70
zən hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması çox sət-
hi olur, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının
aparılmasına imkan vermir. Bu amil də bir çox hallarda əsassız
və haqsız məhkəmə qərarlarının qəbuluna səbəb olur (34) .
Yerli
və xarici təcrübə göstərir ki,
idarəetmənin nisbətən aşa-
ğı səviyyəsi korrupsiyanın mövcudluğunu şərtləndirən əsas
amillərdən biridir. Zəif idarəetmənin isə inzibati, nəzarətedici,
maliyyə və məhkəmə imkanları onun üzərinə düşən öhdə-lik-
lərin həcminə uyğun gəlmir və onların həyata keçirilməsinə ki-
fayət etmir.
Dövlət Maliyyə Nəzarətinə gəldikdə isə dövlətin büdcə və
maliyyə nəzarəti orqanı olan Hesablama Palatası öz fəaliyyətinə
2001-ci ildən başlamışdır. Palata daha çox büdcə və büdcədən
kənar dövlət vəsaitləri daxil olmaqla dövlət xərcləri üzərində
audit nəzarətini həyata keçirir. Azərbaycanda həmçinin dövlət,
müstəqil və daxili audit sisteminin təkmilləşdirilməsinə, onların
fəaliyyət istiqamətlərinin konkretləşdirilməsinə də ehtiyac
artmaqdadır.
Lakin, son dövrlərdə Vergilər, Maliyyə və İqtisadi İnkişaf
Nazirliklərinin və digər bir sıra dövlət orqanlarının iqtisadiyyat
sahələri üzrə maliyyə və inzibati nəzarət fəaliyyəti artmış və bu
qurumların tərkibində müvafiq nəzarət strukturları yaradılmış-
dır. Belə vəziyyət isə digər sahələrdə olduğu kimi, iqtisadi idarə-
etmə sistemində və onun tənzimlədiyi subyektlərdə, həmçinin,
təsərrüfat subyektlərində paralel nəzarət funksiyasının inkişafına
şərait yaradaraq, ölkədə iqtisadi inkişafın sürətlənməsinə, özəl
sektorun fəaliyyətinin genişləndirilməsinə maneələr törədir.
Azərbaycan Respublikasının təsərrüfat subyektlərinin ixrac
əməliyyatlarında ciddi problemlər özünü göstərməkdədir. Belə
ki, ölkə üzrə ixracın 90 % - dən çoxu neft və neft məhsullarının
payına düşür (27). Özəl sektorun və yerli təsərrüfat subyekt-
lərinin istehsal etdiyi məhsulların maya dəyərinin baha olması
və bu məhsulların rəqabət qabiliyyətliliyinin zəifliyi beynəlxalq
və regional bazarlarda onların mövqelərinə ciddi zərbə vurmaq-
72
ləri bir tərəfdən rəqabət qabiliyyətli, yeni məhsul istehsalında
passiv mövqe göstərir, eyni zamanda istehsal fəaliyyətləri ilə
bağlı müvafiq dövlət orqanları tərəfindən mövcud qanunverici-
lik üzrə tez-tez ciddi inzibatı və maliyyə sanksiyaları ilə üzləş-
məli olurlar (27, 36).
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə
yaşaması və təbii sərvətlərdən insanların rifahının yaxşılaşdırıl-
ması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial iq-
tisadi islahatların əsas tərkib hissələrindən biridir. Məhz Azər-
baycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ilin “Eko-
logiya ili” elan edilməsi ətraf mühit məsələlərinin və problem-
lərinin ölkədə prioritet istiqamətlərdən biri kimi qəbul olunma-
sının göstəricisi olmaqla, bu sahədə əsaslı tədbirlərin həyata ke-
çirilməsini ön plana çəkməkdədir.
Azərbaycan Respublikasında təsərrüfat subyektlərinin inki-
şafında müasir və təkmil infrastruktur təminatı sisteminin yara-
dılması xüsusi zərurətdən irəli gəlir. Belə ki, ölkədə fəaliyyət
göstərən istehsal və xidmət sahələrinin böyük əksəriyyətinin
mərkəzin payına düşməsinə, bilavasitə infrastruktur təminatının
burada yüksək olması təsir göstərir. Ölkə regionlarında isə mü-
vafiq infrastruktur təminatı sistemini müsbət baxımdan qiymət-
ləndirmək qeyri-mümkündür. Buraya həm təsərrüfat subyekt-
lərinə xidmət göstərən bank, maliyyə-kredit, sığorta, audit, məs-
ləhət xidmətlərini, həm də təsərrüfat fəaliyyəti üçün vacib olan
kommunal, istehsal daxili xidmətləri aid etmək mümkündür.
Müasir tədqiqatlar göstərir ki, investisiya fəaliyyəti müxtəlif
maraqlara toxunan bir proses olub, ölkənin sosial-iqtisadi inki-
şafına təsir edən başlıca amillərdən biridir. Bu maraqların özü
biznes mühitinin, yaxud investisiya mühitinin komponentləri və
ya tərkib hissələri kimi səciyyələnə bilər. Maraqlar arasında
məhz Azərbaycan üçün xas olan son dərəcə spesifik ziddiyyətə
investorun birbaşa təsərrüfat subyektinin idarə olunmasından
kənarlaşdırılması amilini aid etmək olar (37) . Çox vaxt hətta tə-
sərrüfat subyektinin nisbətən üstün nəzarət səhm zərfinə sahib