Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

67 
 
edilməsi  və  ya  birinin  digərinin  nəzdində  fəaliyyətinin  təşkil 
olunması  arzu  olunan  nəticəni  verməyəcəkdir.  Azərbaycanda 
struktur islahatlarını bir neçə nazirlik və ya komitənin ləğvi və 
ya birləşdirilməsi ilə eyniləşdirmək olmaz. Əslində müasir şəra-
itdə  Azərbaycanda  struktur  islahatların  prioritet  istiqamətini 
mövcud iqtisadi idarəetmə sisteminin səmərəliliyinin artırılması 
təşkil  etməlidir.  Çünki,  dünya  ölkələrinin  də  inkişaf  təcrübəsi 
göstərir  ki,  fərqli  iqtisadi  sistem  və  struktura  malik  olan  ölkə-
lərin  iqtisadi  inkişafında  iqtisadi  sistemin  quruluşundan  daha 
çox  idarəetmənin  səmərəlilik  dərəcəsi  əhəmiyyətlidir.  Bu  amil 
isə,  sərbəst  bazar  iqtisadiyyatının  hüquqi,  siyasi  və  mədəni 
mühitinin formalaşdırılması ilə mümkündür. 
İqtisadi  idarəetmə  məsələlərinin  həllində  dövlətin  səmərəli 
fəaliyyət  mexanizminin  təşəkkülü  müasir  inkişaf  baxımından 
xüsusi əhəmiyyət kəsb edir. İqtisadi idarəetmə sahəsində hələ də 
Azərbaycan kimi  dövlət  üçün kifayət  qədər çox olan dövlət  in-
stitutlarının  sayının  azaldılması  və  onların  fəaliyyət  mexaniz-
minin təkmilləşdirilməsi makro və mikro iqtisadi  inkişaf səviy-
yəsində öz müsbət töhfəsini göstərəcəkdir. Bununla yanaşı, iqti-
sadi  idarəetmə  sistemində  dövlətin  mövqeyinin  əsassız  şəkildə 
azaldılması da ciddi problemlər yaradar.  Belə ki, iqtisadiyyatda 
rəqabətin  gücləndirilməsinə  və  dövlət  inhisarının  zəiflədilməsi-
nə  yönəldilmiş  istənilən  institutsional  dəyişikliklər  təsərrüfat 
subyektlərinin  inkişafı  üçün  önəmlidir.  Müasir  bazar  iqtisadiy-
yatını  daha  səmərəli  metodlarla  tənzimləmək,  hökumətin  fəa-
liyyətində şəffaflığı və açıqlığı təşviq etmək, özəl sektor iştirak-
çılarının  “öz  adamları”  ilə  əməliyyatlar  aparmasına  üstünlük 
verməsi  meyli  ilə  effektiv  mübarizə  aparmaq  və  dövlətin  tən-
zimləyici  funksiyasının  onun  kommersiya  maraqlarından  ayrıl-
masına  nail  olmaq  üçün  Azərbaycan  öz  institutsional  potensi-
alını inkişaf etdirməlidir. 
Azərbaycan Respublikasında yerli idarəetmə orqanları olan 
bələdiyyələrin yaradılması demokratik inkişafa doğru uğurlu ad-
dım olsa da, bu orqanların işinin təkmilləşdirilməsi sahəsində də 


68 
 
görüləcək işlər çoxdur. Hazırda bu orqanların rolu və funksiyası 
daha  dəqiq  müəyyən  edilməmişdir,  bələdiyyələrin  və  yerli  icra 
hakimiyyəti  orqanlarının  səlahiyyətləri  arasında  ciddi  və  aydın 
fərqlər  görünmür.  Mərkəzi  Hökumət  idarələri  ilə  qarşılıqlı  mü-
nasibətlərində  tam  aydınlıq  olmadığı  üçün  bələdiyyələr  onlar 
üçün  müəyyən  edilmiş  mülkiyyətdən  və  mərkəzi  büdcə  tərə-
findən ayrılmış fondlardan tam istifadə edə bilmirlər. Gələcəkdə 
müxtəlif idarələrin rollarının və funksiyalarının dəqiq müəyyən 
edilməsi çox vacibdir - xüsusilə ona görə ki, infrastrukturun çox 
hissəsinin  idarə  edilməsi  mərkəzi  Hökumətdən  bələdiyyələrə 
keçməsi  prosesinə  başlanmışdır.  Bəzi  bələdiyyə  orqanları  iqti-
sadi  inkişaf  problemlərini  həll  etmək  üçün,  xidmət  sahələri 
yaratmaqla həm əhaliyə əlavə xidmət göstərməyi, həm də büdcə 
vəsaitlərini  artırmaq  istiqamətində  müəyyən  tədbirlər  həyata 
keçirə bilmişlər (29, 30). Lakin, hər il bələdiyyələrin nəzərdə tu-
tulmuş büdcə smetası nəzərə alınıb, onlara dövlət, mərkəzi büd-
cə tərəfindən ayrılan ümumilikdə yüz milyon manata qədər (hər 
mərkəzi bələdiyyə orqanı üzrə 2-2,5 milyon manat) əvəzsiz ma-
liyyə yardımının müqabilində bu tədbirlər yetərli sayıla bilməz. 
Müvafiq orqanlarda vəsaitin xərclənməsinə nəzarət mexanizmi, 
maliyyə-təsərrüfat  əməliyyatlarının  aparılması,  hesabat  vermə, 
auditdən keçmə sahəsində ciddi problemlər mövcuddur (31). 
     Bələdiyyələrə  təsərrüfat  subyektlərinin  yaradılmasında  bə-
zən bir sıra süni çətinliklər yaradılır, buna nümunə olaraq bələ-
diyyə  orqanının  təsis  etdiyi  həmin  subyektlərin  qeydiyyatdan 
keçirə bilməməsini, onların sərəncamında olan müəssisə və ob-
yektlərin  yenidən  qurulması  üçün  uzunmüddətli  və  münasib 
şərtlərlə  kreditlərin  verilməməsini  və  s.  göstərmək  olar.  Bütün 
belə  maneələrin  mövcudluğu  bələdiyyələrə  yerli  büdcəyə  əlavə 
maliyyə vəsaitinin cəlb edilməsinin qarşısının alınmasına səbəb 
olur. Məhz elə bu səbəbdəndir ki, bir sıra bələdiyyələr müvafiq 
resurslara  malik  olsalar  da  əlavə  xidmət  sahəsini  yaratmağa 
meylli  olmurlar.  Bələdiyyələrin  təsərrüfat  subyektlərinin  yara-
dılmasında  mövcud  problemlərin  aradan  qaldırılması  üçün 


69 
 
ayrıca qanun layihəsinin hazırlanması və Milli Məclis tərəfindən 
qəbul  edilməsi  problemin  birdəfəlik  aradan  qaldırılmasına  im-
kan  verə  bilər.  Qanun  layihəsində  işçilərin  sosial  təminatından 
tutmuş,  təsərrüfat  subyektinin  yaradılmasınadək  bütün  hüquqi 
məsələlər öz əksini tapmalı və bu istiqamətdə mövcud olan ma-
neələrin qarşısı qanuni yolla alınmalıdır.  
     Azərbaycanda  Məhkəmə  Hüquq  Şurasının  yaradıl-masın-
dan  bir  neçə  il  keçsə  də,  bu  qurumun  ciddi  fəaliyyəti  hələ  cə-
miyyətdə yetərincə hiss edilmir. Məhkəmələrdə aparılan araşdır-
malar və çıxarılan qərarlar çox vaxt yüksək peşəkarlıq ifadə et-
mir, hüquqi və qanunilik baxımdan müəyyən olunmuş qaydalara 
və beynəlxalq tələblərə cavab vermir. Təsadüfi deyil ki, 2003-cü 
ildə cənab İlham Əliyev prezident seçiləndən dərhal sonra məh-
kəmələrlə bağlı tənqidi fikirlər söyləmiş və tövsiyələr vermişdir. 
İqtisadi  inkişafın  müasir  mərhələsində  iqtisadi  sistemlə,  təsər-
rüfat subyektləri ilə məhkəmə hakimiyyətinin fəaliyyəti arasın-
da birbaşa əlaqə mövcuddur, ölkəyə külli miqdarda investisiya-
lar  qoyulur,  hər  bir  investor  mübahisəli  situasiyalarda  məhkə-
məyə  müraciət  edir,  belə  ki,  yerli  və  xarici  iş  adamları  ölkədə 
ədalətli  məhkəmə  sisteminin  tam  bərqərar  olmasının  tərəfdarı-
dırlar. Hazırda müasir dövrün tələblərinə uyğun beynəlxalq hü-
ququ və Avropa İnsan Haqları Konvensiyasını bilən, mübahisə-
lərin həllində  yüksək peşəkarlığı olan ədalətli hakim korpusuna 
böyük ehtiyac vardır. Məhz son dövrdə fəaliyyətində əsaslı qü-
surlar olmasaydı, bu sahədə çalışan 100-ə yaxın hakim Məhkə-
mə Hüquq Şurası tərəfindən cəzalandırılmazdı  (32). Ölkədə pe-
şəkar hakim heyəti çatışmır, Avropa Şurasının üzvü olan ölkələr 
arasında  adambaşına  düşən  hakim  sayına  görə  Azərbaycan  ən 
sonuncu sıradadır. Hazırda iqtisad məhkəmələrinin iş yükü get-
dikcə  artır  və  bu  məhkəmələrdə  ixtisaslaşmanın  dərinləşməsi 
xüsusi zərurətdən irəli gəlir. 
Məhkəmələrdə  təsərrüfat  və  sahibkarlıq  subyektlərinin  fəa-
liyyəti,  əmlak,  kommersiya  müqavilə  öhdəlikləri  üzrə  baxılan 
mübahisəli işlərin sayı artmışdır. (33). Məhz bu səbəbdən də bə-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə