  qədər, 
oradan 
Sarıyar, Sərçəli sıra dağlarına və Dəvəgöz dağına qədər: daha sonra 
Bazarçay  çay
ının  sol  sahili  boyunca  Kisir  dağının  ətəklərinə  və  onun 
zirv
əsinə, həmin zirvədən Keçbek, Araxlı, Alkarvansaray, Salvortyurt, Ka-
bargədik,  Gədik,  Ağrı,  Sarımsaxlı  sıra  dağları  ilə,  Sarımsaxlıdan  Badji 
dağından  keçməklə  Qapıcıq  dağına,  Oxçu  çayının  axdığı  sıra  dağlardan, 
başlanğıcını götürdüyü Qaraundərə və Ağlıdərə dərələrinə qədər. 
Daha  sonra 
Qapıcıq  dağının  zirvəsindən  Ağlıdərə  dərəsindən  axan 
çay
ın  sol  sahili  ilə  Oxçu  kəndinə  qədər  və  sonra  Qapançay  və  yaxud 
Çuğundur  çayının  sağ  sahili  ilə  onun  Tir  yaşayış  yeri  yaxınlığında  Araz 
çay
ına töküldüyü yerə və oradan Şabadin, Gecalan, Oxçu kəndlərinə qədər. 
Ümumiyy
ətlə, Qapançay və yaxud Çuğundur çayının sol sahilində yaşayan 
əhali Rusiyaya, sağ sahilində yerləşənlər isə İrana məxsusdur» (63,53-56). 
Aktdan  görünür  ki,  bu 
dəfə  şah  hökuməti  birinci  sərhəd  xəttinin 
çəkilməsində  mübahisəyə  səbəb  olan  əraziləri  Rusiyaya  güzəştə  getmişdi. 
Bu 
sənəd  Hüseynqulu  xanı  bərk  qəzəbləndirdi.  O,  bu  ərazilərin  İrəvan 
xanlığına məxsus olması haqqında baş komandana xüsusi məktub yazaraq 
naraz
ılığını bildirmişdi. İrəvan xanı narazılığını məktubda belə ifadə edirdi: 
«
Hər  şeydən  əvvəl,  Rusiya  hökumətinin  mühəndisləri  göstərirlər  ki,  guya 
Göy
çə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhədindədir. 
Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan 
sərhədi  sülh  müqaviləsində  Gəncə  və  Qarabağ  xanlıqları  ilə  qarışdırılıb. 
Lakin 
əldə olunan sənədlərdə (qəbalə), həmçinin əvvəlki şahların fərman və 
əmrlərinə  görə,  Göyçənin  ətrafında  yerləşən  torpaqlar  İrəvan  ağaları 
tərəfindən  alınıb-satılırdı.  Vəziyyət  belədir  və  siz  göstərirsiniz  ki,  guya 
Göy
çə və Abaran sərhədinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə 
etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə